Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2208/2022 17.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi - hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə Abşeron Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(012)-3144/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailələrinə vurduğu maddi ziyana görə Cavabdeh əldən çıxan faydaya görə 12.600 manat - 3.000 manat İddiaçı2 üçün, 9.600 manat İddiaçı1 üçün, müalicə xərcləri üçün 5.000 manat, bundan sonrakı müalicə üçün 3.000 manat, cəmi 20.600 manat, mənəvi ziyana görə 20.000 manat, yekun olaraq cəmi 40.600 manatın tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(012)-3144/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 3.000 (üç min) manat və ödənilmiş dövlət rüsumu üçün 10 (on) manat məbləğində pul tutularaq İddiaçı1 verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Mülki iş üzrə Cavabdeh Abşeron Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(012)-3144/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(012)-3144/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(012)-3144/2021 nömrəli qərardadına əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-3144/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən xx.xx.2022-ci il tarixində vermiş olduğu apelyasiya şikayəti geri qaytarılmışdır (hakim Elman Məmmədov). Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarında olan xəbərnamədən görünür ki, Cavabdeh sözügedən qətnaməni xx.xx.2021-ci il tarixdə rəsmi qaydada almış, Abşeron Rayon Məhkəməsinin 2(012)-3144/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən şikayət vermə müddətinın axımı qətnamənin Cavabdeh qətnaməni aldığı gündən, xx.xx.2021-ci ildən başlamış və həmin müddət xx.xx.2021-ci ildə qurtarmışdır. Cavabdeh qeyd olunan qətnamədən apelyasiya şikayətini isə xx.xx.2022-ci ildə təqdim etməklə müddəti ötürmüş və üzürlü səbəblərdən müddətin ötürülməsi ilə bağlı ərizə təqdim etmədiyindən apelyasiya şikayət geri qaytarılmalıdır. Sonradan Cavabdeh vəkili-nümayəndəsi X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3144/2021 saylı qərardadından xx.xx.2022-ci il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının əsassız oldugundan ləgv edilməsini və apelyasiya şikayətinə mahiyyəti üzrə baxılmaq üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi (hakim C.Səfiyeva) İddiaçı2Ə və İddiaçı1H iddiası üzrə işə baxarkan cavabdeh qismində iştirakını təmin etmək üçün cavabdehin ev ünvanına göndərdiyi, “bildirişlər”, həmin ünvanda yaşamadığına görə cavabdehə çatmamışdır. Sonradan məhkəmə məlumat alaraq müəyyən etmişdir ki, məhkəmə gedişatı zamanı cavabdeh, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 01 saylı X7 müəssisəsinin Xaçmaz rayonu ərazisində saxlanılır. Bundan sonra hakim, C.Səfiyeva xx.xx.2021-ci il tarixli məktubla Xaçmaz rayon X7 müəssisəsinin rəhbərliyinə rəsmi müracət göndərərək iş üzrə cavabdehin məhkəmədə iştirakının təmin edilməsini xahiş etmişdir. Məhkəmənin rəsmi məktubuna əsasən cavabdeh yalnız bir gün, 30 sentyabr 2021-ci il tarixidə keçirilən məhkəmə iclasında iştirak etmiş və həmin gün hakim heç bir qətnamə elan etmədən tərəflərə “gedin barşıın” sözünü deyərək iclası bağlamışdır. Elə həmin gün cavabdehi müvafiq qaydada, cəzaçəkmə müəssisəsinə qaytarmışlar. Cavabdeh cəzaçəkmə müəssisəsindən aminstiya aktı əsasında 06 dekabr 2022-ci ildə azad edilmişdir. Göründüyü kimi, hakim cavabdehin cazaçəkmə müəssisində saxlandığı haqda rəsmi məlumata malik olsa belə bilərəkdən, zərərinə qəbul etdiyi qətnaməni “rəsmi qaydada mənə verilməsi” üçün saxlandığı cəzaçəkmə müəssisəsinin rəhbərinə deyil, yaşamadığı ev ünvanına poçt vasitəsi ilə göndərmişdir. Bu qətnamənin mövcudluğu haqda məlumatı cavabdeh yalnız avqust 2022ci il tarixdə, icra məmurun qərarından bilmişdir. Yazılı tələb əsasında qətnaməni əldə edib tanış olmuş və elektron formada apellyasiya şikayəti hazırlayıb məhkəməyə göndərmişdir. Apelyasiya şikayətinin qaytarılması haqqında olan,xx.xx.2022-ci il tarixli qəradadda bildirilir ki, “qətnaməni xx.xx.2021-ci il tarixdə rəsmi qaydada almışdır” və şikayət verilməsi üçün nəzərdə tutulan müddəti səbəbsiz ötürmüşdür. Qeyd edilən əsas həqiqətə uygun deyildir. Belə ki, yazılı tələb əsasında sözügedən mülkü işin materiallarını alıb tanış olarkan müəyyən etmişdir ki, “rəsmi qaydada almışdır” ifadəsi poçt qəbzindən ibarətdir və həmən xx.xx.2021-ci il tarixli qəbzin üzərində “Cavabdeh oglu” qeyd olunsa da, qəbul edən şəxs “anası” yazılmışdır. Cavabdeh bu haqda anasından soruşmuş və anası cavabdehə bildirmişdir ki, poçt vasitəsi ilə imza edib aldığı sənəd, bir neçə dəfə ev ünvanlarına gələn, məhkəmə bildirişi olmuşdur. Göstərilən fakt bir daha subut edir ki, ciddi qanun pozuntusuna yol verilmişdir. Azərbaycan Respublikası MPM-nin 227.3-cü maddəsi qəbul edilmiş qətnamənin işdə iştirak edən şəxslərə göndərməsini yox, rəsmi qaydada verilməsini tələb edir. Qeyd edir ki, ”göndərilməli” sözü MPM-nin 227.3-cü maddəsindən çıxarılmışdır. Cəzaçəkmə müəssisəsində olduğu zaman isə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3144/2022 saylı qətnaməsi rəsmi şəkildə cavabdehə heç kim tərəfindən verilməmişdir. Beləliklə, məhkəmə bilərəkdən zərərinə qəbul etdiyi qətnaməni məlumatı olduğu saxlandığı müəssisənin ünvanına deyil, yaşamadığı ev ünvanına göndərdiyini bildirir və bu qətnamə guya anası tərəfindən alınmışdır. Yuxarıda göstərilən dəlillər subut edir ki, qətnamə cavabdehə qanunda nəzərdə tutulmuş qaydada bilərəkdən verilməmiş və bu səbəbdən, şikayət verilmə müddətinin ötürülməsi baş verə bilməzdi. Çünki xx.xx.2021-ci il tarixli qətnamə cavabdehə tələbi əsasında yalnız avqust 2022-ci ildə verilmiş və cavabdeh məyyən edilmiş müddət daxilində apellyasiya şikayəti vermişdir. Qeyd olunanlara əsasən, o, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2(012)-3144/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(012)-3144/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, Cavabdeh vəkilinümayəndəsi X2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3144/2021 saylı qərardadından xx.xx.2022-ci il tarixində verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yazılı icraat qaydasında şikayətə baxılmasının mümkünlüyü barədə MPM-nin 263, 264, 366.3-cü maddələri rəhbər tutularaq xx.xx.2022-ci il tarixli, 2(105)-2208/2022 nömrəli qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası, şikayəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3144/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qətnaməsinin surəti 04 avqust 2021-ci il tarixli məktubla cavabdehin qeydiyyat ünvanına göndərilmiş və sözü gedən qətnamə həmin ünvanda “Məmmədova” qeydi aparılmaqla cavabdehin anası tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, qətnamədən apellyasiya şikayəti verilmədiyindən, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən 15 oktyabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Bundan uzun müddət sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətinin anasının aldığını, bu səbəbdən qətnamənin ona təqdim olunmasını xahiş etmiş və qətnamənin surətini 03 avqust 2022-ci il tarixdə imza etməklə almış, apellyasiya şikayəti isə 12 avqust 2022-ci il tarixdə verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarından da göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qətnaməsinin surəti 04 avqust 2021-ci il tarixli məktubla cavabdehin qeydiyyat ünvanına göndərilmiş və sözü gedən qətnamə həmin ünvanda “Məmmədova” qeydi aparılmaqla cavabdehin anası tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Daha sonra cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətinin anasının aldığını, bu səbəbdən qətnamənin ona təqdim olunmasını xahiş etmiş və qətnamənin surətini 03 avqust 2022-ci il tarixdə imza etməklə almış, apellyasiya şikayəti isə 12 avqust 2022-ci il tarixdə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin cəzaçəkmə müəssisəsində cəza çəkməsi, eləcə də, aminstiya aktı əsasında 06 dekabr 2021-ci ildə tarixdə cəza çəkməkdən azad edilməsi, məhkəmə qətnaməsinin surətinin onun tərəfindən deyil, anası tərəfindən alınması, qətnamənin onun tərəfindən 03 avqust 2022-ci il tarixdə alınması yuxarıda istinad olunan prosessual hüquq normalarının tələbləri baxımından cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməməsi kimi qiymətləndirilə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qanunvericiliklə qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində müəyyən edilmiş şikayət verilmə müddətini ötürmüş, prossesual müddətin bərpası barədə vəsatət isə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Belə olan halda işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyn tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(012)-3144/2021 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Abşeron Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(012)-3144/2021 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin geri qaytarılması tamamilə qanuni və əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: Abşeron Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(012)-3144/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin olunmasın. Abşeron Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(012)-3144/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2208/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2208/2022
17.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver