Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2462/2021 09.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(060)-2321/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) İddiaçı Cavabdeh ASC-yə qarşı cavabdehdən 28553,99 manat icbari sığorta toplamından maksimum 20000 manat, minimum 18000 manatın, icbari sığorta ödənişinin 851 gün gecikdirildiyinə görə hər gün üçün 28553,99 manat məbləğində pulun 3%-i həcmində 5805,80 manat məbləğində təzminatın, 230000 manat məbləğində əmlak payından 23000 manatın, 230 aylıq 23 manatdan 529 manat dividentin, həyat yoldaşına evdə ona qulluğa görə 375 manatın, əlillik pulunun gecikdirilməsinə görə 1000 manatın, mənəvi zərərə görə 2000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən şikayət vermişdir. Məhkəmə kollegiyası Sumqayıt şəhər məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir (Mülki Prosessual Məcəllənin 361.1., 361.1.1., 361.1.2., 361.1.3., 361.1.4. və 361.1.5. maddələri). Apellyasiya şikayətindən görünür ki, apellyator şikayətində birinci instansiya məhkəməsinin hansı qətnaməsini mübahisələndirdiyini, onun tarixini, nəticə hissəsini qeyd etməmiş, şikayətçinin tələbi və qətnamənin düzgün hesab etmədiyi əsasları göstərmədiyini birinci instansiya məhkəməsi nəzərə almamış, şikayəti geri qaytarmaq əvəzinə, işə əlavə etməklə baxılması üçün Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və apellyasiya şikayət Azərbaycan Respublikası MPM-nin 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2462/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2462/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver