Məhkəmə qərarları › İş №2(105)-2341/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2341/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2341/2022 28.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçının nümayəndəsi: X4, Cavabdeh: Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddianın qismən təmin edilməsi, xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə İMEİ Kodu **********97734 olan X7 8 markalı telefon, M1 Power Bank, X8 üçün 464 manat ödənilməmiş hissə, 9 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********76701 olan X9 8 markalı telefon üçün 498 manat ödənilməmiş hissə, 11 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, X6 üçün 35 manat ödənilməmiş hissə, 2 manat dəbbə, ümumilikdə 984 manat borc və 32.89 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" MMC Cavabdeh1 qarşı iddia qaldıraraq xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə İMEİ Kodu **********97734 olan X7 8 markalı telefon, M1 Power Bank, X8 üçün 464 manat ödənilməmiş hissə, 129 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********76701 olan X9 8 markalı telefon üçün 498 manat ödənilməmiş hissə, 151 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, X6 üçün 35 manat ödənilməmiş hissə, 12 dəbbə, ümumilikdə 1289 manat borc, 32.89 manat ödənilmiş dövlət rüsumu Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********97734 olan X7 8 markalı telefon, M1 Power Bank, X8, İMEİ Kodu **********76701 olan X9 8 markalı telefon, X6 almış və nəticədə 1289 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 775 manat (18 ay x 43 manat +1 manat ilkin ödəniş) İMEİ Kodu **********97734 olan X7 8 markalı telefon, M1 Power Bank, X8 üçün ümumilikdə, 593 manat olmaqla ondan, 464 manat ödənilməmiş hissə, 129 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 614 manat (17 ay x 36 manat+2 manat ilkin ödəniş) İMEİ Kodu **********76701 olan X9 8 markalı telefon üçün ümumilikdə, 649 manat olmaqla ondan, 498 manat ödənilməmiş hissə, 151 manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 54.4 manat (6 ay x 8.4 manat + 4 manat ilkin ödəniş) X6 üçün ümumilikdə, 47 manat olmaqla ondan, 35 manat ödənilməmiş hissə, 12 manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 446.4 manat təşkil edir. Xahiş edir, xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə İMEİ Kodu **********97734 olan X7 8 markalı telefon, M1 Power Bank, X8 üçün 464 manat ödənilməmiş hissə, 129 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********76701 olan X9 8 markalı telefon üçün 498 manat ödənilməmiş hissə, 151 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, X6 üçün 35 manat ödənilməmiş hissə, 12 dəbbə, ümumilikdə 1289 manat borc, 32.89 manat ödənilmiş dövlət rüsumu Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Hakim işə baxarkən Mülki Məcəlləsinin 470-477-ci maddələrinin tələblərini nəzərə almamışdır. Müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir ilə ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə tərəfindən bunlar nəzərə alınmamışdır. Şabran Rayon Məhkəməsinnm 19 may 2022-ci il tarixli e-2(031)-439/2022 saylı qətnaməsinin ləğv edilməsi, yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat vedi və qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi R.M.Aslanov apellyasiya şikayətinin dəlillərini qəbul etdi və təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, tərəflər arasında olan müqavilənin şərtlərinin cavabdehlər tərəfindən yerinə yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh2 münasibətdə gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrindən görünür ki, Cavabdeh1 "xxxx" MMC-dən İMEİ Kodu **********97734 olan X7 8 markalı telefon, M1 Power Bank, X8, İMEİ Kodu **********76701 olan X9 8 markalı telefon, X6 almış və nəticədə 1289 manat borc yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materialları ilə müəyyən edilir ki, zamin Cavabdeh2 Cavabdeh1 12 oktyabr 2019cu il tarixdə bağlanmış müqavilə üzrə zamin durmuşdur, digər, yəni 13 mart 2020-ci il tarixli və 01 may 2020-ci il tarixli müqavilə üzrə zamin durmamışdır. Odur ki, birinci instansiya məhkəməsi hər üç müqavilə üzrə borcun müştərək qaydada tutulması hissəsində qətnamə qəbul etdikdə maddi hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyası cavabdehin iş üzrə zaminə qarşı düzgün qərar qəbul edilməməsi barədə gətirdiyi dəlili qəbul edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min matadan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi zaminə qarşı faktlar nöqteyi-nəzərindən qismən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin bu iş üzrə 19 may 2022-ci il tarixli e-2(031)-439/2022 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə qismən ləğv edilsin. xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********97734 olan X7 8 markalı telefon, M1 Power Bank, X8 üçün 464 manat ödənilməmiş hissə, 9 manat dəbbə pulu müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar