Məhkəmə qərarları › İş №2(105)-2504/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2504/2021

22.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2504/2021 22.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə Əliyev Əliağa Vahid oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə, həmçinin digər iddia üzrə iddiaçı X4, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, Cavabdeh2 İddiaçı qarşı Şabran rayon Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın ləğv edilməsi və Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın X4 qanunsuz sahibliyindən alınıb Şabran rayonu Pirəbədil Bələdiyyəsinə təhvil verilməsi barədə ilk iddiasına, X3 Cavabdeh2 qarşı Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 18.01.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasına, həmçinin X3 Cavabdeh2 və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə qarşı 12 avqust 2020-ci il tarixli, 03 saylı protokolun və qərarın etibarsız hesab edilməsi, Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(031)-178/2021 saylı qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şabran Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(031)-178/2021 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Şabran rayon Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştamp ləğv edilmiş, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın X4 qanunsuz sahibliyindən alınıb Şabran rayonu Pirəbədil Bələdiyyəsinə təhvil verilməsi qət edilmiş, X3 Cavabdeh2 qarşı 18.01.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməmişdir. (hakim Ç.İsgəndərov) Qətnamədən iddiaçı-cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(031)-178/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, eyni zamanda 12 avqust 2020-ci il tarixli, 03 saylı protokolun və qərarın, onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Cavabdeh2 cavabdeh X8 qarşı iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansında olan əmlak, sənədlər, xəritələr, möhür və ştampın X4 qanunsuz sahibliyindən geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatında Cavabdeh2 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın ləğv edilməsi və Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın cavabdeh X4 qanunsuz sahibliyindən alınıb Şabran rayonu Pirəbədil Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi bununla əsaslandırılmışdır ki, 23.12.2019-cu il tarixdə Azərbaycan Respublikasında təyin olunmuş bələdiyyə seçkilərində, o, Şabran rayonu Pirəbədil Bələdiyyəsinə üzv seçilmişdir. 18.01.2020-ci il tarixdə Şabran rayonu Pirəbədil Bələdiyyəsinin seçilmiş 9 bələdiyyə üzvünün 7-nin iştirakı ilə keçirilən iclas zamanı gündəlik məsələlərdən biri də bələdiyyə sədrinin seçilməsi məsələsi müzakirə olunmuşdur. İştirak edən 7 nəfər bələdiyyə üzvünün səsverməsi əsasında o, Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Seçkinin nəticəsi olaraq, 18.01.2020- ci il tarixli, 01 saylı protokol tərtib edilmişdir və 54 saylı Şabran - X20 təqdim edilmişdir. 54 saylı Şabran - X20 ünvanladığı məktuba cavab olaraq, 25.02.2020-ci il tarixli məktubla ona bildirilmişdir ki, 18.01.2020-ci il tarixində ilk olaraq 54 saylı Şabran - X20 təqdim olunmuş 1 nömrəli protokola əsasən o, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Seçildikdən sonra, keçmiş bələdiyyə sədri X5 bələdiyyənin balansında olan əmlakı, sənədləri, xəritələri, möhürü və ştampı təhvil verməsini təklif etmişdir. Lakin keçmiş bələdiyyə sədri İddiaçı hazırda da bələdiyyə sədri olmasını bildirirərək, 18.01.2020-ci il tarixində aldatma yolu, kobud qanun pozuntusuna yol verərək, bələdiyyə üzvləri seçilmiş şəxslərin xoş niyyətlərindən istifadə edərək boş protokola imza etdirmişdir. Bələdiyyə sədri seçkisinə müdaxilə etmək üçün otaqda kənar şəxsin olmasına şərait yaradılmış, bələdiyyə üzvlərinin tam sayda yığılmasını gözləməyərək iclası başlamışdır. İddiaçı qanunsuz hərəkətinin qarşısının alınması üçün, sonradan həmin günü onun guya ki «sədr seçilməsi» protokolu etibarsız hesab edilməsinə dair müvafiq akt tərtib olunmuşdur və İddiaçı bu barədə bildirilərək, tam qanuni bələdiyyə sədri seçkisi keçirilmişdir. Həmin iclasda bələdiyyə sədri o, seçilmiş və bu barədə protokol 54 saylı Şabran - X20 göndərilmişdir. Eyni zamanda, protokolu Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ərazi İdarəsinə göndərmişlər. Lakin, İdarədən protokolda ştamp, möhür olmadığından qəbul etməmişlər. Onlar İddiaçı möhürü tələb etsələr də, İddiaçı bildirmişdir ki, bələdiyyə sədri o, seçilib. Həmin vaxtlarda həm də pandemiya xəstəliyi ilə əlaqədar işlər dayandırılmışdı. Sonra İddiaçı bildirmişdir ki, möhür, ştamp onda yoxdur, itib. Bundan sonra onlar qəzetdə sənədlərin itməsi barədə elan vermişlər. Sonradan müəyyən olunmuşdur ki, möhür və ştamp itməyib, İddiaçıdir. Bununla əlaqədar bələdiyyənin iş fəaliyyəti də dayanmışdır. Bundan sonra onlar – 06 nəfər bələdiyyə üzvü bir yerdə müzakirə etmişlər ki, bələdiyyənin fəaliyyətini dayandırmaq olmaz. Eləcə də, Camaləddin Nuriyev bələdiyyənin möhürünü və ştampını verməyib özündə saxladığından, bələdiyyənin iş fəaliyyəti dayandığından, 12 avqust 2020-ci il tarixdə 6 nəfər bələdiyyə üzvünün iştirakı ilə iclas keçirilmiş, iclasın qərarı ilə İddiaçı bələdiyyə sədri vəzifəsindən azad edilmiş, Cavabdeh2 isə bələdiyyə sədri seçilmişdir. Bundan sonra o, bələdiyyənin iş fəaliyyətini bərpa etmiş, bələdiyyə ərazisində təmirabadlıq işləri aparmış, artezian su quyusu qazdırılmış, şəhid ailələrinə yardım göstərilmiş, kənd camaatının çoxdan yığılıb qalmış problemlərini həll etməyə başlamışdır. 27.01.2020ci il tarixdə İddiaçı bələdiyyənin balansında olan əmlakı, sənədləri, xəritəni, möhür və ştampı təhvil vermədiyinə görə, Şabran rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis Şöbəsində araşdırma gedən zaman, 05.02.2020-ci il tarixdə bələdiyyənin balansında olan bir neçə əmlakı birtərəfli qaydada komissiyanın iştirakı ilə təhvil almışdır. 06.02.2020-ci il tarixdə onun Polis Şöbəsinə müraciətinin nəticəsi olaraq, toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, müraciəti mülki xarakterli olduğuna görə, məhkəməyə müraciət etməsi bildirilmişdir. 14.02.2020-ci il tarixdə İddiaçı Zeyvə kənd sakini X17 ilə birlikdə bələdiyyə binasının qıfılını sındıraraq, onu dəyişdirmişlər və İddiaçı bələdiyyə sədri kimi fəaliyyətə başlamışdır. O, bu barədə Şabran rayon Polis Şöbəsinə və Şabran rayon Prokurorluğuna müraciət etmişdir. 19.02.2020-ci il tarixdə İddiaçı ona və bələdiyyənin digər üzvlərinə məlumat göndərərək, 28.02.2020-ci il tarixdə bələdiyyə iclasının olmasını bildirmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. X10 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ona qarşı qaldırdığı ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunaraq Cavabdeh2 sədr seçilməsinə dair tərtib edilmiş 18.01.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X9 əlavə olaraq Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və qərarının etibarsız hesab edilməsi, Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılması tələbinə dair iddia ərizəsi ilə 09 sentyabr 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Şabran rayon Pirəbədil Bələdiyyəsinin 12 avqust 2020-ci il tarixli, 03 saylı iclas protokolunun və qərarının etibarsız hesab edilməsinə dair qətnamə və Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. X9 tələblərini bununla əsaslandırmışdır ki, 23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasında keçirilmiş bələdiyyə seçkilərində iştirak etmiş, o və ondan başqa 8 nəfər Şabran rayon Pirəbədil Bələdiyyəsinə üzv seçilmişdir. Şabran rayon Pirəbədil Bələdiyyəsinə üzv seçilmiş 9 bələdiyyə üzvündən 7-nin iştirakı ilə 18 yanvar 2020-ci il tarixdə bələdiyyənin ilk iclası keçirilmiş, iclasda bələdiyyə üzvlərinin tanınması, bələdiyyə sədrinin seçilməsi, bələdiyyə sədrinin müavininin seçilməsi və bələdiyyə əmlakının və sənədlərinin yeni seçilmiş bələdiyyəyə təhvil verilməsi üçün komissiyanın yaradılması məsələləri müzakirə olunmuş və o, Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Həmin iclasda Cavabdeh2 da iştirak etmiş, təkcə Cavabdeh2 onun sədr seçilməyinin əleyhinə səs vermiş, lakin o, özünün bələdiyyə sədri seçilməsində iddialı olmamış və iclasın sonunda digər iştirakçılarla birlikdə iclas protokoluna imza etmişdir. Bundan sonra, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 18.01.2020-ci il tarixli iclasın qərarı ilə onun sədr seçilməsi barədə məlumatlar qanunvericiliyin tələblərinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinə göndərilmişdir. 18 yanvar 2020-ci il tarixdə axşam saatlarında onu Şabran rayon İcra Hakimiyyətinə dəvət edərək bildirmişlər ki, rayonun icra başçısının bələdiyyə sədrliyinə öz namizədi var, tələb edir ki, o, sədrlikdən imtina edərək istefa versin. O, təbii ki, bununla razılaşmamış və bildirmişdir ki, bələdiyyə seçkili orqandır, icra hakimiyyətinin bu prosesə qarışacağı olmamalıdır. Bundan sonra, bələdiyyə üzvlərinə təsir göstərilməklə onları öz tərəflərinə cəlb etmişlər. Baxmayaraq ki, icra başçısının təsir göstərməsini, eləcə də, ƏN-nin Xaçmaz Regional İdarəsinə təsir göstərilməsini təsdiq edən sübutu olmasa da, dediklərinin hamısı reallıqdır. Bundan bir neçə gün sonra, ona məlum olmuşdur ki, Şabran rayon Pirəbədil Bələdiyyəsinin üzvlərinin adından 01 saylı, 18.01.2020-ci il tarixli protokol tərtib olunub və Cavabdeh2 bələdiyyə sədri seçilməsi barədə qərar qəbul olunub. Onun bələdiyyə sədri seçilməsilə bağlı iclas keçirilmiş, orada onunla yanaşı 6 bələdiyyə üzvü, o cümlədən Cavabdeh2 iştirak edərək digər iclas iştırakçılari ilə birlikdə iclas protokoluna imza etmişdir. 18 yanvar 2020-ci il tarixdə və ondan sonrakı günlərdə Pirəbədil Bələdiyyəsinin inzibati binasında üzvlərin iştirakı ilə iclas keçirilməmiş, ümumiyyətlə onun belə bir iclasdan məlumatı olmamışdır. Buna baxmayaraq, Cavabdeh2 özünün bələdiyyə sədri seçilməsi barədə iclas protokolu tərtib edərək özünü bələdiyyə sədri kimi təqdim etmiş, hətta möhürün, künc ştampının və digər sənədlərin verilməməsi ilə bağlı Şabran rayon Polis Şöbəsinə müraciət etmişdir. Eyni zamanda, onun tərəfindən, Cavabdeh2 və digər şəxslər tərəfindən bələdiyyənin inzibati binasının qapısının sındırılaraq ora daxil olması və onun inzibati binaya girməsinə maneə yaradılması ilə bağlı Şabran rayon Polis Şöbəsinə müraciət olunmuşdur. Şabran rayon X18 Qrupunun təhqiqatçısı Pərviz Babayevin 06.02.2020-ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» qərarına əsasən hər iki ərizə əsasında toplanılmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, ərizədə göstərilənlərin araşdırılmasının məhkəmənin səlahiyyətində olduğu və məhkəməyə müraciət etmə hüquqlarının olması izah olunmuşdur. Bundan sonra, Cavabdeh2 ona qarşı iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək Şabran rayonu, Pirəbədil Bələdiyyəsinin əmlakının, sənədlərinin, xəritələrinin, möhürünün və ştampının onun qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 qanunsuzluqlar etmiş, guya özlüyündə dövləti, məhkəmə sistemini aldadaraq 12 avqust 2020-ci il tarixli, 03 saylı protokol tərtib etmişdir. Həmin protokola əsasən Cavabdeh2 guya yenidən sədr seçilmişdir. Cavabdeh2 12 avqust 2020-ci il tarixdə sədr seçilmişdirsə, onda məhkəməyə və digər orqanlara təqdim etdiyi 18 yanvar 2020-cu il tarixli iclas protokolu nə üçün çıxarılıb? Hansı ki, o, həmin protokolu məhkəmə qaydasında mübahisələndirmişdir və Cavabdeh2 məhkəmədə bildirmişdir ki, 18 yanvar 2020-ci il tarixdə qanuni sədr seçilmişdir. Və yaxud Cavabdeh2 18 yanvar 2020-ci il tarixdə sədr seçilmişdisə bəs 12 avqustda yenidən nəyə görə sədr seçilirdi? Deməli, Cavabdeh2 artıq 12 avqust 2020-ci il tarixli protokolu üzə çıxarmaqla 18 yanvar 2020-ci il tarixli iclas protokolunu şübhə altına alır. Bu onu deməyə əsas verir ki, Cavabdeh2 icra başçısının qanunsuz göstərişlərinə əsasən istədiyi vaxt iclas protokolu tərtib edə bilir, bələdiyyə üzvlərini qorxudaraq onlara imza etdirir və s. Göstərdiyi əsaslara görə Cavabdeh2 tərəfindən Şabran rayon Pirəbədil Bələdiyyəsinin adından hazırlanmış 12.08.2020-ci tarixli, 03 saylı protokol etibarsız hesab edilməlidir. Belə ki, yuxarıda qeyd etdiyi kimi, onun və Cavabdeh2 Pirəbədil Bələdiyyəsinin sədri seçilməsi ilə bağlı eyni tarixli və eyni nömrəli protokolu mövcud olmuş və hər iki protokol məhkəmədə mübahisələndirilmiş, məhkəmə tərəfindən həmin protokollara hüquqi qiymət verilməmişdir. Digər tərəfdən, bələdiyyə üzvləri tərəfindən yeni sədrin seçilməsi ilə bağlı iclasın keçirilməsi barədə ona və digər bələdiyyə üzvlərinə heç bir məlumat verilməmiş, 12 avqust 2020-ci il tarixdə bütün gün bələdiyyənin inzibati binasında olmuş, lakin heç bir bələdiyyə üzvü ora gəlməmişdir, yəni onların harada və necə iclas keçirilməsi məlum deyildir. Göstərilənlərə əsasən ilk iddia rədd, onun qarşılıqlı iddiası və ayrıca qaldırdığı iddia təmin olunmalıdır. Şabran Rayon Məhkəməsinin 03 mat 2021-ci il tarixli 2(031)-272/2021 saylı qərardadına əsasən məhkəmənin icraatında olan iddiaçı X4 cavabdehlər Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbinə dair 2(031)-178/2021 nömrəli və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı bələdiyyə əmlakını, sənədləri, xəritələri, möhür və ştampı özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi tələbinə dair 2(031)-272/2021 nömrəli mülki işlər bir icraata birləşdirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İlk iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Cavabdeh2 bələdiyyə sədri seçilməsi barədə bələdiyyənin 18.01.2020-ci il tarixli, 01 saylı iclas protokolu sonradan tərtib edilmişdir. Bu faktı eyni məzmunlu 12.08.2020-ci il tarixli iclas protokolunun qərarı da təsdiq edir. Əgər Cavabdeh2 18.01.2020-ci il tarixdə bələdiyyə sədri seçilmişdirsə, nəyə görə 12.08.2020-ci il tarixdə yenidən bələdiyyə sədri seçilmişdir? Bu ziddiyətli məqam məhkəmə tərəfindən araşdırılmamışdır. Bundanb başqa, Cavabdeh2 bu cür iddia qaldırmağa subyektiv hüququ yoxdur. Bələdiyyəyə məxsus əmlakın geri qaytarılması barədə tələbi Cavabdeh2 öz adından deyil, bələdiyyənin adından tələb edə bilərdi. Bu halı da məhkəmə nəzərə almamış, hüququ olmayan şəxsin qaldırdığı iddianı təmin etməkdə səhv nəticəyə gəlmişdir. Digər tərəfdən, onun həm qarşılıqlı iddiası, həm də digər iddiası hüquqi təbiətinə görə inzibati orqan olan bələdiyyənin aktlarının mübahisələndirilməsilə bağlı olduğu üçün inzibati icraat qaydasında baxılmalı olmasına baxmayaraq, məhkəmə bu tələblərə mülki icraat qaydasında baxmış, bununla da, məhkəmə aidiyyəti qaydalarını pozmuşdur. Bu isə mövcud qanunvericiliyə, həmçinin AR Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarına tamamilə ziddir. Məhkəmə iki mülki işi bir icraatda birləşdirərkən MPM-nin 169-cu maddəsinin tələblərini pozmuşdur, çünki hər iki iş bir icraatda baxıla bilməzdi. Belə ki, bu işlər üzrə mübahisə predmetləri də, tərəflər də fərqlidirlər. Bu hallar məhkəmə iclasında nəzərə alınmadığından qətnamə ləğv edilməli, ilk iddia rədd olunmalı, qarşılıqlı iddia təmin olunmalı, digər iddiası üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh X10, həmşinin onun vəkili və nümayəndəsi Vəkil2 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. X10 əlavə etdi ki, 2020-ci iin yanvar ayından 12 avqust tarixinədək bələdiyyə sədri kimi normal fəaliyyət göstərmiş, dotasiya almış, vətəndaşlarla poçt vasitəsilə yazışmalar aparmış, tədiyyə bildirişlərini tərtib edərək paylamışam. Bələdiyyə üzvlərinə icra hakimiyyətindən təzyiqlər olduğuna görə onların iclasını keçirə bilməmiş, onlar iclasa gəlməmiş və beləliklə də kvorum (yetərsay) alınmamışdır. Avqust ayınadək bələdiyyənin bank hesabında vəsait olmamışdır. 12.08.2020-ci il tarixli iclasa onu dəvət etməmişlər və bu iclas bələdiyyə binasında keçirilməmişdir, çünki həmin gün o, bələdiyyə binasında iş başında olmuşdur. Bələdiyyənin original sənədləri ondadır, qarşı tərəf isə dublikatdan istifadə edir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 apelyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. O, bildirdi ki, bələdiyyənin rekvizitləri (möhür, ştamp və s.) X6 olduğundan hazırkı iddianı bələdiyyə deyil, Cavabdeh2 öz adından qaldırmışdır. Bundan başqa, bələdiyyə sədri yanvar ayından Cavabdeh2 olmasına baxmayaraq, həmin əsasla da, 12.08.2021-ci il tarixli iclas keçirilmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərməsinə və şəxsən iştirakını zəruri hesab etməsinə baxmayaraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh2 məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 18.01.2020-ci il tarixli, 01 saylı protokolundan görünür ki, 18.01.2020-ci il tarixdə Şabran rayonu Pirəbədil Bələdiyyəsinin seçilmiş 9 bələdiyyə üzvünün 7-nin iştirakı ilə iclas keçrilmiş, X2 rayon Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Həmin iclasda iştirak edən Cavabdeh2 İddiaçı bələdiyyə sədri seçilməsinin əleyhinə səs versə də, protokolu digər bələdiyyə üzvləri ilə birlikdə imzalamışdır. İşə əlavə edilmiş AR Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin 06 fevral 2020-ci il tarixli, 08/12 saylı məktubundan görünür ki, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 18.01.2020-ci il tarixli iclas qərarı ilə X1 Bələdiyyəsinin sədri vəzifəsinə seçilərək bələdiyyə üzvlərinin imzaları ilə təsdiqlənmişdir. Yenə işə əlavə edilmiş Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 18.01.2020-ci il tarixli, 01 saylı protokolundan görünür ki, 18.01.2020-ci il tarixdə Şabran rayonu Pirəbədil Bələdiyyəsinin seçilmiş 9 bələdiyyə üzvünün 7-nin iştirakı ilə keçirilən iclas zamanı Cavabdeh2 Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Həmin protokolu iştirakçı üzvlər imzalarla təsdiq etmişlər. İş materiallarında olan Şabran rayonu X12 Atabala Bəhrayıl oğluna ünvanladığı 19 fevral 2020-ci il tarixli, 18 saylı məktubundan görünür ki, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin üzvlərinin növbəti 02 saylı iclası 28 fevral 2020-ci il, saat 14-00-a təyin edilmişdir. Gündəlik duran məsələlərin müzakirəsi və müvafiq qərarların qəbul edilməsi üçün iclasda iştirak zəruridir. İşə əlavə edilmiş 54 saylı Şabran - X19 Dairə Seçki Komissiyası tərəfindən verilmiş 25 fevral 2020-ci il tarixli, 57 saylı məktubundan görünür ki, 18 yanvar 2020-ci il tarixdə ilk olaraq 54 saylı X16 Dairə Seçki Komissiyasına təqdim olunmuş 1 nömrəli protokola əsasən Cavabdeh2 Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri seçilmişdir. Yenə işə əlavə edilmiş Şabran RPŞ-nin TQ-nun təhqiqatçısı Pərviz Babayevin cinayət təqibinin başlanmasnın rədd edilməsi haqqında 06 fevral 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 və X4 ərizələri ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan 14 fevral 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 bələdiyyə sədri olduğu halda, 14.02.2020-ci il tarixdə, saat 13:05 radələrində keçmiş bələdiyyə sədri Nuriyev Camaləddin bələdiyyə binasının qıfılını Zeyvə kəndindən olan qohumu X17 ilə sındıraraq içəri daxil olmuşlar və sonra da özləri ilə gətirdikləri başqa qıfılla qapını qıfıllayıb getmişlər. Aktın doğruluğunu Cavabdeh2, Q.Muradov, K.Qurbanov, Ç.Cəbiyev, və E.Şeydayev öz imzaları ilə təsdiq etmişlər. Yenə işdə olan 18 yanvar 2020-ci il tarixli aktdan görünür ki, 18 yanvar 2020-ci ildə Pirəbədil bələdiyyəsində keçirilmiş sədr seçkisi zamanı kobud qanun pozuntusu baş vermişdir. Belə ki, keçmiş bələdiyyə sədri Camaləddin Nuriyev bələdiyyə üzvlərinin xoş niyyətindən istifadə edərək boş protokola imza etdirmiş, bələdiyyə sədrinin seçki iclasına müdaxilə etmək üçün otağa kənar şəxs saldırmış, yolda olan digər iki bələdiyyə üzvünü gözləmədən iclası başlatmışdır. Məlum olmuşdur ki, əvvəlcədən imzalanmış protokola iclasın qərarını deyil, öz istəyinə uyğun məzmun yazdırmışdır. Bu səbəbdən həmin protokolları etibarsız hesab edərək yenidən iclas keçirdib yeni bələdiyyə sədri seçərək, yeni protokollar tərtib etmişlər. Aktın doğruluğunu Cavabdeh2, Şahid1, Şahid3, Şahid4, A.Orucova, P.Hüseynova və A.Axundova öz imzaları ilə təsdiq etmişlər. Yenə də işdə olan Şabran rayonu Pirəbədil Bələdiyyəsinin üzvləri tərəfindən tərtib edilmiş 12 avqust 2020-ci il tarixli aktdan görünür ki, 12.08.2020-ci il tarixdə Şabran rayonu Pirəbədil Bələdiyyəsinin bələdiyyə üzvləri Cavabdeh2, Şahid1, Şahid3, P.Mirzəyevanın, A.Axundovanın və Şahid4 iştirakı ilə keçirilmiş, iclasın protokolunun möhürlənməsi üçün bələdiyyənin üzvü İddiaçı müraciət olunmuş, lakin o möhürün itirildiyini bildirmişdir. Yeni möhür alınması ilə əlaqədar X22 İdarəsinə müraciət olunması zərurəti yaranmışdır. Aktın doğruluğunu Cavabdeh2, Şahid1, Şahid3, P.Mirzəyeva, A.Axundova və Şahid4 öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Şabran rayon Pirəbədil Bələdiyyəsinin 12 avqust 2020-ci il tarixli, 03 saylı iclas protokolundan görünür ki, Cavabdeh2 Şabran rayon Pirəbədil bələdiyyəsinin sədri seçilmişdir. Həmin protokolu Cavabdeh2, Şahid1, Şahid3, P.Mirzəyeva, A.Axundova və Şahid4 öz imzaları ilə təsdiq etmişlər. Yenə iş materiallarında olan Şabran rayon Pirəbədil Bələdiyyəsi tərəfindən X8 ünvanlanmış 26 avqust 2020-ci il tarixli, 03 saylı məktubdan görünür ki, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 12 avqust 2020-ci il tarixli, 03 saylı icras protokoluna əsasən 6 nəfərdən ibarət (üzürsüz səbəbdən 3 nəfər iştirak etməmişdir) Bələdiyyə üzvlərinin iştirakı ilə iclas keçirilmişdir. Yenə də iş materiallarında olan AR Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən Şabran rayon Pirəbədil Bələdiyyəsinə ünvanlanmış 27 avqust 2020-ci il tarixli, 08/40 saylı məktubdan görünür ki, Şabran rayon Pirəbədil Bələdiyyəsinin 12.08.2020-ci il tarixli, 03 saylı iclasında X4 bələdiyyə sədri vəzifəsindən azad edilməsi və Cavabdeh2 Pirəbədil Bələdiyyəsinin sədri seçilməsi barədə qərar qəbul edilmişdir. Şabran rayon Pirəbədil Bələdiyyəsinin 6 nəfər bələdiyyə üzvünün iştirakı ilə tərtib edilmiş 12.08.2020-ci il tarixli, 03 saylı iclas protokolu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmişdir. İşə əlavə edilmiş AR Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən Şabran rayonu Pirəbədil Bələdiyyəsinə ünvanlanmış 18 avqust 2020-ci il tarixli, 05/Ş138in saylı məktubdan görünür ki, Pirəbədil Bələdiyyəsinin 12.08.2020-ci il tarixli, 03 saylı iclasının qərarlarına inzibati nəzarət icraatı qaydasında baxılarkən bələdiyyə üzvlərinin yarıdan çox hissəsi tərəfindən X4 bələdiyyə sədri vəzifəsindən azad edilməsi barədə, yeni bələdiyyə sədrinin Cavabdeh2 seçilməsi barədə və bələdiyyə əmlakının və sənədlərinin yeni seçilmiş bələdiyyə sədrinə təhvil-təslim edilməsi üçün komissiyanın yaradılması barədə qərarlar qəbul edildiyi müəyyən edilmiş, lakin bələdiyyənin qeyd olunan protokolu Pirəbədil Bələdiyyəsinin möhürü ilə təsdiq edilməmişdir. Yenə işə əlavə edilmiş Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 21 avqust 2020-ci il tarixli, 04 saylı iclas protokolundan görünür ki, Xaçmaz Regional Ədliyyə İdarəsinin 18 avqust 2020-ci il tarixli, 05/Ş138in saylı tövsiyəsi nəzərə alınaraq qeyd olunan nöqsanların aradan qaldırılması, 12.08.2020-ci il tarixli iclas protokolunun iclasın sədri və katibi tərəfindən imzalanaraq möhürü ilə təsdiq edilməsi, həmin protokolun Xaçmaz Regional Ədliyyə İdarəsinə göndərilməsi və Şahid1 ictimai əsaslarla Şabran rayonunun Pirəbədil bələdiyyəsinin sədr müavini seçilməsi qərara alınmışdır. Həmin protokolu Cavabdeh2, Şahid1, Şahid3, P.Mirzəyeva, A.Axundova və Şahid4 öz imzaları ilə təsdiq etmişlər. Yenə də işə əlavə edilmiş 24 avqust 2020-ci il tarixli aktdan görünür ki, Pirəbədil Bələdiyyəsinin (Cavabdeh2) rayon İH-nə və rayon PŞ-nə ünvanladığı eyni məzmunlu məktublardan görünür ki, bələdiyyə sədri seçkisindən sonra bələdiyyəyə məxsus binanı və binada olan ləvazimatları təhvil ala bilmədiyini, binanın keçmiş bələdiyyə sədri tərəfindən qıfıllandığını bildirmişdir. Cavabdeh2 bələdiyyə binasının, binada olan ləvazimat və sənədlərin təhvil alınma prosesində rayon İH-i və rayon PŞ-nin nümayəndələrinin iştirakının təmin edilməsini xahiş etmişdir. Bu müraciət əsasında onların iştirakı ilə bələdiyyənin sədri və təhvil-təslim komissiyası üzvü tərəfindən keçmiş bələdiyyə sədri Camaləddin Nuriyevlə telefon əlaqəsi saxlanılmış, sözügedən məsələ ona izah olunsa da, o, gəlməkdən qəti şəkildə imtina edərək qapının qıfılının açılmasından və bələdiyyəyə məxsus əmlak və sənədlərin təhvil-təslimindən imtina etmişdir. Bu səbəbdən onların şahidliyi, blədiyyə sədri, habelə bələdiyyə üzvü Ülvü Orucov tərəfindən qapının qıfılı sındırılmış, içəridə olan avadanlıqlar və sənədlərin təhvil-təsliminə başlanılmışdır. Bələdiyyə məxsus otaqlarda 10 köhnə stul, 2 köhnə masa, 2 seyf, 1 köhnə kitab şkafı, 1 printer, 2 otun sobası, 1 modem aşkarlanaraq qeydə alınmışdır. Seyfləri açmaq mümkün olmadığından, onların işində nə olduğu müəyyən edilməmişdir. Binada bələdiyyəyə məxsus önəmli sənəd aşkar edilməmişdir. Aktın doğruluğunu R.Ağayev, D.Məmmədov, V.Əhmədov, R.Ələkbərov, K.Süleymanov, Cavabdeh2 və Şahid3 öz imzaları ilə təsdiq etmişlər. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, ilk iddia təmin olunmamalı, qarşılıqlı iddia təmin edilməli, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 18.01.2020-ci il tarixli, 01 saylı iclas protokolu etibarsız hesab olunmalı, həmçinin X3 Cavabdeh2 və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə qarşı iddiası qismən təmin edilməli, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 12 avqust 2020-ci il tarixli, 03 saylı protokolu və qərarı etibarsız hesab edilməli, qalan hissədə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 23.12.2019-cu il tarixdə Azərbaycan Respublikasında təyin olunmuş bələdiyyə seçkilərində, Cavabdeh2 və X2 rayonu Pirəbədil Bələdiyyəsinə üzv seçilmişlər. 18.01.2020-ci il tarixdə Şabran rayonu Pirəbədil Bələdiyyəsinin seçilmiş 9 nəfər bələdiyyə üzvünün 7 nəfərinin iştirakı ilə keçirilən iclas zamanı gündəlik məsələlərdən biri də bələdiyyə sədrinin seçilməsi olmuşdur. İştirak edən 7 nəfər bələdiyyə üzvünün səsverməsi əsasında İddiaçı bələdiyyənin sədri seçilmişdir. Həmin iclasda iştirak edən Cavabdeh2 İddiaçı bələdiyyə sədri seçilməsinin əleyhinə səs versə də, protokolu digər bələdiyyə üzvləri ilə birlikdə imzalamışdır. Bundan sonra bələdiyyə sədrinin xəbəri olmadan ikinci bir iclas çağrılmış və bu dəfə Cavabdeh2 bələdiyyə sədri seçilməsi barədə protokol tərtib edilmişdir. İşin tədqiq olunan faktiki hallarından görünür ki, İddiaçı bələdiyyə sədri seçildikdən sonra o, 2020-ci ilin avqust ayınadək fəaliyyət göstərmiş, bələdiyyə sədrinə aid bir sıra işlər (tədiyyə bildirişlərinin tərtib edilməsi, kənd sakinlərilə yazışma və s.) görmüşdür. Cavabdeh2 özünün bələdiyyə sədri seçildiyini iddia etsə də, işin halları bunu deməyə əsas verir ki, həmin dövrdə bələdiyyə sədri kimi İddiaçı fəaliyyət göstərmişdir. 12 avqust 2020-ci il tarixdə 6 nəfər bələdiyyə üzvü tərəfindən iclas keçirilmiş, iclasda İddiaçı bələdiyyə sədri vəzifəsindən azad edilməsi, Cavabdeh2 isə bələdiyyə sədri seçilməsi qərara alınmışdır. İclasdan sonra bələdiyyənin yeni möhür və ştampı alınmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk olaraq məhkəmə kollegiyası, mübahisənin obyektiv həlli üçün 18.01.2020-ci il tarixli iclas protokollarına qiymət verməyi vacib hesab edir. Daha öncə qeyd olunduğu kimi, 18.01.2020-ci il tarixdə Şabran rayonu Pirəbədil Bələdiyyəsinin seçilmiş 9 nəfər bələdiyyə üzvünün 7 nəfərinin iştirakı ilə keçirilən iclasda İddiaçı bələdiyyənin sədri seçilmişdir. Həmin iclasda iştirak edən Cavabdeh2 İddiaçı bələdiyyə sədri seçilməsinin əleyhinə səs versə də, protokolu digər bələdiyyə üzvləri ilə birlikdə imzalamışdır. Bu faktın özü həmin iclasın qanuni əsaslarla çağrıldığını, legitim olduğunu və İddiaçı ilk olaraq sədr seçilməsini təsdiq edir. Lakin bundan sonra keçirildiyi iddia edilən bələdiyyə üzvlərinin iclasının legitimliyi şübhə doğurur. Əvvəla, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinə görə bələdiyyənin iclaslarını çağırmaq səlahiyyəti bələdiyyənin sədrinə məxsusdur. Doğudur, qanunverici bununla bağlı istisnalar müəyyən etsə də, bu xüsusi prosedur qaydalara əməl etməklə həyata keçirilə bilər. Qeyd edilən iclası isə nə bələdiyyə sədri çağırmış, nə də istinad olunan maddə ilə müəyyən edilmiş qayadalar əsasında çağırılıb keçirilmişdir. İkincisi, eyni gündə, müəyyən vaxt fərqi ilə keçirilməsi iddia edilən bələdiyyə iclasında artıq yeni seçilmiş bələdiyyə sədri iştirak etmir, iclas onsuz keçirilir və yeni sədr seçilir. Bununla belə, 12.08.2020-ci ilədək ilk olaraq seçilmiş bələdiyyə sədri kimi İddiaçı fəaliyyət göstərir. Cavabdeh2 sədrliyi kağız üzərində qalır. Bundan sonra o, digər bələdiyyə üzvləri ilə birlikdə yenidən, daha öncə qeyd olunan qanun normasını pozmaqla iclas çağırır və yenidən sədr seçilir. Bu halın özü də, Cavabdeh2 legitimliyini iddia etdiyi 18.01.2020-ci il tarixdə sonradan çağırılmış iclasın və orada qəbul edilmiş qərarların etibarsızlığına dəlalət edir. Qeyd edildiyi kimi, Cavabdeh2 ilk iddianı öz adından qaldırmışdır. İlk iddia üzrə cavabdeh tərəf haqlı olaraq sual edir ki, əgər o, özünü bələdiyyə sədri hesab edirdisə, niyə həmin iddianı bələdiyyənin adından qaldırmırdı? Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 belə bir iddia qaldırmağa subyektiv hüququ olmamışdır. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır... Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, ilk iddiaçı Cavabdeh2 hazırki iş üzrə iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Özünü bələdiyyə sədri hesab etməsi ona öz adından belə bir iddianı qaldırmaq üçün əsas vermir. Lakin işə baxan birinci instansiya məhkəməsi bu iddianı qaldırmış Cavabdeh2 müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmamış, qanunsuz nəticəyə gəlmişdir. Qeyd edildiyi kimi 12 avqust 2020-ci il tarixdə 6 nəfər bələdiyyə üzvü tərəfindən iclas keçirilmiş, iclasda İddiaçı bələdiyyə sədri vəzifəsindən azad edilməsi, Cavabdeh2 isə bələdiyyə sədri seçilməsi qərara alınmışdır. Hazırda İddiaçı həmin qərarı mübahisələndirir. Bununla bağlı, məhkəmə kollegiyası aşağıdakı hüquq normalarına istinad etməyi zəruri hesab edir. AR Konstitusiyasının 142-ci maddəsinə görə yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir. Konstitusiyanın 143-cü maddəsinə əsasən bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Bələdiyyənin iclaslarını bələdiyyənin sədri çağırır. Konstitusiyanın 145-ci maddəsinə görə bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır. Bələdiyyələrin nizamnamələrinə uyğun olaraq bələdiyyə orqanları yaradılır və onlara yerli özünüidarə məsələlərini həll etmək üçün səlahiyyət verilir. Həmin Qanunun 15-ci maddəsinin 1-ci bəndinə əsasən, bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvennədə iştirak etmək hüququ vardır. Yenə həmin Qanunun 16-cı maddəsinin 1-ci bəndinə əsasən bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir.Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Yenə də həmin Qanunun 16-cı maddəsinin 2-ci bəndinə əsasən, Bələdiyyələrin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıla bilər. Bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyinin layihəsi onun çağırılması təşəbbüsünü irəli sürənlər tərəfindən təsdiq edilmək üçün bələdiyyə iclasının müzakirəsinə çıxarılır. Bələdiyyə sədri və ya sədr olmadıqda onun səlahiyyətlərini həyata keçirən müavini iclası çağırmadıqda və ya onun keçirilməsinə mane olduqda, iclasın çağırılması təşəbbüsünü irəli sürən bələdiyyyə üzvləri bu maddənin 1-ci hissəsinə uyğun olaraq iclasda bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdiyi halda özləri iclas keçirə bilərlər. İstinad olunan maddi hüquq normalarından göründüyü kimi bələdiyyə iclaslarını bələdiyyənin sədri çağırır. Doğrudur, qanunverici bundan istisnalar da nəzərdə tutmuşdur. Belə ki, daha öncə qeyd olunduğu kimi Bələdiyyələrin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıla bilər. Bələdiyyə sədri və ya sədr olmadıqda onun səlahiyyətlərini həyata keçirən müavini iclası çağırmadıqda və ya onun keçirilməsinə mane olduqda, onlar özləri iclas keçirə bilər. Başqa sözlə, qanunun mənasına görə bələdiyyə üzvləri özləri o vaxt iclas keçirə bilərlər ki, bələdiyyə sədri iclası çağırmasın və ya buna mane olsun. İşdən göründüyü kimi, 12.08.2020-ci ildə keçirilən iclası bələdiyyə sədri çağırmamışdır. Həmin iclasın keçirilməsi üçün istinad olunan qanun normalarına əsasən tələb olunan qaydalara da əməl olunmamışdır. Bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə olsa belə, iclasın çağırılması üçün bələdiyyə sədrinə müraciət, onun həmin müraciəti nəzərə almaması, yaxud iclasın çağırılmasına mane olması, bələdiyyə üzvlərinə çağrılacaq iclas barədə xəbərdarlıq edilməsini təsdiq edəcək heç bir sübut iş materiallarında yoxdur. Daha doğrusu, ikinci iddia üzrə cavabdeh tərəf keçirilmiş iclasın legitimliyini əsaslandırmaq üçün belə bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İşə baxan məhkəmə isə mübahisə üzrə bu vacib məsələyə əhəmiyyət verməmiş, qeyri-legitim iclasın nəticələrini etibarsız saymamaqla əsassız nəticəyə gəlmişdir. İddiaçı iddia ərizəsindən göründüyü kimi tələblərindən biri də Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılması və müvafiq prokurorluq orqanına göndərilməsi olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə fəaliyyətilə bağlı prosessual normaların və yuxarıda qeyd edilən qaydaların pozulması şəxs barəsində xüsusi qərardadın çıxarılması üçün əsas vermir. Bu səbəbdən də, İddiaçı iddia tələbinin həmin hissəsi əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətində mübahisənin bir hissəsinin inzibati xarakterli olması barədə dəlillərini qəbul etmir və hesab edir ki, hazırki mübahisə publik hüquq münasibətlərindən doğmur və ona görə də bu mübahisəyə ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı və ikinci iddianı rədd edərkən mübahisə üzrə maddi hüquq normalarını düzgün təfsir etməmiş, yaranmış mübahisəyə formal əsaslarla yanaşaraq səhv nəticəyə gəlmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Əksinə, İddiaçı sübutları ilk iddianın rədd edilməsi və onun iddialarının təmin edilməsi üçün yetərli olmuşdur. Buna görə də iddiasını sübut edə bilməyən Cavabdeh2 tələbini təmin edərkən məhkəmə əsaslı şübhələrdən azad olmayan səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda göstərilən hallara düzgün qiymət verməmiş və kifayət qədər əsas olmadan Cavabdeh2 iddiasını təmin olunmasına dair qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Şabran Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(031)-178/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və Cavabdeh2 iddiası təmin olunmamalı, İddiaçı iddiası qismən və qarşılıqlı iddiası tam təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ilk iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ilk iddiaçının özünə aid edilməli, iddia, qaşılıqlı iddia və apelyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyi cəmi 31 manat Cavabdeh2 tutularaq ona qaytarılmaldır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş Şabran Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(031)-178/2021 saylı qətnaməsi ləğv olunsun. Yeni qətnamə qəbul edilsin. İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh2 Şabran rayonu Pirəbədil Bələdiyyəsinin sədri seçilməsinə dair Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 18.01.2020-ci il tarixli, 01 saylı iclas protokolu etibarsız hesab edilsin. X3 Cavabdeh2 və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə qarşı iddiası qismən təmin edilsin. Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 12.08.2020-ci il tarixli, 03 saylı iclas protokolu və qərarı etibarsız hesab edilsin. X3 Cavabdeh2 və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə qarşı iddiası qalan hissədə təmin edilməsin. İddia, qarşılıqlı iddia və apelyasiya şikayətinin verilməsi üçün X9 tərəfindən ödənilmiş cəmi 31 manat dövlət rüsumu Cavabdeh2 tutularaq ona ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar