Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2816/2021 25.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X35 Tağızadənin sədrliyi və məruzəsi, X7 Məmmədova və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdehlər: Cavabdeh1 və X14, Cavabdeh1 nümayəndəsi və vəkili: Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) İddiaçı Cavabdeh1 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh1 qarşı “maddi və mənəvi ziyan tələbinə dair” iddia qaldıraraq, Cavabdeh1 ümumilikdə 530800 manat məbləğində pul vəsaitinin, 409 000 AZN əsas borc, 81800 AZN əldən çıxmış fayda və 40 000 azn məbləğindəki mənəvi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona verilməsi, Cavabdeh1 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin «dələduzluq» cinayətinin əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılmaqla, prokurora xəbər verilməsini xahiş etmişdir. İddiaçı tələbin dəqiqləşməsinə dair məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 60000 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tanışıdır. Onunla təxminən 8-9 əvvəl qohumu vasitəsi ilə kafedə tanış olmuşdur. O zaman o, həmin kafedə işçi kimi çalışırdı. Ora getdiyi ərəfələrdə onunla olan tanışlığı daha da yaxınlaşdı və bu münasibətlər “dostluğa” çevrildi. Təxminən tanışlıqlarından 4-5 il sonra o, bildirdi ki, Moskvada geyim biznesində güvənilən dostları var və onlarla iş görməyi təklif etdi. O, da bu təklifi qısa müddətdə qəbul etmiş və bu işə görə Vazehin vasitəçiliyi ilə onlara 100.000 $ vermişlər. Bunun əvəzində isə həmin şəxslər işi siğortalamaq üçün özlərinə aid bir neçə daşınmaz əmlakı iddiaçının adına keçirtmişlər. Bir neçə müddət işlədikdən sonra Moskvada vəziyyətin yaxşı olmadığını və işin dayandığını bildirdilər. Amma buna baxmayaraq bu şəxslər girov əmlakları satıb pulunu qaytardılar. Təxminən bu, hadisədən 2 il sonra Vazeh ona bildirdi ki, onun daha çox inandığı bir qohumu var və onlar da özlərinin çox güvəndiyi iş adamları ilə birlikdə elektrik avadanlığı biznesindədirlər. İlk öncə tərəddüd etsə də, Vazeh bu işin əvvəlki kimi olmadığını, yeni təklif etdiyi insanların daha güvənli olduğunu söyləyərək inandırdı. Bir müddət sonra hissə hissə bu iş üçün Vazeh vasitəsi ilə həmin o adamlara 150.000 ABŞ dolları civarında pul vermişdir. Təxminən 7-8 ay o işdən ona yubadaraq da olsa aylıq “qalan xeyirdən” pul versə də, bir müddət sonra işlərin yaxşı olmadığını dedi və o, da buna görə pulunu geri istəyib kəsdiyi şərtə əsasən 3 ay pulun qaytarılmasını gözlədi. Ona 3 aydan daha uzun müddət keçdikdən sonra, həmin qohumu ilə görüşdürdü və verdiyi puldan 45.000 $ almışdır. Daha sonra isə Vazeh o puldan biraz keçməyi ona xahiş etmiş və o puldan 20.000 $ keçə biləcəyini bildirmişdir. Bir müddət sonra isə Vazeh qohumunun qaçdığını və onun kimi bir çox adamların da pulunu mənimsədiyini bildirmişdir. O, da Vazehin qohumunun anbarına gedib cəmi 30.000 manatlıq mal götürə bilmişdir. Qalan mallar isə köhnə modellər və set şəkilində olmadığından satışa yararsız idi. Beləliklə Vazehin ona o “biznesdən” 100.000 $ məbləğində borcu pulu qalmışdır. Bu məsələlərə görə ara-ara münasibətləri soyuyurdu. Daha sonra pulunu Vazehdən təkrar tələb edərkən Vazeh ona Emin adlı şəxsdən danışmağa başladı və ona inanarsa yaxşı pul qazanacağını və qalan borcu da tezliklə bağlayacağını bildirmişdir. Bundan əvvəl başına gələnlərə görə qorxduğunu bildirsə də, o bu işi heç kimə deməməyi ondan xahiş edirdi və bu işi əvvəl elədikləri səhvləri düzəltmək üçün təklif etdiyini bildirmişdir. İnandırmasından sonra Vazehə Bakı şəhərində, mətbuat dairəsi yaxınlığında 80.000 avro pul vermişdir. Vazeh ondan pulu aldıqdan sonra 5-6 ay, hər ayın axırı dediyi vaxtda ona 3000 $ pul verirdi. Daha sonra isə Vazeh ona çox pul qazanmaq üçün əlavə pul verməyi təklif etdi və onda onun hər ay 3000 dollar pul verdiyinə inanıb 45000 $ da əlavə pul verdi. Amma Vazehə əlavə 45000 ABŞ dolları verdikdən sonra cavabdeh ona pul verməyi dayandırdı və puldan isə heç bir qazanc əldə etməmişdir. Vazehin bu işindən sonra aldadıldığını başa düşmüşdür. Vazehdən pulu nə vaxt qaytaracağını soruşsa da, o pulun Emin adlı şəxsdə olduğunu, narahat olmamağını, əgər bir şey olsa özü qaytaracağı kimi vədlər verməyə daha sonra isə telefonlara gec-gec cavab verməyə başladı. Bu gedişat onu narahat etdiyi üçün onunla təkrar görüşdü və cavabdeh özünün də aldadıldığını, pulların yoxa çıxdığını dedi. Daha sonra isə Vazeh onlara o pulu necə çətinliklə qazandığını və o pulu tezliklə onlara qaytaracağına əmin etdi. Hətta bir iki dəfə: “Elvin, mən sənə bir ömür boyu borclu.” ifadəsini təkrarladı. Hazırda cavabdehin ona ümumilikdə 409000 manat məbləğində (45 000 USD və 80000 AVRO və 100000 USD) borcu olsa da, pulu qaytarmır və onunla əlaqə saxlaya bilmir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə 409 000 manat məbləğində maddi zərər dəymişdir. Belə olan halda hesab etmişdir ki, ona məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə cavabdeh tərəfindən ona həmin vəsaitin məbləğinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş bank uçot dərəcəsinə müvafiq faizlərdə ödənilməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş bank uçot dərəcələri 2017-ci ildən bu günki günə qədər 10 faizdən 15 faizədək qalxaraq enmiş və bu baxımdan qeyri sabit olmuşdur, o zaman hesab edir ki, belə olan halda bank uçot dərəcəsinə əsaslanmaqla cavabdehdən əldən çıxmış fayda kimi 2 il ərzində 81 800 manat məbləğində pul istəməkdə haqlıdır. 409000 manatın illik faiz dərəcəsi bank uçot dərəcəsinə uyğun olaraq 10 % üçün 40900 təşkil edir: 40900 X 2 il = 81 800 manat təşkil edir. Həmçinin hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 40.000 manat məbləğində mənəvi zərər dəymişdir. Belə ki, cavabdehin təqsirli və hüquqazidd hərəkətləri nəticəsində o, cavabdehə inanaraq başqa yerdə təsərrüfat qurmaq və sahibkarlıq fəaliyyətini həyata keçirmək hüququndan məhrum olmuşdur. Belə ki, cavabdehin çirkin niyyətini əvvəlcədən bilsəydi bu qədər pul vəsaitini cavabdehə verməzdi. İddia ərizəsi məhkəmədə olan zaman cavabdeh 100000 ABŞ dolları məbləğində olan borcunun əvəzinin bir qismini elektrik malları ilə əvəzləşdirmiş və qalan 60000 ABŞ dolları hissəsinə görə isə Cavabdeh2 məsuliyyət daşıyır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmünə istinad etməklə Mülki Prosessual Qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Digər tərəfdən də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qanuni qüvvəyə minmiş olsa idi belə yenə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, onun pulları Cavabdeh1 deyil, Emin Zeynalova verməsinin müəyyən edildiyi qənaətinə gələrək iddia tələbini rədd etmişdir. Halbuki o, E.Zeynalova heç vaxt 1 manat olsun belə pul verməmişdir. Bununla bağlı tərəfindən 1(101)- 171/2020 saylı cinayət işi üzrə 09 iyun 2020-ci il tarixli ərizə ünvanlanaraq E.Zeynalova qarşı heç bir şikayətin və tələbin olmadıgı göstərilmişdir. Vazehin ona köhnədən qalmış 60.000 ABŞ dolları borcu var idi. Məhkəmənin istinad etdiyi hökmdə onun pulları konkret olaraq E.Zeynalova verməyi müəyyən olunmamış, onun epizodu ilə bağlı mülki iddia üzrə qeyd olunmuşdur ki, iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(074)-206/2021 saylı qətnaməsinin ləğv edilməsi, işin faktiki halları əsasında iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1, nümayəndəsi və vəkili Z.G.Niftaliyev və digər Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçının cavabdehlərə pulun verilməsinin sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli hökmünün surətindən görünür ki, X39 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CM-nin 46-cı maddəsi tətbiq edilməklə 3 il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 (on üç) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 20 iyun 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi, Zərərçəkmiş şəxslər X31 mülki iddiasının tam təmin edilməsi, X15 3.145.000 AZN (üç milyon yüz qırx beş min) manatın tutularaq X36 ödənilməsi, X10 mülki iddiasının qismən təmin edilməsi, X15 931119 (doqquz yüz otuz bir min yüz on doqquz) manat 69 (altmış doqquz) qəpik tutularaq X16 ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilmədən rədd edilməsi, X4 mülki iddiasının tam təmin edilməsi, X15 227.802 AZN (iki yüz iyirmi yeddi min səkkiz yüz iki) manatın tutularaq X8 ödənilməsi, Cavabdeh1 mülki iddiasının tam təmin edilməsi, X15 34.001 AZN (otuz dörd min bir) manatın tutularaq Cavabdeh1 ödənilməsi, X1 mülki iddiasının tam təmin edilməsi, X15 172.440 AZN (bir yüz yetmiş iki min dörd yüz qırx) manatın tutularaq X2 ödənilməsi, X3 mülki iddiasının qismən təmin edilməsi, X15 244.318 AZN (iki yüz qırx dörd min üç yüz on səkkiz) manat 74 (yetmiş dörd) qəpik tutularaq X5 ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilmədən rədd edilməsi, X22 mülki iddiasının qismən təmin edilməsi, X15 1.460.000 AZN (bir milyon dörd yüz altmış min) manatın tutularaq X32 verilməsi, mülki iddianın qalan hissədə təmin edilmədən rədd edilməsi, X11 mülki iddiasının qismən təmin edilməsi, X15 5.950.000 AZN (beş milyon doqquz yüz əlli min) manatın tutularaq X17 verilməsi, mülki iddianın qalan hissədə təmin edilmədən rədd edilməsi, X18 mülki iddiasının qismən təmin edilməsi, X15 2.550.000 AZN (iki milyon beş yüz əlli min) manatın tutularaq X23 verilməsi, mülki iddianın qalan hissədə təmin edilmədən rədd edilməsi, X12 mülki iddiasının qismən təmin edilməsi, X15 7.650.000 AZN (yeddi milyon altı yüz əlli min) manatın tutularaq X19 verilməsi, mülki iddianın qalan hissədə təmin edilmədən rədd edilməsi, X20 mülki iddiasının qismən təmin edilməsi və X15 850.000 AZN (səkkiz yüz əlli min) manatın tutularaq X24 verilməsi, mülki iddianın qalan hissədə təmin edilmədən rədd edilməsi, X21 mülki iddiasının qismən təmin edilməsi və X15 6.800.000 AZN (altı milyon səkkiz yüz min) manatın tutularaq X25 verilməsi, mülki iddianın qalan hissədə təmin edilmədən rədd edilməsi, zərərçəkmiş şəxslər X26, X13, X42, X27, X28 və İddiaçı vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, zərərçəkmiş şəxslər X6 və X9 vurulmuş ziyanın tam ödənilməsinin nəzərə alınması, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş ünvan 1 ünvanında inşa edilən «Mirvari Park» yaşayış kompleksində blok D2, 11-ci mərtəbədə yerləşən 24 nömrəli mənzilin və 2012-ci il buraxılışlı, “X57” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi və hərracda satılmaqla mülki iddiaların təmin edilməsinə yönəldilməsi hökm edilmişdir. Göstərilən hökm Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 1(103)- 52/2021 saylı Qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 1(101)-171/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tələbini müxtəlif vaxtlarda Cavabdeh1 409 000 AZN məbləğində pul verməsi, verdiyi pulun bir qisminin geri qaytarılması və əvəzləşdirilməsi ilə əsaslandırsa da, tələbinin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün sübut təqdim etməmişdir. İddiaçı eyni zamanda tələbinin maddi və mənəvi zərərin ödənilməsinə dair hissəsini də, cavabdehlərin pulunu geri qaytarmaması nəticəsində maddi və mənəvi zərərə uğraması ilə əsaslandırmışdır. İş üzrə sübutlarla iddiaçının Cavabdeh1 hər hansı məbləğdə pul vəsaitini verməsi və cavabdehlərin bu pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliklərinin yaranması təsdiq edilməmişdir. Əksinə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli hökmü ilə iddiaçının pulları Cavabdeh1 deyil, X33 verməsi müəyyən edilmişdir. İş üzrə olan sübutlarla cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulması halı təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericilivin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respubilkası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qərarın 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizlıklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 saylı Qərarının 6-cı bəndində izah edilmişdir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh1 hər hansı məbləğdə pul vəsaitini verməsi və cavabdehlərin bu pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliklərinin yaranması, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi halları sübut edilmədiyindən, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin iş üzrə 27 aprel 2021-ci il tarixli 2(074)-206/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2816/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2816/2021
25.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver