Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2721/2020 20.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-204/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-204/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Vladimir Ruvinov). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 2(028)-204/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3, aldadaraq ələ keçirdiyi vəsaitin bir hissəsi olan tərəfindən zərərşəkmişlərə ödənən 950 (doqquz yüz əlli) manatın, eyni zamanda əməli nəticəsində ona vurduğu mənəvi zərərə görə 500 (beş yüz) manatın, cəmi 1450 (min dörd yüz əlli) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini onunla əsaslandırdı ki, məhkəmə iş üzrə obyektiv həqiqəti ortaya çıxarmaq üçün zəruri prosesual hərəkətləri etməmiş, iş üzrə polis orqanlarının əldə etdiyi sənəd və materialların məhkəmə araşdırmasını təmin etməmişdir. Qətnaməni çıxardığı tarixə, yəni xx xxxx 2020-ci il tarixə çıxardığı qərardadda verdiyi vəsatətə münasibət bildirərkən yenədə yanlışdığa yol vermiş vəsatəti əsassız olaraq təmin etməmişdir. Məhkəmə qərardadda qeyd edir ki, təhqiqat və istintaq bölməsində araşdırma aparılarkən iş üzrə tərəf olmadığına görə ərizə təmin olunmamalıdır. Halbuki, həmin materiallarda açıq-aşkar bildirilir ki, X11 Məmmədovun pulunu mənimsəmişdir. Ancaq, o, onları tanış edən şəxs olaraq Səbuhinin pulunu ödəmişdir. Dəymiş ziyan Səbuhiyə onun tərəfindən ödənmişdir. Polis orqanlarının məsələyə qərəzli münasibətinə görə cinayət işi başlamanı rəddetmə qərarını əldə edə bilməmişlər. Hakimin qətnamədə qeyd etdiyi kimi o, tərəf olmadığına görə sənədi ona verməyiblərsə, X2, aramsız bütün instansiyalara müraciətlərinə baxmayaraq nə üçün təqdim edilməmişdir. Həmin araşdırma zamanı iş materiallarında onun şahid ifadələri vardır. X5 da ifadələri iş materiallarında qeyd olunmuşdur. Məhkəmə bütün bunlara aydınlıq gətirmək üçün sadəcə DİN-in DYNPİ- nə sorğu verməli, həmin iş materialını tələb etməli idi. Həmin iş materiallarının ona verilməsi üçün vəsatət verməmişdir. Vəsatət iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün vacib dəlillərin, məhz məhkəməyə təqdim olunmasını ehtiva edirdi. Bundan başqa məhkəmə MPM-nin 78.2-ci maddəsinə istinad edərək göstərir ki, işdə iştirak edən şəxs və işdə iştirak etmiyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Məhkəmə digər abzasda göstərir ki, iş materiallarından göründüyü kimi məlum ərizəni vermiş fiziki şəxs iddiaçı deyil, Məmmədov Səbuhidir. Bu qərardaddan görünür ki, hakim vəsatətini təmin etməmiş, polisdən iş materiallarını tələb etməmişdir. Belə olduqda məhkəmənin bu cür izah etməsi heç bir məntiqə sığmır. Vəsatətdə qeyd edilmişdir ki, həmin materialları əldə etmələri mümkünsüzdür, obyektiv nəticə üçün isə vacibdir. Buna görə məhkəmə kobud prosessual pozuntuya yol verərək, yekun qərarı verərkən qanunçuluğa dəqiq əməl etmək üçün vacib olan hərəkəti etməmiş, bununla da, həmdə maddi hüquq pozuntusuna yol vermişdir. Belə ki, məhkəmələr ədalətli olmalı, qanunçuluğa dəqiq və dönmədən əməl etməli, çəkişmə üçün tərəflərə bərabər imkan yaratmalı, maddi və prosessual qaydalara əməl edərək, yazılı və şifahi sübutlara istinad edərək yekun qətnamə çıxarmalıdır. Hesab edir ki, DİN-in DYNPİ- nə sorğu verməli və materiallar tələb edilməlidir. Hazırki qətnamə qanunsuz, əsassız, qərəzli və birtərəflidir, bunun üçündə ləğv olunmalı, iş üzrə iddia təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır.Məhkəmə qeyd edir ki, Cavabdeh xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Ona görə də, məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Ardınca yazır, məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Tək onu dinləməklə olmayan iş materiallarını “tədqiq” etməklə məhkəmə nə üçün bu nəticəyə gəlmişdir. İş materialları deyə araşdırdığı sənədlər israrla rəddetmə qərarını əldə etmək istədiyiyi instansiyalardan gələn cavablardır. Digər abzasda məhkəmə qeyd edir ki, CPM-nin 212-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rəddetmə qərarının surəti qərarı qəbul edən şəxs tərəfindən 24 saat müddətində prokurora və digər şəxslərlə yanaşı cinayət haqqında məlumat verilmiş şəxsə də göndərilməlidir. Məhkəmədəki sənədlər isə sübut edir ki, Səbuhi həmin qərarı bu günədək əldə edə bilməmişdir. Bütün bunlar bu qətnamənin nə qədər ədalətsiz, faktsız və qanunsuz olduğunu sübut edir.Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Qubadlı Rayon Məhkəməsinin 2(028)-204/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddiamın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh X8 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, iddiaçının izahatını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin 2(028)-204/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Nəqliyyatda Baş Polis X10 X4 tərəfindən X2 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, Zakirli Oktay tərəfindən pulunun ələ keçirilməsi barədə DİN rəhbərliyinə ünvanlanmış müraciətini baxılarkən müəyyən edilmişdir ki, eyni məzmunlu müraciəti üzrə Dəmir Yolu X4nin təhqiqat və istintaq bölməsində araşdırma aparılaraq əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2019-cu il tarixdə qərar qəbul edilmişdir. Məlumat üçün bildirilir ki, DİN rəhbərləyinə ünvanlanmış müraciəti həmin rədd materialına əlavə edilmişdir.Qəbul edilmiş qərardan Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən Bakı şəhər prokurorluğuna, yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək hüququ vardır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cavabdehin əməlləri barədə polisə məlumat vermis şəxsin iddiaşı deyil, X1 olmasını müəyyən edərək iddianı təmin etməmişdir. Azərbaycan Respublikası CPM-nin 212.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, habelə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə göndərilir. Azərbayçan Respublikası MM-nin İX bölməsində mülki hüquq pozuntulardan (deliktlərdən) əmələ gələn öhdəliklər göstərilir. Azərbayçan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-nin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıçı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyət vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələnё pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin içrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində ona mənəvi zərər görə 500 manat ziyan dəyməsini, yəni onun mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin məhz hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi və bu hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini təsdiq edən mötəbər və təkzibolunmaz sübutları təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) başa düşülür. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrüubəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarının 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən haqlı olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. “Mahmudov Rusiyaya qarşı” xx xxxx 2007-ci il tarixli qərarında X12 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin 2(028)-204/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-204/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2721/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2721/2020
20.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver