Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2568/2022 14.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Şabran Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(031)-482/2021 nömrəli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Şabran Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(031)-482/2021 nömrəli qərardadı ilə (hakim Çingiz İsgəndərov) İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair Şabran Rayon Məhkəməsinin 2(031)-482/2021 nömrəli mülki iş üzrə 14 iyul 2022-ci il tarixli qərardadından cavabdehin şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh qərardaddan şikayət vermişdir. Şabran Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(031)-482/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(031)-482/2021 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən (VÖEN **********) 9000 (doqquz min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Şabran Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti imzalanmadığı üçün geri qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2(105)-4034/2021 nömrəli qərardadına əsasən Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(031)-482/2021 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməklə, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə yenidən qeyri-mümkün hesab edilərək geri qaytarılması qərara alınmışdır. Şabran Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC tərəfindən Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(031)-482/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayətinin verilməsi müddətinin bərpası haqqında ərizə təqdim etmişdir. Şabran Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(031)-482/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şabran Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı Şabran Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(031)-482/2021 nömrəli qərardadının ləğv edilməsi barədə şikayətin əsassız olduğundan təmin edilməməsi, İddiaçı şikayəti mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı şikayətinin qismən təmin edilməsi, Şabran Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli və onunla bağlı 29 aprel 2022-ci il tarixli qərardadlarının ləğv edilməsi, prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün mülki iş Şabran rayon məhkəməsinə qaytarılması qərara alınmışdır. Şabran Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC-nin Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(031)-482/2021 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Şabran Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil2 Şabran Rayon Məhkəməsinin 2(031)-482/2021 nömrəli mülki işi üzrə 14 iyul 2022-ci il tarixdə qəbul edilmiş qərardaddan verdiyi şikayət və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən geri qaytarılması qərara alınmışdır. Cavabdeh həm 01 avqust 2022-ci il tarixli qərardadından şikayət vermiş və həm də şikayətin verilməsi üçün müddətinin bərpası haqqında ərizə vermişdir. Şabran Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil2 Şabran Rayon Məhkəməsinin 2(031)482/2021 nömrəli xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə şikayətinin əsassız olduğundan təmin edilməməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil2 şikayəti mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2022-ci il tarixli, 2(105)-2111/2022 nömrəli qərardadı ilə cavabdeh "xxxx" MMC-nin şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli və onunla bağlı 25 avqust 2022-ci il tarixli qərardadları ləğv edilmiş və qərardadın təsviri-əsaslandırıdıcı hissəsində göstərilən məsələlərin həlli üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsi 04 noyabr 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-482/2021 nömrəli qərardadının ləğv edilməsi, cavabdeh "xxxx" MMC tərəfindən Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-482/2021 nömrəli qərardadından şikayət verililməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü hesab edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəni təmin etməkdən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şikayət verilməsi üçün müəyyən olunmuş müddətdə şəxsin şikayət verməsinə yönələn hərəkətlər etməsinə maneə olsun və ya başqa şəkildə qeyrimümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Cavabdeh tərəfindən ötürülmüş müddətin bərpa olunması üçün yuxarıda qeyd edilmiş xüsusiyyətləri özündə əks etdirən hərhansı bir hal mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı iddia ərizəsini; qarşılıqlı iddia ərizəsini; iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətlərini; məhkəmə bildirişini; birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını; iş üzrə icraatın qurtardığını göstərən qərardadı; məhkəmə əmrini; apelyasiya şikayətinin surətini; kassasiya şikayətinin surətini rəsmi qaydada verməlidir. Maddə 135.1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet” lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materialları ilə müəyyən olur ki, cavabddeh tərəf müvafiq qərardaddan şikayəti həmin qərardadın kağız formasında surətini aldığı tarixdən qanunla müəyyən edilmiş müddət daxilində vermişdir Digər tərəfdən, cavabdeh tərəf müvafiq qərardaddan şikayəti elektron məhkəmə sistemində yerləşdirildiyi tarixdən hesablanmaqla qanunla müəyyən edilmiş müddəti nəzərə alsaq müddət keçdikdən sonra vermişdir. Birinci instansiya məhkəməsi ilk dəfə cavabdeh tərəfindən verilmiş şikayətlərə dair 01 avqust və 25 avqust 2022-ci il tarixli qərardadlar qəbul etsə də, cavabdeh tərəfindən prosessual müddətin bərpasına dair ərizəyə heç bir münasibət bildirməmişdir. Şabran Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərardadında cavabdeh tərəfindən prosessual müddətin bərpasına dair ərizəyə münasibət bildirilsə də, bu dəfə cavabdeh tərəfin Şabran Rayon Məhkəməsinin 14 iyull 2022-ci il tarixli qərardadından verdiyi şikayətə heç bir münasibət bildirməmiş və nəzərə alınmalıdır ki, cavabdeh tərəfin verdiyi həmin şikayətlərə dair birinci instansiya məhkəməsinin müvafiq qərardadları Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2111/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarının və azadlıqlarını gözləmək və qorumaq qanunveriçilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 71-ci maddəsinin İİ-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Şabran Rayon Məhkəməsinin 2(031)-482/2021 nömrəli mülki iş üzrə 14 iyul 2022-ci il tarixli qərardadından cavabdehin şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətinin bərpa edilməsi barədə ərizəsini təmin etməməklə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. MPM-nin 398.0.3-cü maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilərək, Şabran Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(031)-482/2021 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 11 noyabr 2022-ci il tarixli, 2(031)-482/2021 nömrəli qərardadı ləğv edilib, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə cavabdeh "xxxx" MMC-nin Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-482/2021 nömrəli qərardadından şikayətin verililməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması barədə ərizəsi təmin edilməli və buraxılmış prosessual müddət bərpa olunmalıdır. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Şabran Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(031)-482/2021 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 11 noyabr 2022-ci il tarixli, 2(031)-482/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə cavabdeh "xxxx" MMC-nin Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-482/2021 nömrəli qərardadından şikayətin verililməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması barədə ərizəsi təmin edilsin və buraxılmış prosessual müddət bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2568/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2568/2022
14.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver