Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3033/2020 10.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, iddiaçı X3, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5 nümayəndəsi X2 iştirakı ilə, iddiaçı X3 Cavabdeh qarşı tikililərə mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2005-ci il tarixli, 2(027)-406/2005 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8 tərəfindən verilmiş apelyasiya şikayətlərinin mümkünlüyü məsələsinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2005-ci il tarixli, 2(027)-406/2005 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, Quba rayonu “xxxx” MMC-nin istifadəsində olan inzibati və çörək sexi binasına, dəyirman, ticarət və xidmət sahələri binalarına, yeməkxana, mehmanxana və s. binalarına İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi, həmin binalara mülkiyyət hüququna dair qeydiyyat şəhadətnaməsinin verilməsi Quba rayon DTİ və MHQİ-nə həvalə edilməsi qət edilmişdir. (hakim R.Cəfərov) Həmin qətnamədən DƏDRX-nin 5 saylı X8 apelyasiya şikayəti vermişdir. Quba Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(027)-987/2020 saylı qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Qeyd olunan qərardadla razı olmayan DƏDRX-nin 5 saylı X8 şikayət verərək qərardadı ləğv edib, apelyasiya şikayətinin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)2417/2020 saylı qərardadı ilə şikayət təmin edilmiş,Quba Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(027)-987/2020 saylı qərardadının ləğv edilməsi, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5 nümayəndəsi X1 Rayon Məhkəməsinin xx xxxxxxx 2005-ci il tarixli, 2(027)-406/2005 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X6 qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərini iş materialları ilə birgə araşdıraraq və şikayətlərin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apelyasiya qaydasında baxılması qeyri-mümkündür. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)2417/2020 saylı qərardadından görünür ki, məhkəmə kollegiyası hazırda apelyator DƏDRX-nin 5 saylı X5 eyni zamanda Quba rayon DTİ və MHQİ-nin hüquqi varisi olması, mübahisələndirilən məhkəmə qətnaməsi ilə qoyulmuş öhdəliklərin artıq onun tərəfindən yerinə yetirilməli olmasınl, bunun da bilavasitə onun hüquq və vəzifələrinə toxunmasını, belə olan halda qətnamənin onun marağına toxunması mübahisəsiz olmasını, həmin əsas üzrə apelyasiya şikayətinin geri qaytarılmasının yol verilməz olmasını müəyyən edərək Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2005-ci il tarixli, 2(027)-406/2005 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması barədə Quba Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(027)-987/2020 saylı qərardadını ləğv etmiş və mülki işi sonrakı prosessual hərəkətlərin edilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)2417/2020 saylı qərardadında göstərilənlərə əməl etməmiş və mülki iş materiallarını yenidən apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)2417/2020 saylı qərardadında göstərilmişdir ki, qətnamə DƏDRX-nin 5 saylı X5 maraqlarına toxunur və həmin təşkilat qeyd edilən qətnamədən apelyasiya şikayəti vermək hüququna malikdir. Birinci instansiya məhkəməsi qətnamədən verilmiş apelyasiya şikayətinin mümkünlük məsələsini müzakirə etməklə bu barədə qərardad qəbul etməli və bundan sonra işi apelyasiya qaydasında baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərməlidir. Azərbaycan Respublikası MPM-nin 362-ci maddəsinə əsasən apelyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 363.1.1 və 363.1.3-cü maddələrinə əsasən apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa və apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsa apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apelyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamədən verilmiş apelyasiya şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlamadan, eləcə də apelyasiya şikayətinin mümkünlük məsələsinin yoxlanılmasına dair hər hansı qərar qəbul etmədən mülki iş materiallarını yenidən apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti apelyasiya icraatına qəbul edilməməli, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)2417/2020 saylı qərardadında göstərilənlərə əsasən apelyasiya şikayətlənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılması üçün Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263,264, 268, 366 və 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2005-ci il tarixli, 2(027)-406/2005 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8 tərəfindən verilmiş apelyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-3033/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3033/2020
10.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver