Məhkəmə qərarları › İş №2(105)-2184/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2184/2022

04.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2184/2022 04.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı 04 mart 2017-ci il tarixli, 337 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(012)-6033/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı xx.xx.2017-ci il tarixli, 337 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat Kontorunun xüsusi notariusu X1 tərəfindən tərtib olunmuş və icrası üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilmiş xx.xx.2017-ci il tarixli, 337 nömrəli icra qeydinin ləğv edilməsinin məhkəmə qaydasında təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-6033/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı tərəfindən verilən apellyasiya şikayəti Abşeron Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(012)-6033/2021 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra İddiaçı Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)- 6033/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(012)-6033/2021 nömrəli qərardadı ilə müddətin bərpasından imtina edilmiş, Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-6033/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı tərəfindən verilən şikayət Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(012)-230/2022 nömrəli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şikayət hazırda qüvvədə olan prosessual qaydalara uyğun təqdim edilmədiyindən, məhkəmə kollegiyası şikayətin mümkünlüyü məsələsini yazılı icraat qaydasında müzakirə etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Belə ki, işdən görünür ki, İddiaçı, Abşeron Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(012)-6033/2021 nömrəli qərardadından şikayət versə də, şikayətin başlıq sətrində şikayətçinin ad soyadı, habelə onun barəsində zəruri fərdi məlumatlar əks etdirilməmişdir. Bununla da iddiaçı şikayətin tərtibi zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin forma və məzmunla bağlı göstərişlərinə əməl etməmişdir. Qeyd olunan hal hazırkı qaydada həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göründüyü kimi hazırkı şikayət MPM-in daha öncə sadalanan forma və məzmun baxımından prosessual tələbinə cavab vermir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı 04 mart 2017-ci il tarixli, 337 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(012)-6033/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilən şikayət forma və məzmun baxımından düzgün verilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, şikayət qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilən şikayət araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələnin düzgün və qanuni həllini tapmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARAALDİ: İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı 04 mart 2017-ci il tarixli, 337 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(012)-6033/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar