Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2196/2023 21.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsində məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş 2000 manat maddi ziyanın, 50 manat dövlət rüsumunun və mənəvi zərərin əvəzi olaraq 1000 manat hesablanaraq, ümumi 3050 manat pulun Cavabdeh onun xeyrinə tutulması və ünvan 1 ünvanında yerləşən cavabdehin mənzilinin su borularının cavabdehin öz hesabına təmir edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1486/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işin baxılması üçün aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Sahibə Hacıyeva). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ünvanı Bakı şəhəri, Xətai rayonu ərazisində olmadığından, mövcud iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi deyildir. Bu səbəbdən, iş baxılması üçün aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu yer üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməlidir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1075/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzilə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərid Yaqubov). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir Eyni zamanda həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı mənzilə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, daha sonra, ekspert rəyi məhkəməyə daxil olmuş və iddia ərizəsi üzrə mülki işin məhkəmə baxışı təyin edilmişdir. Məhkəmə baxışında isə mülki işin aidiyyət qaydaları pozulmaqla, icraata götürüldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Eyni zamanda, həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə qeyd olunan qanun normasını əsas tutaraq hesab edir ki, iddiaçı düzgün olaraq qanunvericiliyin tələblərinə uyğun iddia ərizəsi ilə daşınmaz əşyanın və sübutların olduğu yer üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, iddiaçının iddia tələbində həmçinin cavabdehin mənzilinin su borularının cavabdehin öz hesabına təmir edilməsi xahiş olunmuşdur.Yəni həmin iddianın qaldırılmasında əsas məqsəd mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar oimayan mülkiyyətçinin hüquqlarının pozulmasınin aradan qaldırılmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 45.4 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2196/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2196/2023
21.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver