Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2362/2020 18.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X8 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı «xxxxxxxxxxxx» X13 nümayəndəsi Ömərova Günel Əjdər qızının iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh Məhərrəm oğluna və X4 qarşı 700 manat ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)- 904/2020 saylı qətnaməsindən iddiaçı “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-904/2020 saylı qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) “xxxxxxxxxxxx” ASC-nin iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı “xxxxxxxxxxxx” ASC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə şıxarılmasını xahiş etmişdir İŞİN HALLARİ: «xxxxxxxxxxxx» ASC Cavabdeh Məhərəm oğluna və X4 qarşı iddia qaldıraraq, onlardan müştərək olaraq subroqasiya qaydasında “xxxxxxxxxxxx” ASC-nin xeyrinə 700,00 (yeddi yüz) manat məbləğində ziyanın və ödənilmiş 30.00 (otuz) manat dövlət rüsumunun, habelə 1,00 (bir) manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxxx» X17 iddiasını onunla əsaslandırmışdır ki, X4 məxsus ** CE *** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtonəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə “xxxxxxxxxxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2017-ci il tarixdə Cavabdeh Məhərrəm oğlu idarə etdiyi ** CE *** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində ** SR *** dövlət qeydiyyat nişanlı, “Toyota Rav 4” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi haqqında DYP əməkdaşı tərəfindən xx xxxxxx 2017-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “xxxxxxxxxxxx" ASC tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2017-ci il tarixli zərər, dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** SR *** dövlət qeydiyyat nişanlı, “Toyota Rav 4” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 700.00 (yeddi yüz) manat məbləğində müəyyən edilmişdir. “xxxxxxxxxxxx" ASC-nin xx xxxxxxxx 2017-ci il tarixli sığorta aktına əsasən 700 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və zərərçəkən şəxsin şəxsi hesabına köçürmə həyata keçirilmişdir. Beləliklə, ** SR *** dövlət qeydiyyat nişanlı, “Toyota Rav 4” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün “xxxxxxxxxxxx“ ASC tərəfindən zərərçəkənə ödənilmiş 700 manat məbləğində vəsait subroqasiya qaydasında cavabdehlər Cavabdeh Məhərrəm oğlu və X2 tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : “xxxxxxxxxxxx" ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh Məhərrəm oğluna verilmiş 24,09.2011 ci il tarixli etibarnamə tədqiq edilən zaman müəyyən olunmuşdur ki, həmin etibarnamədə X7 ** CL *** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi G4EE8H150399, BAN nömrəsi KNADE**********01 olan avtonəqliyyat vasitəsini idarə etmək üçün digər Cavabdeh Məhərrəm oğluna səlahiyyət vermişdir. Yolnəqliyyat hadisəsi zamanı Cavabdeh Məhərrəm oğlunun idarə etdiyi avtonəqliyyat vasitəsinin texniki pasportundan isə görünür ki, sürücü tərəfindən idarə olunan avtonəqliyyat vasitəsinin dövlət qevdiyyat nişanı ** CL *** olsa da, müərrik nömrəsi G4ED8H535692, BAN nömrəsi isə KNADE**********41 olmuşdur. Göründüyü kimi, verilən etibarnamə hadisə zamanı cavabdeh tərəfindən idarə olunan avtonəqliyyat vasitəsinə aid olmamışdır. Hakim qətnamə çıxararkən təqdim olunmuş sübutu düzgün qiymətləndirməmiş, etibarnamənin mübahisəli avtomobili idarə etmək səlahiyyət verən sənəd olmasını əsas götürərək qanunsuz nəticəyə gəlmişdir. Qətnamə çıxarılarkən “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun və Mülki Məcəllənin sığorta institutu ilə bağlı bir sıra normalarının tələbləri pozulduğundan qətnamə ləğv edilməli, iddianın təmin olunması barədə yrni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı «xxxxxxxxxxxx» X13 nümayəndəsi Ömərova Günel Əjdər qızı apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, şikayətinin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Məhərəm oğlu xx.xx.2017-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi ** CE *** dövlət qeydiyyat nişanlı, Kia Rio markalı avtonəqliyyat vasitəsi ilə ** SR *** dövlət qeydiyyat nişanlı, Toyota Rav 4 markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuş, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt sürücü ayıq olmuş, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuş və hadisə yerindən yayınmamışdır. Yenə iş materiallarında olan zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2017-ci il tarixli, 12087 saylı hesabatın təsdiq olunmuş surətindən görünür ki, ** SR *** dövlət qeydiyyat nişanlı, Toyota Rav 4 markalı avtomobilə dəymiş zərərin həcmi 700,00 manat məbləğində müəyyən edilmişdir. Yenə də işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X19 xx.xx.2017-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Cavabdeh Məhərəm oğlu Azərbaycan Respublikası İXM-nin 327.1 cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İşə əlavə edilmiş "xxxxxxxxxxxx" ASC-nin xx.xx.2017-ci il tarixli işə dair sığorta aktının təsdiq olunmuş surətindən görünür ki, ** CE *** dövlət qeydiyyat nişanlı, Kia Rio markalı avtonəqliyyat vasitəsi "xxxxxxxxxxxx” ASC tərəfindən xx xxxx 2017-ci il tarixində "Avtonəqliyyat vasitələrinin tam sığortası" növü üzrə tam sığortalanmışdır. xx xxxxxx 2017ci il tarixdə baş vermiş yol nəqliyyatı hadisəsində ** SR *** dövlət qeydiyyat nişanlı, Toyota Rav 4 markalı avtonəqliyyat vasitəsinə 700 manat məbləğində ziyan dəymiş və sonuncu məbləğ "xxxxxxxxxxxx" ASC tərəfindən X9 etibarnamə əsasında nümayəndəsi X10 təqdim olunan 1100 0000 0071 3849 saylı karta köçürülmüşdür. İşdə olan xx.xx.2011-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 Ramiz Məhərəm oğluna ** CE *** dövlət qeydiyyat nişanlı, Kia Rio markalı avtonəqliyyat vasitəsini 30 illiyə idarə edilməsilə bağlı səlahiyyət verən etibarnamə vermişdir. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli,Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-904/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2017-ci il tarixdə, Bakı-Quba yolunda cavabdehlərdən Cavabdeh Məhərəm oğlu tərəfindən idarə olunan, "xxxxxxxxxxxx" ASC-də sığortalanmış “Kia Rio” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Toyota Rav 4” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxxxxxxxxxx" ASC tərəfindən “Toyota Rav 4” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi X11 700 manat sığorta ödənişi həyata keçirilmişdir. Hazırda "xxxxxxxxxxxx" ASC Cavabdeh Məhərrəm oğlunun yol nəqliyyat hadisəsini törətdiyi vaxt “Kia Rio” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığına istinad edərək, sığorta ödənişi qismində X11 (etibarnamə əsasında X10) ödənilmiş 700 manat pulun cavabdehlər Cavabdeh Məhərəm oğlu və X2 tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt sığortalanmış avtomobilin sahibi Cavabdeh qardaşı Ruslan İsmayılova həmin avtomobilin idarə edilməsi barədə xx.xx.2011-ci il tarixli etibarnamə verdiyindən “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən "xxxxxxxxxxxx" ASC-nin cavabdehlərə qarşı subroqasiya hüququ yarana bilməz. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda qeyd edilən əsaslara görə razılaşmaq olmaz. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaradır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İşdə olan xx.xx.2011-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 Ramiz Məhərəm oğluna ** CE *** dövlət qeydiyyat nişanlı, Kia Rio markalı avtonəqliyyat vasitəsini 30 illiyə idarə edilməsilə bağlı səlahiyyət vermişdir. Bu etibarnamədə avtomobilin qeydiyyat şəhadətnaməsi AB № 480830, mühərrik nömrəsi G4EE8H150399, BAN nömrəsi KNADE**********01 göstərilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsindəki ** CE *** dövlət qeydiyyat nişanlı, Kia Rio markalı avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi AB № 886635, mühərrik nömrəsi G4ED8H535692, BAN nömrəsi isə KNADE**********41 kimi göstərilmişdir. Beləliklə də, iş materiallarından məlum olur ki, X7 xx.xx.2011-ci il tarixli etibarnamə ilə ** CE *** dövlət qeydiyyat nişanlı, Kia Rio markalı, qeydiyyat şəhadətnaməsi AB № 886635, mühərrik nömrəsi G4ED8H535692, BAN nömrəsi KNADE**********41olan avtonəqliyyat vasitəsini idarə etməyi Cavabdeh etibar etməmiş, lakin o, hüququ olmadan bu nəqliyyat vasitəsilə qəza törədərək digər avtomobilə 700 manatlıq zərər vurmuş, iddiaçı isə bu zərərin əvəzini ödədiyi üçün hazırda onun cavabdehlərdən zərərin əvəzinin ödənilməsini tələb etməsi əsaslıdır və bu barədə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yenə həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. Hazırki iş üzrə baş vermiş yol-nəqliyyat hadisəsindən doğan hüquq münasibətləri X7 ilə X15 arasında yaranmışdır. X12 sığortalanmış avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün “xxxxxxxxxxxx” ASC-yə müraciət etdiyinə görə sığorta şirkəti tərəfindən zərər dəymiş avtomobilin sahibinə sığorta ödənişi verilmişdir. Qeyd edildiyi kimi, X12 sığorta olunmuş avtomobilini idarə etmək üçün səlahiyyət vermədiyindən Cavabdeh Məhərrəm oğlu tərəfindən hüquqazidd əməl (delikt) nəticəsində vurulmuş ziyan məbləği sığorta şirkəti tərəfindən ödənildiyindən cavabdehlərdən ziyan məbləğini tələb etmək hüququ (Subroqasiya hüququ) “xxxxxxxxxxxx” ASC-yə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. AR MM-in 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yenə həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yenə də həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən vəi.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükəmənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri məhkəmə qaydasında müəyyən olunmuş Cavabdeh Məhərrəm oğlu, habelə sığortalı X7 zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrində isə müəyyən edilmişdir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyənzərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» haqqında Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsi sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi hər iki cavabdehə münasibətdə təmin ediləndir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi sadalanan hallara düzgün qiymət verməmiş, tamamilə formal əsaslara görə “xxxxxxxxxxxx” ASC-nin qanuni tələbini təmin etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə göstərilən halları tam araşdırmamış, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş və ödənilmiş zəzərin əvəzinin cavabdehlərdən tutulmaması işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X18 Məhkəməsi "X3rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən borcun yaranmaması qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübut edilə bilinməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iddiaçının tələbini əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki,birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qisməndüzgün qiymətvermədiyindənqətnamələğvolunmalı, iddianıntəminolunmasıbarədəyeniqətnaməçıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrəSumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-904/2020 saylı qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə şıxarılmalı, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənapelyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi 15 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-904/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin olunsun. Cavabdeh Məhərəm oğlundan və X2 müştərək olaraq subroqasiya qaydasında “xxxxxxxxxxxx” ASC-nin xeyrinə 700 manat məbləğində pul, iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, habelə 1 manat bank xidməti xərcinin əvəzi, cəmi 731 manat pul tutulsun. Apelyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi 15 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq “xxxxxxxxxxxx” ASC-yə qaytarılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2362/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2362/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver