Məhkəmə qərarları › İş №2(105)-2280/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2280/2020

05.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2280/2020 05.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh «xxxxxxxx» MMC-yə qarşı qeyri-yaşayış sahəsinin verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-914/2020 saylı qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş şikayətin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Nəcəfova) iddiaçı X2 cavabdeh “xxxxxxxx” MMC-yə qarşı qeyri-yaşayış sahəsinin verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı X3 qətnamədən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədov) iddiaçı X1 vəkili və nümayəndəsi X4 Abşeron rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməsi qərara alınmışdır. Cavabdeh2 MMC həmin qərardaddan şikayət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Cavabdeh2 MMC tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. (Mülki Prosessual Məcəllənin 357.1. maddəsi) Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. (Mülki Prosessual Məcəllənin 357.2. maddəsi) Qanunun mənasına görə birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan işdə iştirak edən şəxslər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Göründüyü kimi qanunvericilik birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş aktlarından şikayət verə bilən şəxslərin dairəsi konkret olaraq müəyyən etmişdir. İşdən görünür ki, iddiaçı Naringi Quliyev cavabdeh “xxxxxxxx” MMC-yə qarşı qeyri-yaşayış sahəsinin verilməsi ilə bağlı iddia tələbi irəli sürmüş və onun bu tələbi təmin edilməmiş, sonuncu bundan narazı qalaraq apellyasiya şikayəti verməklə yanaşı müddətin bərpa edilməsinə dair vəsatət də vermiş, vəsatətin təmin edilmişdir. Lakin bu qərardaddan cavabdeh “xxxxxxxx” deyil, Cavabdeh2 MMC şikayət vermiş, məhkəmə isə onun işdə hansı prosessual statusa malik olmasını aydınlaşdırmadan və qəbul edilmiş məhkəmə aktının onun hansı hüquq və mənafelərinə toxunmasını müzakirə etmədən, şikayətin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2012-ci il qərarında göstərmişdir ki, MPM-in 361, 363 və 366-cı maddələrində apellyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilib-verilməməsinin araşdırılmasına yönəlmişdir. Həmçinin həmin qərarda göstərmişdir ki, belə hüquqa malik olan şəxs apellyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, bu qərardadın Cavabdeh2 MMC-nin hansı hüquqlarına və qanunla qorunan maraqlarına toxunması və onun işdə olan prosessual statusu birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmədən şikayətin apellyasiya instansiya məhkəməsinə göndərilməsi, şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 MMC tərəfindən verilmiş şikayətin MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar