Məhkəmə qərarları › İş №2(105)-2428/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2428/2021

07.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2428/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, İddiaçı qızı, cavabdehlər X10 və X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(060)-7017/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(060)-7017/2019 saylı qərardadı ilə Cavabdeh ərizəsi təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(060)-7017/1019 saylı qərardadı ilə Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 21/24, 20 saylı mənzilin, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 2 saylı mənzilin, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 14/21, 37/92 saylı mənzilə, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 13/17, 3 saylı mənzilin və Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 38/6V, 37 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülmüşdür. İddiaçı şikayət verib, Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(060)- 7017/2019 saylı qərardadının ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(060)-7017/2019 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Cavabdeh ərizə ilə məhkəməyə müraciət edib, Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(060)-7017/1019 saylı qərardadı ilə Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 21/24, 20 saylı mənzilin, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 2 saylı mənzilin, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 14/21, 37/92 saylı mənzilə, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 13/17, 3 saylı mənzilin və Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 38/6V, 37 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 20 may 2021ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hazırda həmin iş onun tərəfindən məhkəmə qaydasında mübahisələndirilir. Buna görə də, iddianın təmin etmə tədbirinin məhkəmə mübahisəsi yekunlaşmadan ləğv edilməsi məqsədəmüvafiq deyildir. Hazırda yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə hazırlaşır və bu müddətdə həbs götürülərsə, cavabdehlər mənzilləri sata bilərlər ki, bu da onun iddiasının gələcəkdə təmin olunmasına mane ola bilər. Ona görə də, birinci instansiya məhkəməsinin qəraddadının ləğv edilib, Cavabdeh həbsin götürlməsi barədə ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər N.Ə.Tağıyev və İ.İ.Məmmədova şikayətə etiraz edib, təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh oğlu, X6, Bairamov Laich, X11 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh, Q.G.Məmmədov, L.Bairamov, V.A.Bairamova və müstəqil tələb irəli sürməyən üçüncü şəxs D.G.Fərəcovanın iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instnsiya məhkəməsi cavabdehlərə məxsus mənzillər üzərinə qoyulmuş həbsin götürülməsi barədə Cavabdeh ərizəsini təmin etdikdə gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(060)-7017/2019 saylı qətnaməsi ilə İddiaçı qızının cavabdehlər Cavabdeh, X7, X2, X4, Bairamov Laich (X17) oğluna, X8 qarşı “mülkiyyət hüququnun tanınması və alqı-satqı müqavilələrinin etibarsız sayılması tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qanuni qüvvəsini aldığından Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(060)- 7017/1019 saylı qərardadı ilə mübahisə predmeti olan mənzillərin üzərində həbsin saxlanması həmin mənzillərin mülkiyyətçilərinin hüquqlarının pozulmasına səbəb olur və bu səbəbdən qərardad ilə götrümüş tədbirlər ləğv edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2019cu il tarixli, 2(060)-7017/2019 saylı qətnaməsi ilə İddiaçı qızının cavabdehlər Cavabdeh, X7, X2, X4, Bairamov Laich (X17) oğluna, X8 qarşı “mülkiyyət hüququnun tanınması və alqısatqı müqavilələrinin etibarsız sayılması tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2020-ci il tarixli, 2(105)-1404/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(060)-7017/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(102)-1271/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2020-ci il tarixli, 2(105)-1404/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğvi məsələsinə baxmağa mane olmur. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Hazırki vəziyyətdə iddianın təmini tədbirinin tətbiq edilməsi üçün əsas olmuş hal aradan qalxmışdır. Birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(060)-7017/1019 saylı qərardadı ilə Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 21/24, 20 saylı mənzilin, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 2 saylı mənzilin, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 14/21, 37/92 saylı mənzilə, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 13/17, 3 saylı mənzilin və Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 38/6V, 37 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardadı ləğv etməklə haqlı olmuşdur. İddiaçı şikayətin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmişdir və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, həbsin götürülməsi barədə ərizəinin rədd eidlməsi hallarını sübuta yetirə biməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərinin heç bir əsası olmayıb, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan İddiaçı verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı verdiyi şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(060)-7017/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar