Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2459/2020 07.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Telman Osman oğlu Quliyev və X3 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Maraqlarına toxunan şəxs: Maraqlı şəxs3 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X6rşı evə mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli qətnaməsindən maraqlarına toxunan şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli qətnaməsi ilə (hakim L.M.Məmmədova) ərizənin təmin edilməsi, İddiaçı mərhum atası X1 miras qalmış, Quba rayonu, Gərəy kəndində yerləşən evə və 0,25 ha torpaq sahəsinə vərəsəlik üzrə mülkiyyət hüququnun müəyyən edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək yaşayış evinə mülkiyyət hüququnun müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu, Gərəy kəndində atası X2 adına bir mərtəbəli, üç otaqdan ibarət yaşayış evi və 0,25 ha torpaq sahəsi vardır, valideynləri vəfat etmişlər. Hazırda atasının və anasının yeganə vərəsəsi kimi o, qalmış, ona görə də atasının adına olan yaşayış evini öz adına rəsmiləşdirmək istəyir. Odur ki, qeyd edilənlərə əsasən atası M.V.Əliyevə məxsus olmuş Quba rayonu, Gərəy kəndində yerləşən yaşayış evinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Quba rayonu Gərəy kəndində yerləşən evə və 0,25 sot torpaq sahəsinə, mərhum babası X5 vəfat etdiyi üçün, onun mülkiyyətində olan evə və 0,25 ha torpaq sahəsinə həyat yoldaşı G.F.Əliyevanın adı yazılmasına baxmayaraq, həyat yoldaşı və övladları tərəfindən vərəsəlik hüququ qəbul edilməmişdir. Nənəsi G.F.Əliyeva xx xxxxxx 1982-ci il tarixdə vəfat etdikdən sonra sözü gedən Quba rayon Gərəy kəndində yerləşən ev və 0,25 ha torpaq sahəsi mərhum ataları X7 və X4 istifadəsində olmuş və buna baxmayaraq İddiaçı həmin evdə yaşamamış və həmin mənzilə heç bir yardım göstərməmişdir. Quba rayon RİHB-nin Saray nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxxx 2002-ci il tarixli arayışdan görünür ki, Maraqlı şəxs3, həqiqətəndə onun adına Susay ərazi vahidliyinin 4 nömrəli təsərrüfat başına kitabın 91-ci səhifəsində əsasən təsərüfatlar, o cümlədən ev və həyətyanı sahə qeydə alınmışdır. Buna baxmayaraq əmisi İddiaçı bunu bilərəkdən qeyri-rəsmi yol ilə həmin evi və həyətyanı torpaq sahəsini öz adına rəsmiləşdirmək istəmiş və istəyini də həyata keçirmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli qətnaməsinin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması üçün ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Maraqlarına toxunan şəxs Maraqlı şəxs3 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 və maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, maraqlarına toxunan şəxsin izahatını dinləyərək, apellyasiya şikayətin dəlillərini nəzərə alıb və işin faktiki hallarına qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarında olan xx xxxxxxxx 2005-ci il tarixli 1040 saylı arxiv arayışından görünür ki, Quba rayonu Alpan kənd sovetinin 1966-1968-ci illər üçün Gərəy kəndi üzrə təsərrüfatbaşma kitabda vətəndaş M.V.Əliyev təsərrüfat başçısı kimi qeyd edilmişdir. Onun şəxsi mülkiyyətində 1921-ci ildə tikilmiş yaşayış evi və şəxsi istifadəsində 0,24 ha həyətyanı torpaq sahəsi olduğu göstərilmişdir. Vətəndaş M.V.Əliyev xx xxxx 1966-cı il tarixdə vəfat etdiyi üçün onun adının üstündən xətt çəkilərək təsərrüfat başçısı kimi arvadı Əliyeva Gözəl Fərzəli qızının adı yazılmışdır. İddiaçı və H.İddiaçı adı həmin təsərrüfatda qeyd edilib. Alpan kənd sovetinin 1969-1971, 1972-1974-cü illər üçün Gərəy kəndi üzrə təsərrüfatbaşma kitabda vətəndaş G.F.Əliyevanın şəxsi mülkiyyətində 1921-ci ildə tikilmiş yaşayış evi və istifadəsində 0,24 ha həyətyanı toopaq sahəsi olduğu qeyd edilmişdir. İddiaçı və H.İddiaçı adı həmin təsərrüfatda qeyd edilib. Alpan kənd sovetinin 1974-1976, 1977-1979, 1980-1982-ci illərə aid Gərəy kəndi üzrə təsərrüfatbaşına kitabda vətəndaş G.F.Əliyevanın şəxsi mülkiyyətində 1921-ci ildə tikilmiş yaşayış evi və şəxsi istifadəsində 0,15 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. G.F.Əliyeva tək təsərrüfatdır, o, 1981-ci ildə vəfat etmişdir. 1980-1982-ci illərin təsərrüfat kitabında «Ailədə başqa üzvlər olmadığı üçün tək olmuş» sözləri yazılmışdır. İşdə olan Quba rayon İHB-nın Susay İƏV üzrə nümayəndəliyinin xx xxxxxx 2005-ci il tarixli 235 saylı arayışından məlum olur ki, İddiaçı həqiqətən də Quba rayonunun Gərəy kəndində qaib təsərrüfata malikdir və Susay İƏV üzrə 04 №-li TV kitabın 92-ci səhifəsinə əsasən 0,25 ha həyətyanı sahədə 65 kv.m, ümumi 25 kv.m. yaşayış sahəsi olan 1957-ci ildə tikilmiş, hal-hazırda qəza vəziyyətində olan evi vardır. İş materiallarında olan İJ-66557 saylı doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, G.F.Əliyeva xx xxxx 1896-cı il tarixdə Quba rayonu, Susay kəndində anadan olmuşdur. İşə əlavə olan xx xxxxxxxx 2005-ci il tarixli İİ-JQ 326709 və İİ -İE 235579 saylı arayışlardan müəyyən edilir ki, G.F.Əliyeva xx xxxxxx 1982-ci il tarixdə vəfat etmiş, M.V.Əliyev isə xx xxxx 1966-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) birinci növbəli vərəsələr hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə uyğun olaraq vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1261-ci maddəsinə vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi dövlət notariusu tərəfindən aparılan hərəkətlərə aiddir. Həmin Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Miras əmlak dövlətə keçdikdə şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməlidir. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. İş materialları ilə müəyyən olur ki, ərizəsi İddiaçı mərhum atası M.V.Əliyevdən miras qalmış Quba rayonu, Gərəy kəndində yerləşən evə və 0,25 ha torpaq üzərində yerləşən evə mülkiyyət hüququnun müəyyən olunması ilə bağlı notariat kontoruna müraciət etməsini və rədd cavabı almasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işdə iştirak edən şəxslər hazırkı mübahisə ilə əlaqədar əvvəl maraqlı şəxsə müraciət etməli və müraciəti müsbət həll olunmazsa, bu halda yuxarıda qeyd olunan hüquq normalarına əsasən aidiyyət qaydalarına riayyət etməklə ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçi İddiaçı miras qalmış torpaq sahəsinə vərəsəlik üzrə mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair ərizəsinə baxmaqla səhv nəticəyə gəlmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263- 264, 365 və 384.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlarına toxunan şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli 2-103/2006 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi İddiaçı maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X6rşı evə mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Maraqlarına toxunan şəxslərə izah edilsin ki, ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra mübahisə ilə bağlı ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdırlar. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2459/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2459/2020
07.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver