Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-238/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Telman Qədir oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh X3, onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı iribuynuzlu heyvanların yaşayış ünvanından çıxarılması, ərazinin boşaldılması və həmin ərazidə heyvanların saxlanılmasının cavabdehə qadağan olunması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(012)-930/2021 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(012)-930/2021 saylı qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia təmin edilmiş, ünvan 1 ünvanında saxlanılan iribuynuzlu heyvanların həmin ünvandan çıxarılması, ərazinin heyvanlardan boşaldılması və həmin ünvanda heyvanların saxlanmasının cavabdeh X4 qadağan edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X5 ondan apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı fermer təsərrüfatının dayandırılması, heyvanların ünvandan çıxarılması və həmin ərazidə heyvanların saxlanılmasının cavabdehə qadağan olunması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, 20 saylı evdə saxlanılan fermer təsərrüfatının dayandırılması, iribuynuzlu heyvanların həmin ünvandan çıxarılması və ərazinin heyvanlardan boşaldılması, bu ünvanda heyvanların saxlanmasının Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh 01 dekabr 2020-ci il tarixdə ölmüşdür. Bundan sonra, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin oğlu X3 cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmiş, X5 cavabdeh kimi işə cəlb olunmuşdur. İddiaçı məhkəməyə iddia həcminin azaldılması ilə bağlı ərizə təqdim edərək, Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, 20 saylı evdə saxlanılan iribuynuzlu heyvanların həmin ünvandan çıxarılması və ərazinin heyvanlardan boşaldılması, sözügedən ünvanda heyvanların saxlanmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və orada ailəsi ilə birgə yaşayır. Cavabdehə məxsus ev isə ünvan 1 ünvanındadır və iddiaçının evinin yerləşdiyi torpaq sahəsini onunku ilə hasar ayırır. İddiaçı bu günədək qonşuluq haqlarını gözləmiş, onunla qonşular arasında heç bir münaqişə və mübahisə yaşanmamışdır. Lakin cavabdeh onun və ailəsinin yaşayışını dözülməz həddə çatdırmışdır. Belə ki, cavabdehin həyətində saxladığı 20 baş iribiynuzlu heyvanların saxlandığı yerdən gələn üfunətli qoxu nəinki iddiaçını, hətta həmin ərazidən keçən şəxsləri də həddindən artıq narahat edir. Dəfələrlə ona xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh buna məhəl qoymur, qonşuluq haqlarına riayət etmir. Eyni zamanda, təyinatı heyvandarlıq üçün olmayan ərazidə iribuynuzlu heyvanların saxlanması sanitariya qaydalarının pozulmasına səbəb olur. Cavabdeh heyvanlarını yaşayış məntəqəsində saxlayır. Uşaqlı ailələrin yaşadığı ərazidə bu cür iribuynuzlu heyvanların saxlanması ilk olaraq əhalinin rahatlıq, sonra səhhəti üçün təhlükədir. O, cavabdehə dəfələrlə yaşayış yerində fermer fəaliyyəti ilə məşğul olmasının düzgün olmadığını, həmin fəaliyyət nəticəsində evində normal yaşaya bilmədiyini, bu halın onun mülkiyyət hüququ pozmasını, pis qoxudan və səs-küydən evdə oturmağın mümkün olmadığını, qeyd olunan fəaliyyətlə qeyri-yaşayış yerində məşğul ola biləcəyini desə də, ona heç bir əhəmiyyət verilməmişdir. İddiaçının qızı N.M.Zeynalova miqren xəstəliyindən, 5 yaşlı nəvəsi allergiya xəstəliyindən əziyyət çəkirlər, həmçinin digər nəvəsi isə 6 aylıq olmaqla onların təmiz havaya və istirahətə ehtiyacları var. Bu hal dözülməz olduğundan iddiaçının kürəkəni cavabdehdən polisə şikayət etmiş və nəticədə cavabdeh inzibati qaydada cərimə olunmuşdur. Əlavə olaraq, iddiaçının kürəkəni Ş.Q.Qurbanov Abşeron rayon İcra Hakimiyyətinə də qeyd olunan məsələ ilə bağlı şikayət ünvanlamış, həmin müraciətlə bağlı ünvana Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən gəlmiş heyət tərəfindən baxış keçirilmiş, baxış zamanı sözügedən ünvanda cavabdehin fermerlik fəaliyyəti ilə məşğul olması, həqiqətən də antisanitiar şəraitdə mal-qara saxlandığı müəyyən edilmiş, ərazi üzrə baytar həkimə həmin ünvanda mal-qara saxlanması ilə bağlı bəzi problemlər olduğu bildirilmiş, həkim baytar isə öz növbəsində antisanitar şəraitdən xəbərdar olduğunu, lakin qeyd olunan məsələnin həllinin onun səlahiyyətinə aid olmadığını, antisanitar şəraitlə bağlı Sumqayıt Regional Qida Təhlükəsizliyi Agentliyi tərəfindən akt tərtib olunmasını və İ.R.Rüstəmovun xəbərdarlıq edilərək cərimə olunmasını, buna baxmayaraq həmin sahədə konkret heç bir tədbir görülməməsini bildirmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmaldır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh X5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə qanunsuzdur. Belə ki, ilk olaraq iddaçı İddiaçı Cavabdeh qarşı fermer təsərrüfatının dayandırılması tələbinə dair iddia qaldırmış, daha sonra iddia tələbini dəyişdirmişdir. İddiaçı cəmi 3 ildir ki, bu ünvanda yaşayır. O isə vaxtilə mərhum atası və anasına məxsus bu evdə 1997-ci ildən yaşayır və təsərrüfat fəaliyyəti ilə elə o vaxtdan məşğuldur. Eyni sayda mal-qaranı daim saxlamış, fermer kimi qeydiyyatdan keçmişdir. İddiaçı oraya köçüb ev tikməzdən əvvəldən də orada tövlə var idi. Beləliklə, iddiaçı həmin həyətə, ünvan 3 ünvanına köçərkən orada artıq tövlə mövcud idi və iddiaçı tərəfindən şəxsi ev inşa edilərkən ara məsafəsinə riayət olunmalı idi. Başqa sözlə, məhkəmənin istinad etdiyi Dövlət Şəhərsalma Norma və Qaydalarının 4.20-ci bəndi əgər pozulmuşsa, onun tərəfindən deyil, iddiaçı tərəfindən pozulmuşdur. O, həmin ünvanda 20 ildən çoxdur ki, iribuynuzlu mal-qara saxlayır və məhz iddiaçını və onun ailəsini narahat etməmək üçün son 3 ildə xüsusi olaraq iy verən mal-qara almamışdır. Ümumiyyətlə iddianın əsasını iddiaçının iki əsas arqumenti təşkil edir: 1) “qoxu” 2) təyinatı heyvandarlıq üçün olmayan ərazidə iribuynuzlu heyvanlaım saxlanması. Hər iki tərəfə məxsus evlər və həyətlər Abşeron rayonunun Masazır kəndində yerləşir. Lakin iddianı təmin edən məhkəmənin məntiqi ilə kənd tipli yaşayış məntəqəsində kənd təsərrüfatı ilə, konkret olaraq maldarlıqla məşğul olmaq olmaz. Bu isə absurddur. Bununla da, işə baxan məhkəmə istər kənd təsərrüfatının inkişafı, istər fermer fəaliyyətinin təşfıq olunması, istərsə də fərdi sahibkarlara olan dövlət dəstəyinin əleyhinə getməsini ört-basdır edir. Mübahisə üzrə tətbiq edilməli qanunu tətbiq etməyən məhkəmə, tətbiq edilməli olmayan qanunu tətbiq etmiş, yəni “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yayayış məntəqələrində it, pişik və s. saxlanması qaydaları haqqında 38 saylı, 09.03.2019-cu il tarixli Qərarına istinad etmişdir ki, həmin Qərarda söhbət şəhər və şəhər tipli qəsəbələrdə, çoxmərtəbəli binaların arasında heyvanların saxlanılmasından gedir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı cavabdeh X5, onun vəkili Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdilər. Cavabdeh əlavə etdi ki, onun başqa məşğuliyyəti, gəlir mənbəyi yoxdur və ailəsini maldarlıqla məşğul olmaqla saxlayır. Əslində mübahisənin kökündə ona məxsus torpaq sahəsini könüllü olaraq qarşı tərəfə satmamaq durur. İddiaçı tərəf 3 il əvvəl bu evi alan zamanla hazırkı vaxta olan vəziyyət eynidir, lakin torpaq satışı barədə təklif rədd olunduqdan sonra hazırkı iddia qaldırıldı. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər. İddiaçı əlavə etdi ki, onun torpaq sahəsini satması barədə cavabdehə heç bir təklifi olmayıb. Əvvəllər də vəziyyət pis idi, lakin son vaxtlar artıq orada sanitaryiya vəziyyəti dözülməzdir. Cavabdeh orada 1 heyvan saxlaya bilər, amma balaca yerdə 20 mal-qaranın saxlanılması qonşuluq hüququnun pozulması deməkdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********99-10301 reyestr nömrəli, 04.12.2018-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, ev 19 C (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Yenə iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********57-10301 reyestr nömrəli, 06.10.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 5 ünvanındakı 0,09 ha torpaq sahəsi və fərdi yaşayış evi X3 mülkiyyətindədir. Onun adına 04.10.2021-ci il tarixdə texniki pasport tərtib edilmişdir. Yenə də iş materiallarında olan Abşeron Rayon İHB-nın Masazır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilən 02 noyabr 2020-ci il tarixli məktubdan görünür ki, Masazır kəndi, S.Rüstəm küçəsi, ev 20 ünvanında fermerlik fəaliyyəti ilə məşğul olan sahibkar X3 fermasına nümayəndə heyəti baxış keçirərkən həqiqətən də, antisanitar şəraitdə mal-qara saxladığı müəyyən edilmişdir. Sahibkarla əlaqə saxlamaq mümkün olmamışdır. Ərazi üzrə baytar həkimə həmin ünvanda mal-qara saxlanması ilə bağlı bəzi problemlər olduğu bildirildikdə, o, hazırda həmin məsələnin həllinin onların səlahiyyətlərindən kənar olduğu və bu ünvanda antisanitar şəraitdən xəbərdar olduğu bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, sözügedən ünvanda antisanitar şəraitlə bağlı Sumqayıt Regional Qida Təhlükəsizliyi Agentliyi tərəfindən akt bağlanmış və vətəndaş X5 xəbərdarlıq edilərək cərimə olunmuşdur. Lakin, bütün bunlara baxmayaraq, hələ də həmin sahədə konkret bir tədbir görülməmişdir. Belə ki, vətəndaş X5 dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən ailəsinin yeganə dolanışıq mənbəyinin fermerlik olduğunu bildirmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis Şöbəsi tərəfindən göndərilən 12.08.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 290.1-ci maddəsinin tələblərini pozduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək inzibati qaydada cərimə olunması barədə qərar qəbul edilmişdir. Yenə işə əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən göndərilən 16 aprel 2021-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən heyvandarlıq təsərrüfatına keçirilən baxış zamanı vətəndaşın heyvanların saxlanması üçün istifadə etdiyi tövlənin tikintisində Dövlət Şəhərsalma Norma və Qaydalarının 4.20-ci bəndində göstərilən qaydaları pozduğu müəyyən edilmişdir. Həmin ünvanda yerləşən heyvandarlıq təsərrüfatı ilkin istehsal sahəsi olmasına baxmayaraq Qida təhlükəsizliyi qeydiyyatına alınmadığı üçün qida təhlükəsizliyi dövlət reyestrinə daxil edilməmiş və reyestrdən çıxarışla təmin edilməmişdir. Təsərrüfat sahibinə qanunun tələbləri izah edilmiş və qanunvericiliyin tələblərinə əməl etməsinin məcburiliyi rəsmi qaydada bildirilmişdir. Yenə də işə əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən göndərilən 19 may 2021-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən X4 məxsus heyvandarlıq təsərrüfatına keçirilən baxış zamanı təsərrüfatın qanunun tələblərinə uyğun qurulmadığı müəyyən edilmişdir. Belə ki, 22 baş iribuynuzlu heyvanın saxlanılması, yetişdirilməsi və istifadəsi zamanı qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun zoogigiyenik və baytarlıq (baytarlıqsanitariya) tələblərinə əməl olunmur. Təsərrüfat hasarla əhatə olunsa da, istehsalat binaları, yem, istifadə olunan avadanlıq və qurğular baytarlıq qaydaları və normativlərinə uyğun saxlanılmır və ətraf mühitin çirkənməsinə yol verilir. Saxlanılan heyvanların ifrazatı və tullantıları birbaşa fekal çöküntü prinsipinə əməl olunmadan ümumi mərkəzləşmiş kanalizasiya sisteminə axıdılır. Həmçinin, tövlənin tikintisində tikinti qaydalarına əməl edilməmişdir. Belə ki, yaşayış otaqlarının pəncərələrindən mal-qara saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa -15 m-dən az olmamalıdır. Sözügedən tikililər (yaşayış evi və tövlə) arasındakı məsafə 5 m-dir. Qonşu ilə arakəsmədə istifadə olunan divar həm hasar, həm də tövlənin yan divarı kimi istifadə olunur ki, bu da döşəmədəki ifrazat axıntılarının divarı nəmləndirərək qonşunun həyətinə keçməsinə şərait yaradır. Heyvanların saxlanması üçün istifadə olunan ərazidən vətəndaş X5 yalnız təsərrüfat fəaliyyəti üçün istifadə edir, özü isə ailəsi ilə birlikdə həmin küçədə, qarşı tərəfdə 19 nömrəli həyət evində yaşayır. Yaşayış evi ilə tövlə arasındakı məsafənin texniki normativ hüquqi aktların tələblərinə uyğun olmaması, təsərrüfat fəaliyyəti zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada zoogigiyenik və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə əməl olunmaması, ətraf mühitin çirklənməsinə yol verilməsi iy və qoxunun yaranmasına, uçucu həşaratların çoxalmasına səbəb olur ki, bu da İddiaçı haqlı olaraq yaşayış evində yaşamaq hüququnun pozulmasına səbəb olur. İş materiallarından olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Abşeron Rayon Baytarlıq İdarəsi tərəfindən göndərilən 06 may 2021-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu Masazır kəndi S.Rüstəmov küçəsi ev 20-də yaşayan Cavabdeh (X5) fərdi təsərrüfatında 18 baş iri buynuzlu heyvan saxlayır. Həmin heyvanlar epizootik plan əsasında xüsusi təhlükəli infeksion xəstəliklərə Qara yara, Dabaq, Nodulyar Dermatit, Leptosprioz qarşı proflaktiki peyvənd edilib, heyvanlar kliniki sağlamdır. Heyvan məhsullarının istehsalı, satışı və heyvanların saxlama qaydalarına nəzarət işləri 01.07.2018-ci il tarixindən etibarən Baytarlıq idarələrindən alınaraq Qida Təhlükəsizliyi Agentliyinə verilmişdir. Baytarlıq idarələri tərəfindən yalnız heyvanlar arasında yayıla biləcək infeksion xəstəliklərə qarşı profilaktik tədbirlər həyata keçirilir. Yenə iş materiallarından olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Abşeron Rayon Baytarlıq İdarəsi tərəfindən verilən baytarlıq nəzarətində olan müəssisənin identikləşdirilməsi haqqında 02.10.2020-ci il tarixli, 0173 saylı şəhadətnamədən müəyyən edilir ki, X5 həqiqətən ünvan 7 ünvanda iribuynuzlu heyvan yetişdirmə təsərrüfatı ilə məşğul olur. Yenə də iş materiallarında olan fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamədən görünür ki, X1 və **********2 saylı VÖEN-i vardır. İşə əlavə edilmiş **********3062449 saylı fermer kartından görünür ki, X5 fermerlik fəaliyyətilə məşğuldur. Yenə işə əlavə edilmiş 25 noyabr və 30 dekabr 2021-ci il tarixli aktlardan görünür ki, Abşeron rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən X4 məxsus və Abşeron rayonu, Masazır kəndində yerləşən mal-qara saxlama məntəqəsində 16 litr məhlulla profilaktik dezinfeksiya işləri aparılmışdır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(012)-930/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, tərəflər Abşeron rayonunun Masazır kəndindəki S.Rüstəmov küçəsində yaşayırlar və onlar qonşudurlar (ev 18 və 20). İddiaçı ilə cavabdehin həyətyanı sahələri bir-birindən hasar vasitəsilə ayrılmışdır. İş materialları ilə müəyyən edilir ki, ünvan 1 ünvanında cavabdeh X5 tərəfindən iribuynuzlu heyvanlar saxlanılır. Cavabdeh qeyd edir ki, 1997-ci ildən bu işlə məşğuldur, orada tövlə xeyli vaxtdır inşa edilmişdir. Hazırda orada 20 baş mal-qara saxlayır. İddiaçı isə iddia edir ki, cavabdehin bu fəaliyyəti nəticəsində ərazidə anti-sanitariya vəziyyəti yaranmışdır və o, habelə ailəsi evdə iy, qoxu, səs-küydən normal yaşaya bilmir. İşin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən həqiqətən də, qeyd olunan ünvanda gəlir məqsədilə 20 baş mal-qara saxlanılır, yetişdirilir və tədarük olunur. Bu zaman isə qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun zoogigiyenik və baytarlıq (baytarlıqsanitariya) tələblərinə əməl olunmur. Təsərrüfat hasarla əhatə olunsa da, istehsalat binaları, yem, istifadə olunan avadanlıq və qurğular baytarlıq qaydaları və normativlərinə uyğun saxlanılmır və ətraf mühitin çirkənməsinə yol verilir. Saxlanılan heyvanların ifrazatı və tullantıları birbaşa fekal çöküntü prinsipinə əməl olunmadan ümumi mərkəzləşmiş kanalizasiya sisteminə axıdılır. Bundan başqa, cavabdehin istifadə etdiyi tövlənin inşasında tikinti qaydalarına əməl edilməmiş, yaşayış otaqlarının pəncərələrindən mal-qara saxlanılan tikililərədək olan normativ gözlənilməmişdir. Qonşu ilə arakəsmədə istifadə olunan divar həm hasar, həm də tövlənin yan divarı kimi istifadə olunur ki, bu da döşəmədəki ifrazat axıntılarının divarı nəmləndirərək qonşunun həyətinə keçməsinə şərait yaradır. Heyvanların saxlanması üçün istifadə olunan ərazidən X5 yalnız təsərrüfat fəaliyyəti üçün istifadə edir, özü isə ailəsi ilə birlikdə həmin küçədə, qarşı tərəfdə 19 nömrəli həyət evində yaşayır. Yaşayış evi ilə tövlə arasındakı məsafənin texniki normativ hüquqi aktların tələblərinə uyğun olmaması, təsərrüfat fəaliyyəti zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada zoogigiyenik və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə əməl olunmaması, ətraf mühitin çirklənməsinə yol verilməsi iy və qoxunun yaranmasına, uçucu həşaratların çoxalmasına səbəb olur ki, bu da İddiaçı haqlı olaraq yaşayış evində yaşamaq hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydaları haqqında” 38 saylı, 09 mart 2019-cu il Qərarı ilə şəhər və şəhər tipli qəsəbələrdə, ayrı-ayrı yaşayış sahələrində, çoxmərtbəli binaların arasında iri və xırdabuynuzlu heyvanların yetişdirilməsi, saxlanması qadağan edilmişdir. “Dövlət Şəhərsalma Norma və Qaydaları”nın (AzDTN 2.6 -1) 4.20-ci bəndinə görə Yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa -15 m-dən, 8-dək tikili olarsa -25 m-dən, 30-dək tikili olarsa -50m-dən, 30-dan çox tikili olarsa -100 m-dən az olmamalıdır. Məskunlaşma ərazisində yerləşdirilən mal-qara və quşlar saxlanılan tikintilərin (blokların) sayı hər qrup üzrə 30-dan çox olmamalıdır. Mərtəbəliyi 2-dən çox olan binalarda yaşayan əhalinin mal-qara üçün nəzərdə tutulan təsərrüfat tikililəri məskunlaşma ərazisindən kənarda yerləşdirilməlidir. Həmin binaların zirzəmisində və ya onların yaxınlığında kənd təsərrüfat məhsulları saxlanılan yeraltı anbarlar yerləşdirilə bilər. Bu anbarların ölçüləri layihə tapşırığı ilə müəyyənləşdirilməlidir. “Baytarlıq haqqında” AR Qanununun 19-cu maddəsinə görə heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələri aşağıdakılardır: heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq (baytarlıq-sanitariya) qaydaları və normalarına uyğun həyata keçirmək, müvafiq təlimatlara əməl etmək; ərazini, istehsalat binalarını və obyektlərini, yem və yem əlavələrini, həmçinin heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması, daşınması və satışı üçün lazım olan avadanlıq və qurğuları baytarlıq qaydaları və normativlərinə uyğun saxlamaq, ətraf mühitin çirklənməsinə yol verməmək; dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpası və istismara verilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada zoogigiyenik və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə əməl etmək; heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyini təmin etmək üçün qanunvericiliklə müəyyən edilmiş baytarlıq qaydalarına əməl etməklə baytarlıq və inzibati-təsərrüfat tədbirlərini həyata keçirmək; istifadəsində olan heyvanların identikləşdirilməsini (kodlaşdırılmasını) və heyvanlar üçün yem və bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatını təmin etmək; yeni əldə edilmiş heyvanlar, doğulmuş bala və satış haqqında müvafiq icra hakimiyyəti orqanına vaxtında məlumat vermək; heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra hakimiyyəti orqanına təcili məlumat vermək və müfəttişlər gələnə kimi xəstəliyə şübhəli heyvanları təcrid etmək; ərazini xaricdən keçə biləcək xəstəliklərdən qorumaq məqsədilə başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə onları təcrid olunmuş halda saxlamaq; qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanlara baxış keçirilməsində, diaqnostika, profilaktika və müalicə tədbirlərinin həyata keçirilməsində, xidməti vəzifələrinin yerinə yetirilməsində baytarlıq mütəxəssislərinə lazımi şərait yaratmaq və köməklik göstərmək; qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanları və onlardan alınan məhsulları baytarlıq baxışından keçirmək üçün baytarlıq müfəttişlərinə maneəsiz və vaxtında təqdim etmək; əhalinin və heyvanların sağlamlığı üçün təhlükə yaradan heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin zərərsizləşdirilməsi üçün baytarlıq müfəttişlərinin tələblərini yerinə yetirmək; baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıqsanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istifadəsinə yol verməmək; heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə yalnız onların sağlamlığını və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu təsdiq edən baytarlıq sənədləri olduqda məşğul olmaq; heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalı və ixracında bu Qanunun tələblərinə və Azərbaycan Respublikasının digər qanunvericiliyinə əməl etmək. Qeyd edildiyi kimi, cavabdehin yaşayış məntəqəsində vergi ödəyicisi olsa belə, maldarlıq fəaliyyəti ilə bu qaydada məşğul olması onun qonşusu olan İddiaçı qanunla müəyyən edilmiş hüquqlarını məhdudlaşdırmışdır. Belə ki, o, mülkiyyətində olan torpaq sahəsində və evdə cavabdehin fəaliyyəti nəticəsində əmələ gələn qoxulardan və antisanitariya vəziyyətindən əziyyət çəkir. Cavabdehin istifadə etdiyi tövlə isə qonşunun hasarının 5 metrliyində yerləşir ki, bu da müvafiq qaydaların tələblərinə ziddir. Digər tərəfdən, maldarlıq fəaliyyəti ilə məğul olan cavabdeh İ.Rüstəmov bu fəaliyyəti tənzimləyən “Baytarlıq haqqında” AR Qanununun 19-cu maddəsilə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmiş, bunun nəticəsində isə onun qonşusu olan İddiaçı haqlı narazılığı yaranmışdır. Bu hallar iş materiallarındakı sənədlərlə, o cümlədən foroşəkillərlə və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən göndərilən 19 may 2021-ci il tarixli məktubla tamamilə təsdiq olunur. Belə olan halda isə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən, yəni iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ona istinad edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmiş, öz dəlillərinin əsası kimi istinad etdiyi hallar barədə məhkəməyə heç bir mötəbər və legitim, əsaslı şübhələrdən kənar sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(012)- 930/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş 10,40 manat məbləğində dövlət rüsumu cavabdeh X3 özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-238/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-238/2022
11.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver