Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2437/2022 22.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və əldən çıxmış gəlirin tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(012)-5630/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi və əldən çıxmış gəlirin tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İ blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 49.3 kv.m. olan 1 otaqdan ibarət 45 nömrəli mənzilin xx.xx.2019-cu il tarixli, 196 saylı müqavilənin 2.1-ci bəndinə əsasən binanın xarici tərtibatı və daxili arakəsmələrinin layihəyə müvafiq olaraq tikilməsi, giriş seyf qapısının qoyulması, divarın suvaq edilməsi, mənzilin giriş nöqtəsində elektrik, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi təmin edilməklə iddiaçıya təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-ya həvalə edilməsi, 3600 manat (12x(300x3) əldən çıxmış gəlir və 56 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(012)-5630/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi və əldən çıxmış gəlirin tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(012)-5630/2022 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Həmin qərardaddan cavabdeh tərəfindən verilən şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia ərizəsinin geri qaytarılması barədə mövqeyi əsassız və qanunsuzdur. Qərardad onunla əsaslandırılmışdır ki, 3600 manat əldən çıxmış faydaya görə iddiaçı tərəfindən dövlət rüsumu ödənildiyi halda, mənzilin təhvil verilməsi öhdəliyinin qoyulması hissəsində isə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Göründüyü kimi, məhkəmə 3600 manata nisbətdə 56 manat dövlət rüsumunun ödənildiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində iddia tələbinin bölünməsi və hər iddia tələbi ilə bağlı ayrıca dövlət rüsumunun ödənilməsi barədə heç bir norma mövcud deyildir. Qeyd olunan iddia tələbində qiymətləndirilmə olduğu üçün həmin məbləğə nisbətəndə dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Əgər bu qanunda boşluqdursa, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qanunda olan istənilən boşluq vətəndaşın xeyrinə həll olunmalıdır. Hesab edir ki, hazırkı qərardad onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(012)-5630/2022 nömrəli qərardadı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını şikayətlə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(012)-5630/2022 nömrəli qərardadı ləğv edilməli, mülki iş icraata qəbul edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Şikayətin dəlillərini əsaslı hesab edən apellyasiya kollegiyası qeyd edir ki, iş materiallarından aydın olduğu kimi, hazırkı iddia tələbi ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İ blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 49.3 kv.m. olan 1 otaqdan ibarət 45 nömrəli mənzilin xx.xx.2019-cu il tarixli, 196 saylı müqavilənin 2.1-ci bəndinə əsasən binanın xarici tərtibatı və daxili arakəsmələrinin layihəyə müvafiq olaraq tikilməsi, giriş seyf qapısının qoyulması, divarın suvaq edilməsi, mənzilin giriş nöqtəsində elektrik, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi təmin edilməklə iddiaçıya təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-ya həvalə edilməsi və 3600 manat (12x(300x3) əldən çıxmış gəlirin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsindən ibarətdir. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbinin mahiyyətini düzgün qeyd etmiş və qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəmişdir. AR MPM-in 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi hallarında qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizəsinə görə ödənilməli dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Eyni Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi istinad olunan qanunvericilik məhkəməyə verilən fərqli iddialar üzrə ayrı-ayrılıqda dövlət rüsumunun ödənilməsini müəyyən etməmişdir. Hazırkı halda iddiaçı qeyd olunan qiymətləndirilən iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumun məbləğini düzgün ödəmişdir. Beləliklə, hazırkı halda qeyd olunan əsasla iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(012)-5630/2022 nömrəli qərardadı ləğv edilməli, mülki iş icraata qəbul edilərək, baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(012)-5630/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və əldən çıxmış gəlirin tutulması tələbinə dair mülki iş icraata qəbul edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2437/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2437/2022
22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver