Məhkəmə qərarları › İş №2(105)-28/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-28/2022

12.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-28/2022 12.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər AR ƏMDK yanında DƏDRX-nin 5 nömrəli Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-932/2019 nömrəli, 17 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 ilə Cavabdeh2 arasında bağlanmış 03.02.2016-cı il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Xaçmaz rayonu, Nabran kəndi, Meşəli qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınmasına dair 12.02.2016-cı il tarixli çıxarışın və 12.02.2016-cı il tarixli, 047093 nömrəli torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-932/2019 nömrəli, 17 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər AR ƏMDK yanında DƏDRX-nin 5 nömrəli Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakim A.B.Sadıqov) Qətnamədən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin müqavilənin və çıxarışın etibarsız hesab edilməsi hissəsində iddiadan imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi X3 qərar apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 5 nömrəli Xaçmaz Ərazi İdarəsinə və 3-cü şəxs Cavabdeh3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin 12.04.2022-ci il tarixli, 2(105)- 28/2022 nömrəli qərardadı ilə iddia tələbinin X4 ilə Cavabdeh2 arasında bağlanmış 03.02.2016-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi edilməsi, DƏDRX-nin 5 nömrəli Ərazi İdarəsinin Xaçmaz rayonu, Nabran kəndi, Meşəli qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınmasına dair 12.02.2016-cı il tarixli, **********65 nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair hissəsindən imtina edildiyindən iddiaçının imtinası qəbul edilmiş, iddia tələbinin qeyd edilən hissələri üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh2 adına 12.02.2016-cı il tarixli, 047093 nömrəli torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbinin həmin hissəsi üzrə də icraata xitam verilməlidir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-0144 nömrəli 30216057 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Nabran bələdiyyəsinin 27 sentyabr 2002-ci il tarixli, 12 nömrəli qərarı ilə İddiaçı 0,08 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-0145 nömrəli 30216057 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Nabran bələdiyyəsinin 27 sentyabr 2002-ci il tarixli, 12 nömrəli qərarı ilə X2 0,08 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Meşəli qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 12.02.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi, **********65 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 150 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli, 03 fevral 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X4 DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən 17.05.2003-cü il tarixdə verilmiş JN 0145 nömrəli 30216057 kodlu şəhadətnaməyə əsasən mülkiyyətində olan 0.08 ha torpaq sahəsini Cavabdeh2 23100 manata satmışdır. İş materiallarında olan 047093 nömrəli 12.02.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonu Meşəli qəsəbəsi ərazisində yerləşən 0,08 hektar torpaq sahəsinə dair Cavabdeh2 adına torpaq sahəsinin cizgilərini özündə əks etdirən torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İş materiallarında olan sorğuya əsasən alınmış DƏDRX-nin 5 nömrəli Xaçmaz ərazi idarəsinin 12.07.2018-ci il tarixli **********42 nömrəli məktubundan müəyyən olunur ki, JN 0144 nömrəli 30216057 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Xaçmaz rayon Meşəli qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinə 5 nömrəli Xaçmaz ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən Cavabdeh2 adına 12 fevral 2016-cı il tarixli **********65 reyestr nömrəli çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına istinad edərək iddianı tələbin Cavabdeh2 adına 12.02.2016-cı il tarixli, 047093 nömrəli torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi hissəsini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, qeyd edilən tələb ilk növbədə inzibati orqanın qəbul etdiyi qərarın, bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb olduğundan həmin tələbə inzibati icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İddiaçı Cavabdeh2 adına 12.02.2016-cı il tarixli, 047093 nömrəli torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi torpaq sahəsinin planı və ölçüsü cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmişdir. Həmin sənədin etibarsız hesab edilməsi tələbinə cavab verməli şəxs inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4No-li qərarının 15.4. bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırki iddia tələbi üzrə aidiyyəti üzrə səlahiyyətli (inzibati) məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-932/2019 nömrəli, 17 may 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin Cavabdeh2 adına 12.02.2016-cı il tarixli, 047093 nömrəli torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi hissəsi üzrə icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 365 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-932/2019 nömrəli, 17 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbinin Cavabdeh2 adına 12.02.2016-cı il tarixli, 047093 nömrəli torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi hissəsi üzrə icraatına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan rəsmi qaydada alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar