Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2478/2021 16.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh, onun vəkili X11 iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(067)-524/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(067)-524/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlkin Xəlilov) İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdəki payın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, vəsiyyətnamənin etibarsız sayılması və pay hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək alqı-satqı əqdinin (müqaviləsinin) etibarlı sayılması, miras kütləsindəki 1 hektar 19 sot bağ sahəsinin 24 sot hissəsinə dair mərhumə X8tərəfindən Cavabdeh adına 01 mart 2006-cı il tarixdə rəsmiləşdirilmiş vəsiyyətnamənin etibarsız sayılması, həmin hissədə Cavabdeh pay hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh Xaçmaz rayonu Yergüc kəndinin inzibati ərazisində yerləşən, onun mərhum X3 xüsusi mülkiyyətində olan 1,19 ha torpaq sahəsindən, mərhum X1nın ½ payına vəsiyyətnamə üzrə vərəsəlik hüququnu rəsmiləşdirmədiyi, yəni vərəsəlik şəhadətnaməsini əldə etmədiyi və bununla da məhkəmədə tərəf olaraq subyektiv hüququnun olmadığı halda, qardaşı X17 qarşı ilk, qardaşı X14 isə Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız sayılmasına dair qarşılıqlı iddiası üzrə mülki işə hazırda Xaçmaz Rayon Məhkəməsində baxılır. Mülki işə dair məlumat aldıqdan sonra iddiaçı Cavabdeh iddia tələblərinin onun da mülkiyyət hüququnun və qanuni mənafeyinin məhdudlaşdırdığı səbəbindən hazırki iddianı sürməklə mülki işə qarışmaq niyyətindədir. Digər tərəfdən, mülki işə qarışmağında məqsədi həm öz hüququnu və qanuni mənafeyini müdafiə etmək, həm də təqdim edəcəyi mötəbər sübutlarla iddiaçı Cavabdeh iddia tələblərini əsaslandırdığı hüquqmüəyyənedici sənədlərin ciddi qanun pozuntusu ilə əldə edildyinə dair xüsusatların və şahid ifadələrinin araşdırılması yolu ilə mülki iş üzrə qanuni və əsaslı hüquqi nəticəyə nail olmaqdır. İddiaçının atası X20 onun doğma qardaşıdır, 40 ildən artıqdır ailəsindən kənarda, Rusiya Federasiyasında yaşayır və hazırda da həmin ölkənin vətəndaşıdır. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli, 12 saylı qərarı ilə torpaq mülkiyyətçisi olaraq X6na verilmiş 1,19 ha torpaq sahəsindəki meyvə bağına dair dövlət aktında anası ilə yanaşı, qardaşı Bəhmənin arvadı və iki azyaşlı uşaqları da qeyd olunmuşlar. Həmin dövrdə istər ahıl yaşlı atası, anası və istərsə də qardaşı Bəhmənin arvadı, habelə azyaşlı uşaqları həmin torpaq sahəsini becərmək, suvarmaq və məhsulunu yığmaqla idarə etmək iqtidarında deyildilər. Bağ sahəsini davamlı olaraq şəxsən özü və ailə üzvləri becərir, suvarır, otdan-alaqdan təmizləyir, dərmanlayır, məhsulunu yığıb, satışdan əldə edilən qazancın əhəmiyyətli hissəsini atasına verirdilər. Bağın mülkiyyətçisi olaraq atası ona verilmiş pul məbləğini özlərinin, habelə qardaşı Bəhmənin özündən ayrı yaşayan hazırki ailəsinin maddi ehtiyaclarının ödənilməsinə sərf edirdi. Bununla belə qardaşının ailəsindən heç kim bağda bir gün də olsa işləməmişdi. Bu səbəblərdən atası Məlik Hüseynov ona və qardaşının arvadına özünün və X1nın bağ sahəsindəki 50 sot torpağı meyvə ağacları ilə birlikdə satmaq istədiyini bildirmişdir. Qardaşının arvadı X16 bağdakı pay sahəsinin əvəzi olaraq nəğd şəkildə pul ödənilərsə, öz paylarını satmağa razı olduğunu demişdir. Atasının, anasının və qardaşı arvadı X7 ümumi razılığı ilə birgə mülkiyyətlərindəki bağ sahəsini o, özü almağa razı olmuşdu. 2000-ci ilin oktyabr ayında 1,19 ha torpaq sahəsində X7, Cavabdeh və X13 meyvə ağaclarının dəyəri də nəzərə alınmaqla ümumi payı 72 sot olmaqla, 1 sot bağ sahəsinin qiyməti razılıqlarına əsasən indiki qiymətlə 50 manat olmaqla, cəmi 3600 manat pulu şahidlərin iştirakı ilə şəxsən X9 vermişdir. X6 və X1nın 48 sot pay hissəsinə görə isə 1 sotunun qiyməti indiki qiymətlə 50 manat olmaqla, cəmi 2400 manat pul məbləğini valideynlərinə vermişdir. O vaxtdan hazıradək bağ sahəsinin həmin hissəsini öz mülahizəsinə uyğun idarə edir, sahədəki qocalmış, az bar verən ağacları kökündən çıxarıb yerində şaftalı, gavalı ağacının tinglərini əkib, yeni bağ salmışdır. Aralarında razılaşdırılmış şifahi alqı-satqını notarial formaya riayət etməklə rəsmiləşdirməyi dəfələrlə Zərifə Hüseynovaya təklif etməyinə baxmayaraq, digər mülkiyyətçilər olan Zərifə Hüseynovanın övladlarının, yəni Cavabdeh Bəhram oğlunun və X13 azyaşlı olmaları səbəbindən həmin əqdi notariat qaydasında təsdiqlənməsindən yayınmışdılar. X3 27 fevral 2003-cü ildə vəfat etməsi, X1nın isə ağır xəstə olması səbəbindən şifahi əqdi notariatda təsdiqləmək mümkün olmamışdır. Cavabdeh iddia etdiyi 1,19 ha bağ sahəsi, bağın mülkiyyətçiləri olmuş ailə üzvlərindən X3, X1nın, habelə özünün anası X7 ümümi razılığı ilə 2000-ci ilin oktyabr ayında şifahi alqı-satqı razılaşması ilə ona satılmışdır. X1 üzun müddət xəstə olduqdan sonra 2006-cı ilin fevral-mart aylarında sağlamlığı kritik həddə çatmış, dəqiq eşitmir, yaxınlarını tanımırdı. O, qardaşı Bəhruzla məsləhətləşib belə qərara gəlmişdilər ki, nə qədər ki anaları vəfat etməyib, analarının miras əmlakındakı payını digər qardaşı Bəhmənin oğlu azyaşlı Cavabdeh vəsiyyət edilməsini təşkil etsinlər. Onlar 01 mart 2006-cı ildə Xaçmaz İHB-nın Yergüc kəndi üzrə nümayəndəliyinə müraciət edib vəsiyyətnamənin tərtib edilməsində bilavasitə iştirak etmişlər. Vəsiyyətnaməni rəsmiləşdirən vəzifəli şəxs anasının sağlamlığının qənaətbəxş olmadığını, vəsiyyətnamənin məzmununu qavramadığını və imza edə bilməməsini əsas göstərib, bu dəlillərin onun öz iradə ifadəsi hesab edilmədiyini bildirmişdir. Onların israrla tələbindən sonra anaları onların köməyi ilə vəsiyyətnaməyə imza hesab ediləcək bir neçə hərf yazmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-ci il tarixli, 12 saylı qərarı ilə torpaq mülkiyyətçisi olaraq X6na verilmiş 1,19 ha torpaq sahəsindəki meyvə bağına dair dövlət aktında anası ilə yanaşı, qardaşı Bəhmənin arvadı və iki azyaşlı uşaqları da qeyd edilmişdir. Həmin dövrdə istər ahıl yaşlı atası, anası və istərsə də qardaşı Bəhmənin arvadı, habelə azyaşlı uşaqları həmin torpaq sahəsini becərmək, suvarmaq və məhsulunu yığmaqla idarə etmək iqtidarında deyildilər. Bağ sahəsini davamlı olaraq şəxsən özü və ailə üzvləri becərir, suvarır, otdan-alaqdan təmizləyir, dərmanlayır, məhsulunu yığıb, satışdan əldə edilən qazancın əhəmiyyətli hissəsini atasına verirdilər. Bağın mülkiyyətçisi olaraq atası ona verilmiş pul məbləğini özlərinin, habelə qardaşı Bəhmənin özündən ayrı yaşayan ailəsinin maddi ehtiyaclarının ödənilməsinə sərf edirdi. Bununla belə qardaşının ailəsindən heç kim bağda bir gün də olsun işləməmişdir. Bu səbəblərdən atası Məlik Hüseynov ona və qardaşının arvadına özünün və X1nın bağ sahəsindəki 50 sot torpağı meyvə ağacları ilə birlikdə satmaq istədiyini bildirmişdir. Qardaşının arvadı X16 bağdakı pay sahəsinin əvəzi olaraq nəğd şəkildə pul ödənilərsə, öz paylarını satmağa razı olduğunu demişdir Atasının, anasının və qardaşı arvadı X7 ümumi razılığı ilə birgə mülkiyyətlərindəki bağ sahəsini o,özü almağa razı olmuşdu. 2000-ci ilin oktyabr ayında 1,19 ha torpaq sahəsində X7, Cavabdeh və X13 meyvə ağaclarının dəyəri də nəzərə alınmaqla ümumi payı 72 sot olmaqla, 1 sot bağ sahəsinin qiyməti razılıqlarına əsasən indiki qiymətlə 50 manat olmaqla, cəmi 3600 manat pulu şahidlərin iştirakı ilə şəxsən X9 vermişdir. X6 və X1nın 48 sot pay hissəsinə görə isə 1 sotunun qiyməti indiki qiymətlə 50 manat olmaqla, cəmi 2400 manat pul məbləğini valideynlərinə vermişdir. O vaxtdan hazıradək bağ sahəsinin həmin hissəsini öz mülahizəsinə uyğun idarə edir, sahədəki qocalmış, az bar verən ağacları kökündən çıxarıb yerində şaftalı, gavalı ağacının tinglərini əkib, yeni bağ salmışdır. Aralarında razılaşdırılmış şifahi alqı-satqını notarial formaya riayət etməklə rəsmiləşdirməyi dəfələrlə Zərifə Hüseynovaya təklif etməyinə baxmayaraq, digər mülkiyyətçilər olan Zərifə Hüseynovanın övladlarının, yəni Cavabdeh Bəhram oğlunun və X13 azyaşlı olmaları səbəbindən həmin əqdi notariat qaydasında təsdiqlənməsindən yayınmışdılar. X3 27 fevral 2003-cü ildə vəfat etməsi, X1nın isə ağır xəstə olması səbəbindən şifahi əqdi notariatda təsdiqləmək mümkün olmamışdır. Hazırki iddia tələbinin hüquqi əsası həmin dövrdə, yəni 2000-ci ilin sentyabr ayından sonra yaranmış hüquq münasibətlərini tənzimləyən və 24 iyun 2005-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsi ilə müəyyən edilir. Məhkəmə həmin maddi hüquq normasını tətbiq etməklə mübahisəyə əsaslı və obyektiv hüquqi nəticə verə bilərdi. X2 üzun müddət xəstə olduqdan sonra, 2006-cı ilin fevral-mart aylarında sağlamlığının kritik həddə çatmasını, dəqiq eşitmədiyini, yaxınlarını tanımadığını və bu səbəblərdən hərəkətləri üzərində nəzarəti itirdiyini təsdiq edən şahidlərin ifadəsinin alınması üçün məhkəmə baxışının təxirə salınmasına dair verdiyi şifahi vəsatəti məhkəmə təmin etməmişdir. 01 mart 2006-cı ildə Xaçmaz İHB-nın Yergüc kəndi üzrə nümayəndəliyinə müraciət edib vəsiyyətnamənin tərtib edilməsində bilavasitə iştirak etdiyini, vəsiyyətnaməni rəsmiləşdirən vəzifəli şəxsin anasının sağlamlığının qənaətbəxş olmadığını, vəsiyyətnamənin məzmununu qavramadığını və imza edə bilməməsini əsas göstərib, bu dəlillərin onun öz iradə ifadəsi hesab edilmədiyini bildirməsinə, anasının qələmi onun köməyi ilə tutub vəsiyyətnaməni imza etdirməyinə dair etirafına da məhkəmə qiymət verməmişdir. Məhkəmə yalnız cavabdehin verdiyi subyektiv izahata istinad edib əsassız nəticəyə gəlmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Mübahisə predmeti barəsinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10.03.2006-cı il tarixdə ölmüşdür. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı iddia ərizəsində göstərdiyi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-ci il tarixli, 12 saylı qərarı ilə X6na və onun ailə üzvlərinə 1,19 ha torpaq sahəsi verilməsinə dair sənəd əlavə etməmişdir. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində Azərbaycan Respublikası MMnin 335.2-ci maddəsinə istinad etmişdir. Hazırki mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsində görə tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu etibarlı hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi, daşınmaz əmlakların, o cümlədən torpaq sahələrinin alqı-satqı müqavilələrinin etibarlı sayılması üçün qanunvericilik zəruri şərtlər kimi onların yazılı formada bağlanmasını və notariat qaydasında təsdiqlənməsini nəzərdə tutmuşdur. Hazırki mübahisə üzrə qanunvericilikdə nəzərdə tutulan həmin şərtlər mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq, bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətçin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birininin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. İddia ərizəsindən görünür ki, İddiaçı X1 tərəfindən Cavabdeh edilmiş vəsiyyətnamənin etibarsız sayılmasını da tələb etmişdir. Lakin iş materiallarında X8 tərəfindən verilmiş hər hansı bir vəsiyyətnamə yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(067)-524/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2478/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2478/2021
16.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver