Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2651/2020 25.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X9, X2nın nümayəndəsi və vəkili X13, Cavabdeh iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-81/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-81/2020 saylı qətnaməsi ilə (hakim X.İ.Quliyev) X2nın Cavabdeh qarşı mirasın qəbulu faktının müəyyən edilməsi və miras əmlakdan payların ayrılması tələbinə dair iddia təmin edilib, X5 miras qalmış ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən payına münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edildiyinin müəyyən edilməsi, ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən İddiaçı ¼ hissədə payı müəyyən edilməsi və ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən iddiaçının payına düşən ¼ hissə, yaşayış evinin 24,0 kv.m olan alt-üst otaqları, həyətyanı torpaq sahəsinin isə 0,01 ha hissəsi istifadə etdiyi otaqlardan giriş-çıxış qapısı açdığı istiqamətdə naturada bölünməklə İddiaçı istifaldəsinə verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-81/2020 saylı qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, atası X11, anası isə Abasova Böyükxanım Əli qızı olmuşlar. Anası Abasova Böyükxanım Əli qızı xx.xx.2007-ci il tarixdə, atası X11 isə xx xxxx 2013-cü il tarixdə vəfat etmişdir. Valideynləri birgə yaşadıqları dövrdə 0,04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ünvan 1 saylı yaşayış evini tikmişlər. Yaşayış evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi mərhum atası X5 adına qeydə alınmışdır. Atasının ölümündən sonra ev və torpaq sahəsi miras qalmışdır. Onun vəfatından sonra həmin evdə o, cavabdeh olan qardaşı Cavabdeh və üçüncü şəxslərdən bacısı Kəmalə Mahmudova yaşayırlar. Ev 3 otaqdan, 1 eyvandan və giriş qəfəsindən ibarətdir. Yaşayış evi 2 mərtəbəlidir. Evin 3 otağı cavabdehin istifadəsində, 2 otağı isə üçüncü şəxs Kəmalə Mahmudovanın istifadəsindədir. O, evin birinci mərtəbədə olan 24,0 kv.m olan otağından istifadə edir. Həmin otaqdan özünə ayrı giriş-çıxış açmışdır. Cavabdeh isə özünə aid hissədən istifadə edir. Həmçinin bacısı Kəmalə də özünün yaşayış sahəsini ayırmışdır. O, evin həyətyanı torpaq sahəsindən payına düşən 0,01 ha hissəni istifadəsində olan otağın istiqamətində istifadə edir və bu torpaq sahəsindən otaqa giriş-çıxış qapısı açmışdır, hətta həmin hissədə yardımçı tikililər də tikmişdir. Onun istifadə etdiyi 24.0 kv.m olan otaq darısqal olduğundan o, həmin otağın üstündə yerləşən 24,0 kv.m-lik otağın da ona verilməsini cavabdehdən istəmişdir ki, altüst 24,0 kv.m 2 otaq onun istifadəsində olsun. Həmin otaqların birindən digərinə giriş-çıxış açmaq mümkündür. Lakin cavabdeh bundan imtina etmişdir. Halhazırda istəyir ki, miras əmlakdan paylar sənəd üzrə müəyyən edilsin və əmlaklar istifadələrinə uyğun olaraq naturada bölünsün. Lakin cavabdeh qarşılıqlı razılaşmadan imtina edir və vərəsələliklə bağlı bölgüyə razılaşmır. İş mübahisə xarakterli olduğundan notarius tərəfindən vərəsəlik işinin aparılması mümkün olmamışdır. Ona görə də, mərhum atası X5 vəfatından sonra ondan miras qalmış ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən payına münasibətdə mirasın tərəfindən qəbul edildiyinin müəyyən edilməsi, həmçinin həmin yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən ¼ hissədə payının müəyyən edilməsi, fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən payına düşən ¼ hissə, yaşayış evinin 24,0 kv.m olan alt-üst otaqlarının, həyətyanı torpaq sahəsinin isə 0,01 ha hissəsinin istifadə etdiyi otaqlardan giriş-çıxış qapısı açdığı istiqamətdə naturada bölünməklə istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası X5 vəfatından sonra ondan miras qalmış ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən payına münasibətdə mirasın tərəfindən qəbul edildiyinin müəyyən edilməsi, həmçinin həmin yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən ¼ hissədə payının müəyyən edilməsi, fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən payına düşən ¼ hissə, yaşayış evinin 24,0 kv.m olan alt-üst otaqlarının, həyətyanı torpaq sahəsinin isə 0,01 ha hissəsinin istifadə etdiyi otaqlardan giriş-çıxış qapısı açdığı istiqamətdə naturada bölünməklə istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1145, 1146, 1147, 1159, 1243, 1246, 1255, 1256, 1261-ci maddələrinin, Azərbaycan Respublikası MPM-nin 9.1, 9.3, 14.1, 88, 217.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında X2nın nümayəndəsi və vəkili X13 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X12 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər K.Ə.Mahmudova və S.Ə.Abasovun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və apelyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 1971-ci il tarixli, AZ seriyalı, 217811 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin valideynləri X11 və Abasova Böyükxanım Əli qızı xx xxxxxx 1971-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. xx xxxxxx 20183-cü il tarixli, İX-JQ seriyalı, 403553 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1983-cu il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur, onun valideynləri X11 və Abasova Böyükxanım Əli qızı olmuşlar. xx xxxxx 1972-ci il tarixli, İİ-JQ seriyalı, 258392 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxx 1973-cü ildə Xaçmaz şəhərində anadan olmuş, onun valideynləri X11 və Abasova Böyükxanım Əli qızı olmuşlar. xx xxx 1978-ci il tarixli M-JQ seriyalı, 467743 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, müstəqil tələb irəli surməyən üçüncü şəxs X14 xx xxxx 1978-ci ildə Xaçmaz şəhərində anadan olmuş, onun valideynləri X11 və Abasova Böyükxanım Əli qızı olmuşlar. xx xxxx 1976-cı il tarixli, İX-JQ seriyalı, 350315 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, müstəqil tələb irəli surməyən üçüncü şəxs Mahmudova (Abasova) Kəmalə Əsədulla qızı xx xxx 1976-cı ildə Xaçmaz şəhərində anadan olmuşdur, onun valideynləri X11 və Abasova Böyükxanım Əli qızı olmuşlar. xx xxxxxx 2003-cü il tarixli, 5351 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X5 adına qeydə alınmışdır. Fərdi yaşayış evinə dair 6512 ünventar nömrəli texniki pasportun surətindən görünür ki, ünvan 1 saylı yaşayış evi X5 adına qeydə alınmışdır. Yaşayış evi iki mərtədən, 226,0 kv.m ümumi sahədən, 62,0 kv.m yaşayış sahəsindən, 164, 0 kv.m köməkçi sahədən ibarətdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X19 xx xxxxx 2019-cu il tarixli, **********35 nömrəli mətkbundan və həmin məktuba əlavə edilmiş Xaçmaz rayon X20 İcraiyyə Komitəsinin xx xxxx 1984-cü il tarixli iclasının 11 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, X7 ünvan 3 saylı ünvandan 400 kvöm fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılmış və həmin ünvanda yerləşən fərdi yaşayış evi Xaçmaz rayon Tİ və MHQ İdarəsi tərəfindən 5351 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında mərhum X5 adına qeydə alınmışdır. xx xxx 2019-cu il tarixli, AZ-İİ seriyalı, 011756 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abasova Böyükxanım Əli qızı xx xxxxxxxx 2007-ci il tarixdə Xaçmaz şəhərində vəfat etmişdir. xx xxxxx 2018-ci il tarixli, AZ-İİ seriyalı, 011692 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxx 2013-cü il tarixdə Xaçmaz şəhərində vəfat etmişdir. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər X23 üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 62 nömrəli arayışdan görünür ki, mərhum X11 həqiqətən ünvan 1 saylı ünvanda yaşamış və xx xxxx 2013-cü il tarixdə vəfat etmişdir. X23 üzrə nümayəndəlikdə olan məlumata əsasən onun vərəsələri olaraq qızları Mahmudova (Abasova) Kəmalə Əsədulla qızı və İddiaçı, oğlanları Cavabdeh və X15 qalmışlar. Ölümündən sonra evi və təsərrüfatı vərəsələrindən Cavabdeh və İddiaçı idarə edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 21341 saylı rəyindən görünür ki, aparılmış tədqiqat zamanı rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 saylı ünvanda yerləşən 0,04 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 62,0 kv.m yaşayış sahəsi, 164,0 kv.m köməkçi sahəsi, 226,0 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 4 (dörd) hissəyə təcrid mənzillər şəklində bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.0189-nun 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və Məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. ünvan 1 saylı ünvanda yerləşən yaşayış evinin 24,4 kv.m olan alt-üst otaqlarının naturada bölünməklə iddiaçının istifadəsində saxlanılması və 0,04 ha həyətyanı torpaq sahəsindən, həmin evin 24,0 kv.m olan alt-üst otaqlarından açılmış girişçıxış qapısı istiqamətindən iddiaçının payına düşə biləcək 100,0 kv.m torpaq sahəsindən istifadəsində olan 60,0 kv.m torpaq sahəsinin həmin hissədən naturada bölünərək iddiaçının istifadəsinə verilməsi texniki cəhətdən mümkündür. Bunun üçün hansı işlərin görülməsi rəyin tədqiqat hissəsində göstərilənlərə və rəyə əlavə olunmuş plan sxemdə ətraflı göstərilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gəldikdə hesab etmişdir ki, miras qoyan X5 vəfatından sonra ondan miras qalmış ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsinə İddiaçı, Cavabdeh və müstəqil tələb irəli surməyən üçüncü şəxs X6 mirasa sahiblik etməklə və mirası faktik surətdə idarə etməklə qəbul etmiş və hal-hazırda da həmin miras onların istifadəsindədir. Miras qoyan X5 xx xxxx 2013-cü il tarixdə vəfatından sonra ondan miras qalmış ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsinə münasibətdə miras qoyanın birinci növbəli vərəsələri olaraq İddiaçı, Cavabdeh və müstəqil tələb irəli surməyən üçüncü şəxs X6 mirasa sahiblik etməklə və mirası faktik surətdə idarə etməklə mirası qəbul etdikləri məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapdığından miras əmlakdan İddiaçı ¼ hissədə payı müəyyən edilməli, ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən iddiaçının payına düşən ¼ hissə naturada bölünməklə, yaşayış evinin 24,0 kv.m olan altüst otaqları, həyətyanı torpaq sahəsinin isə 0,01 ha hissəsi istifadə etdiyi otaqlardan girişçıxış qapısı açdığı istiqamətdə naturada bölünməklə iddiaçının istifaldəsinə verilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, iddiaçının atası X11, anası isə Abasova Böyükxanım Əli qızı olmuşlar. Onlar xx xxxxxx 1971-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Əsədulla ilə Böyükxanımın birgə nikahlarından Kəmalə, Pərvanə, Mais və Samir adlı dörd nəfər uşaqları anadan olmuşdur. İddiaçının valideynləri birgə nikah dövründə 1984-cü ildə ünvan 1 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsi alaraq həmin torpaq sahəsində 1984-cü ildə fərdi yaşayış evi tikmişlər. Fərdi yaşayış evi X5 adına qeydə alınmışdır. İddiaçının anası Abasova Böyükxanım Əli qızı xx.xx.2007-ci il tarixdə, atası X11 isə xx xxxx 2013-cü il tarixdə vəfat etmişdir. Əsədulla Abasovun ölümündən sonra ünvan 1 saylı ünvanda yerləşən yaşayış evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi ondan miras qalmışdır. Əsədulla Abasov vəfat etdiyi günədək miras əmlaklara dair vəsiyyətnamə qoymamışdır. Sonuncunun vəfatından sonra həmin evdə İddiaçı, cavabdeh qardaşı Cavabdeh və üçüncü şəxslərdən Kəmalə Mahmudova yaşamışlar və hal-hazırda da həmin ünvanda yaşayırlar. Miras qalmış ev və torpaq sahəsi İddiaçı, Cavabdeh və üçüncü şəxs Kəmalə Mahmudova tərəfindən faktiki olaraq natura şəklində aralarında bölünməklə istifadə olunur. Yaşayış evi 2 mərtəbəli olmaqla hər mərtəbə 3 otaqdan, 1 eyvandan və giriş qəfəsindən ibarətdir. İddiaçı evin birinci mərtəbəsində yerləşən 24,0 kv.m olan 1 otağından istifadə edir. Bundan başqa Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kəmalə Abasova da miras evdən özlərinə yaşayış sahəsi ayırmışlar. İddiaçı evin həyətyanı torpaq sahəsinin 0,01 ha hissəndən istifadə edir və bu torpaq sahəsi iddiaçının istifadə etdiyi otağın istiqamətinə uyğundur. İddiaçı evə giriş-çıxış qapısını istifadə etdiyi otağın isiqamətində istifadəsində olan torpaq sahəsindən açmış, hətta həmin hissədə yardımçı tikililər də tikmişdir. İddiaçı miras əmlakdan payların sənəd üzrə müəyyən edilməsini və əmlakların istifadələrinə uyğun olaraq naturada bölünməsini istəyir. Lakin cavabdeh qarşılıqlı razılaşmadan imtina etdiyindən və vərəsələliklə bağlı bölgüyə razılaşmdığından notarius tərəfindən vərəsəlik işinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. xx xxxx 1996-cı ildə qəbul edilmiş «Torpaq islahatı haqqında» 155-İQ nömrəli (xx xxxxxx 2000-ci il tarixdən xx xxxxxx 2008-ci il tarixədək olan əlavə və dəyişikliklərlə) Azərbaycan Respublikası Qanununun 9-10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş «vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlarının onların mülkiyyətinə verilməsi haqqında» (xx xxxx 2001-ci il, xx xxxxxx 2001ci il və xx xxx 2006-cı il tarixli əlavələr və dəyişikliklərlə) «əsasnamə»yə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin həyətyanı torpaq sahələri qanunvericilikdə müəyyən olunmuş qaydada qanuni istifadədə olduğu ölçülər daxilində əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilir. ünvan 1 saylı ünvanda yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi 1984-cü ildə mərhum X5 qanuni istifadəsinə ayrılmaqla həmin ildən onun daimi istifadəsində olan torpaq sahəsi olduğundan o, həmin torpaq sahəsinə torpaq islahatı haqqında qanunvericiliyə müvafiq olaraq mülkiyyət hüququ əldə etmiş və ona görə də qeyd olunan torpaq sahəsi Əsədulla Abasovundan miras qalmış əmlakın kütləsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edildiyi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Miras qoyan X5 xx xxxx 2013-cü il tarixdə vəfat etməsi ilə miras qalmış ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsinə vərəsəlik açılmışdır. Miras qoyan Əsədulla Abasovdan miras qalmış əmlakın kütləsinə məhz həmin əmlak aiddir. Miras qoyan X11 vəfat etdiyi günədək hər hansı vərəsəsinin və ya digər şəxsin adına vəsiyyətnamə qoymadığı üçün miras qalmış ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsinə dair vərəsəliyin aparılması qanun üzrə vərəsəlik qaydasında həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar, arvad (ər), valideynlər (övladlığa götürülənlər) qanun üzrə birinci növbə vərəsə hesab edilirlər. İş materiallarından müəyyən olunur ki, miras qoyan X5 vəfatından sonra onun birinci növbəli vərəsələri olaraq qızları- Mahmudova (Abasova) Kəmalə Əsədulla qızı, İddiaçı, oğlanları- Cavabdeh və X14 qalmışdır. Azərbaycan Respbulikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirasın qəbulundan imtina edəbilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X13 ərizə ilə məhkəmə kollegiyasına müraciət edib bildirmişdir ki, İddiaçı atası Abasov Əsədulla oğlundan miras qalmış ünvan 1 saylı ünvanda yerləşən əmlaka dair Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-81/2020 saylı qətnaməsinin evin 24,0 kv.m olan üst mərtəbədə yerləşən otaq hissəsindən çıxılsın və yaşayış evinin 24,0 kv.m olan alt mərtəbədə yerləşən otaq həyətyanı torpaq sahəsinin isə 0,01 ha hissəsi istifadə etdiyi otaqlardan giriş-çıxış qapısı açdığı istiqamətdə naturada bölünməklə İddiaçı istifadəsinə verilməsinə görə apelyasiya şikayətinin qismən təmin edilməsi və evin 24,0 kv.m olan üst mərtəbədə yerləşən otaq hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyasına eyni məzmunlu ərizə təqdim etmişdir. Göründüyü kimi tərəflər ərizə ilə müraciət edib, birinci instansiya məhkəməsinin qətnaməsinin «X3 miras qalmış ünvan 1 saylı ünvanda yerləşən «yaşayış evinin 24,0 kv.m olan üst otaq» hissəsinin ləğv edilməsi barədə razılığa gəldiklərini göstərərək, qətnamənin həmin hissədə ləğv dilib, idianın həmin hissədə təmin olunmamasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd edilən qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - «X5 miras qalmış ünvan 1 saylı ünvanda fərdi yaşayış evinin 24,0 kv.m olan üst otağı naturada bölünməklə İddiaçı istifadəsinə verilsin» hissəsində ləğv edilib, iddia həmin hissədə təmin edilməməli, qətnamə - «X5 miras qalmış ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən payına münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edildiyi müəyyən edilsin, ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən İddiaçı ¼ hissədə payı müəyyən edilsin və ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən iddiaçının payına düşən ¼ hissə, yaşayış evinin 24,0 kv.m olan alt otaq, həyətyanı torpaq sahəsinin isə 0,01 ha hissəsi istifadə etdiyi otaqdan giriş-çıxış qapısı açdığı istiqamətdə naturada bölünməklə İddiaçı istifadəsinə verilsin» hissəsində dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-81/2020 saylı qətnaməsi qismən - «X5 miras qalmış ünvan 1 saylı ünvanda fərdi yaşayış evinin 24,0 kv.m olan üst otağı naturada bölünməklə İddiaçı istifadəsinə verilsin» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamə - «X5 miras qalmış ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən payına münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edildiyi müəyyən edilsin, ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən İddiaçı ¼ hissədə payı müəyyən edilsin və ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən iddiaçının payına düşən ¼ hissə, yaşayış evinin 24,0 kv.m olan alt otaq, həyətyanı torpaq sahəsinin isə 0,01 ha hissəsi istifadə etdiyi otaqdan giriş-çıxış qapısı açdığı istiqamətdə naturada bölünməklə İddiaçı istifadəsinə verilsin» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2651/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2651/2020
25.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver