Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2823/2020 20.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı xx xxxxxx 2020ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(031)-745/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı iddia qaldıraraq xx xxxxxx 2020-ci il tarxli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, İddiaçı iddia ərizəsində işə mahiyyəti üzrə baxılıb qurtaranadək saxta yolla alınmış möhür və ştempeldən istifadənin Cavabdeh2 qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(031)-745/2020 saylı qərardadına əsasən işi qabaqcadan mahiyyəti üzrə həll etmədən və gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə saxta yolla alınmış möhür və ştempeldən istifadəyə Cavabdeh2 qadağan olunması qərara alınmışdır. İş üzrə Cavabdeh2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(031)745/2020 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(031)-745/2020 saylı qərardadına əsasən Cavabdeh2 şikayət ərizəsi təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(031)-745/2020 saylı qərardadı ləğv edilmişdir. İş üzrə İddiaçı məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(031)745/2020 saylı qərardadının ləğv edilməsi, əks halda şikayəti baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(031)-745/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. X1 şikayətini onunla əsalandırmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasında keçirilmiş bələdiyyə seçkilərində iştirak etmiş, iddiaçı və ondan başqa 8 nəfər Şabran rayon Pirəbədil Bələdiyyəsinə üzv seçilmişdir. Şabran rayonu Pirəbədil bələdiyyəsinə üzv seçilmiş 9 bələdiyyə üzvündən 7-nin iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə bələdiyyənin ilk iclası keçirilmiş, iclasda bələdiyyə üzvlərinin tanınması, bələdiyyə sədrinin seçilməsi, bələdiyyə sədrinin müavininin seçilməsi, bələdiyyə əmlakının və sənədlərinin yeni seçilmiş bələdiyyəyə təhvil verilməsi üçün komissiyanın yaradılması məsələləri müzakirə olunmuş və iddiaçı Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Həmin iclasda Cavabdeh2 iştirak etmiş, təkcə Cavabdeh2 iddiaçının sədr seçilməsinin əleyhinə səs vermiş, lakin o özünün bələdiyyə sədri seçilməsində iddialı olmamış və iclasın sonunda digər iştirakçılarla birlikdə iclas protokoluna imza etmişdir. Bundan sonra Şabran rayonu Pirəbədil Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli iclas qərarı ilə onun sədr seçilməyi barədə məlumatlar qanunvericiliyin tələblərinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana – Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinə göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında onu Şabran rayon icra hakimiyyətinə dəvət edərək bildirdilər ki, icra başçısı Asif Hüseynovun bələdiyyə sədrliyinə öz namzədi var, tələb edir ki, o, sədrlikdən imtina edərək istefa versin. O, təbii ki, bununla razılaşmamış və bildirmişdir ki, bələdiyyə seçkili orqandır, icra hakimiyyətinin buna qarışacağı olmamalıdır. İcra başçısı həmin bələdiyyənin sədri vəzifəsini Cavabdeh2 söz verib və bələdiyyə sədri o olmalıdır. Bundan bir neçə gün sonra onaməlum oldu ki, Şabran rayon Pirəbədil üzvlərinin adından 01 nömrəli xx.xx.2020-ci il tarixli protokol tərtib olunub və Cavabdeh2 bələdiyyə sədri seçilməsi barədə qərar qəbul olunub.Qeyd etdiyi kimi onun bələdiyyə sədri seçilməyi ilə bağlı iclas keçirilmiş, orada iddiaçı ilə yanaşı 6 bələdiyyə üzvü, o cümlədən Cavabdeh2 iştirak edərək digər iclas iştirakçıları ilə birlikdə iclas protokoluna imza etmişdir.xx xxxxxx 2020-ci il tarixdə və ondan sonrakı günlərdə Pirəbədil Bələdiyyəsinin inzibati binasında üzvlərin iştirakı ilə iclas keçirilməmiş, ümumiyyətlə onun belə bir iclasdan məlumatı olmamışdır.Lakin, buna baxmayaraq Cavabdeh2 özünün bələdiyyə sədri seçilməsi barədə saxta iclas protokolu tərtib edərək özünü bələdiyyə sədri kimi təqdim etmiş, hətta möhürün, künc ştampının və digər sənədlərin verilməməsi ilə bağlı ondan Şabran rayon Polis Şöbəsinə müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəfindən Cavabdeh2 və digər şəxslər tərəfindən bələdiyyənin inzibati binasının qapısının sındırılaraq ora daxil olması və onun inzibati binaya girməsinə maneə yaradılması ilə bağlı Şabran rayon Polis Şöbəsinə müraciət olunmuşdur.Şabran rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısının xx.xx.2020ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» qərarına əsasən hər iki ərizə əsasında toplanılmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, ərizədə göstərilənlərin araşdırılmasının məhkəmənin səlahiyyətində olduğu və məhkəməyə müraciət etmə hüquqlarının olması izah olunmuşdur.Bundan sonra Cavabdeh2 ona qarşı iddia ərizəsi ilə Şabran rayon Məhkəməsinə müraciət edərək Şabran rayonu, Pirəbədil Bələdiyyəsinin əmlakının, sənədlərinin, xəritələrinin, möhürünün və ştampının iddiaçının qanunsuz sahibliyimdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Həmçinin Cavabdeh2 iddianın təmin tədbiri barədə ərizə ilə Şabran rayon məhkəməsinə müraciət, edərək, İddiaçı Şabran rayon X2 əmlak, sənədlər, xəritələr, möhür və ştampdan istifadə edilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.Eyni zamanda onun tərəfindən Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi ilə Şabran rayon Məhkəməsinə müraciət olunaraq protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.Qarşılıqlı iddia ərizəsi ilə yanaşı iddianın təmin tədbiri barədə ərizə ilə Şabran rayon Məhkəməsinə müraciət edərək A.X4 sədri adından stifadə etməsi və bələdiyyə sədri kimi müstəqil qərarlar qəbul etməsinin qadağan edilməsi, Pirəbədil Bələdiyyəsinin vergi ödəyicilərinin qeydiyyat-uçot kitabının, bələdiyyənənin inzibati ərazi xəritələrinin və bələdiyyənin cari fəaliyyətini özündə əks etdirən digər sənədlərin qaytarılması vəzifəsinin Cavabdeh2 üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın təmin tədbiri barədə ərizə təmin olunmamış, həmin qərardaddan verdiyi şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdirİş yubanır deyə Cavabdeh2 böyük qanunsuzluqlar etmiş, guya özlüyündə dövləti, məhkəmə sistemini aldadaraq xx xxxxxx 2020-ci il tarixli, 03 saylı protokol tərtib etmişdir. Həmin protokola əsasən Cavabdeh2 guya yenidən sədr seçilmişdir. Həmin protokolu məhkəmə qaydasında mübahisələndirmişdir və Cavabdeh2 məhkəmədə bildirirdi ki, xx xxxxxx 2020-ci il tarixdə qanuni sədr seçilmişdir və yaxud da Atabala xx xxxxxx 2020-ci il tarixdə sədr seçilmişdisə bəs 12 avqustda yenidən nəyə görə sədr seçilirdi. Deməli, Cavabdeh2 artıq xx xxxxxx 2020-ci il tarixli protokolu üzə çıxarmaqla xx xxxxxx 2020-ci il tarixli iclas protokolunu şübhə altına alır. Bu onu deməyə əsas verir ki, Atabala İcra başçısının qanunsuz göstərişlərinə əsasən istədiyi vaxt iclas protokolu tərtib edə bilir, üzvləri qorxudaraq onlara imza etdirir və s.Qeyd etdiyi kimi Cavabdeh2 iddiaçıya qarşı möhürün qaytarılması barədə məhkəmədə iddia qaldırdığı halda rəsmi qəzetlərdə möhürün itməsi ilə bağlı elan verməsi bir daha keçirilmiş iclasın və həmin protokola möhür vurması qanunsuz olmuşdur.Cavabdeh2 hələ bələdiyyə sədri seçilməmiş saxtakarlığa başlamışdır. Belə ki, ona qarşı məhkəmədə iddia qaldıraraq möhür və ştempel tələb edir. Sonradan isə Respublikanın mühüm dövlət qəzetlərindən biri olan «Respublika» qəzetinin xx xxxxxx 2020-ci il tarixli buraxılışında elan verdirir ki, Şabran Rayon Pirəbədil bələdiyyəsinin möhür və ştempeli itdiyi üçün etibarsız sayılır. Bundan sonra isə Şabran Polis idarəsindən arayış alaraq hansısa mətbəədə yeni möhür və ştempel əldə etməyə nail olur. Burada Cavabdeh2 arayış vermiş Şabran RPŞ-in vəzifəli şəxsinin də məsuliyyəti qeyd olunmalıdır. Ona görə ki, bu mübahisədən RPŞ-in bütün əməkdaşlarının məlumatı vardır və bütün əməkdaşlar onu sədr kimi tanıyırlar. Hətta, RPŞ-də iddiaçı ilə Cavabdeh2 mübahisəsini də araşdırmışlar. Yəni, arayış verməzdən əvvəl əməkdaş ondan möhürün və ştempelin itib-itmədiyini soruşmalı idi, «Respublika» qəzetinin xx xxxxxx 2020-ci il tarixli sayında təkzib elanı da verilmişdir. Qeyd olunur ki, «Respublika» qəzetinin xx xxxxxx 2020-ci il tarixli sayında Şabran Rayon Pirəbədil bələdiyyəsinin möhür və ştampının itdiyi barədə dərc edilmiş elan etibarsız sayılır.Artıq Cavabdeh2 möhür və ştempel almasına dair bütün sübutlar saxta və etibarsız sayılmışdır. Ona görə də xx xxxxxx 2020-ci il tarixli İclas protokolu və onun əsasında alınmış yeni möhür və ştempel məhkəmə qaydasında etibarsız hesab edilməlidir. İşə mahiyyəti üzrə baxılana kimi isə möhür və ştempeldən istifadə Cavabdeh2 qadağan olunmalıdır.Şabran Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixlə qərardadında bütün bu qanunsuzluqları qeyd etməklə göstərmişdir ki, bələdiyyənin əsas möhür və ştempeli İddiaçı olduğuna görə Cavabdeh2 aldığı möhür və ştempel saxta olduğu üçün ondan istifadə də qadağan olunmalıdır. Bundan 13 gün sonra isə eyni hakim eyni işə baxaraq qeyd etmişdir ki, bələdiyyənin iş fəaliyyəti davam etdirildiyi halda tərəflər arasında məhkəmə çəkişmələri başa çatanadək, mülki mübahisə öz həllini tapanadək, bələdiyyə möhüründən və ştempelindən (hətta dublikatı olsa belə) istifadə edilməsi zərurəti yaranmışdır.Onu da nəzərə çatdırır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il xli, 2(105)-1720/2020 saylı qərardadı ilə ona da bələdiyyə sədri kimi möhür və ştempeldən istifadə edilməsi səlahiyyəti verilmişdir. Həmin qərardad qanuni qüvvəsini almışdır. Hesab edir ki, bu əsaslar da Cavabdeh2 əlində olan saxta peçat və ştempeldən istifadə etməsini istisna edir. Qeyd olunanlara əsasən Şabran Rayon Məhkəməsinin 2(031)-745/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi, Şabran Rayon Məhkəməsinin 2(031)- 745/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş 54 saylı X6 X13 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 57 saylı məktubun surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə ilk olaraq 54 saylı Şabran- Siyəzən seçki dairəsi X13na təqdim olunmuş 1 nömrəli protokola əsasən Cavabdeh2 Şabran rayon Pirəbədil bələdiyyəsinin sədri seçilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixində Şabran rayon Pirəbədil bələdiyyəsinin üzvləri tərəfindən Cavabdeh2, D.Məmmədovun, P.Mirzəyevanın, A.Axundovanın və E.Həsənovun iştirakları ilə keçirilmiş, iclasın prtokolunun möhürlənməsi üçün bələdiyyənin üzvü İddiaçı müraciət olunmuş, lakin o möhürün itirildiyini bildirmişdir. Yeni möhür alınması ilə əlaqədar X14 İdarəsinə müraciət olunması zərurəti yaranmışdır. Aktın doğruluğu A.Şeydyev, D.Məmmədova, Ü.Orucov, P.Mirzəyeva, A.Axundova və E.Həsənov tərəfindən təsdiq edilmişdir. İşə əlavə edilmiş Şabran rayon Pirəbədil Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 03 saylı iclas protokolundan görünür ki, xx xxxxx 1967-ci il təvəllüdlü, ali təhsilli Cavabdeh2 Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Bələdiyyə əmlakının və sənədlərin “Bələdiyyənin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 6cı bəndinə əsasən yeni seçilmiş sədrə təhvil təslim edilməsi üçün bələdiyyə üzvləri olan 3 nəfərdən ibarət komissiya yaradılmış və Cavabdeh2, X7 və X10 ibarət tərkibi təsdiq edilmişdir. İşə əlavə edilmiş Şabran rayon Pirəbədil Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 04 saylı iclas protokolundan görünür ki, X7 ictimai əsaslarla Şabran rayonunun Pirəbədil bələdiyyəsinin sədr müavini seçilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli Şabran rayon İHB-sı Aparatının hüquq şöbəsinin müdiri R.Ağayevin, Şabran rayon İH-nin məsul işçiləri D.Məmmədovun və V.Əhmədovun, Şabran rayon PŞ-nin sahə rəisi R.Ələkbərovun, Şabran rayon İHB-nın Pirəbədil İƏD-si üzrə nümayəndə müavini K.Süleymanovun, Pirəbədil Bələdiyyəsinin sədri, təhvil-təslim komissiyasının üzvü Ü.Orucovun tərtib etdikləri aktdan görünür ki, onların şahidliyi ilə bələdiyyə sədri və bələdiyyə üzvü Ülvi Orucov tərəfindən qapının qıfılı sındırılmış içəridə olan avadanlıq və sənədlərin təhvil – təsliminə başlanılmışdır. Bələdiyyəyə məxsus otaqlarda 10 köhnə stul, 2 köhnə on masası, 2 seyf, 1 köhnə kitab şkafı, 1 printer, 2 odun sobası, 1 madem aşkarlanaraq qeydə alınmışdır. Seyfləri açmaq mümkün olmadığından daxillərində nə olduğu müəyyən edilə bilməmişdir. Binada bələdiyyəyə məxsus önəmli sənəd aşkar edilməmişdir. Qapının qıfılı yenisi ilə əvəz olunmuşdur. Aktın doğruluğunu R.Ağayev, D.Məmmədov, V.Əhmədov, R.Ələkbərov, K.Süleymanov, Cavabdeh2 və Ü.Orucov öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X14 İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli 05/Ş-138in saylı Şabran rayon Pirəbədil Bələdiyyəsinə ünvanlanmış məktubda “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa istinad olunaraq bələdiyyələrin bütün iclaslarının protokollaşdırılması, protokolların iclasın sədri və katibi tərəfindən imzalanması və bələdiyyənin möhürü ilə təsdiq edilməsi, protokolların yazılış qaydası və s. göstərilməklə gələcəkdə bələdiyyə tərəfindən qeyd olunan qanunvericiliyin tələblərinə əməl olunması tövsiyə olunmuşdur. İşə əlavə edilmiş Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli,08/40 saylı məktubdan görünür ki, Şabran rayon Pirəbədil bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı iclasında İddiaçı bələdiyyə sədri vəzifəsindən azad edilməsi və Cavabdeh2 Pirəbədil Bələdiyyəsinin sədri seçilməsi barədə qərar qəbul edilmişdir. Şabran rayon Pirəbədil bələdiyyəsinin 6 nəfər bələdiyyə üzvünün iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 03 saylı iclas protokolu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmişdir. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə hesab etmişdir ki, bələdiyyənin iş fəaliyyəti davam etdirildiyi bir halda, tərəflər arasında məhkəmə çəkişmələri başa çatanadək, mülki mübahisə öz həllini tapanadək, bələdiyyə möhüründən və ştempelindən (hətta dublikatı olsa belə) istifadə edilməsi zərurəti yaranmışdır. Ona görə də, Şabran rayon Pirəbədil Bələdiyyəsinin normal iş fəaliyyətinin davam etdirilməsi üçün həmin möhür və ştempeldən istifadəyə qadağa qoyulması barədə Şabran rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(031)-745/2020 saylı qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 2-ci bəndinə əsasən, Bələdiyyələrin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıla bilər. Bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyinin layihəsi onun çağırılması təşəbbüsünü irəli sürənlər tərəfindən təsdiq edilmək üçün bələdiyyə iclasının müzakirəsinə çıxarılır. Bələdiyyə sədri və ya sədr olmadıqda onun səlahiyyətlərini həyata keçirən müavini iclası çağırmadıqda və ya onun keçirilməsinə mane olduqda, iclasın çağırılması təşəbbüsünü irəli sürən bələdiyyyə üzvləri bu maddənin 1-ci hissəsinə uyğun olaraq iclasda bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdiyi halda özləri iclas keçirə bilərlər. İş materiallarından müəyyən olunur ki, Bələdiyyənin normal fəaliyyət göstərməsini bərpa etmək üçün Şabran rayonu Pirəbədil Bələdiyyəsinin üzvləri xx.xx.2020-ci il tarixdə bələdiyyə üzvlərinin üçdə birinin təşəbbüsü ilə iclas keçirmiş, 9 nəfərdən ibarət Pirəbədil Bələdiyyəsi üzvlərindən 6 nəfər bələdiyyə üzvü həmin iclasda iştirak etmiş və iclasda Cavabdeh2 Şabran rayonu Pirəbədil Bələdiyyəsinə sədr seçilməyi barədə yeni qərar qəbul edilmiş və qərarın surəti ərazi üzrə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmişdir. Göründüyü kimi, 9 nəfərdən ibarət Pirəbədil Bələdiyyəsi üzvlərindən 6 nəfər bələdiyyə üzvünün iştirakı ilə iclas keçirilmiş və həmin iclasda Cavabdeh2 bələdiyyəyə sədr seçilmişdir. Hazırda bələdiyyənin fəaliyyəti davam edir və bələdiyyə möhüründən və ştempelindən (hətta dublikatı olsa belə) istifadə edilməsi zərurəti yaranmışdır. Belə olan halda bələdiyyə möhüründən və ştempelindən istifadəyə qadağa qoyulması bələdiyyənin fəaliyyətinə maneə yaradacaqdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi möhür və ştempeldən istifadəyə qadağa qoyulması barədə özünün qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli 2(031)-745/2020 saylı qərardadı ləğv edilməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(031)-745/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2823/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2823/2020
20.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver