Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2529/2021 01.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndə və vəkili X1 iştirakı ilə, iddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(060)-3158/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(060)-3158/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 12400 (on iki min dörd yüz) manat məbləğində pul alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim A.M.Behbudova). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(060)-3158/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X4 Leyla Eldar qızı ilə ailə həyatı qurmuş, onların nikahlarından 05.05.2007-ci ildə X16 və 29.06.2009-cu ildə X17 andan doğulmuşlar. Uşaqların anası Leyla Kazımova 28.12.2010-cu ildə vəfat edib. Oğlu Murad sonradan Cavabdeh ilə ailə həyatı qurmuşdur. X27 Vətən müharibəsi zamanı 27.09.2020ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Oğlu şəhid olduqdan sonra cavabdeh sığorta ödənişindən verilmiş 11.000 manat, H.Əliyev fondundan 10.000 manat, Müdafiə Nazirliyindən 3.000 manat, Cəlilabad rayon icra hakimiyyəti tərəfindən 1.000 manat, hüzr məclisindən 12.000 manat, oğlu Muradın əmək haqqısından 1.700 manat, əlavə yardımlardan 1.100 manat, ümumilikdə 39800 manat pulu götürərək özü ilə birlikdə Sumqayıt şəhərinə getmişdir. Həmin pullar onun yatdığı yastığın altından gizlincə götürülərək cavabdeh tərəfindən özündə saxlanılmış və kəndin «Qazel» markalı avtomobilinin sürücüsü cavabdehlə birlikdə onların xəbəri olmadan evdən müəyyən əşyalarla birlikdə həmin pulları da götürərək Sumqayıt şəhərinə getmişdir. Qeyd edilən faktı maşının sürücüsü də təsdiq edə bilər. Hal-hazırda uşaqlar onun yanında qalır. Onların təminatlarını o ödəyir. Halbuki həmin pullar uşaqların təminatı üçün nəzərdə tutulmuşdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh 39800 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətini müdafiə edərək göstərmişdir ki, iddia tələbində Cavabdeh qarşı qaldırdığım tələblərin hər birinin ayrı-ayrılıqda təmin olunmaması əsaslandırılmamış, məhkəmə prosesində tərəfindən dəvət edilmiş şahidləri dindirilməmiş və onların izahatları alınmamış, ümumiyyətlə məhkəmə baxışı çəkişmə prinsipi təmin olumadan həyata keçirilmişdir. Göründüyü kimi qəbul edilmiş həmin qətnamənin əsaslandırıcı hissəsində iddia tələbində cavabdehdən tələb etdiyi 11.000 manat sığorta pulunun, H.Əliyev Fondundan 10.000 manat yardım pulunun, Müdafiə Nazirliyi tərəfindən ödənilmiş 3000 manat dəfn işləri üçün olunan yardımın, Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən ödənilimiş 1000 manat, yasda toplanmış 12.000 manat, oğlu Muradın işlədiyi yerdən son haqq hesab kimi ödənilmiş 1700 manat və əlavə yardım kimi deputat tərəfindən nağd qaydada ödənilmiş 1100 manat pul tələbinin əsaslarını deyil, ancaq cavabdehin məhkəmə iclasında 24.800 manat pulun ona verilməsi barədə etirafını rəhbər tutmuşdur. İş materiallarında cavabdehin iddia tələbində qeyd etdiyi əsasları inkar edəcək və ya etiraf etdiyi halları təsdiq edəcək hər hansı sübutlarının olamamasına hüquqi qiymət verilməmiş və qətnamə bu hissələrdə əsaslandırılmamışdır. Qətnamənin əsaslandırma hissəsindən göründüyü kimi işə baxmış məhkəmə qətnaməsini cavabdehin xeyrinə çıxarmaq və ya onun tələbini rədd etmək üçün qanunvericlikdə nəzərdə tutulan qaydada sübutların təqdim edilməsi qaydalarına və ardıcıllıqlarına əməl etməyərək Cəlilabad Rayon Polis Şöbəsinə və Cəlilabad rayon 1 saylı Notariat kontoruna rəsmi sorğu vermiş və həmin idarələrdən aldığı cavablar əsasında qətnamə qəbul etmişdir. Məhkəmə sorğusu əsasında Cəlilabad rayon 1 saylı Notariat kontorundan alınmış cavabdan məlum olmuşdur ki, vərəsələrin dairəsi barədə məlumat, həmin mirası qəbul etmiş və mirasdan imtina etmiş vərəsələrin ərizələrinin surətindən müəyyən edilmişdir ki, İddiaçı, yəni o, Cavabdeh, X11, X17 və X3 Xəqani Nadir oğlunun vərəsləri olmuş, İddiaçı şəhid olmuş oğlu X6 miras qalmış ona çatası paydan nəvələri X16 və X8 verilməsi üçün qəbul etməkdən imtina etmişdir. Qətnamənin bu hissəsindən məlum olur ki, məhkəmə iddia tələbində qeyd etdiyi bütün hissələri tam təmin etməsə də hətta cavabdehdə qalmış 24.800 manat pulu da düzgün bölməmiş və vərəslərdən olan anası kimi onun miras əmlakdan, yəni puldan oğlu Muradın birinci nikahdan qalmış iki övladının xeyrinə imtina etməyini nəzərə almamışdır. Bildirir ki, oğlu şəhid olandan sonra onun birinci dərəcəli vərəsələri kimi anası olaraq o, qəyyumluğunda olan iki yetkinlik yaşına çatmayan uşağı, ikinci arvadı, yəni hazırkı iş üzrə cavabdeh və ondan doğulmuş olan bir uşağı qalmışdır. Yəni cəmi 5 nəfər birinci dərəcəli vərəslər vardır. Qanuna görə həmin 28.400 manat pul iki hissəyə deyil, beş hissəyə bölünməli idi. Belə ki, 28.400:5=5680 manat edir, 28.400 manatın 3/5 hissəsi, 17.040 manat iddiaçı olaraq onun qəyyumluğunda olan nəvələrinə çatmalıdır. Hətta 1-ci dərəcəli vərəsə olaraq ona çatası miras əmlakdan qəyyumluğunda olan nəvələrinin xeyrinə imtina etsə də həmin ona çatası pay nəvələrinə çatan hissəyə əlavə olunur. Bundan əlavə qəbul edilmiş qətnamədə məhkəmənin istinad etdiyi Cəlilabad rayon 1 saylı Notariat kontorunun rəsmi sənədindən məlum olmur ki, vərəsəlik hansı məbləğə görə açılmışdır. Hesab edir ki, həmin qətnamə kifayət qədər prosessual və maddi hüquq normalarının pozulması ilə çıxarılmış və bu səbəbdən də ləğv edilməlidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(060)-3158/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2021ci il tarixli, 2(060)-3158/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. O, şəhidin arvadıdır, mərhum əri ilə birlikdə 11 il Füzulidə yaşamış, ərinin birinci nikahdan olan övladlarına öz övladı kimi baxmışdır. İndi ondan qalan miras əmlakdan ona heç bir payın çatmaması ədalətli deyil. Belə ki, mərhum həyat yoldaşı ilə birgə təsərrüfat idarə etmişdir. Bundan əlavə o da birinci dərəcəli vərəsələr sırasına daxildir. Onun mərhum əri ilə birgə nikahdan bir övladı da var. O, pulu uşaqlarla bölməyə etiraz etmir. Lakin iddiaçının dediyi kimi ona pay çatmaması onun hüququnun pozulmasıdır. Özü onkoloji xəstədir, müalicə alır. Daha sonra göstərmişdir ki, qətnamə ilə müəyyən olunmuş məbləği iddiaçıya verməyə razıdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(060)-3158/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili X2 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(060)-3158/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 27.09.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində odlu silah və adi silah növləri ilə törədilmiş zədələmələr nəticəsində Füzuli rayonunda ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Babazadə Samir 05.05.2007-ci il tarixdə, X17 29.06.2009-cu il tarixdə doğulmuş, ataları X18, anaları X9r. Bundan başqa iş materiallarından müəyyən olunur ki, 06.05.2013-cü ildə X12 doğulmuşdur, anası isə cavabdeh ümbətova Xalidə Rəsul qızıdır. İş materiallarında olan 19.10.2020-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh Azərbaycan Beynəlxalq Bankının Cəlilabad filialından 3000 manat dəfn xərci almışdır. İş materiallarında olan 09.12.2020-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh Azərbaycan Beynəlxalq Bankının Cəlilabad filialından 11.000 manat şəhid olma ilə əlaqədar pul almışdır. İş materiallarında olan 06.10.2020-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC firması şəhid X10 ailəsinə 500 manat yardım etmişdir. İş materiallarında olan Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının 28 yanvar 2021-ci il tarixli qəyyumluğa verilmə barədə sərəncamının surətindən görünür ki, X16 və X17 birgə yaşadıqları nənələri, iddaçı İddiaçı qəyyumluğuna verilmişlər. İş materiallarında olan Cəlilabad Rayon Polis Şöbəsindən alınıb iş materiallarına əlavə edilmiş X7 müraciəti üzrə toplanmış 43 saylı rədd materialından müəyyən edilir ki, Cavabdeh şəhid ailəsi kimi verilmiş 24.000 manat pulu qaynanası İddiaçı yaşadığı evdən götürüb Sumqayıt şəhərinə atası evinə aparmışdır. Cəlilabad Rayon 1 saylı Notariat Ofisindən alınıb iş materiallarına əlavə edilmiş Babayev Murad Nadir oğlunun vərəsələrinin dairəsi barədə məlumat, həmçinin mirası qəbul etmiş və mirasdan imtina etmiş vərəsələrin ərizələrinin surətindən müəyyən edilir ki, İddiaçı, Cavabdeh, X16, X17 və X3 Xəqani Nadir oğlunun vərəsələri olmuş, İddiaçı şəhid olmuş oğlu X6 miras qalmış ona çatası paydan imtina etmiş, lakin nəvələri X16 və X8 pay verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1274-cü maddəsinin tələbinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1299.1-ci maddəsinə əsasən miras payının bərabərləşdirilməsi göstərilmiş xidmətlərə və mirasın həcminə uyğun olaraq ədalətlə aparılmalıdır. Müəyyən edilmişdir ki, Cavabdeh əri X10 şəhid olması ilə əlaqədar 11.000 manat, 10.000 manat X19, 3000 manat Müdafiə Nazirliyindən dəfn xəci, cəmi 24.000 manat məbləğində pul almışdır. Bundan əlavə 500 manat, 1000 manat yardım verilmişdir. Cavabdeh aldığı həmin puldan 700 manat iddiaçıya qəbiristanlıqda hasar çəkməsi üçün vermiş, Cavabdeh X10 şəhid olması ilə əlaqədar verilmiş yardımdan 24.800 manat məbləğində pul qalmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh onda olan 24.800 manat pulun yarısını iddiaçıya və onun nəvələrinə verməyə razı olduğunu bildirdi. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı sübutu təqdim etməmişdir. Onun dəlilləri iş materialları ilə təkzib edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(060)-3158/2021 saylı tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(060)-3158/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.A
Məhkəmə qərarları › İş №2(105)-2529/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2529/2021
01.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver