Məhkəmə qərarları › İş №2(105)-22/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-22/2024

31.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-22/2024 31.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X16 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi X17, ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi Vəkil3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi İdarəsinin mütəxəssisi X5 iştirakları ilə, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “torpaq sahəsində olan darvazanın və iki tərəfdən hasarın sökülməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(060)-7145/2018 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, Cavabdeh3 tərəfindən birgə və 3cü şəxs Sumqayıt Bələdiyyəsi tərəfindən isə ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX № ******* saylı Çıxarışa əsasən müəyyən edilir ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2333C ünvanında yerləşən yaşayış məntəqələri təyinatlı 0,0235 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan “Torpaqların alqı-satqısına dair” aktdan müəyyən edilir ki, Sumqayıt şəhər bələdiyyə ərazisində 235 kv.m. torpaq sahəsi ayrılması haqqında xx.xx.2013-cü il tarixli, 07 nömrəli qərar qəbul edilmiş, bunun müqabilində Cavabdeh1 1316(min üç yüz on altı) manat ödəmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, RX № ******* saylı Çıxarışa əsasən müəyyən edilir ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2333B ünvanında yerləşən yaşayış məntəqələri təyinatlı 0,06 ha torpaq sahəsi Cavabdeh2 Salyan oğlunun mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, RX № ******* saylı Çıxarışa əsasən müəyyən edilir ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2333 ünvanında yerləşən yaşayış məntəqələri təyinatlı 0,06 ha torpaq sahəsi Cavabdeh3 mülkiyyətindədir. İş materiallarında olan Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-5783/2022 nömrəli qərarı ilə müəyyən edilir ki, iddiaçı X8 cavabdehlər Cavabdeh1 Qəni qızına və Sumqayıt Şəhər Bələdiyyəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Sumqayıt şəhəri 3 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddiasının təmin edilməməsi və iddiaçı Cavabdeh1 Qəni qızının cavabdeh X12 qarşı “torpaq sahəsində olan darvazanın və iki tərəfdən hasarın sökülməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi qərara alınmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, qarşılıqlı iddiaçı Cavabdeh1 Qəni qızı tələbini mülkiyyət hüququnun pozulması ilə əsaslandırsa da, həmin pozuntunun qanunsuz olması apellyasiya məhkəməsində müəyyən olunmamışdır. Odur ki, qarşılıqlı iddia, həmin tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********26 reyestr nömrəli Çıxarışa əsasən müəyyən edilir ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2344D ünvanında yerləşən yaşayış məntəqələri təyinatlı 0,03 ha torpaq sahəsi X4 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən müəyyən edilir ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2344D ünvanında yerləşən ümumi sahəsi 0.03 ha torpaq sahəsi İddiaçı tərəfindən X1. İş materiallarında olan mütəxəssis rəyinə, həmçinin onun əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 may 2024cü il tarixli, 3-16-16/2-10/2397 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, cavabdeh İddiaçı tərəfindən inşa edilmiş daş hasar və quraşdırılmış darvaza Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən Cavabdeh1 mülkiyyətində olan 2333C saylı 0.0235 ha torpaq sahəsində, eyni zamanda Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2344D saylı torpaq sahəsində tikilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2724/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və maraqlı tərəf Sumqayıt Bələdiyyəsinin apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 20 avqust 2018-ci il tarixli 2(060)-7145/2018 saylı qətnaməsi qismən ləğv edilmiş və İddiaçı cavabdehlər Cavabdeh1, X18, Cavabdeh2, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun bərpasına dair iddia tələbinə xitam verilmişdir. Məhkəmə kollegiyası qərardadını onunla əsaslandırmışdır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4№-li Qərarına görə reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə həmin qeydiyyatın mübahisələndirilməsi inzibati məhkəmə icraatı qaydasında olmalıdır. Qeyd edilən qərardad Mülki Prosessual Məcəllənin 400-cü maddəsinin tələblərinə əsasən qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, ona məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,03 ha olan 2344D saylı torpaq sahəsi üzərində 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə3/-453 reyesrt nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılıb ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,03 ha olan 2344D saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin torpaq sahəsini 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə3/-453 reyesrt nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X2 almışdır. İddiaçı ilə yanaşı, bir neçə şəxs də eyni gündə X3 həmin torpaq sahəsinin ayrı-ayrı hissələrini almışlar. Bundan sonra X3 torpaq sahəsi alan həmin şəxslərə qarşı hazırki iş üzrə cavabdehlər olan Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 Salyan oğlu məhkəmədə iddia qaldırmışlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1700/2015 saylı mülki iş üzrə 19 iyun 2015-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 Salyan oğlunun cavabdehlər X13, X26, X10 və X12 qarşı qeyriqanuni zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Qətnamədən iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-209/2016 saylı 08 fevral 2016-cı il tarixli qətnaməsi ilə hər iki apellyasiya şikayəti təmin olunaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1700/2015 saylı mülki iş üzrə 19 iyun 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbləri təmin olunmuş, X6 ilə X21 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X6 ilə X30 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X6 ilə X14 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 19 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X6 ilə X22 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli 4Ə3/454 saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış etibarsız hesab edilmiş, X21 və X19 tərəfindən ünvan 4 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin həmin şəxslərin hesabına sökülməsi, cavabdehlərin Sumqayıt şəhəri Corat bağları ərazisi 2344 (2333) saylı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdehlər həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-209/2016 saylı mülki iş üzrə 08 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş təkrar apellyasiya baxışına qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-232/2017 saylı mülki iş üzrə 17 yanvar 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçılar həmin qətnamədən kassasiya şikayəti versələr də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 iyun 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Həmin vaxt Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 Salyan oğlu adlı şəxslər iddiaçıya qarşı iddia qaldırmamışlar. İddiaçıla yanaşı, X3 torpaq sahəsi almış X21 və qeyrilərinə məxsus torpaq sahələri üzərində mülkiyyət hüququna dair qeydiyyat yazısı ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 fevral 2018-ci il tarixli 2(105)-232 saylı qərardadı ilə həmin şəxslərə verilmiş çıxarılşların dövlət reyestrində qeydiyyatı bərpa edilmişdir. İddiaçı həmin iş üzrə tərəf olmadığı üçün ona məxsus torpaq sahəsi üzərində qeydiyyat yazısı hələ də bərpa edilməmişdir. Cavabdeh1 Qəni qızı İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Corat bağları 2333C saylı torpaq sahəsində 2 tərəfdən tikilmiş daş hasarın və darvazanın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2333C saylı torpaq sahəsi xx.xx.2013-cü il tarixdən Cavabdeh1 mülkiyyətindədir. Torpaq sahəsi Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarı və həmin dövrdə fəaliyyət göstərən Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin bələdiyyə ilə birgə tərtib etdiyi alqısatqı aktına əsasən qeydiyyatdan keçmişdir. Torpağa görə Bələdiyyənin büdcəsinə 1316 manat keçirilmişdir. Hazırda İddiaçı göstərilən torpaq sahəsini qonşunun torpağı hesabına bir qədər genişləndirərək Cavabdeh1 tikdiyi hasara əlavə 2 divar hasar çəkmiş və darvazaya qoymuşdur. Qarşılıqlı iddiada Mülki Məcəllənin 157-ci maddəsinə istinad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7545/2018 saylı 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,03 ha olan 2344D saylı torpaq sahəsi üzərində 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə3/-453 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın bərpa edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə işdə olan sübutları qiymətləndirib müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1700/2015 saylı mülki iş üzrə 19 iyun 2015-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 Salyan oğlunun cavabdehlər X13, X26, X10 və X12 qarşı qeyri-qanuni zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Qətnamədən iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-209/2016 saylı mülki iş üzrə 08 fevral 2016-cı il tarixli qətnaməsi ilə hər iki apellyasiya şikayəti təmin olunaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1700/2015 saylı mülki iş üzrə 19 iyun 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbləri təmin olunmuş, X6 ilə X21 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X6 ilə X30 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X6 ilə X15 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 19 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X6 ilə X22 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli 4Ə3/454 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış etibarsız hesab edilmiş, X21 və X19 tərəfindən ünvan 4 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin həmin şəxslərin hesabına sökülməsi, cavabdehlərin Sumqayıt şəhəri Corat bağları ərazisi 2344 (2333) saylı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdehlər həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-209/2016 saylı mülki iş üzrə 08 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş təkrar apellyasiya baxışına qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-232/2017 saylı mülki iş üzrə 17 yanvar 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçılar həmin qətnamədən kassasiya şikayəti versələr də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 iyun 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsi yerli baxış zamanı müəyyən etmişdir ki, ilkin iddiada göstərilən torpaq sahəsi ilə qarşılıqlı iddiada göstərilən torpaq sahələri tamamilə fərqli torpaq sahələridir. Belə ki, İddiaçı məxsus torpaq sahəsi ilə, Cavabdeh1 Qəni qızına məxsus torpaq sahəsi arasında başqa bir şəxsə - X13 məxsus torpaq sahəsi və üzərində ikimərtəbəli tikili, habelə yol vardır. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 fevral 2018-ci il tarixli 2(105)-232 saylı qərardadına əsasən İddiaçı məxsus torpaq sahəsi ilə, Cavabdeh1 Qəni qızına məxsus torpaq sahəsi arasında yerləşən X13 məxsus torpaq sahəsi və digər şəxslərə məxsus torpaq sahələrinə dair verilmiş çıxarılşların dövlət reyestrində qeydiyyatı bərpa edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsində və “İcra haqqında” qanunda icra edilmiş məhkəmə qətnaməsi ləğv edildiyi halda, onun icrasına dönüş edilməsi barədə düzünə müddəa yoxdur. Eyni zamanda, qətnamənin dərhal icra edilməsinə yol verildikdə, qətnaməsi ləğv edildiyi halda, hakimin onun icrasının dönüşünün təmin edilməsini tərəflərdən tələb edə bilməsi barədə Mülki Prosessual Məcəllənin 235.3-cü maddəsi də 24 iyun 2009-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Qanunu ilə Məcəllədən çıxarılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,03 ha olan 2344D saylı torpaq sahəsi üzərində 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə3/- 453 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış bərpa edilməlidir. Birinci instansiya məhkəməsi qarşlıqlı iddia tələbini araşdıraraq, hesab etmişdir ki, mübahisə predmeti olan darvaza və daş hasarın İddiaçı aid olan torpaq sahəsində yerləşmədiyi üçün qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəlləsinin 152, MPM-nin 71.1, 82.2, 82.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ilkin icraat Cavabdehlər Cavabdeh1 Qəni qızı, Cavabdeh3 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv, ilkin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 Qəni qızı, Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı Z.X11 torpaq alarkən, Umnisə İsgəndərovanın torpaq sahəsinə heç bir hüququ olmayıb və iddiaçı mülkiyyət hüququnun bərpa edilməsini xahiş edir. Lakin əmlaka subyektin mülkiyyət hüququ mövcud deyildir, mülkiyyət hüququnun bərpa edilməsi termini mülki qanunvercilikdə yoxdur. Sumqayıt Bələdiyyəsi də qətnamə ilə maraqlarına toxunulan şəxs kimi apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bələdiyyənin apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, qanuni qüvvəsini almış U.isgəndərovanın mübahisələndirilən torpaq sahəsinə hər hansı hüququnun olmadığı və həmin torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğu tam şəkildə sübut olunmuş, işin bu halı nəzərə alınmadan qətnamə maddi və prosessual qanunvericiliyə zidd olaraq qəbul edilmişdir. Məhkəmənin mövqeyi qanunsuz və qeyriobyektiv olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3092/2019 saylı 24 sentyabr 2019-cu il tarixli qərardadı ilə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertin qarşısında iddiaçıya məxsus torpaq sahəsinin naturada dəqiq koordinatlarının müəyyən edilməsi, həmin torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatlar daxilində yerləşib-yerləşməməsi və s. suallar qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 may 2020-ci il tarixli 24964 №li rəyinə əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,03 ha olan 2344D saylı torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum olmuşdur ki, torpaq sahəsi plan və ölçüsündə göstərilən koordinatlar daxilində yerləşir və həmin koordinatlar naturada üst-üstə düşür. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-202/2020 saylı 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin 20 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən, məruzəçi), Şəmsəddin Abasov, Telman Məmmədov). Kassasiya instansiyası məhkəməsində icraat Sumqayıt Bələdiyyəsi (vəkil X23) və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 (vəkil X7) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, İddiaçı cavabdehlərə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsinə qarşı “mülkiyyət hüququnun bərpası” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli Qərarının İX bəndinin 13-cü yarımbəndi ilə "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli,4 saylı Qərarının 17-ci bəndi yeni redaksiyada verilmişdir. Yeni redaksiyada verilmiş həmin bəndin məzmununa əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə (və ya), inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquq əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibatı akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. AR Ali Məhkəməsinin 2(102)-3080/2021-003 nömrəli, 11 iyun 2021-ci il tarixli qərarı ilə 3-cü şəxs Sumqayıt Bələdiyyəsinin və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 kassasiya şikayətlərinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-202/2020 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (hakimlər Abbasov Aqil (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev). Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X27 və cavabdehlərin nümayəndəsi Vəkil2 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi Vəkil3 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis X20 verdiyi rəy ilə bağlı qeyd etdi ki, Elektron baza məlumatlarına əsasən qeydiyyata alınmış torpaq sahələrinə əsasən baxış keçirilir və həmin baza məlumatlarında torpaq sahələrinin kimə məxsus olması bilinir. Baxış keçirilən zaman torpaq sahələrinin içərisində fərdi yaşayış evləri aşkar edilməmiş və həmin məlumatlara əsasən də torpaq sahələrinin üst-üstə düşməsi halı müəyyən edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və 3-cü şəxs Sumqayıt Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə oların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin göstərişlərinə əsasən işə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 may 2024-cü il tarixli, 3-16-16/2- 10/2397 nömrəli ekspert rəyi əsasında müəyyən edilmişdir ki, cavabdeh İddiaçı tərəfindən inşa edilmiş daş hasar və quraşdırılmış darvaza Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən Cavabdeh1 mülkiyyətində olan 2333C saylı 0.0235 ha torpaq sahəsində, eyni zamanda Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2344D saylı torpaq sahəsində tikilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən Mülki Prosessual Məcəllənin 101 və 103cü maddələrinin tələblərinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Göründüyü kimi ekspert rəyinə əsasən də müəyyən edilir ki, qarşılıqlı iddia tələbinin əsası olan İddiaçı tikdiyi iki divar hasar və qoyduğu darvazanın Cavabdeh1 mülkiyyətində olan 0.0235 ha torpaq sahəsinə düşməsi iş materiallarına əsasən sübut olunmur. Bundan əlavə iddiaçı Cavabdeh1 Qəni qızı cavabdeh X12 qarşı “torpaq sahəsində olan darvazanın və iki tərəfdən hasarın sökülməsi” tələbinə dair oxşar iş üzrə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-5783/2022 nömrəli qərarı ilə qarşılıqlı iddiası təmin edilməmişdir. Məhkəmə həmin qərarını onunla əsaslandırmışdır ki, Cavabdeh1 Qəni qızı qarşılıqlı iddia üzrə tələbini mülkiyyət hüququnun pozulması ilə əsaslandırsa da, həmin pozuntunun qanunsuz olması apellyasiya məhkəməsində müəyyən olunmamışdır. Odur ki, qarşılıqlı iddia, həmin tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, qarşılıqlı iddiaçının Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən hüquqları pozulması sübut olunmadığından birinci instasniya məhkəməsi qarşılıqlı iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, Cavabdeh3 tərəfindən birgə və 3-cü şəxs Sumqayıt Bələdiyyəsi tərəfindən isə ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(060)-7145/2018 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar