Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2291/2020 06.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim),Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdeh ləğv prosesində olan “NBC” Bank açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-917/2020 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-917/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra idarəsinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac mərkəzi məhdud məsuliyyətli cəmiyyətinə və “NBC” Bank açıq səhmdar cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin iddianın təmini tədbiri barədə xx.xx.2019-cu il tarixli, 2(060)-10124/2019 saylı qərardadı ilə Sumqayıt şəhəri, Samur- Abşeron kanalının şimalı, Yeni yaşayış massivi, 6-cı məhəllədə yerləşən 242 saylı fərdi evin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmış, İddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçıiddia ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri üzrə İcra idarəsinin sifarişi əsasında Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac mərkəzi məhdud məsuliyyətli cəmiyyətinin ipoteka predmeti olan Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalı, Yeni yaşayış massivi, 6-cı məhəllədə yerləşən 242 saylı fərdi evinin satışı ilə bağlı keçirilmiş xx xxxxxx 2019-cu il tarixli hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekunları barədə 5403 saylı protokolun ləğv edilməsi barədə qətnamə çıxarılmasıni xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-10124/2019 saylı qərardadı ilə İddiaçıiddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilmiş, işə mahiyyəti üzrə məhkəmədə baxılıb qurtaranadək Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalı, Yeni yaşayış massivi, 6-cı məhəllədə erləşən 242 saylı fərdi evin üzərinə həbsin qoyulması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli,2(060)-917/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra idarəsinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac mərkəzi məhdud məsuliyyətli cəmiyyətinə və “NBC” Bank açıq səhmdar cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1554/2020 saylı qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-917/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, iddianın baxılmamış saxlanılması haqqında qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-917/2020 saylı qərardadı Azərbaycan Respublikası MPM-nin 162.3-cü maddəsinə zidd olduğundan ləğv olunmalıdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-917/2020 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minmədiyindən iddianı təmin tədbiri barədə qərardad ləğv oluna bilməz. Şikayətdə iş üzrə qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan “NBC” Bank açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər Sumqayıt şəhəri üzrə İcra idarəsi, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac mərkəzi məhdud məsuliyyətli cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdehlər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin etmək tədbiri barədə qərardadın ləğv edilməsi üçün əsasların olmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-917/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra idarəsinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac mərkəzi məhdud məsuliyyətli cəmiyyətinə və “NBC” Bank açıq səhmdar cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1554/2020 saylı qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-917/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iş üzrə iddia ərizəsi baxılmamış saxlanıldığından iddianı təmin etmə tədbirinin saxlanılmasına da artıq zərurət olmamışdır. İddiaçı şikayətində iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minmədiyindəniddianı təmin tədbiri barədə qərardadın ləğv oluna bilməməsini göstərmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1554/2020 saylı qərardadından görünür ki, İddiaçı şikayəti təmin edilməmiş, iddia ərizəsinin baxılmamış saxlanılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-917/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb məhkəmə qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-917/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2291/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2291/2020
06.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver