Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-273/2021 06.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, ilk iddia üzrə İddiaçı, onun nümayəndəsi X1, ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh2 və üçüncü şəxs “xxxx” QSC-yə qarşı maddi zərərin əvəzi kimi 13.949 ABŞ dolları məbləğində pulun Azərbaycan manatına olan məzənnəsi ilə onun xeyrinə ödənilməsi tələbinə dair ilk, Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı pul tələbi ilə bağlı qarşılıqlı iddiasına dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-156/2019 saylı, 29 may 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-156/2019 saylı, 29 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 və 3-cü şəxs “xxxx” QSC-yə qarşı 13949 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ dollarının müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ona ödənilməsi tələbinə dair ilk iddia və Cavabdeh2 İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair qarşılıqlı iddiadı təmin edilməmişdir. (hakim V.Y.Ruvinov) Qubadlı Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(028)-156/2019 saylı qərardadı ilə Qubadlı Rayon Məhkəməsinin 2(028)-156/2019 saylı iş üzrə qəbul etdiyi 29 may 2019-cu il tarixli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılıb, qətnamənin nəticə hissəsində “Cavabdeh2 “Hyundai Elantra” markalı **-XT-*** dövlət nömrə nişanlı minik avtomobili və ya 13.949 (on üç min doqquz yüz qırx doqquz) ABŞ dolları” sözləri “Cavabdeh2 13.949 (on üç min doqquz yüz qırx doqquz) ABŞ dolları” və “İddiaçı 4800 manat” sözləri “İddiaçı 6500 ABŞ dolları ” kimi oxunması müəyyən edilmişdir. İlk iddia üzrə İddiaçı apelyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(028)-156/2019 saylı qətnaməsini ləğv edib, ilk iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının 29 noyabr 2019-cu il tarixli, 2(105)3359/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Qubadlı Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(028)-156/2019 saylı qətnaməsinin ilk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 01 iyul 2020-ci il tarixli, 2(102)2200/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasinin 29 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Hyundai Elantra” markalı **- XT-*** dövlət nömrə nişanlı minik avtomobilinin ona qaytarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək 13949 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı 13949 ABŞ dollarının ödəniləcək günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla cavabdehdən tutulub ona verilməsi barədə iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 4800 manat və qarşılıqlı iddia üzrə Cavabdeh1 6200 manat pulun tutulub ona verilməsini xahiş etmişdir. Cavabdeh2 iddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək İddiaçı ona qarşı 13949 ABŞ dollarının ödəniləcək günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla cavabdehdən tutulub ona verilməsi barədə iddia tələbinin rədd edilməsi, cavabdeh İddiaçı 6500 ABŞ dollarının alınıb ona verilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, 28 dekabr 2009-cu il tarixdə, Dərnəgül yolunda yerləşən “HYUNDAİ” avtosalonundan kreditə, 36 ay müddətinə, “HYUNDAİ ELANTRA” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobil götürüb istifadə etməyə başlamışdır. Elə həmin tarixdə də avtosalondan verilmiş sənədlər əsasında xxxxının Nərimanov filialı ilə aralarında kredit müqaviləsi bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən bank tərəfindən 36 ay müddətinə, illik 20 faizlə ona 18024 ABŞ dolları məbləğində kredit ayrıldı. Bundan sonra avtomaşından istifadə etməklə, təxminən 2 il ərzində hissə-hissə banka kredit məbləğindən pul ödəmişdir. Bir müddət keçdikdən sonra banka pul ödəmək imkanı olmamış, ona görə də 04 dekabr 2011-ci il tarixli mülki etibarnamə əsasında sözü gedən avtomaşını bankın keçmiş əməkdaşı Cavabdeh1 vermişdir. Bu iş üzrə əvvəl cavabdeh olmuş Cavabdeh1 maşının pulunu banka ödəyir və avtomaşın ona qalmaqla razılaşmışlar. 26 dekabr 2013-cü il tarixində xxxxının Nərimanov filialı tərəfindən banka yaranmış 10173, 48 ABŞ dollar əsas borcun, 3475,98 ABŞ dollar faiz borcunun və 3661 ABŞ dolları dəbbə pulunun, cəmi 17310,46 ÄBŞ dollarının ödənilməsi tələbi barədə bildiriş gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, əvvəl bu iş üzrə cavabdeh olmuş Cavabdeh1 sözü gedən avtomaşının dövlət qeydiyyat nömrə nişanı dəyişdirərək **-XT-*** saylı nömrə qeydiyyat nişanı ilə istifadəsindədir. Məcburiyyət qarşısında qalaraq etibarnamənin ləğvi üçün Bakı şəhəri 32 saylı notariat kontoruna ərizə ilə müraciət etmiş, 15 mart 2016-cı il tarixində Bakı şəhəri 32 saylı notariat kontorunun notariusu tərəfindən etibarnamə ləğv edilmişdir. Dəfələrlə Cavabdeh1 mülkiyyətində olan avtomaşının qaytarılmasını tələb etsə də, o, müxtəlif bəhanələrlə yayınaraq avtomaşını qaytarmamışdır. Məcburiyyət qarşısında qalaraq avtomaşının mülkiyyətçiyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 25 aprel 2017-ci il tarixdə iddiası təmin olunaraq Qubadlı Rayon Məhkəməsi tərəfindən 2(028)-224/2017 saylı qiyabi qətnamə qəbul edildi. İcra vərəqi yazılaraq Nərimanov rayon İcra şöbəsinə göndərildi. Bundan sonra Cavabdeh1 məhkəməyə ərizə yazaraq, qiyabi qətnamənin ləğv olunmasını və mülki işə yenidən baxılması barədə müraciət etmişdir. Bakı şəhəri 6 saylı notariat kontorunun notariusuna verilmiş şifahi sorğuya cavab olaraq, Cavabdeh1 tərəfindən 05 dekabr 2011-ci il tarixli 7E/711101 və 7E/7111000 reyestrlə Cavabdeh2 90 F1A 775 dövlət nömrə nişanlı “HYUNDAİ ELANTRA” minik nəqliyyat vasitəsinə dair etibarnamələr verilmişdir. İşin obyektiv araşdırılmasına zərurət yarandığı üçün ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh2 müstəqil tələblər irəli sürməyən, İİİ-cü şəxs kimi məhkəməyə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Daha sonra o, cavabdeh qismində məhkəməyə cəlb olunmuşdur. Məhkəmə qətnamənin təsviri hissəsində göstərir ki, Cavabdeh2 Cavabdeh1 tərəfindən aldadılması, Cavabdeh1 05.12.2011-ci il tarixli 7E/711100 və 7E/711101 reyestri etibarnamələr İdarəsində İddiaçı Qasım oğluna məlumat verməməsi müəyyən edir ki, Cavabdeh2 avtomobilin vicdanlı sahibi olmuşdur. Daha sonra göstərilir ki, Cavabdeh1 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir, ona görə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh1 məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə işi birtərəfli araşdıraraq səhv nəticəyə gəlmişdir. Cavabdeh2 'HYUNDAİ ELANTRA” markalı **-XT-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomabili və ya 13.949 (on üç min doqquz yüz qırx doqquz) ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə iddia təmin edilməməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bundan sonra məhkəmə yanlışlıqlara yol verdiyini aşkar etmiş və tərəflərin yenidən məhkəməyə dəvət olunması barədə, məhkəmə bildirişi göndərmişdir. Bunları nəzərə alaraq, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 156/2019 saylı iş üzrə qəbul etdiyi 29 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbimin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək Qubadlı Rayon Məhkəməsinin 2(028)- 156/2019 saylı,29 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, işin faktiki halları ondan ibarətdir ki, 2011-ci il noyabr ayında Cavabdeh2 tanımadığı avtomobil ticarəti ilə məşğul olan iki nəfər onu avtomobil almaq niyyəti ilə “xxxx” ASC-nin Nərimanov filialında işləyən Cavabdeh1 ilə görüşdürmüşlər. Cavabdeh1 satışda “kasko” sığorta növü ilə sığortalanmış 2009-cu il buraxılışlı, “Hyundai Elantra” markalı avtomobilin olduğunu bildirmişdir. Onlar həmin avtomobilin faktiki alqı-satqısı barədə razılıq əldə etdikdən sonra Cavabdeh2 Cavabdeh1 6200 manat pul vermiş və əlavə olaraq hər ay “xxxxı” ASC-nin “Nərimanov” filialına 400 manat ödəniş edəcəyini bildirmiş, Cavabdeh1 isə bunun əvəzində avtomobili Cavabdeh2 sahibliyinə verərək, həmin nəqliyyat vasitəsinə dair ona 05.12.2011-ci il tarixli 7E/711101 və 7E/711100 reyestrlə etibarnamələr vermişdir. Cavabdeh2 2012-ci ilin dekabr ayınadək “xxxxı” ASC-nin “Nərimanov” filialında müvafiq hesaba hər ay ( 12 ay ərzində) 400 manat ödəniş etmiş və bu müddət ərzində avtomobil onun sahibliyində olmuş, 11.11.2012-ci ildə avtomobillə qəza törətmiş, qəza nəticəsində avtomobilə təxminən 4000 manat məbləğində zərər dəymişdir və qəzadan sonra avtomobil dövlət yol polisinin əməkdaşları tərəfindən “Nargilə” adlı restoranın yanında yerləşən cərimə meydançasına aparılmışdır. Cavabdeh2 qəza nəticəsində avtomobilə dəymiş zərərin kompensasiyasını almaq üçün müvafiq sığorta şirkətinə müraciət etmiş, sığorta şirkəti isə bununla bağlı onun hər hansı kompensasiya almaq hüququnun olmadığını bildirmiş, məsələ ilə bağlı Cavabdeh2 Cavabdeh1lə əlaqə saxlayaraq ona sığorta pulunu ala bilmədiyinə görə iradını bildirmiş, Cavabdeh1 isə həmin sığorta pulunu alıb ona verəcəyini vəd etmiş, verilən həmin vəd nəticəsiz qaldıqda isə Cavabdeh2 Cavabdeh1 tərəfindən aldadıldığını dərk etmişdir. Avtomobilə dəymiş zərərlə bağlı sığorta şirkətindən kompensasiya ala bilməyən Cavabdeh2 onunla hüquqi bağlılığı olmayan həmin avtomobilin sonrakı taleyi ilə maraqlanmamışdır. Sonra isə, Cavabdeh1 ona telefonla dəfələrlə zəng edərək avtomobillə maraqlanmış və avtomobilin aparıldığı cərimə meydançasının yerini öyrənmiş və Cavabdeh2 məlum olmuşdur ki, avtomobil Cavabdeh1 tərəfindən cərimə meydançasından götürülmüşdür. İşin hüquqi halları ilə bağlı qeyd edilməlidir ki, İddiaçı Cavabdeh2 13 949 ABŞ dolları məbləğində pulun tutulub ona verilməsi barədə iddia tələbi əsassızdır. Belə ki, həmin 13 949 ABŞ dolları məbləği “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2009-cu il tarixli, 4A/1126 №-li kredit müqaviləsi üzrə sonuncunun həmin Bank qarşısında üzərinə düşən öhdəliyinin yerinə yetirilməməsi nəticəsində Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2014-cü il tarixli, 2(006)-1775/2014 saylı qətnaməsi ilə İddiaçı tutulub “xxxx” ASC-yə verilməli olan vəsaitdir və göründüyü kimi bu məbləğin Cavabdeh2 heç bir aidiyyatı yoxdur. Həmçinin Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsi həmin Qətnamənin 4-cü səhfəsinin 4-cü abzasında müəyyən etmişdir: Məhkəmə cavabdeh İddiaçı avtomobili bankın əməkdaşına satması barədə izahatına qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericiliyə əsasən ipoteka predmeti yalnız ipoteka saxlayanın razılığı ilə özgəninkiləşdirilə bildiyi üçün və hazırki iş üzrə bu cür razılığın verilməsi təsdiq olunmadığına“ görə cavabdehin həmin dəlili iddianın rədd olunması üçün əsas hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki iş materiallarının 64-cü səhfəsindəki İddiaçı iddianın dəyişdirilməsinə dair ərizəsindən məlum olmuşdur ki, İddiaçı Cavabdeh1 tərəfindən Cavabdeh2 avtomobilə dair 05.12.2011-ci il tarixli 7E/711101 və 7E/711100 reyestrlə etibarnamələr verməsindən xəbərsiz olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 364.2-ci maddəsinə görə səlahiyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyəti verənin üzərinə səlahiyətləri verdiyi şəxsin hərəkətləri olduğu kimi məsuliyyət qoyur. Qeyd olunan bu norma İddiaçı qarşısında Cavabdeh2 deyil, Cavabdeh1 məsuliyyətini ehtiva edir. Digər tərəfdən mövcuq qanunvericiliyə müvafiq olaraq etibarnamə birtərəfli əqddir və etibarnamə verilməsi müqabilində etibar edilənin hər hansı öhdəliyi öz üzərinə götürməsi nəzərdə tutulmamışdır. Həmin Məcəllənin 152.10-cu maddəsinə görə əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayri qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçinin üzərinə düşür. İşin hallarına (Cavabdeh2 Cavabdeh1 tərəfindən aldadılması, Cavabdeh1 7E/711101 və 7E/711100 reyestrli etibarnamələr barəsində İddiaçı məlumat verməməsi) əsasən müəyyən edilmişdir ki, Cavabdeh2- həmin avtomobilin vicdanlı sahibi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə görə ... Vicdanlı sahib ...əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Qanunun bu norması vicdanlı sahib kimi bu işdə Cavabdeh2 mülki məsuliyyətini istisna etmişdir. Qeyd edildiyi kimi Cavabdeh1 avtomobili 05.12.2011-ci il tarixli 7E/711101 və 7E/711100 reyestrli etibarnamələrlə Cavabdeh2 sahibliyinə verərkən Cavabdeh2 Cavabdeh1 6200 manat pul vermişdir. Bundan başqa, Cavabdeh2 2012-ci ilin dekabr ayınadək “xxxxı” ASC-nin “Nərimanov” filialında müvafiq hesaba hər ay 400 manat olmaqla 12 ay ərzində cəmi 4800 manat ödənişlər etmiş və bu fakt iş materillarındakı həmin bankın Qubadlı Rayon Məhkəməsinə ünvanladığı 23.04.2019-cu il tar-ixli, 1294 saylı sorğuya cavab məktubu ilə təsdiq edilmişdir. Nəticədə Cavabdeh2 hüquqi biliyinin olmamasından həmin ödənişlərin ona aidiyyatı olmayan “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2009-cu il tarixli, A/1126 №-li kredit müqaviləsinə hesablandığını bilməmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətini təmin edilməməsini, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 156/2019 saylı iş üzrə qəbul etdiyi 29 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs “xxxx” QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən nümayəndəinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ancaq ilk iddia tələbinin təmin edilməmiş hissəsində mübahisə doğurduğundan qətnamə mübahisələndirilən hissəsində araşdırılmalı, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi yoxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 2(028)-156/2019 saylı, 29 may 2019-cu il tarixli qətnaməsi qismən, İddiaçı Cavabdeh2 və 3-cü şəxs “xxxx” QSC-yə qarşı 13949 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ dollarının müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ona ödənilməsi tələbinə dair ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi qismən təmin edilməli, maddi zərərin əvəzi kimi Cavabdeh2 16500 manat pul tutularaq İddiaçı ödənilməli, apelyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AB № seriyalı, 345775 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Elantra” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibi İddiaçıdur. Bakı şəhəri 32 saylı notariat kontorunun verdiyi AR-İ № 156028 saylı, 04.12.2011-ci il tarixli etibarnaməyə İddiaçı daşınmaz əmlakı istisna olmaqla, əmlaklarını idarə etməyi Cavabdeh1 etibar etmişdir. Bakı şəhəri 32 saylı notariat kontorunun X-192 saylı, 15.03.2016-cı il tarixli məktubuna əsasən Cavabdeh1 verilmiş 04.12.2011-ci il tarixli, E-2495 reyestrli etibarnamə İddiaçı 15.03.2016-cı il tarixli ərizəsinə əsasən ləğv olunmuşdur. Baş Dövlət Yol Polisi İdarəsinin 016-14844-1217 saylı, 07.02.2017-ci il tarixli məktubundan görünür ki, DİN BDYPİ QİŞ-nin kompyuter uçot bazasına görə sorğu edilmiş “Hyundai Elantra” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobil 28.12.2009-cu il tarixində gömrük bəyannaməsi hesab-arayış (323214) əsasında ünvan 3 ünvanında qeydiyyatda olan 23.12.1983-cü il təvəllüdlü İddiaçı adına qeydiyyata alınmışdır. 13.01.2012-ci il tarixdə avtomobil İddiaçı adında qeydiyyatda qalmaqla yalnız nömrə nişanı dəyişdirilərək yeni **-XT-*** dövlət qeydiyyat nişanı təhkim olunmuş və AB727382 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Bakı şəhəri 6 saylı notariat kontorunun 7-453 saylı, 16.03.2017-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 tərəfindən 05.12.2011-ci il tarixli 7E/711101 və 7E/11100 reyestrlə Cavabdeh2 verilmiş ** HA *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı minik nəqliyyat vasitəsinə dair etibarnamələr vətəndaş İddiaçı tərəfindən 16.03.2017-ci il tarixdə şəxsi ərizəsinə əsasən ləğv edilmişdir. Bakı şəhəri 6 saylı notariat kontorunun 7-453 saylı, 16.03.2017-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 tərəfindən 05.12.2011-ci il tarixli 7E/711101 və 7E/11100 reyestrlə Cavabdeh2 verilmiş ** HA *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” markalı minik nəqliyyat vasitəsinə dair etibarnamələr vətəndaş İddiaçı tərəfindən 16.03.2017-ci il tarixdə şəxsi ərizəsinə əsasən ləğv edilmişdir. “xxxxı” ASC Nərimanov Filialı tərəfindən Qubadlı Rayon Məhkəməsinə ünvanlanmış 23.04.2019-çu il tarixli, 1294 saylı məktubda qeyd etmişdir ki, İddiaçı məxsus kredit üzrə (206ALLF1********) 05.12.2011-ci il tarixdən 31.12.2012-ci il tarixədək 206ALLF100740483 saylı hesabına, cəmi 6500 (altı min beş yüz) ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Ödənişin yuxarıda qeyd olunan tarixlərdə kim tərəfindən həyata keçirilməsi, filialda arxiv sənədlərinin (2012-ci il üzrə) məhv olunduğu üçün məlumatın verilməsi (ödənilmiş mədaxil qəbzlərinə əsasən) mümkün deyildir. Nəsimi Rayon Məhkəməsinin 18.06.2014-cü il tarixli, 2(006)-1775/2014 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı əsas borc üzrə 10173,48 ABŞ dolları əsas borc, 3475,98 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 13949,46 ABŞ dolları məbləğində (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq “xxxxı” ASC-yə verilməsi, cavabdeh İddiaçı tutulmalı olan məbləğ ona məxsus “Hyundai Elantra” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi ilk iddia tələbinin təmin edilməməsi nəticəsinə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.3, 337.1,337.4, 337.5, 152, 365, 366, 359.3, MPM-nin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından müəyyən edilir ki, “Hyundai Elantra” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olmaqla, Cavabdeh2 11 noyabr 2012-ci il tarixdə həmin avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə nəticəsində qeyd edilən avtomobil yararsız vəziyyətə düşmüşdür. Cavabdeh2 özü də qeyd edilən halları etiraf etməklə, qarşılıqlı iddia ərizəsində iddiaçıya məxsus avtomobillə qəza törətdiyini, avtomobilin yol polisləri tərəfindən cərimə meydançasına yerləşdirildiyi, avtomobilə dəyən zərərə görə kompensasiya almaq üçün sığorta şirkətinə müraciət etdiyini, lakin bundan imtina edildiyini, bundan sonra Cavabdeh1 ona sığorta ödənişi almağa kömək edəcəyini vəd etdiyini, lakin sonuncunun vədinə əməl etməməklə onu aldatdığını, ona görə də avtomobilin sonrakı taleyi ilə maraqlanmadığını göstərmişdir. İş materiallarına iddiaçıya məxsus avtomobilin qəza törədərək yarasız hala düşməsini əks etdirən fotoşəkillər əlavə edilmişdir. İş materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 18.06.2014-cü il tarixli, 2(006)-1775/2014 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı əsas borc üzrə 10173,48 ABŞ dolları əsas borc, 3475,98 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 13949,46 ABŞ dolları məbləğində (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq “xxxxı” ASC-yə verilməsi, cavabdeh İddiaçı tutulmalı olan məbləğ ona məxsus “Hyundai Elantra” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli “Hyundai Elantra” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən Cavabdeh2 iddiaçının məlumatı olmadan satılmış, bundan sonra İddiaçı ərizəsi əsasında etibarnamələr ləğv edilmişdir. İş materiallarından göründüyü kimi, mübahisəli avtomobillə əlaqədar bank tərəfindən iddiaçıya qarşı məhkəmə mübahisəsi qaldırılmış və məhkəmə qətnaməsi ilə iddiaçıdan cəmi 13949,46 ABŞ dolları məbləğində borcun tutulması qət edilmişdir. Bununla da ilk iddia üzrə Cavabdeh2 iddiaçıya məxsus avtomobillə qəza törədərək avtomobili yararsız hala salması və nəticədə iddiaçıya maddi zərər vurması iş materialları ilə təsdiqini tapır. Göründüyü kimi, mübahisəli avtomobilə görə iddiaçıdan məhkəmə qətnaməsi ilə pul tutulmaqla yanaşı, ona məxsus avtomobilə cavabdeh tərəfindən zərər vurulmuşdur ki, bu da mülkiyyətçi olan iddiaçının iki qat zərərə düşməsidir. Belə olan halda, iddiaçı özünə məxsus avtomobilə cavabdeh tərəfindən vurulmuş zərərin əvəzini tələb etməkdə haqlıdır. Qeyd edilən halların, avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün məhkəmə kollegiyasının 23 noyabr 2020-ci il tarixli, 2(105)2550/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və dəymiş zərər müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2021-ci il tarixli, 9/146 saylı ekspert rəyindən görünür ki, «Hyundai Elantra» markah, 2010-cu il normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 16500,0 manat müəyyən olunur. Bununla da cavabdeh tərəfindən avtomobillə qəza keçirməsi səbəbindən iddiaçıya 16500 manat zərər dəyməsi ekspert rəyi ilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan normaların tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, cavabdehin delikt törətməsi nəticəsində əmlaka zərər vurması müəyyən edildiyi halda, o, vurulmuş zərərə görə məsuliyyət daşımaqla vurulmuş zərərin əvəzinin tam şəkildə ödənilməsi barədə öhdəliyi daşıyır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli avtomobilin Cavabdeh1 tərəfindən aldadılaraq cavabdeh Tamerlan Səlimova satılması avtomobilin mülkiyyətçisinə vurulmuş zərərin ödənilməsi məsuliyyətindən azad etmir. Bundan başqa Cavabdeh1 avtomobili 05.12.2011-ci il tarixli, 7E/711101 və 7E/711100 reyestrli etibarnamələrlə Cavabdeh2 sahibliyinə verərkən Cavabdeh2 tərəfindən Cavabdeh1 6200 manat pul verilməsi göstərilsə də, buna dair hər hansı sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, qətnamə ilk iddia tələbinin təmin edilməməsi hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 2(028)-156/2019 saylı, 29 may 2019-cu il tarixli qətnaməsi qismən, İddiaçı Cavabdeh2 və 3-cü şəxs “xxxx” QSC-yə qarşı 13949 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ dollarının müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ona ödənilməsi tələbinə dair ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi qismən təmin edilməli, maddi zərərin əvəzi kimi Cavabdeh2 16500 manat pul tutularaq İddiaçı ödənilməli, apelyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372.1, 372.6, 372.7, 384.0.1, 384.0.2 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-156/2019 saylı, 29 may 2019-cu il tarixli qətnaməsi qismən, ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İlk iddia tələbi qismən təmin edilsin. Maddi zərərin əvəzi kimi Cavabdeh2 16500 manat pul tutularaq İddiaçı ödənilsin. Apelyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri üçün 100 (yüz) manat pulun 50 manatı İddiaçı, 50 manat isə Cavabdeh2 tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Zaur Məmmədov Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №2(105)-273/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-273/2021
06.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver