Məhkəmə qərarları › İş №2(105)-2243/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2243/2021

17.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2243/2021 17.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(060)-671/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(060)-671/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Rəşad Qoşqarlı) İddiaçı cavabdehlər Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin “Liman Klinikası”na və Cavabdeh2 qarşı həkim səhvi və səhlənkarlığı nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı sərbəst alternativ tibbi ekspertizasının təyin edilməsi barədə vəsatətinin təmin edilməməsi qərara alınmış, iddiaçı qərardaddan şikayəti vermişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddiaçının qərardaddan verdiyi şikayətin mümkün hesab edilməsini xahiş etdi. İddiaçı, cavabdehlər Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin “Liman Klinikası” və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərindən, Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin “Liman Klinikası” nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin fikrini dinləyib, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(060)-671/2021 saylı qərardadından şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(060)- 671/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin “Liman Klinikası”na və Cavabdeh2 qarşı həkim səhvi və səhlənkarlığı nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı sərbəst alternativ tibbi ekspertizasının təyin edilməsi barədə vəsatətinin təmin edilməməsi qərara alınmış, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(060)- 671/2021 saylı qərardadından şikayət vermiş, şikayət təmin edilməyərək mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 395.1.1 və 395.1.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından isə bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Həmin Məcəllənin 395.2-ci maddəsinə görə birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Göründüyü kimi, qanunvericilikdə birinci instansiya məhkəmələrinin konkret olaraq hansı qərardadlarından şikayət verilməsi nəzərdə tutulmuşdur. İddiaçı barəsində şikayət verdiyi qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası MPM-də nəzərdə tutulmamışdır və birinci instansiya məhkəməsinin barəsində şikayət verilən qərardadı işin sonrakı hərəkətinə də mane olmamışdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddələrin tələblərini nəzərə almamış, iddiaçının barəsində şikayət verdiyi qərardaddan şikayət verilə bilinməməsini nəzərə almamış, səhvən qərardadda şikayət verilə bilinməsini göstərmiş, şikayətə baxıb geri qaytarmaq əvəzinə, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan nöqsanların mövcudluğu, iddiaçının şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasını istisna etdiyindən və işdə, onun şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından, iddiaçının şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(060)-671/2021 saylı qərardadından İddiaçı şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar