Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2875/2021 03.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı əmlakların bölünməsi, əmlak və maddi zərər tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(031)-46/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(031)-46/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Dəvəçi rayonunun Rəhimli sovxozundan tərəflərə əmlak payı olaraq verilmiş texnikalardan İddiaçı düşən əmlak payı 1 ədəd ot presləyən müəyyən edilərək Cavabdeh1 sahibliyindən alınıb ona verilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi, İddiaçı və Cavabdeh1 100 (yüz) manat ekspertiza xərcinin müştərək qaydada tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir (hakim Çingiz İsgəndərov). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(031)-46/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Dəvəçi rayonunun Rəhimli sovxozundan onlara əmlak payı olaraq verilmiş 1 ədəd traktor və 1 ədəd ot presləyənin bölünərək ona düşən əmlak payının müəyyən edilərək ayrılması və Cavabdeh1 qanunsuz sahibliyindən ona geri qaytarılması, Cavabdeh1 ona vurduğu maddi zərərə görə 50400 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, 5 qardaşdırlar, aqrar islahatlar keçirilən zamanı 5 qardaşa, yəni ailə üzvlərinə traktor və ot presləyicisi pay verilmişdir. Hesab edir ki, həmin onlara düşən presləyicinin dəyəri aralarında bölünməlidir. Presləyicinin qiyməti hazırda 2000 manat təşkil edir. 4 qardaş həmin əşyanı satmaq istəmirlər. İddiaçı olan qardaşı əşyanı özünə götürmək istəyir. Halbuki ot presləyicisi onların beşinə də məxsusdur. Onun dəyəri müəyyənləşdirilməli və 5 qardaşın arasında bölünməlidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şabran Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(031)-46/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, ot presləyicisini özü almış, qardaş kimi digər qardaşlarının istifadəsinə vermişdir. Amma ona lazım olduqda cavabdeh qardaşı Cavabdeh1 otu presləməyinə icazə vermir. Bu günə qədər onun üçün nə iş görübsə presləyicinin pulunu ödəməyinə baxmayaraq zəhmət haqqını artıqlaması ilə ödəmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şabran Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(031)-46/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, birinci instasiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, Dəvəçi rayonunun Rəhimli sovxozundan tərəflərə əmlak payı olaraq verilmiş texnikalardan İddiaçı düşən əmlak payı 1 ədəd ot presləyənin müəyyən edilərək Cavabdeh1 sahibliyindən alınıb iddiaçıya verilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən «Sovxov və kolxozları islahatı» haqqında Azərbaycan Respubliksının Qanununa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə istinad etmişdir. Məkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş oluğu nəticə ilə razılaşmaq olmaz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Bundan başqa iş materiallarından görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)- 496/2020 saylı, 20 avqust 2020-ci il tarixli və 2(031)-46/2021 saylı, 30 noyabr 2020-ci il tarixli qərardadları ilə sorğuya cavab alınana qədər iş üzrə icraat dayandırılmış, 2(031)- 496/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli və 2(031)-46/2021 saylı, 05 fevral 2021-ci il tarixli qərardadları ilə həmin qərardadlar ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Halbuki qanunvericiliyin tələblərinə görə hər hansı bir sorğuya cavab alınanadək iş üzrə icraatın dayandırılması və iş üzrə icraat təzələnənərkən iş üzrə icraatın dyandırılması barədə qərardadın ləğv edilməsi nəzərdə tutulmamışdır. Bundan başqa iş materiallarından görünür ki, 05 fevral 2021-ci il tarixli protokolda protokolun tərtib olunmasına dair tarixdə düzəliş olunmuşdur. Eləcə də iş materiallarında qərardadın tarixi “05 fevral 2021-ci il” kimi qeyd olunduğu halda, elektron məhkəmə sistemində iş üzrə icraatın təzələnməsinə dair «04 fevral 2021-ci il» və «05 fevral 2021ci il» tarixli aktlar imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Buna görə də qətnamənin prosessual əsaslarla ləğv edilməsi qənaətinə gəldiyi üçün məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə yenidən qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Buna görə də qətnamənin prosessual əsaslarla ləğv edilməsi qənaətinə gəldiyi üçün məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə yenidən qiymət verilməlidir. İddia tələbinə qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 01 oktyabr 1999-cu il tarixli, 79 saylı əmlakdan pay haqqının verilməsi barədə aktın surətindən görünür ki, əmak payı almaq hüququna malik şəxs X1 qruplaşma halında Həşimova Səbirə, Həşimov Həsən, İddiaçı və Həşimov Rafiklə birlikdə bir ədəd traktor və bir ədəd otbiçən verilmişdir. İş materiallarında olan 04534 saylı qeydiyyat şəhadətnamələrindən görünür ki, 1988ci il buraxılışlı qırmızı rəngli, zavod nömrəsi 6271 olan PPA-F 1,6m ot presləyən və traktor Cavabdeh1 adına qeydə alınmışdır. İşə əlavə edilmiş əmlakdan pay haqqının verilməsi barədə 79 saylı aktdan görünür ki, İddiaçı pay almaqdan ötrü ******* AZM (köhnə manat) ödəmişdir. Həmin aktdan görünür ki, otpresləyənin dəyəri ******* AZM (köhnə manat) qeyd edilmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, ot presləyən və taktor beş nəfərə verilmişdir. Belə olduqda məhkəmə kollegiyası hesab edir ki, həmin əmlaklar üzərində 5 nəfərin payı mövcuddur. Lakin həmin şəxslərdən yalnız iddiaçı payını tələb etdiyindən onun həmin əmlaklar üzərində 1/5 payı müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi ona ayrılmış əmlak payının Cavabdeh1 qanunsuz sahibliyindən ona geri qaytarılması hissəsində təmin olunmamalıdır. Belə ki, həmin əmlaklar əmlak payı kimi tək cavabdehə deyil, digər şəxslərə də ayrılmışdır. Bundan başqa paylar müəyyən olunduqdan sonra onun bölünməsi tələb oluna bilər. «Sovxoz və kolxozların islahatı haqqında» Azəbaycan Respublikasının Qanunun 9cu maddəsinə əsasən əmlakı xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payı müəyyənləşdirilmr. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyər ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmi Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı Cavabdeh1 vurduğu maddi zərərə görə 50400 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Lakin iddiaçı iddiasını bu hissədə əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Belə ki,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür. Lakin hazırki işdən görünür ki, iddiaçı ona 50400 manat maddi ziyan dəyməsini bildirsə də, həmin məbləğdə ziyanın hansı qaydada hesablanmasına dair sübutlar təqdim etməmişdir. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X2 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68) Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X2 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir. Beləliklə iş materiallarından müəyyən olunur ki, 01 oktyabr 1999-cu il tarixli, 79 saylı əmlakdan pay haqqının verilməsi barədə aktın surətindən görünür ki, əmak payı almaq hüququna malik şəxs X1 qruplaşma halında Həşimova Səbirə, Həşimov Həsən, İddiaçı və Həşimov Rafiklə birlikdə bir ədəd traktor və bir ədəd otbiçən verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əmlak payının müəyyən edilməsi hissəsidə təmin edilməli, əmlak payı kimi verilmiş otbiçən və traktor üzərində 1/5 hissədə əmlak payı müəyyən edilməli, iddia qalan hissıdı tımin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Dəvəçi rayonunun Rəhimli sovxozundan tərəflərə əmlak payı olaraq verilmiş 1 ədəd traktor və 1 ədəd ot presləyənin 1/5 hissəsinə İddiaçı пай щцгугу танынmalı, 4/5 щиссядя пай ачыг сахланылmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, İddiaçı və Cavabdeh1 100 (yüz) manat ekspertiza xərcinin müştərək qaydada tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(031)-46/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 qarşı əmlakların bölünməsi, əmlak və maddi zərər tələbinə dair iddiası qismən təmin edilsin. Dəvəçi rayonunun Rəhimli sovxozundan tərəflərə əmlak payı olaraq verilmiş 1 ədəd traktor və 1 ədəd ot presləyənin 1/5 hissəsinə İddiaçı пай щцгугу танынsın. 4/5 щиссядя пай ачыг сахланылsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı və Cavabdeh1 100 (yüz) manat ekspertiza xərci müştərək qaydada tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2875/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2875/2021
03.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver