Məhkəmə qərarları › İş №2(105)-22/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-22/2025

09.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-22/2025 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X13 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, cavabdeh Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinin nümayəndəsi mühəndis X3 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. Işin halları Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, ünvan 1 ərazisində yerləşən ümumi paylı mülkiyyətdə olan 0.3149 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində və 1.264289 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində payların naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ərazisində X4 məxsus 0.3149 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuş, qanun üzrə vərəsəlik hüququ haqqında ## ###### 2022-ci il tarixli, 2V-*** reyestr nömrəli şəhadətnamə əsasən X4 məxsus 0.3149 ha torpaq sahəsindən 7/8 hissədə irs almışdır. Həmçinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ərazisində ümumi paylı mülkiyyətdə (Cavabdeh 1/5 hissə, İddiaçı 1/5 hissə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 1/5 hissə, X5 2/5 hissə) 1.264289 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuş, qanun üzrə vərəsəlik hüqüqü haqqında ## ######## 2022- ci il tarixli, 2V-*** reyestr nömrəli şəhadətnaməyə əsasən X5 məxsus 1.264289 ha torpaq sahəsinin 2/5 hissəsindən 1/3 hissədə irs almışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında ## ######## 2022-ci il tarixli, 2V-*** reyestr nömrəli şəhadətnaməyəəsasən X5 məxsus 1.264289 ha torpaq sahəsinin 2/5 hissəsindən 1/3 hissədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 irs almışdır. Miras payın bağışlanması haqqında ##.##.2022-ci il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi idarəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1.264289 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə miras qoyan X5 paylı mülkiyyət hüququ əsasında məxsus olan hissədə miras əmlakın Şabran rayon Notariat ofisi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, 2V-*** reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 düşən 1/3 pay hissəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ona bağışlamışdır. O, hal-hazırda qeyd olunan torpaq sahələri üzərində paylarını naturada ayırmaq istəyir. Lakin cavabdeh bununla bağlı bölgü sxeminə imza etmək üçün notariat ofisinə gəlmir, onunla mübahisə yaradır. Bununla əlaqədar torpaq sahələri naturada ayrıla bilmir. Belə ki, torpaq sahələrinin naturada ayrılması məqsədimüvafiqdir. Belə ki, bu formada payların naturada ayrılması yolveriləndir və ümumi mülkiyyətdə olan əmlaka zərər vurmayacaqdır. Odur ki, o, öz paylarının (torpaq sahələrinin) naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir.

3. Şabran Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ç.Isgəndərov) iddianı təmin edilməsi, İddiaçı ünvan 1 ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən 0.3149 ha torpaq sahəsində 7/8 hissəsində və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən 1.264289 ha torpaq sahəsində 2/6 hissədə payları naturada ayrılması qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini İddiaçı payının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən 0.3149 ha torpaq sahəsində 7/8 hissə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən 1.264289 ha torpaq sahəsinin 2/5 hissəsinin müəyyən olunması ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh Cavabdeh Şabran Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

6. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsi ilə razı olmadığıma görə həmin qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qət edərkən maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının iddia tələbi ona məxsus olan ünvan 1 ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən 0.3149 ha torpaq sahəsində 7/8 hissəsin də və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən 1.264289 ha torpaq sahəsində 2/6 hissədə payları naturada ayrılması ilə əlaqədardır. Lakin birinci instansiya məhkəməsi iddiaçıya məxsus olan torpaq sahəsinin naturada ayrılması ilə əlaqədar olaraq məhkəmə tərəfindən exspertizanın keçirilməsini həyata keçirmədən iddiaçının iddia tələbini təmin etmişdir. Halbuki, məhkəmə ekspert qarşısında iddiaçıya məxsus 0,3149 ha torpaq sahəsinin 7/8 hissəsinin və 1.264289 ha torpaq sahəsində 2/6 hissəsinin naturada ayrılmasının mümkünlüyü ilə əlaqədar sual qoyaraq ekspertiza təyin etməli idi. Məhkəmə ekspertiza idarəsinin, ekspertinin rəyi olmadan iddiaçıya məxsus torpaq sahəsinin naturada ayrılması barədə qətnamə qət etmişdir. Halbuki, paylı mülkiyyətdə olan torpaq sahəsində iddiaçıya məxsusu paylı mülkiyyətin naturada ayrılıb-ayrıla bilməməsi hələ sual altındadır. Birinci instansiya məhkəməsi həmin paylı mülkiyyətdəki torpaq sahəsinə məhkəmə baxışı keçirmədən və ekspertin rəyini almadan iddiaçının iddia tələbini təmin etməklə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolegiyası tərəfindən Şabran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddiaçı İddiaçı payılı mülkiyyətdəki payın naturada ayrılması barədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qət olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında dindirilən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinin nümayəndəsi mühəndis X3 izahatında göstərdi ki, islahat xəritəsi ilə verilmiş yerlərə əsasən ardıcıllıq qorunub saxlanılmaqla torpağın bölünməsi mümkün ola bilərdi. Hazırda həmin ardıcıllıq pozulduğuna görə torpağın texniki cəhətdən bölünməsi mümkün deyil. Bu rəydə də qeyd olunmuşdur. Torpağı tərəflərin razılığı əsasında bölmək olur. Xəritə məlumatlarında torpaq sahələrinin ardıcıllığı olmadığı üçün texniki cəhətdən real bölgü aparılması mümkün deyil. Islahat vaxtı da həmin ardıcıllıq olmamışdır. Torpaqlar bir massivdədir, amma ayrı-ayrı yerlərdədir. Ardıcıllıq dedikdə 32, 31, 30, 29, 28 nömrələri ilə torpaqlar ayrılıb. Torpaq sahəsi 3 tərəfdən arxlarla əhatə olunub. 1,26 ha şimal şərq tərəfdən bələdiyyə torpağı, digər tərəflərdən arxalarla həmsərhəddir. Ona bitişik qonşu torpaq sahələri ilə hər hansı bir ardıcıllıq olmadığı üçün torpaq sahələrinin bölünməsi mümkün deyildir. Ikinci torpaq sahəsi 0,31 ha torpağa gəldikdə isə qərb və şimal tərəflərdən qonşu torpaq sahələri ilə digər tərəflərdən arxlarla həmsərhəddir. Eynilə də torpaq sahələrinin verilməsində hər hansı bir ardıcıllıq olmadığına görə torpaq sahəsinin texniki cəhətdən bölünməsi mümkünsüzdür. Arxların istifadə olunan yerlərindən həm də ümumi yol kimi istifadə olunur. Xəritə məlumatlarında arx kimi olsa da yol kimi istifadə olunur.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının hüquqi varisi hüquqi varis2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçının hüquqi varisləri hüquqi varis1, X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

14. Mülki Məcəllə

Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

15. Mülki Prosessual Məcəllə

372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə kollegiyası tərəfindən Şabran Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

18. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini İddiaçı payının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən 0.3149 ha torpaq sahəsində 7/8 hissə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən 1.264289 ha torpaq sahəsinin 2/5 hissəsinin müəyyən olunması ilə əsaslandırmışdır.

19. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. X5 ##.##.2018-ci il tarixdə vəfat etməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətinə verilmiş 0.3149 ha torpaq sahəsindən Qanun üzrə vərəsəlik hüququ haqqında ## ###### 2022-ci il tarixli, 2V-*** reyestr nömrəli şəhadətnaməyə əsasən 7/8 hissədə İddiaçı irs alması, həmçinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən 1.264289 ha torpaq sahəsindən X5 məxsus 2/5 hissəsindən Qanun üzrə vərəsəlik hüqüqü haqqında ## ######## 2022-ci il tarixli, 2V-*** reyestr nömrəli şəhadətnaməyə əsasən 1/3 hissədə İddiaçı və 1/3 hissədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 irs alması, miras payın bağışlanması haqqında ##.##.2022-ci il tarixli müqaviləyə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ona düşən 1/3 pay hissəsini İddiaçı bağışlaması işin mübahisə olunmayan halıdır.

22. Iddia tələbi torpaq sahəsinin bölünməsi barədədir.

23. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 220.2-220.4-cü maddələri təşkil edir.

24. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlarn arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1., 220.2., 220.3., 220.4., 220.5., 220.6. maddələri).

25. Bu mənada məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Ilk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətin tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Qanunvercilik mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyrimümkün olduğu müəyyən edilməlidir.

26. Hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətdə olan mübahisəli mənzilin real bölgüsünün aparılmasının mümkünlüyü ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinin *-**-*-**/*-****/**** nömrəli, ## ### 2026-cı il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Şabran rayonu Fadar kəndi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən 0.3149 ha torpaq sahəsinin 7/8 hissəsində və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli çıxarışa əsasərı 1.264289 ha torpaq sahəsinin 2/5 hissəsinin ona düşən 4/15 hissəsində payların naturada ayrılması, tərəflərin qarşılıqlı razılaşması əsasında mümkündür. Çünki ləğv edilmiş DT və XK tərəfindən tərtib olunmuş elektron xəritə məlumatlarında və X19 X17 (TEKUIS)-də həmin massivdə mülkiyyətə verilmiş pay torpaq sahələrinin cizgiləri tərtib olunarkən hər-hansı bir ardıcıllıq yoxdur. Buna görə də yuxarıda göstərilən torpaq sahələrinin bölünüb ayrılması tərəflərin qarşılıqlı razılaşması əsasında və ya məhkəmənin təyin etdiyi bölgü əsasında aparıla bilər Reyestr nömrəsi ************ olan 0,3149 ha torpaq sahəsi TEKUlSdə 0.3205 ha kimi, reyestr nömrəsi ************ olan 1.264289 ha torpaq sahəsi TEKUIS-də 1.26 ha kimi tərtib olunmuşdur.

27. Göründüyü kimi ümumi paylı mülkiyyətdə olan iddiaçıya məxsus payın naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır.

28. Bu baxımdan məhkəmə kollegiyası ümumi paylı mülkiyyətdə olan mübahisəli mənzilin naturada ayrılmasının texniki cəhətdən qeyri-mümkünlüyünü nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Lakin hazırkı tələbin rədd edilməsi iddiaçının hüquqi varislərinin növbəti mərhələ olan naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsini, bu mümkün olmadıqda sonuncu mərhələ olan əmlakın açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər arasında onların payına mütənasib surətdə bölüşdürülməsini tələb etmək hüququ istisna deyil.

29. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

30. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

31. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi).

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

33. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDI Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsinin bölünməsi barədə iddia tələbi rədd edilsin. Iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar