Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2641/2021 28.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı nümayəndəsi və vəkili E.N.İsayevin iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(060)-5565/2021 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili E.N.İsayevin verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(060)-5565/2021 saylı qərardadı ilə (hakim E.X.Hüseynov) İddiaçı Cavabdeh qarşı mikroavtobusun qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair mülki iş üzrə İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili E.N.İsayev şikayət verib, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(060)-5565/2021 saylı qərardadının ləğv edilib, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)-5565/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı nümayəndəsi və vəkili E.N.İsayev iddia ərizəsi ilə məhkəməyə müraciət edib, ** NG *** dövlət nömrə nişanlı, “TOYOTA Hİ ACE” markalı, 2011-ci il buraxılışlı, Sedan tipli, ban nömrəsi JTGSS23P6C0101378, mühərrik nömrəsi 2KD5628688 olan mikrovatobusun Cavabdeh alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili E.N.İsayev iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus ** NG *** dövlət nömrə nişanlı, “TOYOTA Hİ ACE” markalı, 2011-ci il buraxılışlı, Sedan tipli, ban nömrəsi JTGSS23P6C0101378, mühərrik nömrəsi 2KD5628688 olan mikrovatobusun özgəninkiləşdirilməsinin qadağan edilməsi, həmin mikroavtobusun üzərinə həbs qoyulması və mikroavtobusun cavabdehdən alınaraq cərimə meydançasında saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: İddiaçının nümayəndəsi və vəkili E.N.İsayev verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 14 iyun 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbi pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ** NG *** dövlət nömrə nişanlı, “TOYOTA Hİ ACE” markalı mikroavtobus xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxusdur. Lakin birinci instansiya məhkəmə mübahisə predmeti olan mikroavtobusun ona məxsusluğunu və mülkiyyət hüququnun pozulmasını nəzərə almamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili E.N.İsayev şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş matreillarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin 28 aprel 2021-ci il tarixli, 48283 saylı məktubu ilə müəyyən olur ki, ** NG *** dövlət nömrə nişanlı, “TOYOTA Hİ ACE” markalı, 2011-ci il buraxılışlı, Sedan tipli, ban nömrəsi JTGSS23P6C0101378, mühərrik nömrəsi 2KD5628688 olan mikrovatobusun sahibi İddiaçıdır. Sumqayıt şəhəri 3 saylı notariat ofisinin 29 may 2021-ci il tarixli, 1029 saylı arayışı ilə müəyyən olur ki, İddiaçı ** NG *** dövlət nömrə nişanlı avtomobilə dair 28 sentyabr 2020-ci il tarixdə 7E/13811 reyestrlə Cavabdeh nəqliyyat vaitəsinə dair sərəncam vermək üçün verdiyi etibarnamə İddiaçı 19 dekabr 2020-ci il tarixli Sumqayıt şəhəri 4 saylı notariat ofisində yazdığı ərizəsinə əsasən ləğv edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmini tədbiri barədə ərizəni təmin etməkdən imtina etdikdə iş materiallarında olan sənədlərə istinad edərək göstərmişdir ki, iddianı təmin tədbirlərinin görülməsi üçün məhkəməyə iddia ilə bağlı ilkin zəruri sübutların təqdim edilməsinə və ərizədə cavabdeh kimi qoyulmuş şəxslərə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılmasına və bununla bağlı iddianın uğurluluğuna dəlalət edən ilkin dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Əks halda, görülmüş belə tədbirlərin cavabdehlərin və ya üçüncü şəxslərin hüquqlarının pozulması halını yaratması mümkündür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən qərardad ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Hazırki tələblə İddiaçı məhkəməyə müraciət edib, mülkiyyətində olan mikrovatobusun özgənin sahibliyindən geri tələb edir. Bu məqsədlə 28 sentyabr 2020-ci il tarixdə 7E/13811 reyestrlə Cavabdeh nəqliyyat vaitəsinə dair sərəncam vermək üçün verdiyi etibarnamə onun 19 dekabr 2020-ci il tarixli Sumqayıt şəhəri 4 saylı notariat ofisində yazdığı ərizə əsasında ləğv edilmişdir. Göründüyü kimi mübahisə predmeti olan hazırda İddiaçı xüsusi mülkiyyətində olan avtomobilin işə mahiyyəti üzrə baxılıb qurtarana qədər özgəninkiləşdirilməsinin qadağan edilməsini və üzərinə həbs qoyulmasını xahiş edir. Ərizə onunla əsaslandırlmışdır ki, bu tədbir qətnamənini gələcəkdə icrasını təmin etmək üçündür. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad muvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti uzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci və 158.1.3-cü maddələrinə görə iddianı təmin tədbiri kimi məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak uzərinə həbs qoya, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, ** NG *** dövlət nömrə nişanlı, “TOYOTA Hİ ACE” markalı, 2011-ci il buraxılışlı, Sedan tipli, ban nömrəsi JTGSS23P6C0101378, mühərrik nömrəsi 2KD5628688 olan mikrovatobusun özgəninkiləşdirilməsi qadağan edilməli və həmin mikroavtobusun üzərinə həbs qoyulmalıdır. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili E.N.İsayevin iddianı təmin etmə tədbiri barədə ərizəsində mikroavtobusun cavabdehdən alınaraq cərimə meydançasında saxlanılması barədə qərardad çıxarılması xahiş edilir. Qeyd olunmalıdır ki, avtomobillərin özgəninkiləşdirilməsi, idarə edilməsi və avtomobillərlə bağlı digər hərəkətlərin görülməsinin cavabdehə və başqa şəxslərə qadağan edilməsi kimi iddianı təmin etmə tədbiri ilə əlaqadar qərardadlar qəbul edilərkən avtomobillərin müvəqqəti saxlama meydançasına yerləşdirilməsi, bu işin icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə həvalə edilməsi kimi göstərişlər mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənçam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməklə, sadalanan mülki-prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də, iddiaçının nümayəndəsi və vəkili E.N.İsayevin verdiyi şikayət qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(060)-5565/2021 saylı və 01 iyul 2021-ci il tarixli qərardadları ləğv edilib, iddiaçının nümayəndəsi və vəkili E.N.İsayevin iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin olunmalı, «** NG *** dövlət nömrə nişanlı, “TOYOTA Hİ ACE” markalı, 2011-ci il buraxılışlı, Sedan tipli, ban nömrəsi JTGSS23P6C0101378, mühərrik nömrəsi 2KD5628688 olan mikrovatobusun özgəninkiləşdirilməsi qadağan edilib, həmin mikroavtobusun üzərinə yekun məhkəmə aktı qəbul edilənədək həbs qoyulmalı və iddiaçının nümayəndəsi və vəkili E.N.İsayevin iddianı təmin etmə tədbiri barədə ərizəsi ** NG *** dövlət nömrə nişanlı, “TOYOTA Hİ ACE” markalı, 2011-ci il buraxılışlı, Sedan tipli, ban nömrəsi JTGSS23P6C0101378, mühərrik nömrəsi 2KD5628688 olan mikrovatobusun cavabdehdən alınaraq cərimə meydançasında saxlnamsın» hissəsində təmin edilməməlidir. Azərbaycan Repsublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı nümayəndəsi və vəkili E.N.İsayevin verdiyi şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(060)-5565/2021 saylı və 01 iyul 2021-ci il tarixli qərardadları ləğv edilsin. İddiaçının nümayəndəsi və vəkili E.N.İsayevin iddianı təmin tədbiri barədə ərizəsi qismən təmin olunsun. «** NG *** dövlət nömrə nişanlı, “TOYOTA Hİ ACE” markalı, 2011-ci il buraxılışlı, Sedan tipli, ban nömrəsi JTGSS23P6C0101378, mühərrik nömrəsi 2KD5628688 olan mikrovatobusun özgəninkiləşdirilməsi qadağan edilsin və həmin mikroavtobusun üzərinə yekun məhkəmə aktı qəbul edilənədək həbs qoyulsun. İddiaçının nümayəndəsi və vəkili E.N.İsayev iddianı təmin tədbiri barədə ərizəsi “** NG ***” dövlət nömrə nişanlı, “TOYOTA Hİ ACE” markalı, 2011-ci il buraxılışlı, Sedan tipli, ban nömrəsi JTGSS23P6C0101378, mühərrik nömrəsi 2KD5628688 olan mikrovatobusun cavabdehdehdən alınaraq cərimə meydançasında saxlnamsın» hissəsində təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2641/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2641/2021
28.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver