Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2977/2020 24.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-165/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-165/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Günel Tanrıverdiyeva) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 ədəd dəmir qapısının dəyəri olan 1666 manat, 6 ədəd otaq qapısının dəyəri olan 2700 manat, yararsız vəziyyətə düşmüş divar kağızlarının dəyəri olan 450 manat, ümumilikdə 4370 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, 2015-ci ilin yay aylarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən mənzilinə qapı almaq məqsədilə Sumqayıt şəhəri, 6 mkr ərazisində yerləşən Cavabdeh məxsus "Starçelik" qapı satışı mağazasından 1 ədəd dəmir qapı dəyəri 1666 manat, 6 ədəd otaq qapısı dəyəri 2700 manat məbləğində olan qapılar sifariş etmiş, ödənişləri isə cavabdehə deyil, onun dayısı oğluna ödəmişdir. Lakin, cavabdeh bu günə qədər sifariş etdiyi qapıları gətirib quraşdırmamışdır, elə bu səbəbdən mənzilin otaqlarına vurduğu divar kağızları yararsız vəziyyətə düşmüşdür və nəticədə 450 manat məbləğində ziyan dəymişdir. İşə baxan birinci instansiya məhkəməsi mühüm əhəmiyyəti olan faktiki halları tam araşdırmadan və tərəflər arasında olan münasibətləri aydınlaşdırmadan qətnamə çıxarmışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-165/2020 saylı qətnaməsinin ləğv edilməsinin və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Cavabdeh Əziz oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izhatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, təxminən 2014-cü ildən iddiaçını tanıyır. Belə ki, o, iddiaçının Bakıda yerləşən mağazalarından birini icarəyə götürməklə bir müddət işlətmişdir. Təxminən 2015-ci ildə iddiaçı ona evinə quraşdırılması üçün qapılar sifariş etmişdir. İddiaçının sifarişi əsasında o onun evinə 3 ədəd 5000 manat dəyərində dəmir qapı, 2700 manat dəyərində 6 qapı göndərmişdir. İddiaçının oğlu ilə danışıb onun razılığı ilə 6 qapını Tovuz rayonuna göndərmişdir. Ona görə də o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X4 bildirdi ki, bir neçə dəfə digər ustalarla birlikdə iddiaçının evinə qapıların quraşdırılması məqsədi ilə getsə də, həmin qapılar deyilən vaxtda mənzilə çatdırılmamışdır. Tərəflər arasında qapıların məbləği ilə bağlı söhbətlərdən isə xəbəri yoxdur. İş materiallarında olan “xxxx” MTK-nın sədri Ş.Məmmədzadə, mühasib E.Aslanov və ev sahibi Orxan Sultanov tərəfindən tərtib edilmiş aktdan görünür ki, 69 nömrəli mənzilin 18 kv.m yataq otağında vurulmuş 6 ədəd 75 manat dəyərindən olan oboy havasızlıq şəraitində qaldığından kleyin üzə çıxma nəticəsində sıradan çıxmışdır. İşdə olan Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli ***-**** saylı məktubda qeyd edilmişdir ki, İddiaçı ərizəsində xahiş etdiyi məsələ MM və MPM-nin tələblərinə əsasən məhkəmələrin səlahiyyətində olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 11 a, mənzil 119-da yaşayan İddiaçı ərizə ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-yə müraciət edərək bildirmişdir ki, 2015ci ilin yay aylarında Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən «Starçelik» qapı satışı mağazasını işlədən Elnur adlı şəxs onun mənzilinə 3 ədəd dəmir qapı və 6 ədəd taxta qapı quraşdırmaq adı ilə ondan ümumilikdə 7700 manat pul alaraq ona qarşı dələduzluq etmişdir. Polis bölməsində araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, 2015-ci ilin yay aylarında özünə məxsus Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 3 mənzilin qapılarını almaq üçün Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində «Azpetrol» YDM-nin yaxınlığında yerləşən Elnur adlı şəxsin işlətdiyi «Starçelik» qapı satışı mağazasına gedib, ilk olaraq mənzilin otaqlarının 6 ədəd qapısını almaq üçün Elnura 2700 manat pul vermiş, təxminən bir il sonra, yəni 2016-cı ildə əlavə olaraq Elnura 5000 manat pul vermişdir ki, mənzillərə 3 ədəd dəmir qapılar alsın. Lakin Elnur mənzillərin iki ədəd dəmir qapısını tam quraşdırıb, bir ədəd dəmir qapısını isə yarımçıq vəziyyətdə gətirib ona vermiş, qalan 6 ədəd otaq qapısını isə bu günə qədər ona verməmişdir. Buna görə də polisə müraciət etmişdir. Onu da qeyd etmişdir ki, hazırda onun tələbi Elnurun ondan pullarını aldığı 6 ədəd otaq qapısını və bir ədəd dəmir qapının aksessuarlarını gətirib verməsidir. Polis bölməsində araşdırma zamanı X6 izahatında göstərmişdir ki, 2014-2015-ci illərdə Bakı şəhəri, Yasamal rayonu ərazisində İddiaçı məxsus mağazanı icarəyə götürüb, həmin obyektdə mənzil qapılarının satışı ilə məşğul olmuş və hər ay Əzizağaya icarə haqqı kimi 800 manat pul vermişdir. Son bir neçə ayda Əzizağa ona təklif etmişdir ki, hər ay ona icarə haqqı kimi 200 manat pul versin, qalan pulun əvəzində isə ona 5-6 ədəd taxta otaq qapısı verər. Sonra o həmin obyekti təhvil verib, Sumqayıt şəhərinə gələrək 6-cı mikrorayon ərazisində «Çelik Qapılar» mağazasını icarəyə götürüb işlətməyə başlamışdır. Təxminən 2 ay bundan əvvəl Əzizağa üçün 6 ədəd taxta qapını onun ünvanına göndərmək istərkən, Əzizağa onun işçilərini telefonla təhqir etməyə başlamışdır ki, niyə gec gəlirlər. Bundan sonra o, Əzizağa ilə danışmış və nə üçün işçilərini təhqir etdiyini soruşmuş, onu iş yerinə dəvət etmişdir. Həmin vaxt Əzizağanın oğlu onun iş yerinə gələrək, atasının əvəzinə ondan üzr istəmişdir. Əzizağa da onun iş yerinə gələrək, ona verdiyi qapıların sex malı olduğunu deyərək qapıları götürməmişdir. O da həmin qapıları dəyər-dəyməzinə başqa bir şəxsə vermişdir. Onu da qeyd etmişdir ki, işlətdiyi mağazada sex qapıları satmır, həmin qapıları X3 şəhərindən gətirir. Həmçinin əlavə etmişdir ki, Əzizağa yalan deyir, ondan heç bir nağd pul almamış, yuxarıda qeyd etdiyi kimi aralarında olan şifahi razılaşmaya əsasən ona 5-6 ədəd qapı verməli olmuşdur və Əzizağaya heç bir borcu yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 29512 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qapı hal-hazırda istifadə olunsa da, bu tip qapıların texniki imkanları geniş olduğundan qapının tam istifadəyə yararlı olması üçün bütün funksiyaları işlək vəziyyətdə olmalıdır. Bünün üçün isə xüsusi mütəxəssislər tərəfindən qapının bütün funksiyaları yoxlanılmalı, əgər təmirə ehtiyac varsa, zəruri təmir işləri aparılmalı və qapının tam istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün lazım olan məbləğ müəyyən edilməlidir. Məhkəməyə təqdim edilmiş İddiaçı, X7 və X5 tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evinin giriş qapısının ehtiyat hissələri yoxdur. Qara bazarda həmin ehtiyat hissələri, yəni qapının dəstəyi 250 manat, altı ədəd elementi (batareyası) 480 manat, qapını açmaq üçün barmaq izi ehtiyat hissəsi 400 manata satılır. Beləliklə İddiaçı vurulmuş ziyan 1130 manatdır. Birinci instansiya məhkəməsi iş materaiallarına istinadən iddiaçının iddianın əsasını təşkil edən halların sübuta yetirilməməsi əsası ilə iddianı təmin etməmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X8 Məhkəməsinin «X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini əsası kimi istinad etdiyi halları, sübuta yetirə bilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh polis şöbəsində verdiyi izahatında iddiaçı ilə aralarında otaq qapılarının alqı-satqısı barədə razılaşma olsa da, sonradan iddiaçının ondan qapı almamasını, həmçinin 5-6 qapının əvəzinə ona hər hansı məbləğdə pul ödənilməməsini göstərmiş, iddiaçının ərizəsi araşdırılmış və xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hazırki gündə də həmin qərar qanuni qüvvəsindədir və iddiaçı tərəfindən həmin qərar da hər hansı formada mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə dair nəticəyə gələrkən haqlı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-165/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2977/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2977/2020
24.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver