Məhkəmə qərarları › İş №2(105)-2633/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2633/2020

23.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2633/2020 23.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X14 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı bələdiyyə əmlakının, sənədlərin, xəritənin, möhür və şatmpın qanunsuz sahiblikdən geri tələb edilməsinə dair ilk iddiası, X3 İddiaçı qarşı protokolun etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-341/2020 saylı qərardadından X7 tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-341/2020 saylı qərardadı ilə, iddianın təmini tədbiri barədə ərizə təmin edilərək, X4 Şabran rayon Pirəbədil Bələdiyyəsinin əmlakından, sənədlərindən, xəritələrdən, möhüründən və ştampından istifadə edilməsi qadağan edilmişdir. X7 bu qərardaddan şikayət edərək, onun ləğv edilməsini, iddianın təmin tədbiri barədə İddiaçı ərizəsinin rədd edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-341/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(105)-1720/2020 saylı qərardadı ilə Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və xx xxxx 2020-ci il tarixli, 2(031)-341/2020 saylı qərardadları ləğv edilmiş, iddianın təmin tədbiri barədə İddiaçı ərizəsi təmin edilməmişdir. Bundan sonra, X7 iddianın təmin tədbiri barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(031)-341/2020 saylı qərardadına əsasən X3 iddianın təmini tədbiri barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. (hakim Ç.İsgəndərov) Qərardaddan narazı qalan X7 ondan şikayət vermişdir. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-341/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı X4 qarşı iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Şabran rayon Pirəbədil Bələdiyyəsinin balansında olan əmlakın, sənədlərin, xəritələrin, möhür və ştampın X3 qanunsuz sahibliyindən geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X7 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı qaldırdığı ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunaraq İddiaçı sədr seçilməsinə dair tərtib etdiyi xx.xx.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 iddianın təmini tədbiri barədə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri adından istifadə etməsi və bələdiyyə sədri kimi müstəqil qərarlar qəbul etməsinin qadağan edilməsi, Pirəbədil Bələdiyyəsinin vergi ödəyicilərinin qeydiyyat-uçot kitabının, bələdiyyənin inzibati ərazi xəritələrinin və bələdiyyənin cari fəaliyyətini özündə əks etdirən digər sənədlərin qaytarılması vəzifəsinin İddiaçı üzərinə qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İ Z A H A T L A R İ: Qərardaddan verilmiş şikayət bununla əsaslandırılmışdır ki, onda olan məlumata görə Şabran rayon İcra Halkimiyyəti tərəfindən A.X6 sədri olması barədə arayış verilmişdir və o, özünü hər yerdə bələdiyyə sədri kimi təqdim edərək müstəqil qərarlar qəbul edir. Bundan başqa, Şeydayev X9 Bələdiyyəsinin inzibati binasının qapılarını sındırıb qanunsuz olaraq ora daxıl olmuş, bələdiyyənin cari fəaliyyətini özündə əks etdirən sənədləri, kitabları və xəritələri qanunsuz olaraq götürmüşdür, halbuki həmin sənədlər olmadan Bələdiyyənin cari fəaliyyətini həyata keçirmək mümkün deyildir. Məhkəmə ərizəni rədd edərkən ona əsaslanmışdır ki, vəsatətdə qeyd olunan bələdiyyə sənədlərinin İddiaçı olmasını təsdiq edən hallar, eləcə də, İddiaçı özünü bələdiyyə sədri kimi apararaq müstəqil qərarlar qəbul etməsi ilə bağlı faktlar öz təsdiqini tapmır. Lakin məhkəmənin belə bir mövqeyi tamamilə əsassız və qanunsuz olmaqla iş materiallarında olan sübutlarda öz təsdiqini tapmır. Belə ki, mülki işin materiallarında olan xx xxxxxx 2020-cı ıl tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şabran rayon Pirəbədil bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli aktına əsasən yeni seçilmiş bələdiyyə sədri İddiaçı Pirəbədil bələdiyyəsinin inzibati binasına daxil olaraq bələdiyyənin istifadəsində olan ləvazimatları təhvil aldığı göstərilmişdir. Beləliklə iddiaçı tərəfindən Polis Şöbəsinə təqdim olunmuş xx.xx.2020-ci il tarixli aktdan da göründüyü kimi bələdiyyənin istifadəsində olan ləvazimatlar İddiaçı verilmişdir. Bundan başqa həmin aktda İddiaçı bələdıyyə sədri kimi göstərilməsi sonuncunun bələdiyyə sədri adından istifadə etməsin sübut etmiş olur. Göstərilənlərə əsasən qərardad ləğv edilməli, onun iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməlidir. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında X3 nümayəndəsi və vəkili X17 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X18 şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, hazırki mübahisəyə artıq ehtiyac qalmamışdır. Belə ki, Şabran rayon Pirəbədil Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı qərarına əsasən bələdiyyə üzvü olan 6 nəfər İddiaçı bələdiyyənin sədri seçmişlər. İş materiallarında olan Azəbaycan Respublikasının Ədliyyə X15 Ədliyyə İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, 08/12 saylı məktubundan görünür ki, X2 rayon Pirəbədil Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli iclas qərarı ilə Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Azərbaycan Respublikası MSK-nın 54 saylı X10 X16 xx xxxxxx 2020-ci il tarixli, 56 saylı məktubunda göstərilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Şabran-Siyəzən seçki dairəsi dairə seçki komissiyasına təqdim olunmuş 1 nömrəli protokola əsasən İddiaçı Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. İşdə olan Şabran rayon Pirəbədil Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı qərarından görünür ki, bələdiyyə üzvü olan 6 nəfər İddiaçı bələdiyyənin sədri seçmişlər. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, şikayət təmin edilməməli, iddianın təmini tədbiri barədə ərizənin rədd edilməsi haqqında Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-341/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin tədqiq edilən hallarından müəyyən edilir ki, tərəflər arasında hazırki mübahisənin yaranmasına səbəb Şabran rayon Pirəbədil bələdiyyəsinin sədri vəzifəsinin kim tərəfindən icra edilməli olmasıdır. İşin faktiki hallarından məlum olur ki, hər iki şəxs özünü bələdiyyə sədri hesab edir. İddiaçının hazırki iddianın təmini tədbiri barədə ərizəni verməkdə məqsədi də cavabdehin bələdiyyə sədri kimi fəaliyyət göstərmək imkanlarının məhdudlaşdırılmasıdır. İşdə olan Şabran RPŞ-nin 06 fevral 200-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqında qərarından məlum olur ki, İddiaçı və X3 ərizələri ilə əlaqədar toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, İddiaçı və X4 tələblərinin məhkəmə səlahiyətlərində olduğundan prosessual qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmə hüquqlarının izah edilməsi qərara alınmışdır. Yenə işdə olan qarşılıqlı iddia ərizəsindən görünür ki, X1 Atabala Bəhrayıl oğluna qarşı xx xxxxxx 2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı bildirmişdir ki, onda bələdiyyəyə aid heç bir sənəd yoxdur və bələdiyyənin adından istifadə etməmiş, hər hansı bir qərar qəbul etməmişdir. Daha öncə qeyd olunduğu kimi Şabran rayon Pirəbədil Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı qərarı ilə bələdiyyə üzvü olan 6 nəfər İddiaçı bələdiyyənin sədri seçmişlər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda qeyd olunan bələdiyyə qərarı ilə mübahisəyə son qoyulmuşdur. Ona görə də iddianı təmin etmə tədbiri üçün heç bir əsas qalmamışdır. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İdianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi Azərbaycan Respublikası MPM-nın 158.1.2-ci maddəsində iddianı təmin etmə tədbiri kimi nəzərdə tutulmuşdur. İddianın təmin edilməsində əsas məqsəd məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz olacağı hallarla bağlıdır. Məhkəmə iddiaçının iddia tələblərinin icrasını gələcəkdə təmin etmək məqsədi ilə cavabdehə müəyyən hərəkətləri etməyi qadağan etmək hüququna malikdir. Bu halda qanunvericilik təmin olunması ehtimal olunan tələblərin məhkəmə tərəfindən təmin olunacağı təqdirdə maneə olmadan cavabdeh tərəfindən ödənilməsi (həyata keçirməsini) təmin etmək məqsədini güdür, lakin bu zaman məhkəmə cavabdeh tərəfindən iddia tələblərinin gələcəkdə icrasına maneə törədilə biləcəyi hərəkətlərin dairəsini dəqiq müəyyən etməli, həmin hərəkətlərin cavabdeh tərəfindən edilməsinə abstrakt baxımdan deyil, onların real olaraq törədilməsi baxımından yanaşmalıdır. İddianın təmini tədbiri prosessual bərabərlik baxımından mübahisə predmetinə münasibətdə hər iki tərəfin, həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun olmalıdır. Daha öncə şərh olunan səbəblərdən məhkəmə kolegiyası hesab edir ki, hazırki halda iddianı təmin tədbirinə heç bir zərurət yoxdur. Beləliklə də, iddianı təmin etmə tədbiri barədə ərizənin təmin olunmaması barədə məhkəmənin qərardalı ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu barədə düzgün nəticəyə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ərizənin rədd olunması barədə məhkəmənin gəldiyi nəticə həm işin faktiki hallarına, həm də yuxarıda qeyd olunan normaların tələblərinə uyğundur. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı X3 şikayəti təmin edilməməli və Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-341/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-341/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar