Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2717/2021 15.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçı X4, Cavabdeh iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(067)-2289/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(067)-2289/2020 saylı qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) iddiaçı X1 Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddia təmin edilməmiş və iddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun iddiaçı X1 özünə aid edilməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(067)-2289/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun sabiq gəlinidir. Cavabdeh və oğlu Mirzəquliyev Habil 2003-cü il tarixdə ailə qurmuşlar. Xaçmaz Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(067)-1193/2019 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh iki uşağı ilə bilikdə Quba rayonunun Hacıqayıb kəndindəki evində yaşayır. Xaçmaz Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(067)-1272/2020 saylı qətnaməsi ilə Cavabdeh X2 qarşı evdən yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsə də, cavabdehin əmlakları onun evində qalmaqdadır. Cavabdehə əmlaklarını evdən çıxarmasını tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də, Cavabdeh məxsus 4 ədəd döşək, 3 ədəd yorğan, 7 ədəd nalça, 7 ədəd balış, 3 ədəd adyal, 5 ədəd xalça, 2 ədəd kreslo, 1 ədəd divan, 1ədəd paltaryuyan maşın, 1 ədəd tozsoran, mətbəx mebeli və ev əşyaları, 2 ədəd çilçıraq, 1 ədəd sandıq, 1 ədəd uşaq kitab rəfi, yataq mebel dəsti, divar mebel dəsti, 2 ədəd palma gülü, 1 ədəd ütü, 1 ədəd rəngli televizor, 1 ədəd balaca elektrik samovarı və digər əşyalarının ona məxsus Xaçmaz rayon Hacıəlibəy kəndində yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 16 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddanın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və apelyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, iddiaçının oğlu – H.İddiaçı və Cavabdeh 2003-cü il tarixdə ailə qurmuş, lakin sonradan Xaçmaz Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah puzulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(067)-1272/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X1 qarşı yaşayaış evinə istifadə hüququnun müəyyən edilməsi barədə iddia təmin olunmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 10 iyun 2019-cu il tarixli çıxarışdan görünür ki, Xaçmaz rayonunun, Arzu qəsəbəsindəki ümumi sahəsi 182.2 kv metr olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh iddia ərizəsində qeyd olunan əmlakların ona məxsus olduğunu etiraf etmiş və həmin əmlakların çıxarılmasına etiraz etməmişdir. Azərbaycan Respubikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Beləliklə işin mübahisəsiz halları ilə müəyyən olur ki, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Xaçmaz rayon Hacıəlibəy kəndində yerləşən yaşayış evini tərk etmiş və valideynlərinə məxsus evə gedərək orada yaşayır. Onun iddiaçıya məxsus yaşayış evini tərk etdiyi müddətdən sonra həmin yaşayış sahəsi ilə heç bir əlaqəsi olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçıların tələbinin əsassız hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilib, iddia qanuni və əsaslı olduğu üçün təmin edilərək Cavabdeh məxsus 4 ədəd döşək, 3 ədəd yorğan, 7 ədəd nalça, 7 ədəd balış, 3 ədəd adyal, 5 ədəd xalça, 2 ədəd kreslo, 1 ədəd divan, 1ədəd paltaryuyan maşın, 1 ədəd tozsoran, mətbəx mebeli və ev əşyaları, 2 ədəd çilçıraq, 1 ədəd sandıq, 1 ədəd uşaq kitab rəfi, yataq mebel dəsti, divar mebel dəsti, 2 ədəd palma gülü, 1 ədəd ütü, 1 ədəd rəngli televizor, 1 ədəd balaca elektrik samovarı və digər əşyaları iddiaçı X3 məxsus Xaçmaz rayon Hacıəlibəy kəndində yerləşən evdən çıxarılmalıdır. Tərəflər arasında yaranmış mübahisə ilə əlaqədar olaraq məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən hesab edir ki, məhkəmə məsrəfləri tərəflərə aid edildiyindən və iş üzrə iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçı X3 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1, 386, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(067)-2289/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh məxsus 4 ədəd döşək, 3 ədəd yorğan, 7 ədəd nalça, 7 ədəd balış, 3 ədəd adyal, 5 ədəd xalça, 2 ədəd kreslo, 1 ədəd divan, 1ədəd paltaryuyan maşın, 1 ədəd tozsoran, mətbəx mebeli və ev əşyaları, 2 ədəd çilçıraq, 1 ədəd sandıq, 1 ədəd uşaq kitab rəfi, yataq mebel dəsti, divar mebel dəsti, 2 ədəd palma gülü, 1 ədəd ütü, 1 ədəd rəngli televizor, 1 ədəd balaca elektrik samovarı və digər əşyalarının ona məxsus Xaçmaz rayon Hacıəlibəy kəndində yerləşən evdən çıxarılmalıdır. İddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçı X3 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2717/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2717/2021
15.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver