Məhkəmə qərarları › İş №2(105)-3043/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3043/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3043/2020 23.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi R.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddiacı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1500 manat və 30.40 manat dövlət rüsumunun ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xeyrinə tutulması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiacı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1500 manat və 30.40 manat dövlət rüsumunun ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xeyrinə tulması barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2016-ci il tarixdə, saat 14:45 radələrində Bakı-Şamaxı yolunun 16-cı km ərazisində Cavabdeh1 ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh2 məxsus “MAZ-54323" markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomobili idarəetmə hüququ olmadan (etibarnaməsiz) idarə edərkən ara məsafəsini düzgün saxlamamış və nəticədə X3 idarə etdiyi “MERCEDES BENZ E190” markalı, **-OC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq avtomobilə maddi zərər vurmuşdur. 305380 Nq-İİ inzibati xəta haqqında iş üzrə qərara əsasən, M.Ə.X6 Məcəlləsinin 332.1 və 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “MERCEDES BENZ E190” markalı, **-OC-*** dövlət nömrə nişanlı avtomobilə 1,500 (bir min beş yüz) manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 2248/16 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkən M.Z.Hacıyevin avtomobilinə dəymiş zərərə görə 1,500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 1,500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbinə görə, cavabdehlərdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər də daxildir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi R.Əhmədov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddiamüddəti tətbiq edilmişdir. Məhkəmə prosesində onların nümayəndəsi iştirak edərkən cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı hər hansı ərizə məhkəməyə təqdim edilməmiş, yalnız digər cavabdehin gəlməməsi səbəbindən məhkəmə baxışı növbəti iclasa təyin edilmişdir. Lakin növbəti prosesdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim olunduğu zaman işə baxan hakim iddiaçının hüquqlarını, həmçinin məhkəmə çəkişməsi prinsipini kobud qaydada pozaraq cavabdeh tərəfindən təqdim edilmiş ərizəyə onların münasibəti bildirməsi üçün şərait yaratmamışdır. Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi F.T.Mustafazadə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı rədd edərkən, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi R.Əhmədovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materialında olan DİN-nin BDYPİ-nin YİXA-nin 3-cü tağımın xx.xx.2016-cı il tarixli arayışının surətindən görünür ki, xx.xx.2016-cı il saat 14:00 radələrində Bakı-Şamaxı yolunun 16-cı km-də “MAZ-54323" markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomobil ilə “MERCEDES BENZ E190” markalı, **-OC-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuşdur. İşdə olan İXP 305380 nömrəli xx.xx.2016-cı il tarixli olan inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən təqsirli bilinib 40 manat məbləğdə cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli ödəniş tapşırığının surətindən görünür ki, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti X4 1500 manat ödəniş etmişdir. “İnsan Hüquqları və X5 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Birinci instansiya məhkəməsi iddia müddəti tətbiq etdikdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. İcbari Sığortalar haqqında Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi zamanı Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin 2-ci cümləsinə əsasən, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ il əvə ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İş materialları ilə müəyyən edildi ki, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh2 məxsus “MAZ-54323" markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi xx.xx.2016-ci il tarixdə baş vermiş, iddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti hazırki iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: X2 sədri Rəşad Əhmədovun apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxxx 2020-ci i il tarixli 2(027)- 1336/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Agabala oğluna qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1500 (bir min beş yüz) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumu 45 (qırx beş) manat 80 (səksən) qəpik pul tutulub Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin xeyrinə ödənilsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar