Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-303/2023 25.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: sığorta məbləğinin subroqasiya qaydasında tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X17 (sədrlik edən və məruzəçi), X6 və X10 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli e-2(060)-4145/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinə əsasən H029366 dövlət qeydiyyat nişanlı, Mazda 2 markalı avtomobil "xxxx" ASC-də xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixə kimi sığortalanmışdır. xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən H029366 dövlət qeydiyyat nişanlı, Mazda 2 markalı avtomobilə dəymiş zərərin məbləği 11457 manat, sığorta ödənişi isə 5200 manat məbləğində müəyyən edilmişdir. Avtomobilin real bazar dəyərindən 6700 manat qalıq dəyəri və 100 manat azadolma çıxılmaqla 5200 manat sığorta ödənişi sığortalının hesabına köçürülmüşdür. xx.xx.2020-ci il tarixli, 104850 №-li qiymətləndirməyə dair hesabata əsasən H029366 dövlət qeydiyyat nişanlı, Mazda 2 markalı avtomobilin ehtiyat hissələrinə qəza nəticəsində dəymiş zərərin həcmi 9962,28 manat təşkil edir. xx.xx.2020-ci il tarixli “Sığorta hadisəsi nəticəsində tam itkiyə uğramış avtonəqliyyat vasitəsinin qalıq hissə dəyərinin məbləğinin qarşılıqlı razılaşdırılmasına dair” akta əsasən xx.xx.2020-ci il tarixdə qəzaya məruz qalmış H029366 dövlət qeydiyyat nişanlı, Mazda 2 markalı avtomobil tam itkiyə məruz qalmış və avtomobilin hadisədən sonrakı qalıq hissə dəyəri 6700 manat, bazar dəyəri isə 12000 manat məbləğində müəyyənləşdirilmişdir. xx.xx.2020-ci il tarixli, 194ET №-li qiymətləndirməyə dair hesabata əsasən Mazda 2 markalı, H 029 366 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qalıq dəyəri 6000 manat təşkil edir. Sabunçu DYPŞ-in xx.xx.2020-ci il tarixli, TP3823551 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X14 Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məxsus olan sürücü X14 tərəfindən idarə olunan **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış H029366 dövlət qeydiyyat nişanlı Mazda 2 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli TP3823551 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü X14 təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən müqavilə üzrə öhdəlikləri əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən H029366 dövlət qeydiyyat nişanlı Mazda 2 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 11457 manat manat müəyyən edilmişdir. Qeyd olunan qanunun tələbinə əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin qalıq dəyəri müəyyənləşdirilməsi üçün qiymətləndirilmə keçirilmiş və nəqliyyat vasitəsinin qalıq dəyəri 6700 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin əvəzi üçün ümumilikdə 100 manat azadolma, 6700 manat qalıq dəyəri çıxılmaqla 5200 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin sahibinə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortasının olmadığı müəyyən olunmuşdur. Sığorta ödənişi olan 5200 manat manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini cavabdehlərdən xahiş edilmiş, cavabdehlər tələb olunan məbləği ödəməkdən yayınmışlar. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh1 məxsus olan nəqliyyat vasitəsini etibarnaməsiz idarə edən X14 törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Beləliklə, "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş 5200 manat məbləğində vəsaitin subroqasiya qaydasında Cavabdeh1 və X2 qaydasında tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdeh1 və X2 qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 5200 manat sığorta ödənişinin, ödənilmiş 72 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək iddia ərizəsinin xahiş hissəsindən cavabdeh kimi qeyd olunmuş X9 çıxarılmasını, həmçinin Cavabdeh2 cavabdeh qismində işə cəlb olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 5200 manat sığorta ödənişinin və ödənilmiş 72,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbinə etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, o, **-BX-*** dövlət nömrə nişanlı VAZ 21074 minik avtomobili sataraq, 28 noyabr 2014-cü ildə baş etibarnamə əsasında X1 vermişdir. "xxxx" ASC-dən qeydiyyat ünvanına subroqasiya qaydasında ödənişin tələb olunması ilə bağlı daxil olduqdan sonra, tərəfindən "Mobil Notariat" tətbiqi vasitəsi ilə müəyyən olunmuşdur ki, **-BX-*** dövlət nömrə nişanlı VAZ2107 minik avtomobili baş etibarnamə əsasında əsasında Sahin Heybətağa oğlu tərəfindən Cavabdeh2 sərəncamına verilmişdir. X8 nəqliyyat vasitəsini Cavabdeh2 verərkən ona bu barədə məlumat verməmişdir. Bu hallar müəyyənləşən kimi 8 fevral 2021ci il tarixli etiraz məktubu ilə "xxxx" ASC-ni bu barədə məlumatlandırmış və 5200 manat məbləğin ödənilməsi tələbinə etiraz etmişdir. Həmçinin 8 fevral 2021-ci il tarixində **-BX-*** dövlət nömrə nişanlı VAZ2107 minik avtomobilinin axtarışa verilməsi və duracağa yerləşdirilməsi barədə Bakı şəhər Baş X22 İdarəsinə müraciət etmişdir. Bakı şəhər X22 İdarəsinin ona ünvanladığı 19587Ş-3221 saylı, xx.xx.2021-ci il tarixli məktubla məlum olur ki, Baş Yol Polis İdarəsinin mərkəzi informasiya sistemində həmin avtomobilə dair verilmiş etibarnamənin müddətinin bitməsinə dair məlumatlar mövcuddur. Baş X22i İdarəsinin informasiya sisteminin məlumatlarına əsasən həmin avtomobilə dair sonuncu etibarnamənin Cavabdeh2 verilməsinin nəzərə alnaraq, müraciət səlahiyyətləri daxilində baxılıb tədbir görülməsi üçün Sabunçu rayon Polis İdarəsinə göndərilmişdir. Sonra tərəfindən "xxxx" ASC-уə yenidən 7 mart 2021-ci il tarixli etiraz məktubu göndərilərək, qeyd olunan hallar barədə məlumatlandırılmış, habelə bildirilmişdir ki, sözügedən nəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixində zərərvuran X14 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2 maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilərkən, avtomobil etibarnaməsiz idarə edilmişdir. Həmçinin "xxxx" ASC-уə təklif edilmişdir ki, 5200 manat məbləği Cavabdeh2 oğlundan və X7 tələb etsinlər. Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 24 mart 2021-ci il tarixli məktubundan məlum olur ki, VAZ21074 markalı, **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verdiyi etibarnamənin ləğv olunmasına baxmayaraq qanunsuz idarə olunduğu üçün həmin avtomobilin saxlanılmasına köməklik göstərilməsi məqsədilə BDYPİ-yə ünvanladığı müraciətə araşdırma aparılaraq baxılmışdır. Məktubda bildirilir ki, göstərilən avtomobilin sürücüsünün müəyyənləşməsi istiqamətində axtarışı keçirilmiş, sürücünün yaşadığı ünvana bildiriş və aidiyyəti Polis Bölməsinə təlimatlandırıcı göndərilmiş, lakin heç bir nəticə əldə etmək mümkün olmamışdır. Məktubda o da qeyd edilir ki, avtomobilin axtarışı ilə bağlı keçirilmiş bütün axtarış tədbirlərinə baxmayaraq həmin avtomobili və sürücüsünü müəyyən etmək mümkün olmamışdır, avtomobilin saxlanılması barədə BDYPİ-nin mərkəzi informasiya sistemində müvafiq məlumatların yerləşdirilməsi təmin edilmişdir. "xxxx" ASC tərəfindən təqdim olunmuş inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, X3 nəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixində İXM-nin 332.1, 327.2 maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətmişdir. "xxxx" ASC tərəfindən daxil olmuş məktubda sığorta hadisəsinin, X5 yol verdiyi inzibati xəta törətməsi nəticəsində vermiş yol nəqliyyat hadisəsi nəticəsində baş verdiyi əsas kimi göstərilir. "xxxx" ASC ərizəsində deliktin (mülki hüquq pozuntusunun) X14 tərəfindən törədildiyini təsdiqləyir. X9 təqsiri İnzibati Xəta haqqında protokolla və həmin protokol üzrə inzibati tənbeh vermə haqqında qərarla təsdiqlənir. X14 haqqında inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyinə görə, inzibati xəta hadisəsində və inzibati xəta hadisəsinə görə yaranmış sığorta hadisəsinə görə onun təqsiri sübuta yetirilmiş sayılır. İstər sığorta hadisəsi baş verdikdə, istərsə də bugün VAZ2107 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin formal olaraq mülkiyyətçisi o göstərilsə də, faktiki olaraq adıçəkilən nəqliyyat vasitəsinə sahib deyil və sığorta hadisəsi baş verəndə və hazırda həmin nəqliyyat vasitəsinin faktiki sahibi olmamış, onun harda olduğundan məlumatsız olmuşdur. VAZ2107 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi axtarışa verilməsinə baxmayaraq, bu gün də formal mülkiyyətində olan nəqliyyat vasitəsindən məlumatsızdır. Avtonəqliyyat hadisəsi baş verdikdə, habelə avtonəqliyyat vasitəsi etibarnaməsiz idarə olunduqda, sığorta hadisəsi sənədləşdirildikdə nə səlahiyyətli orqan, nə də "xxxx" ASC tərəfindən ona bu barədə heç bir məlumat verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən "xxxx" ASC-nin ona qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli e-2(060)-4145/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 5200 manat sığorta ödənişi, 72 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti xərcinin tutulması qət edilmişdir. (hakim Aynur Behbudova) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 125, Mülki Məcəllənin 21.1, 936.1, 936.2, 936.5, 560.1, 560.3.2, 1096, 1097.1, 1108.1, 1108.2, 1114.1-ci maddələri, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsi, “Sığorta fəaliyyəti haqqında" Qanunun 1.1.18-ci maddəsi, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 77.1, 14.2, 88 və 217-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 4145/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsini ona münasibətdə ləğv edilməsi, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Hesab edir ki, işin faktiki halları maddi hüquq normalarına uyğun formada məhkəmə tərərfindən araşdırılmamışdır. Yüksək təhlükə mənbəyinin mülkiyyətçisi olmaq hələ yüksək təhlükə mənbəyi vasitəsi ilə vurulan ziyana görə məsuliyyət daşımaq anlamına gəlmir. İddiaçı tərəfin iddia ərizəsizdə qeyd edərək əsaslandığı Mülki Məcəllənin 1108-ci maddəsinin 1-ci bəndi ona münasibətdə tətbiq edilə bilməz. Belə ki, istər sonuncu etibarnamə verilmiş şəxsi (bu şəxsə baş etibarnamə mənim tərəfimdən verilməyib) - sığorta hadisəsi baş verərkən baş etibarnamənin müddəti bitməsinə baxmayaraq avtonəqliyyat qeyri-qanuni sahiblik edən - Cavabdeh2, istərsə də avtonəqliyyat vasitəsini sığorta hadisəsi baş verərkən etibarnaməsiz idarə edən X11 tanımamışdır. Sığorta hadisəsi avtonəqliyyat vasitəsinə qeyri-qanuni yiyələnmiş X14 tərəfindən etibarnamə olmadan idarə olunarkən baş verib və bu hal X14 barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) inzibati tənbeh vermə haqqında qərarla təsdiqlənir. Nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi, nəqliyyat vasitəsinə (mənbəyə) hüquqa zidd yiyələnmədir. Beləliklə, yüksək təhlükə mənbəyinə (avto nəqliyyat vasitəsinə hüquqa zidd yiyələnmə) "xxxx" ASC-nin təqdim etdiyi X12 barəsində verilmiş İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarla sübuta yetirilir. Yuxarıda qeyd olunan hallara nəzər yetirərək, müəyyən oluna bilər ki, bu halda vurulan zərərə görə məsuliyyət nəqliyyat vasitəsinə qeyri-qanuni yiyələnərək idarə edən X9, habelə baş etibarnamənin müddəti bitməsinə baxmayaraq nəqliyyat vasitəsinə qeyri-qanuni sahiblənən Cavabdeh2 üzərinə düşür. Eyni zamanda, ikinci instansiya məhkəməsində məhkəmə iclası zamanı Cavabdeh2 maşının onun sahibliyində olduğunu, sürücünün onun əmisi oğlu olduğunu, rəhmətə getdiyini, mülkiyyətçinin maşınla törədilən hadisədə hər hansı bir təqsirinin olmadığını bildirmişdir. İşin faktiki hallarına nəzər yetirəndə görünür ki, dəymiş zərərə görə məsuliyyət daşıyan şəxs o deyil, mənbəyə hüquqa zidd yiyələnmiş şəxslərdir. Mülkiyyətçi nə Cavabdeh2, nə də X11 tanımayıb. Mülkiyyətçinin baş etibarnamə verdiyi Maxsudov Şahin nəqliyyat vasitəsini Cavabdeh2 Əlabbas oğlunun sərəncamına verərkən mülkiyyətçiyə bu barədə heç bir məlumat verməyib. Cavabdeh2 məhkəmə zalında etiraf edib ki, sürücü onun əmisi oğludur, nəqliyyat vasitəsinin onun sahibliyində olanda götürürüb. Yəni sığorta hadisəsini törədən şəxsə, ona qeyri-qanuni sahiblənən (etibarnaməsiz) Cavabdeh2 nəqliyyat vasitəsini mülkiyyətçi verməyib. İşin faktiki halları onu göstərir ki, nəqliyyat vasitəsini X8 baş etibarnamə əsasında Cavabdeh2 sərəncamına verib. Nə birinci instansiya məhkəməsi işə baxarkən yüksək təhlükə mənbəyinin mülkiyyətçinin sahibliyindən götürülməsində mülkiyyətçinin təqsirini müəyyən etməyib, nə də iddiaçı tərəf bu barədə habelə mülkiyyətçinin sığorta hadisəsində təqsirini müəyyən edən sübutları məhkəməyə təqdim etməyib. Belə hesab edir ki, sığorta hadisəsi baş verərkən nəqliyyat vasitəsi onun sahibliyində olmadığından, onun sahibliyindən götürülmədiyindən baş vermiş sığorta hadisəsi zamanı o, məsuliyyət daşımır. Eyni zamanda birinci instansiya məhkəməsi baş verən sığorta hadisəsi zamanı dəyən zərər, yüksək təhlükə mənbəyinin təhlükəli xüsusiyyətlərindən irəli gələrək deyil, nəqliyyat vasitəsitəsinə qeyri-qanuni yiyələnərək idarə edən X5 inzibati xəta törədərək yol nəqliyyat hadisəsi törətməsi nəticəsində dəyməsi halına əhəmiyyət verməmişdir. Birinci instansiya məhkəməsi mübahisənin araşdırarkən, onun həmin sığorta hadisəsi baş verərkən mülkiyyətində olan nəqliyyat vasitəsinə faktiki sahib olmadığını nəzərə almamışdır. Belə ki, istər sığorta hadisəsi baş verdikdə, istərsə də bugün VAZ2107 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin formal olaraq mülkiyyətçisi o göstərilsə də, faktiki olaraq adıçəkilən nəqliyyat vasitəsinə sahib deyil və sığorta hadisəsi baş verdikdə və hazırda həmin nəqliyyat vasitəsinin faktiki sahibi olmamışdır, onun harda olduğundan məlumatsız olmuşdur. Hesab edir ki, sığorta hadisəsinin baş verməsində təqsiri olan şəxs X13r və subroqasiya hüququ məhz ona qarşı yaranır. İddiaçı "xxxx" maşının onun mülkiyyətində olmasını əsas gətirərək, ona qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulmasına dair iddia ərizəsi ilə müraciət etsə də, baş vermiş sığorta hadisəsəsində onun təqsirinin olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi lazımi qaydada araşdırma aparmamış, işin faktiki hallarına diqqət yetirməmiş, təqdim edilmiş sübutlara lazımi qaydada qiymət verməmiş, işə səthi yanaşaraq, iddianın təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Eyni zamanda, məhkəmə araşdırma zamanı dəymiş zərərlə bağlı mülkiyyətçinin təqsirini, məsuliyyətini sübut etməmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İş üzrə digər Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişdir. Eləcə də, iddiaçı "xxxx" məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq sonuncunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin və digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 aid hissədə qətnamədən apellyasiya şikayəti verilmədiyindən, qətnamə AR MPM-nin 372.6-cı maddəsinə görə həmin hissədə apellyasiya baxışının predmeti ola bilməz. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-4145/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsini ona münasibətdə ləğv edilməsi, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4145/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin yalnız mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Məhkəmə kollegiyası hazırkı iddia tələbi üzrə hüquqi dəyərləndirməni apararaq, hesab edir ki, işin faktiki halları Cavabdeh1 qarşı yönələn iddia tələbinin qanuni əsasının dispozitiv şərtlərinə uyğun deyildir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 məxsus olan sürücü X14 tərəfindən idarə olunan **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən sığortalanmış H029366 dövlət qeydiyyat nişanlı Mazda 2 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yolnəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü X14 təqsirli bilinmişdir. Sığortalı şəxs "xxxx" ASC-də sığortalanmış avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün oraya müraciət etdiyi üçün sığorta şirkəti tərəfindən 5200 manat məbləğində sığorta ödənişi verilmişdir. X14 tərəfindən hüquqazidd əməl (delikt) nəticəsində sığortalıya məxsus nəqliyyat vasitəsinə vurulmuş ziyan məbləği sığorta şirkəti tərəfindən ödənildiyindən ziyan məbləğini tələb etmək hüququ (subroqasiya hüququ) "xxxx" ASC-yə keçmişdir. Qeyd edilməlidir ki, X14 hadisədən sonra bir müddət keçdikdən sonra vəfat etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 iddiaya cavab verməli şəxs kimi tanımaqla və Cavabdeh1 münasibətdə 5200 manatın tutularaq iddiaçıya ödənilməsi qənaətinə gələrkən səhvə yol vermişdir. Belə ki, Cavabdeh1 **-BX-*** dövlət nömrə nişanlı VAZ 21074 minik avtomobili bir il müddətinə etibarnamə ilə X1 verilmişdir. Daha sonra sözügedən avtomobil baş etibarnamə əsasında sonuncu tərəfindən Cavabdeh2 sərəncamına verilmiş və bu barədə mülkiyyətçiyə hər hansı məlumat verilməmişdir. Yol nəqliyyat hadisəsinin törədildiyi zaman hər iki etibarnamənin müddəti bitmişdir. Göründüyü kimi **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətində olsa da, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması onun qanunazidd təqsirli əməli nəticəsində baş verməmişdir. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqazidd yiyələnmiş şəxslər daşıyırlar. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, avtonəqliyyat vasitəsinin Cavabdeh1 sahibliyindən çıxdığı iş materialları ilə sübuta yetirildiyindən onun zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıması istisna olunur. Digər tərəfdən kollegiya hesab edir ki, Cavabdeh1 cavabdehliyini o halda daşıya bilərdi ki, o, avtomobilin X14 tərəfindən istismar edilməsinə şərait yaratmış olardı – hazırkı işdə isə belə hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli e-2(060)-4145/2022 nömrəli qətnaməsi “Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 5200 manat sığorta ödənişi, 72 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti xərcinin tutulması” hissəsində ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli e-2(060)-4145/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 5200 (beş min iki yüz) manat sığorta ödənişi, 72 (yetmiş iki) manat ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması” hissəsində ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-303/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-303/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver