Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2699/2020 05.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X3 və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı, cavabdehlər X4 və Cavabdeh2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1765/2020 saylı qərardadından İddiaçı verdiyi şikayət üzrə işə baxaraq, MÜƏYYƏN ET Dİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1765/2020 saylı qərardadı ilə (hakim İ.Ə.Xəlilov) İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı torpaq sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, pasport qeydiyyatından, evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-1765/2020 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilib, iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1765/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Xaçmaz şəhəri, S.Əskərova küçəsi, 40 ünvanda yerləşən, ümumi sahəsi 21.7 kv metr olan fərdi yaşayış evindən və evin yerləşdiyi 0.0655 ha torpaq sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilib, onların həmin evdən pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası MPM-nin tələbi pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi onun cavabdehlər X1 və Cavabdeh2 qarşı torpaq sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, pasport qeydiyyatından, evdən və torpaq sahəsindən çıxarılması barədə iddialar ayrıayrı tələblər olub, fərdi yaşayış evindən və torpaq sahəsindən çıxartmağa dair iddia ümumi məhkəməyə, pasport qeydiyyatından çıxarılmağa dair iddia tələbinin məhkəməyə aid olmasını əsas gətirərək sənədləri geri qaytararaq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər X4 və Cavabdeh2 şikayətə etiraz edib, rədd edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən imtina etdikdə Azərbaycan Respublikası MPM-nin 30 və 152.1.7-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərə qarşı bir-biri ilə əlaqədar olmayan tələbləri bir iddia ərizəsində birləşdirmişdir. İddia tələbinin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaya dair hissəsinə ümumi qaydada baxılmalı olduğu halda, pasport qeydiyyatından çıxarmaya dair tələb inzibati orqanın üzərinə vəzifə qoyulması ilə bağlı olduğundan həmin tələbə mülki qaydada baxılması qeyri-mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. İşin tədqiq edilən hallarından görünür ki, İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Xaçmaz şəhəri, S.Əskərova küçəsi, 40 ünvanda yerləşən, ümumi sahəsi 21.7 kv metr olan fərdi yaşayış evindən və evin yerləşdiyi 0.0655 ha torpaq sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin evdən pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia tələbinin mahiyyətindən də göründüyü kimi iddiaçı eyni yaşayış sahəsi ilə bağlı mübahisə ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu hal bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin birləşdirilməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Həmin norma ümumi və inzibati məhkəmələr arasında olan mübahisələri deyil, ümumi və kommersiya məhkəməsində baxılmalı olan tələbləri tənzimləyir. Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı iddia ərizəsində göstərdiyi pasport qeydiyyatından çıxarılma tələbi barədə ümumi məhkəməyə müraciət etmişdir. Halbuki, yuxarıda qeyd edilənlərə əsasən həmin mübahisənin həlli üçün o, Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməlidir. Həmçinin pasport qeydiyyatından çıxarılma iddiaçının tələb etdiyi istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı olub, həmin mübahisənin həllindən asılı olaraq həmin şəxsin yaşayış sahəsinə olan pasport qeydiyyatından çıxarılıb-çıxarılmamasını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməklə, sadalanan mülkiprosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apelyasiya instansiyası məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət qismən təmin edilərək, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1765/2020 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)- 1765/2020 saylı qərardadı ləğv edilib, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı torpaq sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, pasport qeydiyyatından, evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsinin mümkünlüyünə yenidən baxmaq üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı verdiyi şikayət qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1765/2020 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1765/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı torpaq sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, pasport qeydiyyatından, evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsinin mümkünlüyünə yenidən baxmaq üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Elman Rəhimov Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2699/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2699/2020
05.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver