Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2768/2020 21.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X13, cavabdehlər Cavabdeh1 hüquqi varisi X18, Cavabdeh2, Cavabdeh3 və Qusar şəhər X20 Malları Yarmarkasının nümayəndəsi və vəkili X6 iştirakı ilə Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-67/2020 saylı qətnaməsindən iddiaçı Qusar rayonu, «Riad» firmasının direktoru T.Ş.Həzərovanın verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ET Dİ: Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-67/2020 saylı qətnaməsi ilə (hakim R.V.Kazımov) iddiaçı Qusar rayonu, «Riad» firmasının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Qusar şəhər X20 malları yarmarkasına, Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X23rşı mülkiyyət hüququna dair sənədlərin və mülkiyyət hüququnun qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia rədd edilmişdir. İddiaçı Qusar rayonu, «Riad» firmasının direktoru T.Ş.Həzərova apelyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-67/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Qusar rayonu “Riad” firması məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh3 Güıməhəmməd oğlunun adına verilmiş xx xxxxxx 2010-cu il tarixli MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, cavabdeh Cavabdeh2 adına verilmiş xx xxxxxxx 2011-ci il tarixli MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, Cavabdeh1 adına verilmiş xx xxxxxxx 1997-ci il tarixli 007082 saylı Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə və Qusar şəhər X20 malları yarmarkasıın adına aparılmış mülkiyyət hüququnun qeydinin ləğv edilməsi və “Riad” firmasının icarəsində olan torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı Qusar rayonu, «Riad» firması verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2, 157.2,157.4, 157.8-ci maddələrinin tələbi pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 hüquqi varisi X18, Cavabdeh2, Cavabdeh3 və Qusar şəhər X20 Malları Yarmarkasının nümayəndəsi və vəkili X10 apelyasiya şikayətinə etiraz edib, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçı Qusar rayonu, «Riad» firmasına, cavabdeh Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X31 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçı Qusar rayonu, «Riad» firması, cavabdeh Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X28 nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Qusar rayonu “Riad” firması məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh3 adına verilmiş xx xxxxxx 2010-cu il tarixli MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, cavabdeh Cavabdeh2 adına verilmiş xx xxxxxxx 2011-ci il tarixli MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, Cavabdeh1 adına verilmiş xx xxxxxxx 1997-ci il tarixli 007082 saylı Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə və Qusar şəhər X20 malları yarmarkasıın adına aparılmış mülkiyyət hüququnun qeydinin ləğv edilməsi, “Riad” firmasının icarəsində olan torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılaraq iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş, məhkəmə aidiyyət qaydalarını pozmaqla səlahiyyətinə aid olmayan iddia tələbinə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.1997-ci il tarixli 007082 nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Qusar şəhər Kolxoz Bazarı ərazisində 12 kv.m torpaq sahəsində yerləşən 5 saylı toxum satışı mağazasını Dövlət Əmlak Komitəsindən satın almışdır. xx.xx.2011-ci il tarixli, Seriya MA № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, **********75-06301 reyestr nömrəli, Qusar şəhəri, Bazar Ərazisində yerləşən torpaq sahəsi 0,01083 hektar olan 102,4 kv.metrlik ticarət təyinatlı qeyri yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olmaqla yerləşdiyi torpaq sahəsi də onun istifadəsindədir. DƏDRX-nin 5 saylı X28 məktubundan görünür ki, X24 tərəfindən Qusar Rayon Kooperativlər İttifaqından satın alınmış həmin qeyri-yaşayış sahəsi xx.xx.2011-ci il tarixli AN-1 ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmışdır. xx.xx.2010-cu il tarixli, Seriya MA № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, **********15-06301 reyestr nömrəli, Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən torpaq sahəsi 0,045 hektar olan 436,6 kv.metrlik ticarət təyinatlı qeyri yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 mülkiyyətindədir. Qusar Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1999-cu il tarixli 20 nömrəli Sərəncamı, Torpaq sahəsinin seçilməsinə dair xx.xx.1999-cu il tarixli akt və torpaq sahəsinin plan-ölçüsünün surətlərindən görünür ki, Qusar şəhər İƏ üzrə nümayəndəliyinin vəsatət məktubu nəzərə alınaraq, bazarın ilkin torpaq ayırma sənədlərindəki ərazidən 0,25 hektar götürülməklə şəhər torpağından da 0,40 hektar əlavə edilərək cəmi 0,65 hektar sahədə Rayon İcra Hakimiyyətinin nəzdində ayrıca sənaye məhsulları satışı üçün müstəqil təsərrüfat hesablı ticarət yarmarkasının yaradılması və SK ASB Qusar şöbəsində hesablaşma hesabının açılması, möhür və ştampın hazırlanmasına razılıq verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı X32 tərəfindən verilmiş Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Qusar şəhər X20 malları Yarmarkası xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmış, nizamnamə kapitalı 100 % dövlətə məxsus olan Digər kommersiya təşkilatıdır, VÖEN **********. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Qusar şəhər X20 Malları Yarmarkasına ünvanlanmış xx xxxxxxx 2014-cü il tarixli **********94 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə uyğun olaraq Qusar şəhər X20 Malları Yarmarkası tərəfindən təqdim edilmiş sənədlər əsasında həmin müəssisəyə məxsus daşınmaz əmlak (torpaq sahəsi) dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. Qusar kolxoz bazarının özəlləşdirməyə çıxarılması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət X3 tərəfindən tərtib olunmuş xx xxx 1999-cu il tarixli Texniki pasportun surətindən görünür ki, orada Qusar şəhər kolxoz bazarının ümumi sahəsi 172,6 kv.m, əsas sahə 148,4 kv.m, köməkçi sahənin də 24,2 kv.m olması göstərilməklə bərabər, Qusar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 98 saylı qərarına əsasən Qusar şəhər kolxoz bazarına 2,0 ha torpaq sahəsinin ayrılıb seçilməsi, faktiki istifadədə olan torpaq sahəsinin isə 20457 kv.m olması qeyd edilir. Texniki pasportda həmçinin göstərilir ki, Qusar şəhər kolxoz bazarının 23 saylı xx.xx.1999 il tarixli məktubuna əsasən, ştrixlənmiş 1-XXİV saylı tikili və qurğuların bazara aidiyyəti yoxdur, qırıq xəttlə sərəncam və baş memar tərəfindən təsdiq olunmuş eskizə əsasən ayrılmış torpaq sahəsinin şərti sərhədi qeyd olunmuşdur. İşdə olan Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx xxxxxx 1999-cu il tarixli 013040 №-li Şəhadətnamənin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsinin xx.xx.1999- cu il tarixli 4/47 saylı Şəhadətnaməsinin surətlərindən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən Qusar şəhər kolxoz bazarının əmlakı X25, X4, X27, X19, X26, X14 və X1 özəlləşdirilmiş və həmin şəxslər tərəfindən də Qusar kolxoz bazarının bazasında “Riad” firması təsis edilmişdir. İcarəyəverən – Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Dövlət Əmlakının registri, icarəyə verilməsi və torpaq Departamentinin direktoru Ç.İbadovla icarəçi – “Riad” firmasının direktoru R.Həzərov arasında bağlanmış, özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi haqqında xx.xx.2000-ci il tarixli 17 saylı müqavilənin surətindən görünür ki, Qusar şəhəri, N.Şərifov küçəsində Kolxoz bazarının yerləşdiyi 19777,0 kv.metr sərbəst sahəsi, 680 kv.metr tikinti və infrastruktur altında olan sahə, cəmi: 20457,0 kv.metrdən ibarət torpaq sahəsi, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx xxxx 2000-ci il tarixli 64 saylı sərəncamına əsasən, “Riad” firmasının icarəsinə verilmişdir. İcarə müddəti 1 il olmaqla, müddəti başa çatdıqdan sonra 10 gün ərzində tərəflərin ona xitam verilməsi barədə biri birinə müraciətləri olmadıqda, o eyni şərtlərlə və eyni müddətə uzadılmış hesab olunur. 3 saylı X32 tərəfindən verilmiş Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli Seriya RX ******* №-li Çıxarışın surətindən görünür ki, Qusar şəhər kolxoz bazarını özəlləşdirmiş X11 və digər şəxslər tərəfindən özəlləşdirilmiş 1 mərtəbəli qeyri-yaşayış binasının ümumi sahəsi 172,6 kv.metr olmaqla yerləşdiyi torpaq sahəsi 0,0180 ha, həmin torpaq sahəsinin mülkiyyət növü dövlət, hüququn növü də istifadə hüququdur. Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(029)-62/2015 saylı qətnaməsi ilə açıq və sərbəst torpaq sahəsi 19777 kv.metr, faktiki istifadə olan torpaq sahəsinin cəmi 20457 kv.metr olması göstərilən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət X2 tərəfindən Qusar şəhər kolxoz bazarı barədə tərtib olunmuş xx xxx 1999-cu il tarixli 001584 nömrəli texniki pasportu və Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Dövlət Əmlakının registri, icarəyə verilməsi və torpaq Departamentinin direktoru Ç.İbadovla icarəçi – “Riad” firmasının direktoru R.Həzərov arasında bağlanmış, özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi 20457.0 kv.metrdən ibarət torpaq sahəsinin “Riad” firmasının icarəsinə verilməsinə dair xx xxxx 2000-ci il tarixli 17 saylı müqavilə, Cavabdeh1 mülkiyyətindəki mağazanın yerləşdiyi 12 kv.metr, Cavabdeh2 mülkiyyətindəki mağazanın yerləşdiyi 108,3 kv.metr, X8 mülkiyyətindəki Ticarət mərkəzinin yerləşdiyi 1400 kv.metr, Qusar şəhər X20 malları yarmarkasının qanuni istifadəsində olan 2500 kv.metr, Cavabdeh3 mülkiyyətindəki 450 kv.metr – cəmi 4470.3 kv.metr torpaq sahəsi hissələrində etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, 2(105)-422/2016 saylı qətnaməsinin surətindən görünür ki, üçüncü şəxslər Qusar rayonu “Riad” firması və Azərbaycan Respublikası ƏMDK-nin yanında Torpaqların Dövlət Agentliyinin apelyasiya şikayətləri təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(029)-62/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(102)-2595/2017 saylı qərarın surətindən görünür ki, cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin 5 saylı Ərazi İdarəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayonu “Riad” firmasının kassasiya şikayətləri təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli 2(105)- 422/2016 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İşdə olan, hazırkı mülki işə baxılması ilə əlaqədar sorğuya əsasən DƏDRX-nin 5 saylı X40 tərəfindən məhkəməyə təqdim edilən sənədlərə əlavə olunmuş Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli 2-473 2/2006 №-li qətnaməsindən görünür ki, həmin qətnamə ilə Qusar rayonu “Riad” firmasının direktoru X16 iddiası qismən təmin olunaraq, Qusar rayon Kooperativlər Cəmiyyətləri İttifaqının İdarə Heyətinin sədri X5 Qusar şəhəri, Hacı Davud küçəsi- 19 saylı evdə yaşayan Cavabdeh3 arasında, Qusar rayon Kooperativlər Cəmiyyətinə məxsus olan Qusar şəhər bazarında yerləşən metal konstruksiyalı anqar binasının (tikinti altı sahə 450 kv.m) alqısatqısına dair Qusar rayonu Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2006-cı il tarixli 1254 reyestr saylı müqavilə ləğv edilmiş və həmçinin Qusar rayonu “Riad” firmasının direktoru R.S.Həzərovun rayon Kooperativlər Cəmiyyətindən anqarı almağa üstünlük hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin xx xxx 2007-ci il tarixli mk-2939/2007 №-li qətnaməsindən də görünür ki, qətnamə ilə Cavabdeh3 tərəfindən həmin qətnamədən verilmiş apelyasiya şikayəti təmin olunaraq, Qusar Rayon Məhkəməsinin iş üzrə olan xx xxxxxx 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş və X16 iddiası təmin edilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(85)- 1313/2015 №-li qərardadının surətindən görünür ki, həmin qəradadla iddiaçı X7 cavabdeh Qusar Rayon İcra Hakimiyyətinə qarşı Qusar Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin balansında olan torpaq sahəsinin Cavabdeh1, Cavabdeh2, X9 və verilməsinə aid sərəncamların ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(85)- 31/2015 №-li qərardadının surətindən görünür ki, “Riad” firması cavabdeh Qusar Rayon İcra Hakimiyyətinə qarşı Qusar Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1999-cu il tarixli, 20 saylı sərəncamının Qusar rayon Kolxoz bazarının ilkin torpaqayırma sənədlərindəki ərazidən 0,25 ha geri götürülməsi hissəsində etibarsız sayılmasına dair iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, xx xxxxxx 2015-ci il tarixdə də iddiaçı “Riad” firmasının direktoru X11 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmiş və ona görə də iddiaçı “Riad” firmasının həmin iddiası mümkün sayılmamış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(85)- 372/2016 №-li qərardadının surətindən görünür ki, “Riad” firmasının direktoru X11 cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qaşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Cavabdeh1 Əmlak Komitəsinin verdiyi qeydiyyat nömrəsi 7082 olan xx.xx.1997-ci il tarixli 007082 nömrəli şəhadətnamənin, Cavabdeh3, Cavabdeh2, X9 Baş Tesxniki İnventarlaşma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqələrinin ləğv olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2016-cı il tarixldə keçirilən iclasında da müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi X17 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş və ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2-1(85)- 158/2017 №-li qərardadının surətindən görünür ki, “Riad” firması 2017-ci ildə yenə də cavabdeh Qusar Rayon İcra Hakimiyyətinə qarşı cavabdeh tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikası Əmlak Komitəsinin balansında olmaqla icarə müqaviləsi əsasında iddiaçının qanuni istifadəsində olan 2500 kv.metr torpaq sahəsinin alınması hissəsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən həmin işə baxılması ilə əlaqədar Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə əsasən iddia ərizəsinin İPMnin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğunlaşdırılması üçün müddət təyin edib iddiaçıya hüquqi yardım göstərərək iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması üçün iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim etməyi təklif etmiş və xeyli müddət keçəndən sonra iddiaçı, Qusar rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1999- cu il tarixli, 20 saylı sərəncamını məhkəməyə göndərmiş, lakin iddia tələbini dəqiqləşdirməmişdir. Məhkəmə xx xxxxx 2017-ci il tarixdə yenidən iddiaçıya hüquqi yardım edərək iddianın dəqiqləşdirilməsi və buraxılmış prosessual müddətin bərpasına dair məhkəməyə ərizə təqdim etməyi təklif etmiş, lakin iddiaçı bu barədə məhkəməyə heç bir ərizə təqdim etməmiş və ona görə məhkəmənin iddiaçı “Riad” firmasının həmin iddiası da mümkün sayılmamışdır. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul dilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1, 263-264, 365, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı Qusar rayonu, «Riad» firmasının verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-67/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Qusar rayonu, «Riad» firmasının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Qusar şəhər X20 malları yarmarkasına, Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X23rşı mülkiyyət hüququna dair sənədlərin və mülkiyyət hüququnun qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia üzrə icraata xitam verilsin. İddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2768/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2768/2020
21.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver