Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-293/2021 02.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1295/2019 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1295/2019 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən onun sərbəst şəkildə istifadə etməsinə qarşı Cavabdeh tərəfindən törədilən bütün manelərə son qoyulması qət edilmişdir (hakim Anar Sadıqov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1295/2019 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestridən çıxarışa əsasən mülkiyyətində olan 0,09 ha torpaq sahəsindən sərbəst şəkildə istifadə etməsinə qarşı törədilən bütün maneçiliklərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Hazırda Xaçmaz Rayon Məhkəməsinin icraatında onun İddiaçı qarşı mübahisəli evə dair hüquqmüəyyənedici sənədləriun (çıxarışın və texniki pasportun) etibarsız hesab edilməsinə dair ərizəsi var. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Qımılqışlaq kəndində olan 0,09 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli, **********58-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hesab edir ki, hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsinə dair işə baxılıb qurtaranadək hazırki iş üzrə icraat dayandırılmalı idi. Cavabdeh apelyasiya şikayətində Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1295/2019 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Qımılqışlaq kəndində olan 0,09 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli, **********58-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4,157.8-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestridən çıxarışa əsasən mülkiyyətində olan 0,09 ha torpaq sahəsindən sərbəst şəkildə istifadə etməsinə Cavabdeh tərəfindən törədilən bütün maneçiliklərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənçam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətci qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçiyə qəsd və ya başqa manelər əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8.-ci maddəsinə uyğun olaraq mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də məxsusdur. Hazırki iş materiallarından göründüyü kimi, iddiaçı mülkiyyətində olan torpaq sahəsindən istfiadə edə bilmir və mülkiyyətində olan əmlakdan istifadəsinə cavabdeh maneə törədir. Cavabdeh apelyasiya şikayətində mübahisəli əmlaka dair iddiaçının adına olan hüquqmüəyyənedici sənədlərin məhkəmə qaydasında mübahisələndirdiyini bildirməklə qeyd edilən halı dolayısı yolla etiraf etmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində qeyd etdiyi hala, iddiaçının adına olan hüquqmüəyyənedici sənədləri məhkəmə qaydasında mübahisələndirdiyinə görə iş üzrə icraatın dayandırılmasına, qiymət verərək qeyd edir ki, cavabdeh buna dair iddia ərizəsinin təqdim edilməsinə dair sübutu, eləcə də məhkəmə bildirişini məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bir daha qeyd edir ki, hazırki gündə mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir və torpaq sahəsinə dair çıxarışın ləğvinə dair hər hansı məhkəmə qərarı mövcud deyildir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı sübutu təqdim etməmişdir. Cavabdehin dəlilləri iş materialları ilə təkzib edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1295/2019 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1295/2019 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-293/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-293/2021
02.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver