Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2389/2020 13.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-4305/2020 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili A.Ş.Qulamovun verdiyi şikayət üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-4305/2020 saylı qərardadı ilə (hakim R.N.Qoşqarlı) İddiaçı cavabehlər Cavabdeh1 ASC, Sumqayıt şəhəri üzrə İcra İdarəsi və “X1 Məkəzi” MMC-yə qarşı yaşayış sahəsinə qoyulmuş qiymətin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə İddiaçı Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 8a/6-da yerləşən 30 saylı mənzilin üzərinə həbs qoyulması barədə iddianın təmini tədbiri barədə ərizəsi təmin edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili A.Ş.Qulamov şikayət verərək qərardadın ləğv edilib, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-4305/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin qiymətinin dəyişdirilməsi və yaşayış evinin qiymətinin 120.000 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, İddiaçı iddianın təmini tədbiri barədə ərizə verib, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini hərracda satışı ilə bağlı “X1 Mərkəzi” MMC tərəfindən hərracın keçirilməsinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçının nümayəndəsi və vəkili A.Ş.Qulamov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisə predmeti olan mənzilin qiymətinin dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mənzil “X1 Məkəzi” MMC-də hərraca çıxarılmış və bu səbəbdən də yekun məhkəmə qətnaməsi çıxarılana qədər həac dayandırılmalıdır. Hesab edir ki, iddia tələbinə mahiyyəti üzrə məhkəmədə baxılana qədər iddianın təmini tədbiri barədə ərizəsi təmin edilməlidir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili A.Ş.Qulamov şikayətin dəlillərini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabehlər Cavabdeh1 ASC, Sumqayıt şəhəri üzrə İcra idarəsi və “X1 Məkəzi” MMC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materialları ilə müəyyən olur ki, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli, 2(105)-2980/2017 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin ilkin satış qiyməti 80.000 manat məbləğində müəyyən edilmişdir. Həmin qətnamədən cavabdeh E.İddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-1470/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Sumqayıt şəhəri üzrə İcra İdarəsi və “X1 Məkəzi” MMC-yə qarşı yaşayış sahəsinə qoyulmuş qiymətin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, tələbində mübahisəli yaşayış evinin ilkin satış qiymətinin 120.000 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Bununla yanaşı iddiaçı iddianın təmin edilməsi tədbirinin tətbiq edilməsi barədə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin açıq həracda satışı ilə bağlı “X1 Məkəzi” MMC tərəfindən hərracın keçirilməsinin dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İdianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi Azərbaycan Respublikası MPM-nın 158.1.2-ci maddəsində iddianı təmin etmə tədbiri kimi nəzərdə tutulmuşdur. İddianın təmin edilməsində əsas məqsəd məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz olacağı hallarla bağlıdır. Məhkəmə iddiaçının iddia tələblərinin icrasını gələcəkdə təmin etmək məqsədi ilə cavabdehə müəyyən hərəkətləri etməyi qadağan etmək hüququna malikdir. Bu halda qanunvericilik təmin olunması ehtimal olunan tələblərin məhkəmə tərəfindən təmin olunacağı təqdirdə maneə olmadan cavabdeh tərəfindən ödənilməsi (həyata keçirməsini) təmin etmək məqsədini güdür, lakin bu zaman məhkəmə cavabdeh tərəfindən iddia tələblərinin gələcəkdə icrasına maneə törədilə biləcəyi hərəkətlərin dairəsini dəqiq müəyyən etməli, həmin hərəkətlərin cavabdeh tərəfindən edilməsinə abstrakt baxımdan deyil, onların real olaraq törədilməsi baxımından yanaşmalıdır. İddianın təmini tədbiri prosessual bərabərlik baxımından mübahisə predmetinə münasibətdə hər iki tərəfin, həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsi heab etmişdir ki, İddiaçı kredit borcu üzrə tutmanın ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi və həmin yaşayış sahəsinin açıq həracda satılması qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən müəyyən edilmişdir. Hal-hazırda İddiaçı həmin yaşayış sahəsinə tutmanın yönəldilməsi barədə qətnamənin icrasını dayandırılmasını xahiş edir. İddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli, 2(105)-2980/2017 saylı qətnaməsinin icrası ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin üzərinə həbs qoyulması barədə ərizənin təmin edilməsinin hüquqi əsası yoxdur. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərinin heç bir əsası olmayıb, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan iddiaçının nümayəndəsi və vəkili A.Ş.Qulamovun verdiyi şikayəti əsasında dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçının nümayəndəsi və vəkili A.Ş.Qulamovun verdiyi şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-4305/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2389/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2389/2020
13.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver