Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2571/2020 14.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı Cavabdeh şöbəsinə və 3-cü şəxs X1 qarşı icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətindən və 7% icra ödənişinin alınması haqqında qərarının ləğv olunması tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi F.Həmidli tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh şöbəsinə və 3-cü şəxs X1 qarşı icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətindən və 7% icra ödənişinin alınması haqqında qərarının ləğv olunmasına dair şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması, iddiaçıya mübahisələndirilən qərardan məhkəməyə şikayət vermək hüququnun izah olunması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh şöbəsinə və 3-cü şəxs X1 qarşı icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətindən və 7% icra ödənişinin alınması haqqında qərarının ləğv olunmasına dair şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh şöbəsinin 7% icra ödənişinin alınması haqqında xx xxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və bunun əsasında Birliyin bank hesabına tətbiq edilən xx xxxx 2020-ci il tarixli 155270/18 saylı inkasso sərəncamının götürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi F.Z.Həmidli verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Birlik tərəfindən Cavabdeh şöbəsinə müraciət olunmuş və Cavabdeh şöbəsi xx xxxxxx 2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Beynalxalq Bankı ASC-nin Sabunçu filialına müraciət edərək Birliyin Sabuncu filialındakı hesablarına qoyulmuş inkasso sərəncamlarının icra olunmadın geri qaytarılması xahiş olunmuşdur. İddiaçı İB və tələbkar G.Novruzova arasında bağlanmış razılaşma protokolu Birlik tərəfindən tam icra edilmiş ödənişlər tam həyata keçirilmişdir. Buna baxmayaraq Cavabdeh şöbəsi yenidən xx xxxx 2020-ci il tarixdə Birliyin bank hesablarına inkasso sərəncamı qoyaraq 54535 manat icra ödənişini tələb etmişdir. Məhkəmə bunları nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(012)-2978/2020 saylı qərardadın ləğv edilməsini şikayətə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının, cavabdehin nümayəndəsi və 3-cü şəxs G.B.Novruzova məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyası qeyd edir ki, icra məmurunun icra sənədi üzrə «İcra haqqında» Qanuna uyğun olaraq qəbul etdiyi hər hansı qərar və ya icraya yönəlmiş hərəkətləri maraqlı şəxsin mövcud hüquqi vəziyyətində dəyişikliklərə səbəb olmadığından faktiki xarakterli hərətkətlər kimi də qiymətləndirilə bilər. Həmçinin, icra məmurları birtərəfli hakimiyyət iradəsinə əsasən fəaliyyət göstərir və həmin məmurun ümumi (publik) hüquq müstəvisində həyata keçirdiyi hərəkətlər hakimiyyəti tədbiridir. Belə ki, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar tələbləri hüquq subyektləri üçün məcburi xarakter daşıyır və onların yerinə yetirilməməsi və ya icra məmurunun öz vəzifələrini icra etməsinə maneə törədilməsi qanunvericilikdə müəyyən edilmiş cinayət və ya inzibati məsuliyyətə səbəb olur. Bununla yanaşı, «İcra haqqında» Qanunun 29-cu maddəsində icraatda tərəflərin (tələbkar və borclu) hüquq və vəzifələri nəzərdə tutulmuşdur. Onların sırasına icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququ da daxil edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 29-cu fəslində xüsusi iddia icraatı qaydasında müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin, o cümlədən icra məmurunun qərarları və hərəktləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə baxılmasını tənzimləyən prosessual qaydalar müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 25.2-ci maddəsi ilə bu növ mübahisələrin baxılması ümumi məhkəmələrə aid olunmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi maraqlı tərəfin icra məmurunun qərarından məhkəməyə şikayət vermək hüququ olduğundan iddiaçı hazırki halda iddia ərizəsi ilə deyil, mübahisələndirilən qərardan məhkəməyə şikayət verməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə görə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə qarşı yönəldikdə isə onların hər birinə qarşı olan tələblər göstərilməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəmədə baxılmalı olmadığından, iddianın yol verilməzliyinə görə qəbulundan imtina olunmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya Cavabdeh Şöbəsinin mübahisələndirilən qərarından məhkəməyə şikayət vermək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir və məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçının nümayəndəsi X2 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(012)-2978/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2571/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2571/2020
14.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver