Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2417/2020 19.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı X2, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı tikililərə mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(027)-987/2020 saylı qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X7 tərəfindən verilmiş şikayətə şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2005-ci il tarixli, 2(027)-406/2005 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, Quba rayonu “xxxx” MMC-nin istifadəsində olan inzibati və çörək sexi binasına, dəyirman, ticarət və xidmət sahələri binalarına, yeməkxana, mehmanxana və s. binalarına İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi, həmin binalara mülkiyyət hüququna dair qeydiyyat şəhadətnaməsinin verilməsi Quba rayon DTİ və MHQİ-nə həvalə edilməsi qət edilmişdir. (hakim R.Cəfərov) Həmin qətnamədən DƏDRX-nin 5 saylı X7 apelyasiya şikayəti vermişdir. Quba Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(027)-987/2020 saylı qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Qeyd olunan qərardadla razı olmayan DƏDRX-nin 5 saylı X7 şikayət verərək qərardadı ləğv edib, apelyasiya şikayətinin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2005ci il tarixli, 2(027)-406/2005 qətnaməsi ilə mülkiyyət hüququna dair qeydiyyat şəhadətnaməsinin verilməsi Quba rayon DTİ və MHQİ-nə həvalə edilmişdir. Daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri tərəfindən aparıldığından qəbul olunmuş qətnamə onların hüquq və vəzifələrinə toxunur. Ona görə də şikayət təmin olunmalıdır. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-987/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi X3 şikayəti müdafiə edərək bildirdi ki, məhkəmə qərarının onların marağına toxunmadığına əsaslanan məhkəmə kollegiyası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işdə iştirak edən şəxs Quba rayon DTİ və MHQİ-nin hüquqi varisi olmasını, qətnamə ilə onların üzərinə vəzifə qoyulmasını nəzərə almamışdır. Ona görə də şikayət təmin olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı X5 şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə məlumat göndərilməsinə baxmayaraq, cavabdeh MMC heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(027)-987/2020 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün geri qaytarılmalıdır. Hər şeydən öncə qeyd edilməlidir ki, apelyasiya şikayəti onu vermək hüququna malik olan şəxslərin birinci instansiya məhkəməsinin qətnaməsi ilə pozulmuş hesab etdikləri hüquqlarının müdafiə olunması üçün apellyasiya instansiya məhkəməsinə müraciətin prosessual formasıdır. Təsadüfi deyildir ki, elə apellyasiya sözünün mənası da “müraciət edirəm” deməkdir. Yəni, belə şikayət vermək hüququna malik şəxs məhkəməyə təkrar “müraciət” etmək hüququndan istifadə etməklə pozulmuş hesab etdiyi hüququnu müdafiə edə bilər. Məsələ burasındadır ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararkən qərardadını onunla əsaslandırmışdır ki, mübahisələndirilən qətnamə DƏDRXnin 5 saylı X4 maraqlarına toxunmadığı üçün onun həmin qətnamədən şikayət vermək hüququ yoxdur. AR MPM-in 357-ci maddəsində apellyasiya şikayəti vermək hüququna malik olan şəxslər sadalanmışdır. Həmin maddənin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. İşdən görünür ki, hazırda apelyator DƏDRX-nin 5 saylı X7 eyni zamanda Quba rayon DTİ və MHQİ-nin hüquqi varisidir və mübahisələndirilən məhkəmə qətnaməsi ilə qoyulmuş öhdəliklər artıq onun tərəfindən yerinə yetirilməlidir və bu da biləvasitə onun hüquq və vəzifələrinə toxunur. Belə olan halda qətnamənin onun marağına toxunması mübahisəsizdir və həmin əsas üzrə apelyasiya şikayətinin geri qaytarılması yol verilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395- 396, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(027)-987/2020 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2417/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2417/2020
19.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver