Məhkəmə qərarları › İş №2(105)-2569/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2569/2020

10.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2569/2020 10.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı, cavadeh Cavabdeh vəkili və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul vəsaitinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1567/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1567/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 1700,69 (min yeddi yüz manat altmış doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim Habil Əhmədov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1567/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı pul vəsaitinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx xxxx 2009-cu il tarixində bağlanmış rəsmi nikahdan anadan olmuş, xx.xx.2010-cu il təvəllüdlü X6 üçün 2014-cü ildən 2019-cu ilin avqust ayının 01-dək məcburi köçkün kimi verilmiş və cavabdeh tərəfindən alınmış, ümumilikdə 1.880,61 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavadeh Cavabdeh vəkili və nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, cavabdeh iddiaçı ilə xx xxxx 2009-cu il tarixdə rəsmi nikahla ailə həyatı qurmuş və bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü qızı X6 doğulmuşdur. İddiaçı ilə birgə yaşayış dövründə, yəni, 2016-cı ilin may ayında icra şöbəsinin əməkdaşlarının müraciətindən sonra ona məlum olmuşdur ki, iddiaçının müraciəti əsasında Abşeron rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən nikahları pozulmuş və Fatimənin saxlanması üçün ondan 103 manat məbləğində aliment tutulması qət edilmişdir. Həmin vaxt onun və hər kəs üçün bu "hal cox gözlənilməz olmuş və onlar həmin vaxtdan faktiki ayrılmışlar. Onların həmin müddətdə birlikdə ailə kimi yaşadığı halın saysız sübutları mövcuddur. Daha sonra iddiaçı alimentin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği dəyişdirilərək 160 manat müəyyən olunmuşdur. İddiaçının cavabdehlə birlikdə yaşayaraq gizli şəkildə nikahı pozmasına səbəb sahib olduqları əmlakı mənimsəməsi olmuşdur. İlk alimentin hesablanması xx xxxxxxx 2014-cü il tarixdən olmuş və onlar mehriban şəkildə 2016-cı ilin may ayına kimi bir yerdə yaşamışlar. Bu səbəbdən də iddiaçı həmin müddətdəki alimenti faktiki ayrıldıqdan sonra cavbdehdən tələb etməmiş, yalnız 2016-cı ildən o aliment ödəməyə başlamışdır. Birinci instansiya məhkəməsinin cavadehə ilk çağırışında, yəni xx.xx.2020-ci il tarixə təyin olunan iclasında iştirak etmiş və qəbzləri təqdim etsə də, hakim ona qaytarmış və hazırda tanışlıq məhkəməsi olduğunu bildirərək növbəti iclasda surətlərini çıxarıb o şəkildə təqdim etməyimi bildirmişdir. Növbəti iclasda - xx.xx.2020-ci il tarixdə yaxın qohumunun vəfat etdiyi və həmin gün dəfn mərasimi olduğu üçün iştirak edə bilməmiş və bu barədə məktubunu məhkəmənin dəftərxanasına təqdim etmiş, nədənsə məhkəmə bunu nəzərə almayıb və cavabdehin iştirakı olmadan, həm də əlində sübutları olduğunu qabaqcadan bilə-bilə qərəzli şəkildə qətnamə qəbul edib. Məhkəmə o qədər tələsib ki, iddiaçının iddiasının bir hissəsi ilə, yəni 2014-cü il üzrə tələb etdiyi məbləğlə razılaşmasa və bu hissəni təmin etməsə də, nəticə hissəsində iddianı tam olaraq təmin olunmasıı göstərmişdir. Məhkəmə eyni zamanda cavabdehin xx.xx.2020ci il tarixdə hazırlıq iclasında etdiyi çıxışı tamamilə yanlış ifadələrlə təsvir etmişdir. Cavadeh iddiaçı ilə 2016-cı ilin may ayına kimi ailə olaraq birlikdə yaşamış və cavabdeh hazırlıq iclasında müvafiq qəbzləri məhkəməyə təqdim etmiş, lakin hakim “digər prosesdə surətlərini çıxarıb təqdim edərsən” deyib geri qaytarıb. Cavadeh birinci instansiyada hazırlıq iclasında da bildirmişdir ki, 2015-2016-cı illərdə hər ikisi işlədiyi üçün qızları Fatimə əksəriyyət vaxt ana nənəsinin yanında Uçarda qalmışdır və bu səbəbdən də mübahisəli kartı da nənəsinə vermişlər ki, uşağın ehtiyacları üçün o istifadə etsin. Əgər araşdırma aparılarsa və sorğu verilərsə, müəyyən olunar ki, o kartdakı vəsaitlər hansı müddətlərdə Ucar rayonundan çıxarılmışdır. Faktiki ayrılıqdan, yəni 2016-cı ilin iyun ayından isə həmişə alimentlə bərabər mübahisəli müavinəti də iddiaçının hesabına cavadeh tərəfindən ödənilmişdir. 2019-cu ilin avqust ayından Fatimənin adına kart ayrıldıqdan sonra artıq ödənişləri dayandırmışdır. Hazırda olan ödəniş qəbzlərinə əsasən sübut olunur ki, cavabdeh tərəfindən iddiaçıya 2016-cı ilin iyun ayından olmaqla 2019-cu ilin sonuna kimi cəmi 6839 manat pul ödənilmişdir ki, bunun da 2019-cu ilin aprel ayına kimi 1xx xxxxxxxx 3502 manatı həmin müddətin alimenti, aprel ayından dekabr ayı da daxil olmaqla 1xx xxxxxxxx 1280 manatı aliment borcu, cəmi, 4782 manatı aliment borcu təşkil etmişdir. Bu hesabla cavabdeh tərəfindən iddiaçıya 2057 manat artıq məbləğ ödənmişdir ki, bu da onun iddiasınınn əsassızlığının sübutuna kifayət edir. Belə olan halda məhkəmə Mülki Məcəllənin 1091.1, 1091.2,1092.1 və 1092.1.1-ci maddələrin əsaslanaraq hazırkı mübahisəli qətnaməni qəbul etməkdə haqlı olmamış və qərəz nümayiş etdirmişdir. Məhkəmənin bütün bu deyilənlərin heç birinə əhəmiyyət verməməsi və ən əsası tətbiq olunmalı hüquq normasını bir kənara qoyaraq yanlış hüquq normasını tətbiq etməsi Azərbaycan Respublikası adından düzgün olmayan bir qətnamə qəbul olunmasına səbəb olmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək göstərdi ki, uşağın atası məcburi köçkün olduğu üçün qızı da məcburi köçkün hesab edilmişdir. Məcburi köçkünlərə müavinət verildiyi üçün qızına da müavinət verilmişdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1567/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini xahiş edir. . H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini,iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında nikah xx.xx.2013-cü tarixdə ləğv edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)- 128/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında Ucar rayonu İcra hakimiyyəti başçısının Əlikənd, Şahlıq və Ramal kənd inzibati ərazi vahidi üzrə nümyəndəliyi tərəfindən xx xxxx 2009-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx xxxxx 2010-cu il tarixdə anadan olmuş X2 anası X5 himayəsində saxlanılması və onun yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 103 (yüz üç) manat sabit pul məbləğində aliment tutularaq, X7 verilməsi, hazırki miqdarda alimentin tutulmasının əvvəlinin xx xxxxxxx 2014-cü il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-1860/2019 saylı qətnaməsinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-128/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi və xx xxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçı X5 xeyrinə hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat aliment tutulması qət edilmişdir. İş materiallarında olan Laçın rayon İcra Hakimiyyəti başçısının Kamallı kənd X11 üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 321 nömrəli arayışdan görünür ki, Laçın rayonu Çıraqlı kənd sakini xx.xx.2001-ci il təvəllüdlü X6 1992-ci ilin may ayından erməni təcavüzü ilə əlaqədar məcburi köçkündür, hal-hazırda müvəqqəti Abşeron rayonu Masazır kəndində məskunlaşmışdır, Kamallı kənd X11 üzrə nümayəndəliyin Çıraqlı kəndində daimi qeydiyyatdadır. Fatimə İsayevaya 2014/2019-cu illər üzrə aşağıdakı məbləğdə vahid aylıq müavinət verilmişdir: 2014-cii il-180 AZN, 2015-ci il- 198.98 AZN, 2016-cı il 237,71 AZN, 2017-ci il-432 AZN, 2018-ci il-472 AZN, 2019-cu il 01 avqust tarixinə 360 AZN. Cəmi: 1880.61 AZN. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2-ci maddələrinə istinad edərək saslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı onunla Cavabdeh arasında xx xxxx 2009-cu il tarixində bağlanmış rəsmi nikahdan anadan olmuş, xx.xx.2010-cu il təvəllüdlü X6 üçün 2014-cü ildən 2019-cu ilin avqust ayının 01-dək məcburi köçkün kimi verilmiş və cavabdeh tərəfindən alınmış, ümumilikdə 1.880,61 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması xahiş etsə də, həmin pul cavabdeh tərəfindən alınmasına dair hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X12 Məhkəməsinin «X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini əsası kimi istinad etdiyi halları, yəni iddiaçı onunla Cavabdeh arasında xx xxxx 2009-cu il tarixində bağlanmış rəsmi nikahdan anadan olmuş, xx.xx.2010-cu il təvəllüdlü X6 üçün 2014-cü ildən 2019-cu ilin avqust ayının 01-dək məcburi köçkün kimi verilmiş ümumilikdə 1.880,61 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən kart hesabından çıxarılması və ona verilməməsini sübuta yetirə bilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamədə Cavabdeh xx.xx.2020-ci il tarixli məhkəmə iclasında “iddia tələbini qəbul etmirəm. İddiaçı ilə 2015-ci il tarixədək bir yerdə qalmışıq və çörək pulu da ailəyə xərclənmişdir. Sonradan isə ayrılmışıq və ayrıldıqdan sonra isə cavabdeh uşağın çörək pulunu özü götürmüşdür. İddia tələbində göstərilən kartdakı çörək pulları mənim tərəfimdən deyil iddiaçının anası tərəfindən çıxarılmışdır. Çünki həmin kart həmişə iddiaçının anasında olub.” kimi izahat verməsini qeyd etmiş, karta köçürülmüş müavinətin cavabdeh tərəfindən alınmasını, lakin həmin pulun iddiaçıya verilməsinin cavabdeh tərəfindən sübut edilməməsi müəyyən edərək iddianı təmin etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli iclas protokoluna nəzər salınarsa Cavabdeh yuxarıda qeyd edilən formada izahat verməsi görünmür. Həmin iclas protokolunda cavabdeh iddianı “iddianı qəbul etmir, iddia tələbində göstərilən pul iddiaçının anası tərəfindən çıxarılmışdır” kimi ifadə verməsi görünür ki, bu da uşaq üçün karta köçürülmüş müavinətin cavabdeh tərəfindən alınması kimi qəbul edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikahından olan uşaq üçün verilən aylıq müavinətin cavabdehdən tutulma vaxtının 2014-cü ildən deyil, 2015-ci il tarixdən tutulması barədə nəticəyə gələrkən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xx xxxxxx 2002ci il tarixli, 37 saylı əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair“ Təlimatın 4.4-cü bəndinə zidd nəticəyə gəlmişdir. Belə ki, həmin Təlimatın 4.4-cü bəndinə əsasən ər və ya arvaddan biri məcburi köçkün statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında məcburi köçkün statusuna malik şəxsin himayəsində qalmayan uşaqlara bu cür müavinət verilmir. Nəzərə alınsa ki, tərəflər arasında nikah xx.xx.2013-cü tarixdə ləğv edilmişdir və birgə nikahdan olan uşaq ananın, yəni məcburi köçkün olmayan şəxsin himayəsində qalmışdır ki, belə olan halda hazırki iddiaçı qeyd edilən tələblə cavabdehə qarşı iddia qardırmaq hüququna malik deyildir. Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual hüquq normalarının şərh olunan bu pozuntularını qətnamənin ləğvi üçün əsas hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1567/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1567/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul vəsaitinin ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar