Məhkəmə qərarları › İş №2(105)-2353/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2353/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2353/2022 10.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(060)-6062/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında sadələşdirilmiş yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 929 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 645 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 357 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 347 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 286 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 243 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 138 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 56 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 800 manat, cəmi 3801 (üç min səkkiz yüz bir) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58,01 (əlli səkkiz manat bir qəpik) manat iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Divan Kitab üçün 929 manat borc, xx.xx.2019cu il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********31445 Samsung Galaxy S10 markalı telefon üçün 645 manat borc, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, HP15 kompüter üçün 357 manat borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, ASUS kompüter üçün 347 manat borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, divan kitab üçün 286 manat borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, ASUS kompüter üçün 243 manat borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, X1 üçün 138 manat borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung tozsoran üçün 56 manat borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Bosch soyuducu, Samsung paltaryuyan üçün 800 manat borc, ümumilikdə 3801 manat borcun və 58,01 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, Bosch soyuducu, İMEİ KOD **********31445 Samsung Galaxy S10 markalı telefon, HP 15 kompüter, ASUS kompüter, Divan Kitab, Asus kompüter, X1, Samsung tozsoran, Soyuducu Bosch, Samsung paltaryuyan almış və nəticədə 3801 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1400 manat divan kitab üçün 929 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2067 manat olan Samsung Galaxy S10 markalı telefon üçün 645 manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1224 manat olan HP 15 kompüter üçün 357 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 876 manat Asus kompüter üçün 347 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 528 manat olan Divan Kitab üçün 286 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 972 manat olan ASUS kompüter üçün 243 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 704 manat olan X1 üçün 138 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 308 manat olan Samsung tozsoran üçün 56 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2300 manat olan Bosch soyuducu, Samsung paltaryuyan üçün 800 manat hesablanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, xx.xx.2019-cu il tarixdə Soyuducu Boschdan imtina etmiş və məhsul 1100 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 400 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1100 manat, ümumilikdə 1500 manat təşkil edir. Digər müqavilələr üzrə üçün isə cəmi ödədiyi məbləğ 5078 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul edildiyindən ləğv edilməsi və işə yenidən baxılaraq tərəfindən ödənilməmiş qalan borc üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun borcu qətnamədə qeyd edilən kimi deyil və bu halla razılaşmır. Belə ki, onun əvvəlki ödənişləri qətnamə çıxarılarkən nəzərə alınmamış və hesablanan borc reallığı əks etdirmir. Möhtərəm məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlarla kifayətlənmiş və onun ödənişlərini nəzərə almamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarını araşdıraraq apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəliklərinin olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. İşdən görünür ki, iddia tələbi alqı-satqı müqaviləsi üzrə borcun tutulması barədədir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, tərəflər arasında Bosch soyuducu, İMEİ KOD **********31445 Samsung Galaxy S10 markalı telefon, HP 15 kompüter, ASUS kompüter, Divan Kitab, Asus kompüter, X1, Samsung tozsoran, Soyuducu Bosch, Samsung paltaryuyan alınması məqsədilə xx.xx.2019-cu il, xx.xx.2019cu il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə müqavilələr bağlanmışdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 600-cu maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1. maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1 maddəsi). Maddənin məzmununa görə öhdəliyin predmeti pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətlərdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd etmək lazımdır ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri də iki tərəfin iradə ifadəsi olan müqavilədir. Cavabdeh qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, müqavilənin tərəfi olan iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olunduğundan, həmin müqavilə üzrə cavabdehin ödəməli olduğu pulu ondan tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar