Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2833/2020 22.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1,Ərizəçi nümayəndəsi X8, X3 və onun vəkili X4 iştirakları ilə açıq məhkəmə iclasında Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(031)-591/2016 saylı qərardadından Ərizəçi şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(031)-591/2016 saylı qərardadı ilə (sədrlik edən, hakim Çingiz İsgəndərov) X5 qətnamədən apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 2(031)-591/2016 saylı, xx xxx 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzürlü hesab edilməsi qərara alınmış, Ərizəçi qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Şabran Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(031)-591/2016 saylı qətnaməsi ilə Şabran şəhər bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 05 saylı iclas protokolundan çıxarışa əsasən şəhərin 17-ci məhəllə adlanan yaşayış hissəsindən 400 kv.m torpaq sahəsinə məhkəmə qətnaməsinə əsasən Ərizəçi mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması və daşınmaz əmlaka mülkiyyət sənədinin verilməsi qət edilmişdir. X9Şabran Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(031)-591/2016 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və eyni zamanda vəsatətlə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(031)-591/2016 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi müddətinin üzürlü hesab etməklə həmin müddəti bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(031)-591/2016 saylı qərardadı ilə X5 Şabran Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(031)-591/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzürlü hesab edilməsi barədə vəsatətinin təmin edilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, qərardadla razılaşmır, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, məhkəmə heç bir əsasla qətnamənin çıxarılmasından 4 il keçməsinə baxmayaraq, guya maraqlarına toxunan şəxsin karantin rejimi ilə əlaqədar müqavilə bağlamaq istədiyi Bakı şəhərində olan vəkilinin yanına gedib-gələ bilməməsini əsas gətirərək Şabran Rayon Məhkəməsinin xx xxx 2016cı il tarixli, 2(031)-591/2016 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətini üzürlü hesab etməklə həmin müddəti bərpa edib apellyasiya şikayətinin mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarmışdır. Məhkəmə 2016cı ildən deyil, 2020-ci ilin mart ayının 19-dan pandemiya ilə əlaqədar ölkə ərazisində karantin rejiminin tətbiq edilməsini nəzərə almamışdır. Məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmədiyindən qərardad ləğv edilməlidir. Heç bir qanuni əsası olmayan və icra mərhələsini belə keçmiş bir iş üzrə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi tam qanun pozuntusu olduğundan qərardad ləğv edilməlidir. Şikayətdə iş üzrə məhkəmə qərardadının edilməsi və apellyasiya şikayətinin təmin edilməməsi barədə yeni qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X12 şikayətdə göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qərardadının ləğv olunmasını xahiş etdi. X7 məhkəmə iclasında şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X16 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, ərizəçi məhkəmə iclasına gəlmədiyindən, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və X5 qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsətətinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. İş materiallarından görünür ki, Şabran Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(031)-591/2016 saylı qətnaməsi ilə Şabran şəhər bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 05 saylı iclas protokolundan çıxarışa əsasən şəhərin 17-ci məhəllə adlanan yaşayış hissəsindən 400 kv.m torpaq sahəsinə məhkəmə qətnaməsinə əsasən Ərizəçi mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması və daşınmaz əmlaka mülkiyyət sənədinin verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. X9 apellyasiya şikayətində qəbul edilən qətnamənin onun oğlu X2 mülkiyyət hüquqlarını pozduğunu göstərmiş və məhkəmə kollegiyasının iclasında bu pozuntunun Ərizəçi onun oğlunun torpaq sahəsini zəbt edərək istifadə etməsində ifadə olunduğunu bildirmişdir. Həmçinin iş materiallında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınınxx xxxxxx 2016-cı il tarixli, 2(105)-109/2016 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi X6 qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(031)-97/2014 saylı qətnaməsindən X5 apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(031)-97/2014 saylı qətnaməsi ləğv edilmiş, Ərizəçi iddia tələbi torpaq sahəsində özbaşına tikilmiş tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması hissəsində təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, 2(105)-109/2016 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi Kamran Rəsulova deyil, Dəvəçi (Şabran) rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 08 saylı sərəncamı ilə onun oğlu Ərrəhman Rəsulova verilmişdir. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər. Həmin Məcəllənin 50.1-ci maddəsinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə Ərizəçi olmuş, ərizə isə torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması barədədir. İş materiallarından görünür ki, X9 işdə iştirak edən şəxs olmamış, ona qarşı hər hansı bir tələb də irəli sürülməmiş, hazırki iş üzrə qətnamə qəbul edildikdən 4 ildən çox vaxt keçdikdən sonra qətnamədən apellyasiya şikayəti vermişdir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilir ki, MPM-in 361, 363 və 366-cı maddələrində apellyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilib-verilməməsinin araşdırılmasına yönəlmişdir. Belə hüquqa malik olan şəxs apellyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi qətnamədən apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətə baxarkən X5 Şabran Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(031)-591/2016 saylı qətnaməsindən apelyasiya şikayəti vermək üçün subyektiv hüquqa malik olub-olmamasını, qətnamə ilə onun hansı hüquqlarının məhdudlaşdırıldığını və ya üzərində hansı vəzifələr müəyyən edildiyini aydınlaşdırmamış, Şabran Rayon Məhkəməsinin icraatında olmuş 2(031)-97/2014 saylı mülki işi nəzərdən keçirməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, X5 qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsətətinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi şikayəti qismən təmin edilsin. İş üzrə Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(031)-591/2016 saylı qərardadı ləğv edilsin. X5 Şabran Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(031)-591/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsətətinə yenidən baxılması üçün iş Şabran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2833/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2833/2020
22.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver