Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3084/2020 20.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 qarşı aktda qeydin düzgün olmamasının müəyyən olunması və düzəldilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1626/2020 saylı qərardadından iş üzrə iddiaçı Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi iddia ərizəsilə məhkəməyə müraciət edərək, Quba rayon aqrar islahat komissiyasının xx xxxx 1999-cu il tarixli, 07 saylı qərarı ilə Quba rayonunun l-ci Nügədi kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,66 hektar torpaq sahəsinin onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilməsinə dair LN : 0023 saylı, 30319018 kodlu “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktında “Ərizəçi Nəsrəddin oğlu”nun ata adı qrafasında aparılmış “Nəsrəddin" ata adı qeydi, "X1”nın ad qrafasında “Xonçamaz” ad qeydi və “X1”nın ata adı qrafasında “Septi” ad qeydi barədə məlumatların düzgün olmamasının müəyyən edilməsi, Quba rayon aqrar islahat komissiyasının xx xxxx 1999-cu il tarixli, 07 savlı qərarı ilə Quba rayonunun l-ci Nügədi kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,66 hektar torpaq sahəsinin ona və ailə üzvlərinin birgə mülkiyyətinə verilməsinə dair LN : 0023 saylı, 30319018 kodlu “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktında “Ərizəçi Nəsrəddin oğlu”nun ata adı qrafasında “Nüsrəddin” adına, “X1”nın ad qrafasında “Xonçanaz”adına və “X1”-nın ata adı qrafasında “Seydi” adına düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1626/2020 saylı qərardadı ilə, Ərizəçi Maraqlı şəxs1 qarşı aktda qeydin düzgün olmamasının müəyyən olunması barədə ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. (hakim R.Həsənov) Hazırda Ərizəçi Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)- 1626/2020 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin yenidən icraata qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1626/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə Tİ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı Ərizəçişikayət ərizəsini onunla əsaslandırmışdırki,məhkəmənin qərardadı əsassızdır. Belə ki, qərardadla iddia ərizəsi geri qaytarılarkən məhkəmə MPM-nin 149.2.3 və 152.1.1-ci maddələrinə istinad etsə də, buna səbəb olmuş faktlar qərardadda göstərilməmişdir. Halbuki, onun iddia ərizəsi MPM-nin 149-cu maddəsinə tamamilə uyğundur. Buna görə də qərardad ləğv edilməli, iddia ərizəsi məhkəmə icraatına qəbul edilməlidir. İş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyanının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətlərin dəlillərinə qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1626/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsindən görünür ki, Ərizəçi iddia ərizəsilə məhkəməyə müraciət edərək, Quba rayon aqrar islahat komissiyasının xx xxxx 1999-cu il tarixli, 07 saylı qərarı ilə Quba rayonunun l-ci Nügədi kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,66 hektar torpaq sahəsinin onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilməsinə dair LN : 0023 saylı, 30319018 kodlu “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktında “Ərizəçi Nəsrəddin oğlu”nun ata adı qrafasında aparılmış “Nəsrəddin" ata adı qeydi, "X1”nın ad qrafasında “Xonçamaz” ad qeydi və “X1”nın ata adı qrafasında “Septi” ad qeydi barədə məlumatların düzgün olmamasının müəyyən edilməsi, Quba rayon aqrar islahat komissiyasının xx xxxx 1999-cu il tarixli, 07 savlı qərarı ilə Quba rayonunun l-ci Nügədi kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,66 hektar torpaq sahəsinin ona və ailə üzvlərinin birgə mülkiyyətinə verilməsinə dair LN : 0023 saylı, 30319018 kodlu “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktında “Ərizəçi Nəsrəddin oğlu”nun ata adı qrafasında “Nüsrəddin” adına, “X1”nın ad qrafasında “Xonçanaz”adına və “X1”-nın ata adı qrafasında “Seydi” adına düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, Ərizəçi məhkəməyə ərizəsini təqdim edərkən iddia ərizəsi qismində təqdim etmişdir, halbuki, tələbin mahiyyətindən görünür ki, bu tələb hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə aiddir və mübahisəyə xüsusi icraat qaydasında məhkəmədə baxılmalıdır. Bundan başqa, ərizəçi Maraqlı şəxs1 adında və atasının adında olan yanlışlığın aradan qaldırılmasını xahiş etsə də, məhkəməyə təqdim etdiyi ərizəsində sonuncunu ərizəsində cavabdeh qismində cəlb etmişdir, halbuki xüsusi icraat qaydasında baxılan işlərdə cavabdeh deyil, maraqlı şəxs tərəf ola bilər. Bununla da məhkəmə tərəfindən müyyən olunmuşdur ki, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər üzrə məhkəmə müəyyən edir. Həmin Məcəllənin 310.1-ci maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Yenə həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Eyni Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı ərizə verilərkən Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinin tələblərinə riayət edilmədiyi üçün həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən onun məhkəmə icraatı qeyri-mümkündür. Bu səbəbdən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmaqla ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır və məhkəmənin bu barədə gəldiyi nəticə qanunidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ona görə də, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1626/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)- 1626/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-3084/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3084/2020
20.11.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver