Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2618/2021 13.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X11 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil, Cavabdehin nümayəndəsi və vəkili: X9 iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı torpaq sahəsi üzərində payların müəyyən edilməsi və cehiz əşyaları tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili A.Z.Qasımov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia tələbinin qismən təmin edilməsi, iddiaçı X4 məxsus olan əşyalar, onların özləri mövcud olmadıqda dəyərlərinin Cavabdeh alınıb verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi üzərində payların müəyyən edilməsi və cehiz əşyaları” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 24 iyul 2014-cü il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından 06 iyul 2014-cü il təvəllüdlü X13, 09 iyun 2017ci il təvəllüdlü X15 anadan olmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmiş, uşaqların analarının himayəsində saxlanmaları və onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşaq üçün hər ay 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin cavabdeh alimenti ödəməmişdir. Nikahdan əvvəl 11 sentyabr 2013-cü ildə iddiaçı ünvan 1 ünvanında yerləşən 62,2 kv.m ümumi sahəli 17 nömrəli mənzili satın alıb və həmin mənzilə dair ona 19 sentyabr 2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 21 noyabr 2018-ci il tarixdə iddiaçının mülkiyyətində olan həmin evi 40000 manata X1. O, 07 dekabr 2018-ci il tarixdə, yəni həmin satışdan 16 gün sonra bu 40000 manatın üzərinə 10500 manat öz valideynlərindən borc pul götürərək 50500 manata Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.075 ha torpaq sahəsini və üzərində fərdi yaşayış evini satın almışdır. Həmin tarixdən onlar uşaqları ilə qeyd edilən evə köçərək yaşamışlar, cehiz əşyalarını o evə gətirmişdir. 2019-cu ilin sonlarında onlar arasında mübahisə kəskinləşdiyindən o, uşaqlarını götürərək Gəncə şəhərinə valideynlərinin yanına getmişdir. Cavabdeh isə Xırdalan şəhərində həmin evdə yaşayır. Nikah pozulduqdan sonar o cehiz əşyalarına baxmaq üçün evə gəldikdə cavabdeh tərəfindən onların dəyər-dəyməzinə satıldığını bilmişdir. Satılmış həmin əşyaların ümumi dəyəri 56170 (əlli altı min yüz yetmiş) manatdır. Buna görə də o, onların arasında nikah dövründə (07.12.2018-ci ildə) qiymətinin böyük əksəriyyəti (təxminən 80 faizi) nikahdan əvvəl qazandığı şəxsi vəsaiti hesabına, qalan hissəsi (təxminən 20 faizi) isə onun valideynlərindən götürmüş olduğu borc pul hesabına ödənilmiş və Cavabdeh adına sənədləşdirilmiş Abşeron rayonu Xırdalan şəhəri ünvanında yerləşən 0.075 ha torpaq sahəsi onun və cavabdehin arasında bölünməsi, həmin əmlakın qiymətinin ödənilməsinə dair qeyd edilən fakt və 2 azyaşlı uşağın onun yanında qalması faktı nəzərə alaraq, Cavabdeh adına sənədləşdirilmiş Abşeron rayonu Xırdalan şəhəri ünvanında yerləşən 0.075 ha torpaq sahəsi üzərində onun payı 19/20, Cavabdeh payı isə 1/20 olaraq müəyyən edilməsi, ona məxsus olub Cavabdehu tərəfindən dəyər dəyməzə satılıb pulu cavabdeh tərəfindən xərclənmiş cəmi 56170 (əlli altı min yüz yetmiş) manat dəyərində olan cehiz əşyaları (mətbəx əşyaları (cəmi 13150 manat dəyərində); mebel, künc divanı + künc şkafı + stol + taburetka – 400 manat; mətbəx mebeli (dəst) – 1200 manat, soyuducu LG (nofrost) – 1200 manat, paltaryuyan LG - 600 manat, mikrodalğalı soba (eurolux) – 300 manat, mətbəx sobası (galaxy) – 300 manat, qaz sobası (4 gözlü) + aspirator (bosh) – 900 manat, ət çəkən maşın – 150 manat, mikser (yeni) – 120 manat, kombayn (yeni) – 200 manat, kartof free aparatı – 120 manat, blender (yeni) – 120 manat, elektrikli çaydan – 200 manat, elektrikli samovar + çaynik dəsti (yeni) – 250 manat, işlənmiş qazan dəsti (toferin) – 4 qazan+ 4 jaronik, işlənməmiş 100 manat (cəmi 6160 manat) və qabqacaq: 1) AMS dəsti – böyük (5 qazan) – 500 manat, 2) AMS dəsti – kiçik (3+1) – 400 manat, 3) Güllü tefal qazan dəsti (6 qazan + 1 jaronik) – 250 manat, 4) Qranit qazan dəsti (5 qazan + 1 jaronik) – 300 manat, 5) Mantı qazan dəsti – 350 manat, podnos dəsti (3 ədəd) – 240 manat, bıçaq dəsti (yeni) – 50 manat, ədviyyat qabı (3 dəst) – 70 manat, azuqə qabı (5 dəst) – 250 manat, boşqablar (tuminerk dəsti yeni 4 dəst) – 280 manat, tort boşqab dəsti (2 dəst) – 100 manat, xrustal bakal (24 ədəd) – 300 manat, ynakovkada bakal nabor (12+12+12) – 220 manat, rumka nabor (12+12+12) – 180 manat, 24 nəfərlik işlənmiş metal çəngəl-qaşıq – 200 manat, şirəli ləyən (1 ədəd böyük + 2 ədəd kiçik) + bidob (2 ədəd yeni) – 200 manat, xalça (2,5 x 2,0) dəri – 250 manat, xalça (2,0 x 1,5) mətbəx üçün – 150 manat, tozsoran (samsung) – 200 manat, cəmi 4490 manat, kombi sistemi radiyatorları ilə (cəmi 2500 manat); yataq otağı əşyaları (cəmi 9900 manat dəyərində): yataq dəst mebel (avangard) (çarpayı, şifoner, şkaf, tumbuçkalar) – 5000 manat, tək ayaqüstü güzgü – 500 manat, lüstr – 350 manat, bra (2 ədəd) – 300 manat, 2 xalça – 300 manat, pərdə (tac) – 450 manat, işlənmiş 7 dəst postel, hamam dəsmalı (4 ədəd) – 160 manat, məhrəba (8 ədəd) – 240 manat, çay dəsmalı (12 ədəd) – 120 manat, qadın geyimləri (toy donları + ayaqqabı 2 ədəd + çanta 4 ədəd), yeni skater 24 nəfərlik (2 ədəd) – 240 manat + 12 nəfərlik - 480 manat + 6 nəfərlik + 360 manat, hamam dəsmalı (12 ədəd) – 600 manat, məhrəba (60 ədəd) – 1200 manat, çay dəsmalı (60 ədəd) – 800 manat, postel dəsti (4 dəst tək nəfərlik + 10 dəst 2 nəfərlik) – 1000 manat, kreslo divan üstü dəsti – 250 manat, ağ postel dəsti (4 ədəd) – 200 manat, pokrıval (qəhvəyi rəng 1 ədəd) – 350 manat, güllü yorğan dəsti (1 ədəd) – 200 manat, pokrıval dəsti (gəlincik 1 dəst) – 500 manat, güllü 2 nəfərlik sintfon yorğan (1 ədəd) – 200 manat, yorğan (2 nəfərlik 1 dəst) – 150 manat, tək nəfərlik yorğan – 200 manat, yastıq (english home 2 ədəd 50 x 70) – 150 manat, yastıq (englishhome 2 ədəd 70 x 70) – 200 manat, mətbəx dəsti (süfrə, stəkan, məhrəbası, qazan) – 250 manat; Uşaq otağı əşyaları (cəmi 3020 manat dəyərində): Oğlan üçün: dəst mebel (şkaf, çarpayı, parta, lövhə) – 1600 manat, lüstr – 100 manat, bra – 50 manat, xalça (2,0 x 1,80) – 200 manat, pərdə - 100 manat, oyuncaqlar. Qız üçün: dəst mebel (şkaf, çarpayı, stol şkaf ilə) – 750 manat, lüstr – 80 manat, xalça (2,5 x 3,0) – 150 manat, pərdə - 80 manat, oyuncaqlar. Qonaq otağı əşyaları (cəmi 13550 manat dəyərində): dəst qonaq otağı mebeli (klassite) – 7000 manat, ikiqapılı servand qorka (2 ədəd), kamod –güzgü (1 ədəd), stol-stul 6 nəfərlik (embavvood) – 800 manat, künc divan dəsti (1,80 x 2,50) – 1800 manat, televizor 4k (samsung) – 1700 manat, çılçıraq (12 gözlü) – 700 manat, xalça-lepkalı – 750 manat, pərdə (tac) – 800 manat. Digər qab-qacaqlar (cəmi 12450 manat dəyərində): Tom (xrustal) – meyvə qabı enli böyük (2 ədəd) -800 manat, meyvə qabı böyük yumru (2 ədəd) – 800 manat, kül qabı böyük (80 sm) (1 ədəd) - 500 manat, mürəbbə qabı ağzı qapaqlı böyük (2 ədəd) – 600 manat, ləpə qabı böyük (ayaq üstü) (2 ədəd) – 600 manat, ləpə qabı yerdən (1 ədəd) – 250 manat, şirniyyat qabı romb formasında iri (2 ədəd) – 500 manat, şirniyyat qabı düz (orta) (2 ədəd) – 500 manat, salfet qabı (ayaq üstü) (2 ədəd) – 300 manat, qənd qabı balaca (2 ədəd) – 300 manat, konfet qabı (ağzıenli) (2 ədəd) – 360 manat, bakal (başısarılı) (6 ədəd uzun, 6 ədəd enli, 6 ədəd balaca) – 900 manat, bakal (6 ədəd uzun, 6 ədəd enli, 6 ədəd balaca) – 750 manat, şamdan (ayaqüstü) (1 ədəd) – 250 manat, giləmeyvə qabı (banan) (2 ədəd) – 500 manat, lumu qabı (ayaqüstü) (2 ədəd) – 200 manat, konfet qabı iri (2 ədəd) – 400 manat, xrustal qalın stəkan (tom) (12 ədəd) – 460 manat, xrustal nazik stəkan (tom) (24 ədəd) – 420 manat, nəlbəki (24 ədəd) (zərli) – 400 manat, nəlbəki (24 ədəd) (göy zərli) – 400 manat, lumu qabı (balıqqulağı) (6 ədəd) – 180 manat, lampa (xrustal) (1 ədəd) – 200 manat, madonna çay servis (6 nəfərlik) 24 predmeti – 500 manat, güldan (qırmızı lepka ağzı dilikli) (2 ədəd) – 300 manat, konfet qabı (ağzı qapaqlı orta) (2 ədəd) – 300 manat, konfet qabı (ağzı enli qırmızı lepka) (2 ədəd) – 200 manat, konyak dəsti (qırmızı lepka) – 350 manat, meyvə qabı (qırmızı lepka) (2 ədəd) – 300 manat, güldan (qırmızı lepka) (1 ədəd) – 150 manat; Boşqab (qonaq üçün servislər) (cəmi 4100 manat dəyərində): - yemək dəsti boşqab 12 nəfərlik (3 cür boşqab, iri bulud qabları, salat qabı, salfet qabı) – 400 manat, qırmızı dəst 48 predmet – 350 manat, göy dəst boşqab 12 nəfərlik 48 predmet – 350 manat, ağ zolaqlı boşqab dəsti 24 nəfərlik 116 predmet – 700 manat, çəngəl qaşıq dəsti (çemodan) 24 nəfərlik – 400 manat, çəngəl qaşıq 24 nəfərlik (sarı dəst) – 400 manat, gümüş 12 nəfərlik (qaşıq, çəngəl, bıçaq, çay qaşığı) – 600 manat, poroloçka 12 nəfərlik (qaşıq, çəngəl, bıçaq) – 900 manat, olmaqla, cəmi 56170 (əlli altı min yüz yetmiş) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, onun ödədiyi 1500 manat hüquqi xidmət xərci və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdilrilməsi barədə ərizə verərək göstərmişdir ki, iddia tələbinin Abşeron rayonu Xırdalan şəhəri ünvanında yerləşən 0.075 ha torpaq sahəsinin onların arasında bölünməsi hissəsinin geri qaytarılmasını, ona məxsus olub cavabdeh tərəfindən dəyər dəyməzə satılıb pulu cavabdeh tərəfindən xərclənmiş cehiz əşyalarının özünün, bu mümkün deyilsə, onların dəyəri olan cəmi 58670 (əlli səkkiz min altı yüz yetmiş) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh nümayəndəsi və vəkili A.Z.Qasımov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ilk növbədə Cavabdeh Gəncə şəhəri Kəpəz rayonu ərazisində qeydiyyatda olmasına və iddianın təmin tədbiri ilə bağlı məhkəmə qərardadının icrası ilə əlaqədar Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən təstiq edilmiş 15 yanvar 2021-ci il tarixli aktda da, Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(012)-4128/2020 saylı qərardadının icrası ilə əlaqədar Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman icra vərəşəsində qeyd edilən əşyalarının heç biri aşkar edilməməsinə baxmayaraq məhkəmə hazırki işi icraatına qəbul edib baxmaqla aidiyyat qaydalarını pozmuşdur. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxmış və öz qətnaməsini onunla əsaslandırmışdır ki, işdə olan sübutları rəhbər tutaraq cehiz əşyaları və şəxsi əşyalar cavabdehdən alınıb iddiaçıya verməlidir. Məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə həmin cehiz əşyalarla bağlı real bazar qiymətlərinə uygun olmayan Azerlex Group» MMC tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli 171/21 saylı qiymətləndirmə rəyini sübut kimi qəbul edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli e-2(012)-695/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili A.Z.Qasımov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, iddiaçı tərəfindən tələb olunan ona məxsus olan cehiz əşyalarının cavabdeh tərəfindən satılmasına və geri qaytarılmamasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunu və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi A.Qasımovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli 2(043)-382/2020 saylı qətnaməsindən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında 24 iyul 2014-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsində 416 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması; tərəflərin birgə nikahlarından doğulmuş 06 iyul 2014-cü il təvəllüdlü X6 və 09 iyun 2017-ci il təvəllüdlü X12 analarının yanında qalması; uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan AZ-İ seriyalı 357864 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması 14 sentyabr 2020-ci il tarixdə akt qeydləri kitabında 167 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli 171/21 saylı qiymətləndirmə rəyi ilə iddiaçı tərəfindən tələb edilən əşyaların qiyməti müəyyənləşdirilmişdir. İş üzrə iddiaçının iddianı təminetmə tədbiri barədə ərizəsi əsasında qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(012)-4128/2020 saylı qərardadından görünür ki, iddia tələbində sadalanan cehiz əşyalarının üzərinə həbs qoyulmuşdur. İşdə olan Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən təsdiq edilmiş 15 yanvar 2021-ci il tarixli aktdan məlum olur ki, Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(012)-4128/2020 saylı qərardadının icrası ilə əlaqədar Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman icra vərəqəsində qeyd edilən əşyaların heç biri aşkar edilməmiş, evdə çəkilən foto şəkillər akta əlavə edilmiş, akt icra məmurları Orxan Məmmədov, Kənan Abdullayev, tələbkarın nümayəndəsi Vəkil tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşdə olan sübutları rəhbər tutaraq məhkəmə hesab edir ki, cehiz əşyaları və şəxsi əşyalar cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, tərəflər arasında ailə münasibətləri artıq pozulmuşdur, tərəflər ayrı yaşayırlar, ona görə iddiaçının həmin əşyaları cavabdehin qanunsuz sahibliyindən geri tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, iddiaçı cehiz əşyalarının ümumi dəyərinin 58670 (əlli səkkiz min altı yüz yetmiş) manat olduğunu iddia etsə də, buna dair əsaslı sübut təqdim edə bilməmişdir. Bunun əksinə olaraq "xxxx" MMC tərəfindən verilmiş 21 aprel 2021ci il tarixli 171/21 saylı qiymətləndirmə rəyi ilə təsdiq edilir ki, iddiaçı tərəfindən tələb edilən əşyaların ümumi bazar dəyəri 54530 (əlli dörd min beş yüz otuz) manatdır. Bundan başqa iddiaçı kombi sistemi radiyatorları barədə tələbi ilə bağlı heç bir sübut təqdim etməmiş, tələb etməklə kifayətlənmişdir. Digər sadalanan əşyalar hər bir ailə quran qadının cehiz əşyaları qisminə aid olması ağlabatandır. Qeyd edilənlərlə yanaşı məhkəmə cavabdehə dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat vermiş, onun məhkəmədə müdafiə hüququnun təmin edilməsinə şərait yaratmışdır. Dəfələrlə cavabdehin iştirakının təmin edilməsi üçün məhkəmə, məhkəmə iclaslarını təxirə salsa da, lakin cavabdeh iddia tələbi ilə bağlı heç bir etirazını məhkəməyə təqdim etməmişdir. Belə olan halda cavabdehin öz prosessual hüquqlarını müdafiə etmək hüquqlarından istifadə etməməsi onun iddianı qəbul etməsi fikirini istisna etmir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə məhkəmə aidiyyatı pozulması ilə əlaqədar gətirdiyi dəlilə qiymət verərək hesab edir ki, həmin dəlil qəbul edilməməlidir. Məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, tərəflər 2013-cü ildə ailə həyatı qurmuşdur və 2018-ci ilin dekabr ayında Xırdalan şəhəri Quşçuluq yaşayış massisi «Xəzinə Palac» şadlıq sarayının yanında iki mərtəbəli fərdi yaşayış evi almışlar və iddiaçıya məxsus bütün cehiz əşyaları ora gətirib orada 2020-ci ilədək orada yaşamışlar. Sonradan iddiaçı tərəfindən tələb olunan cehiz əşyaları cavabdeh tərəfindən internet vasitəsi ilə satılmışdır. Məhkəməyə təqdim edilmiş 10 noyabr 2020-ci il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, yuxarıda göstərilən faktı Abşeron rayon Pİ-də şahid qismində dindirilən Cavabdeh anası Ş.Y.Quliyeva tərəfindən verilmiş ifadəsi ilə öz əksini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən, kombi sistemi radiyatorları hissəsi istisna olmaqla əsaslıdır, iddia tələbində sadalanan cehiz əşyalarının, onların özləri mövcud olmadıqda dəyərləri cəmi 52730 (əlli iki min yeddi yüz otuz) manat məbləğində) Cavabdeh alınıb, İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. İnsan hüquqlarının və X5 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi və vəkili X8 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 22 aprel 2021-ci il tarixli e-2(012)-695/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2618/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2618/2021
13.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver