Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2727/2020 05.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X2 və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə, İddiaçı qızının cavabdeh “xxxxxxxxx” MTK-ya qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə ərazi aidiyyatının müəyyən edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxx” MTK-ya qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edib, maddi ziyana görə ona dəymiş 6867 manatın, evinə dəymiş 400 manat ziyanın, 2000 manat mənəvi ziyanın, ümumilikdə 9267 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-2675/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh “xxxxxxxxx” MTK-ya qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsinin tələbinin təsiri altına düşdüyünə istinad olunaraq mülki iş aidiyyat üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli qərardad ilə digər məhkəmənin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, iddia ərizəsi pul tələbi ilə bağlıdır. İddiaçının tələbi Azərbaycan Respublikası MPM-in 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyət qaydalarını nəzərdə tutan iddialara aid deyildir. Hər iki məhkəmənin gəldiyini nəticələrdən müəyyən edilir ki, işə mahiyyəti üzrə hansı məhkəmə tərəfindən baxılması barədə fikir ayrılığı vardır. Azərbaycan Respublikası MPM-nin aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 32.3-cü madəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcələnin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən, iddia cavabdehin rəsmi qeydə alındığı yerinə məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə də tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi, qanunvericilik iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi qaydasını müəyyən etmiş, eləcə də bu qaydadan kənara çıxan müstəsna aidiyyət qaydasını da nəzərdə tutmuşdur. İddia ərizəsində görünür ki, cavabdeh “xxxxxxxxx” MTK-nın poçt ünvanı olaraq “ünvan 1 göstərilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddia tələbinin əsası cavabdeh “xxxxxxxxx” MTK-dan maddi ziyana görə ona dəymiş 6867 manat, yaşayış evinə dəymiş 400 manat ziyan, 2000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 9267 manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçı verilməsi barədədir. Ona görə də hazırki iddia ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı qızının cavabdeh “xxxxxxxxx” MTK-ya qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş aidiyyat üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Elman Rəhimov Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2727/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2727/2020
05.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver