Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2265/2020 04.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxx” MMC-yə qarşı mənzilə görə ödənilmiş pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-300/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasındabaxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış təmirsiz mənzil üçün xx xxxxx 2017-ci il tarixli M-1506 nömrəli alqısatqı müqaviləsi üzrə ödənilmiş 22.237 manat məbləğində puldan müqavilənin 3.4-cü bəndində nəzərdə tutulan 2% həcmində - 769 manat məbləğində dəbbə pulu çıxılmaqla, cəmi 21.468 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi “xxxxxxxxxxx” MMC-dən alınıb, İddiaçı verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh “xxxxxxxxxxx” MMC qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim H.Əhmədov) İddiaçı cavabdeh «xxxxxxxxxxx» MMC-yə qarşı mənzilə görə ödənilmiş pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh «xxxxxxxxxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh “xxxxxxxxxxx” MMC qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdeh “xxxxxxxxxxx” MMC-yə qarşı “mənzilə görə ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 2017-ci il tarixdə cavabdeh “xxxxxxxxxx” MMC-nin direktoru X1 ilə “M-1506” nömrəli “mənzilin alqısatqısı haqqında” müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən o, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-PARK” yaşayış massivindən “19” saylı küçədə inşa ediləcək “D” saylı yaşayış binasından ümumi sahəsi 58,4 kv.m olan 1 otaqdan ibarət, 37.960 manat dəyərində olan 91 nömrəli mənzili ilkin ödəniş 11.737 manat ödəyərək, geridə qalan 26.223 manat məbləğdə pulu isə 24 ay müddətinə ödəniş etməyi və kredit məbləğinin 1% faizi məbləğində 263 manat komisyon xərcini ödəməyi, cavabdehin direktoru isə mənzili qısa müddət ərzində tikib ona təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə o, ümumilikdə 22.237 manat məbləğində pul ödəmişdir. Pulu verərkən razılaşmışlar ki, pulu hissə-hissə ödədiyi müddətdə mənzil hazır olacaqdır. Lakin o, pulu ödədiyi zaman onun da mənzilinin olduğu binada tikinti işlərinin dayandırıldığını, onların öz öhdəliklərini icra etmədiklərini görmüşdür. O, qeyd edilən mənzilin nə vaxtsa inşa edilərək ona veriləcəyindən ümidsiz olduğu üçün və cavabdeh təşkilat tərəfindən ona mənzilin təhvil verilməsi ilə bağlı konkret vaxt göstərilmədiyi üçün mənzil almaq məqsədi ilə ümumi ödədiyi 22.237 manat məbləğində pulunun ona qaytarılmasını tələb etmişdir. Belə ki, mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən o, həmin tikiləcək mənzilə alıcı taparaq (alıcı onun yerinə MMC-yə ödəniş etməli, onun ödədiyi məbləği cavabdeh MMCnin yerinə ona qaytarmalı idi) “xxxxxxxxxxx” MMC-yə təqdim etsə də, cavabdeh tikiləcək mənzili satmaqdan imtina etmiş, həmin mənzili ümumiyyətlə satışa vermədiyini bildirmişdir. Dəfələrlə özü və həyat yoldaşı MMC-yə gedərək pulu geri tələb etsələr də, bu barədə xəbərdarlıq etsələr də, bunun heç bir nəticəsi olmamışdır. Artıq belə qərara gəlmişdir ki, cavabdeh ona olan borcunu qaytarmaq istəmir, bundan imtina edir. Onlardan alınmış pulu dövriyyəyə buraxmaqla əsassız qazanc əldə edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh “xxxxxxxxxxx” MMC qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, poçt xidmətinin poçtu rayon məhkəməsinə gec və ya ağlabatan olmayan müddətdə təqdim etməsinə “xxxxxxxxxxx” MMC cavabdeh deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını qətnamənin cavabdehə xx xxxxxx 2020-ci il tarixdə göndərildiyini və qətnamənin xx.xx.2020-ci il tarixdə qəbul edilməsini, lakin apellyasiya şikayətinin xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmasını və bununla da cavabdehin şikayəti müddəti ötürməklə verdiyini və apellyasiya şikayətinin bərpası ilə bağlı vəsatət verməməsi ilə əsaslandırmış, gəldiyi nəticənin prosessual əsası kimi MPM-nin 360 və 363.1.3. maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, məhkəmə aktının surəti xx xxxxxx 2020-ci il tarixdə tərəflərə, o cümlədən, cavabdeh “xxxxxxxxxxx” MMC-yə göndərilmiş və sonuncu həmin qətnamənin surətini xx.xx.2020-ci il tarixdə almış, lakin həmin qətnamədən apellyasiya şikayətini xx.xx.2020-ci il tarixdə poçta verilmişdir. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir (Mülki Prosessual Məcəllənin 135.2., 135.3. və 135.5. maddələri). Azərbaycan Respublikası MPM-nin 357-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1. maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur (Mülki Prosessual Məcəllənin 129.1., 129.3. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə aktını xx xxxxx 2020-ci il tarixdə almış, bununla da həmin məhkəmə aktından apellyasiya şikayəti vermək üçün prosessual müddətin axımı başlamışdır. Cavabdehin apellyasiya şikayəti isə xx xxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinə daxil olmuş, lakin prosessual müddətin bərpası barədə vəsatət verməmişdir. Mülki Prosessual Məcəllənin 130.1. maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Mülki Prosessual Məcəllənin 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bu mənada məhkəmə kollegiyası cavabdeh “xxxxxxxxxxx” MMC-nin prosessual müddətin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh “xxxxxxxxxxx” MMC tərəfindən xx xxxxxx 2020-ci il tarixli məhkəmə qətnaməsindən apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətinin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxx 2020-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh “xxxxxxxxxxx” MMC-nin şikayəti təmin edilməsin. Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxx 2020ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2265/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2265/2020
04.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver