Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-311/2023 26.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “icra məmurlarının qanuni məhkəmə qərarlarını (icra sənədlərini) icra etmədikləri, qanunsuz əməlləri və sair hərəkətləri və ya hərəkətsizlikləri” barədə iddia ərizəsinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, e-2(027)-1731/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “icra məmurlarının qanuni məhkəmə qərarlarını (icra sənədlərini) icra etmədikləri, qanunsuz əməlləri və sair hərəkətləri və ya hərəkətsizlikləri” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 ildir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri ilə övladlarıyla ünsiyyətdə olmaq hüququnun icra məmurlarının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi səbəbindən icra edilməməklə, övladlarına ata nəvazişi, ata qayğısı göstərməkdən məhrum edildiyi üçün ona dəymiş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat konpensasiyanın Cavabdehndən alınaraq ona ödənilməsi, Cavabdeh icra məmurlarının saxta aliment hesablamaları ləğv edilərək faktiki aliment borcunun 2021-ci ilin dekabr ayı üçün 2.820 manat təsdiq edilərək həmin məbləğə uyğun məcburetmə qaydasında hesablanması, Cavabdeh qanunsuz əməlləri nəticəsində pozulmuş hüquqlarının bərpası istiqamətində çəkdiyi məhkəmə xərclərinin hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-1417/2017 nömrəli qətnaməsi və həmin qətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə Cavabdehnə daxil olmuş icra sənədinə müvafiq olaraq hər həftənin şənbə-bazar günləri saat 14:00-dan 16:00-dək övladlarıyla görüş vaxtı müəyyən edilmişdir. Həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-1719/2021 saylı icra sənədi Cavabdehndə xx.xx.2022-ci il tarixində 54374/2022-13 nömrəli ilə qeydiyyata alınmış icra işinə əsasən hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək övladlarıyla cavabdehin iştirakı olmadan görüş vaxtı müəyyən edilmişdir. Qətnamə çıxan ilk gündən bu günədək həmin işlər üzrə cavabdeh X11 məhkəmə qətnamələrinə məhəl qoymayaraq, hər dəfə görüş vaxtı gələndə telefona cavab vermir, görüşü başqa vaxta dəyişir. Hərdən görüş baş tutanda görüşdə zorla özü də iştirak edir, görüş prosesinə maneçilik törədir, əsassız mübahisələrə cəhdlər edir. Hərdən öz nəzarəti altında baş tutan görüşlərin foto və videosunu çəkərək guya onun üçün görüşə şərait yaratdığını deyir, o isə icra sənədinin tələbinə uyğun olaraq, cavabdehin iştirakı olmadan övladlarıyla görüşmək istəyir. Cavabdeh övladlarını ona göstərməkdən yayınmaq üçün bütün vasitələrə əl atır. Bununla yanaşı övladlarına da böyük psixoloji travma vermiş olur. İcra məmurları isə, bu qanunsuzluqlara göz yumaraq, heç bir qanuni tədbir görmür və rəsmi etiraz, müraciət və təkliflərinə də cavab vermirlər. Dəfələrlə Cavabdehnə rəsmi müraciətlər, etirazlar, təkliflər və şikayətlər etsə də, icra və probasiya şöbəsi bu müraciətlərə məhəl qoymayaraq, öz hərəkətsizliyini davam etdirməklə cavabdehin qanunsuz əməllərinə şərait yaradırlar. Cavabdeh xx.xx.2017-ci il tarixli, 2(027)-1417/2017 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-1719/2021 saylı icra sənədinə əməl etməməsi, icra məmurunun qanuni vəzifə borcunu yerinə yetirməməsi hallarını sübuta yetirən kifayət qədər dəlilləri var. Ona məxsus nəqliyyat vasitəsində uşaqla ünsiyyət zamanı R.Kazımovanın insident yaradaraq daşla avtomobilinin şüşəsini sındırması, təpiklə nəqliyyat vasitəsinə bir neçə zərbə endirməsi barədə video görüntülü disk və foto şəkil vardır. Həmin disk fotoşəkillərlə birgə Cavabdehnə təqdim edilməklə, məsələnin nəzarətdə saxlanması və uşaqların R.Kazımova tərəfindən psixoloji travma almasının qarşısının alınması və məsələyə həssas yanaşmalarını xahiş etmişdir. Bundan başqa Quba Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 3(027)-1000/2021 saylı qərarı ilə onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 (on) gün müddətində inzibati həbs tətbiq edilmişdir. Baxmayaraq ki, o, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2497/2017 saylı icra sənədi əsasında xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək tələbkar Rəqsanə Kazımovanın xeyrinə 3960 manat məbləğində aliment ödənişi edilmişdir. Həmin məbləği qeyd edilən tarixlərdə aylar üzrə bölüşdürsə, hər ay üçün 120 (yüz iyirmi) manat təşkil edir. Bu məbləğ 2(027)-2497/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə onun iş materialına təqdim etdiyi gəlirlər əsasında təyin edilmişdir. Belə ki, həmin tarixdə o, Azərbaycan Respublikası KTN Meyvəçilik və X19 İnstitutunda mütəxəssis vəzifəsində işləməklə vergilər çıxıldıqdan sonra 180 manat civarında əmək haqqı almışdır. Məhkəmə qətnaməsi ilə əmək haqqının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2.2-ci maddəsinə uyğun olaraq 1/3 hissəsinin və əlavə 60 (altımış) manat sabit pul məbləğinin tutulması qət edilmişdir. Quba Rayonu İcra və Probasiya şöbəsi həmin məbləğin cəminin 120 (yüz iyirmi) manat olduğunu bildirmişdir. İcra məmurunun icra sənədi əsasında hesabladığı aliment məbləğini icra sənədinin qüvvəyə mindiyi tarixdən xx.xx.2020-ci il tarixinədək, tələbkarın övladlarıyla ünsiyyət hüququnun təmin etməməsinə baxmayaraq, onun tərəfindən tələbkar Rəqsanə Kazımovanın xeyrinə mütəmadi qaydada ödənilmişdir. Aliment öhdəliyini icra etdiyi tarixlərdə nə tələbkar, nə də icra məmuru tərəfindən ödədiyi aliment məbləğinin az və ya çox olması barədə ona hər hansı formada bildiriş və ya xəbərdarlıq təqdim edilməmişdir. Cavabdeh 02 dekabr 2021-ci il tarixli, 3(027)-1000/2021 saylı iş materiallarında da belə bir sənəd aşkar edilməmişdir. Belə olan təqdirdə ona heç bir məlumat verilmədən icra məmurunun nəyə əsasən və hansı formada aliment borcunun 9070,6 manat hesablaması onun üçün müəmmalı qalmışdır. O, yay aylarında alimentin sabit pul məbləğində olan hissəsini min bir zəhmətlə ödəmiş, qış aylarında isə faktiki olaraq yaxınlarından borc alaraq həmin hissəni ödəmişdir. Əvəzində isə Rəqsanə Kazımova müxtəlif bəhanələr edərək övladlarını ona göstərməkdən yayındırmış, görüş zamanı insidentlər törətmişdir. Bu barədə Cavabdehnə dəfələrlə şikayət və etiraz məktubları ilə müraciətlər etsə də, icra məmuru tərəfindən heç bir tədbir görülməmişdir. İcra məmuru Nurəddin Əmrullayev məhkəməyə onun ümumilikdə 3480 (üç min dörd yüz səksən) manat məbləğində aliment ödədiyini bildirsə də, onda 3960 (üç min doqquz yüz altımış) manat məbləğində tələbkarın xeyrinə aliment ödənişi etməyi barədə qəbzlər mövcuddur. Belə çıxır ki, icra məmuru dörd aylıq aliment ödənişini mənimsəməklə və onun aliment yükünü artırmaqla Rəqsanə Kazımovanın marağına xidmət edir. Bu yolla əlbir olub onu çıxılmaz vəziyyətə salmaq və övladlarını ondan ayrı salmaq niyyətində olduğuna əsaslı şübhələri var. Baxmayaraq ki, həmin məbləğin özü də bir az şişirdilib, onun 01 aprel 2020-ci il tarixindən bəri aliment öhdəliyini icra edə bilməməsinin əsas səbəbi fəaliyyət göstərdiyi "xxxx" MMC tərəfindən əmək hüquqlarını pozaraq əmək haqlarını mənimsəməsi və bunun nəticəsində üzərinə düşən aliment öhdəliyini yerinə yetirə bilməməsidir. Öhdəliyini yerinə yetirə bilmədiyi üçün "xxxx" MMC-ni məhkəməyə vermiş və iş kassasiya mərhələsində icraatdadır. Dəfələrlə Cavabdehndən məhkəmə qətnaməsini icra edərək övladlarıyla ünsiyyət hüququnun təmin edilməsi istiqamətində köməklik göstərmələrini tələb etsə də, icra məmurları ona sifarişlər verərək müxtəlif vaxtlarda ondan qonaqlıq, yaxınlıqdakı çay evindən mürəbbəli çay, dolayısı yollarla onlara pul verməyini və digər sifarişlər, hədiyyələr və sair almağını tələb ediblər. Ona acıq-aşkar bildirirdilər ki, dövlətdən aldıqları məvacib onların yalnız işə gəlibgetmələri üçündür, iş görmələrini istəyirsə haqq ödəməlidir. Hətta, sonuncu dəfə Cavabdehnə dəvət olunarkən, görüş zamanı “məsələni necə həll edək?” deyərək ondan təklif gözləyiblər. O, isə, qarşı tərəflə icra məmurları tərəfindən söhbətlər aparılaraq övladlarıyla maneəsiz görüşə razılıq olacağı təqdirdə, mənzil payının alimentə yönləndirilmək yolu ilə məsələnin bütün istiqamətlərdə həllinin tapılması üçün ona köməklik göstərmələrini bir daha xahiş etmişdir. Lakin, icra məmurları “bu sənin öz problemindir” deyərək ona köməklik göstərməkdən imtina etmişlər. Sadalanan hallardan bir daha aydın olur ki, işi icraata alan Quba rayonu İcra və Probasiya şöbəsi və icra mərmuru Nurəddin Əmrullayev üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməmiş, işində bir sıra ciddi nöqsanlara yol vermişdir. Nəticədə onun aliment borcu reallıqda olduğundan üç dəfə artıq göstərilmişdir ki, bu da onun on günlük həbsi ilə nəticələnmişdir. Əgər icra məmuru məbləği doğru göstərsə idi birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzilin ünvan 2nə uyğun olaraq həmin mülkiyyətin 1/2 hissəsinə onun üçün pay müəyyən edildiyi və Rəqsanə Kazımovanın övladlarıyla maneəsiz sərbəst şəkildə görüşünə maneçilik törətməyəcəyi təqdirdə həmin payın aliment öhdəliyinə yönəldilərək birdəfəlik həll edilməsi barədə qarşı tərəflə razılıq əldə olunardı. İcra məmurunun saxtakarlığa və qeyri-peşəkarlığa yol verərək aliment borcunu üç dəfədən artıq şişirtməsi səbəbindən o həbs edilmiş, qarşı tərəf isə övladlarını ona göstərməyərək maneələr törətdiyi üçün beş yüz manat məbləğində cərimə edilmiş, icra məmuru vəzifəsini layiqincə yerinə yetirsəydi və məhkəmədən vaxt istəsəydi, qarşı tərəflə onun arasında razılıq əldə etmək mümkün olardı. Bununla həm övladlarıyla ünsiyyət hüququ bərpa olunardı, həm də aliment öhdəliyi birdəfəlik öz həllini tapardı. Güman edir ki, icra məmuru problem yaratmaqla, qarşı tərəfdən maddi maraq məqsədi güdür. Bu səbəbdən Cavabdeh icra məmuru X2 qeyri-peşəkarlıq və işində yol verdiyi ciddi nöqsanlara görə intizam məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasını tələb edir. Cavabdeh qanunsuz əməlləri, hərəkətsizlikləri və səhvləri nəticəsində ona dəymiş mənəvi zərər və konpensasiyanın ödənilməsi üçün sadalanan faktlar bir daha təsdiq edir ki, Cavabdeh ona qarşı qərəzli mövqe nümayiş etdirməklə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə məhəl qoymadan övladlarıyla ünsiyyətdə olmağı üçün üzərinə düşən vəzifə borcunu yerinə yetirməmişdir. Cavabdeh bu qanunsuz hərəkətlərindən və ya hərəkətsizliyindən illərdir ki, mənəvi sarsıntılar keçirir. Bunun günahkarı isə Cavabdeh və onun kollektividir. Həmin zərərin ona dəymiş hissəsinin 99.000 manat dəyərində qiymətləndirir və kompensasiya ödənilməsini 16 aprel 2022-ci il tarixli Cavabdehnə yazdığı ərizədə təklif etmişdir. Həmçinin, 05 mart 2022-ci il tarixli Sumqayıt İnzibati Məhkəməsində qaldırdığı iddia ərizəsində də tələb etmişdir. Lakin, Sumqayıt İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, e-2-1(118)-1341/2022 saylı qərardadına əsasən mülki qaydada iddia qaldırmalı olduğu bildirilmişdir. Bunu nəzərə alaraq, həmçinin mülki qaydada verilən iddiaya görə iddia məbləğindən asılı olaraq, tətbiq edilən dövlət rüsumunun da müvafiq qaydada artdığını nəzərə alaraq, yüz səksən manat dövlət rüsumu ödəmək imkanındadır. Bu isə həmin rüsuma düşən kompensasiya məbləğinin 20.000 manat dəyərində tələb etmək hüququ yaradır. Cavabdeh qanunsuz əməlləri, qəsdən və ya qeyri-peşəkarlıqları nəticəsində hüquqlarını pozmaları, eləcə də aliment borcunu səhv hesablamaları və sair hərəkətləri və ya hərəkətsizliklərinə görə həbsdə olduğu zaman həbsi ilə barışmadığını, mənəvi iztirab çəkməyi, psixoloji sarsıntılar keçirməyi, qanunsuz həbsi ilə barışmaz mövqe sərgiləyərək aclıq elan etməklə həyatını risq altına atıb icra məmurlarının qanunsuz əməlləri nəticəsində aclıq etməklə özünə qəsd həddinə çatdırmaq və haqsızlıq nəticəsində həyatın lazımsız və mənasız olduğunu zənn etmək və sair əzablara düçar olmuşdur. Bunun günahkarı isə yenə də Cavabdeh kollektividir. Bu səbəbdən göstərilənləri nəzərə alaraq, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, İddiaçı Cavabdehnə qarşı qaldırdığı iddia tamamilə əsassızdır və aşağıdakı səbəblərə görə rədd edilməlidir. Belə ki, İddiaçı iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşaq üçün 30 manat olmaqla 60 manat sabit pul məbləğində aliment pulunu X10 verməsi barədə Quba Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qətnamə qəbul etmişdir. Həmin qətnaməyə əsasən verilən icra vərəqəsi xx.xx.2017-ci il tarixdə icraata qəbul edilmiş və İddiaçı qanuna müvafiq qaydada aliment ödəməsi barədə bildiriş verilmişdir. Sonradan aliment pulunun miqdarı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-629/2021 saylı qətnaməsinə əsasən dəyişdirilmiş, İddiaçı iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlanaraq hər uşağa 130 manat olmaqla, iki uşağa görə 260 manat sabit məbləğdə aliment müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay hər 60 manat sabit pul məbləğində aliment ödəməlidir. İddiaçı həmin tarixədək faktiki olaraq 3480 manat aliment pulu ödəmişdir. Halbuki, o, 12905 manat aliment pulu ödəməli idi. İddiaçı 2017-ci ilin may ayından həmin ilin oktyabr ayınadək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X1 labaratoriyasında mütəxəssis vəzifəsində işləmiş və xx.xx.2017ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Daha sonra, İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-də Golf şöbəsinə Yaşıllaşdırma üzrə mütəxəssis vəzifəsinə işə düzəlmiş və xx.xx.2020-ci il tarixdə işdən azad olunmuşdur. İddiaçı işlədiyi yuxarıda adları qeyd olunan təşkilatlardan əldə etdiyi əmək haqqı cədvəllərinə və işləmədiyi dövrlərin ölkə ərazisində müəyyən edilmiş orta əmək haqqı miqdarı Quba statistika idarəsindən alınan məlumatlar əsasında hesablanmışdır. Hesablamaların nəticəsi etibarı ilə İddiaçı xx.xx.2021-ci il tarixinə 9425 manat ödənilməmiş borcunun qalması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi İddiaçı uşaqların saxlanılması üçün təyin olunmuş aliment pulunu tələbkarın xeyrinə ödəməmiş və nəticədə 3380 manat borcu yaranmışdır. Ümumilikdə hər iki qətnamə üzrə İddiaçı 12805 manat aliment borcu mövcuddur. Əlavə olaraq bildirirlər ki, yaranmış aliment borcu ilə bağlı İddiaçı barəsində xx.xx.2021-ci il tarixdə inzibati protokol tərtib edilib, aidiyyəti sənədlərlə birlikdə baxılması üçün Quba Rayon Məhkəməsinə təqdim edilmiş, inzibati protokolun məhkəmə baxışı zamanı bütün əlavə edilmiş sənədlər təhlil edilmiş və İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs olunmuşdur. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(027)-1417/2017 saylı icra sənədinə əsasən İddiaçı uşaqları 30 oktyabr 2014-cü il tarixdə doğulmuş X16 və 23 dekabr 2015-ci il tarixdə doğulmuş X17 ilə ünsiyyətdə olması üçün hər həftə şənbə və bazar günləri saat 14:00-dan saat 16:00-a kimi görüş vaxtı müəyyən edilmşdir. Qeyd olunan icra sənədi xx.xx.2017-ci il tarixində şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda iş üzrə tərəflər şöbəyə dəvət olunaraq, onlara bu işlə bağlı hüquq və vəzifələri, həmçinin icra sənədində qeyd olunan tələblərə əməl etmədikləri təqdirdə daşıyıcaqları məsuliyyət ətraflı izah edilmişdir. Bundan sonra tələbkar İddiaçı mütəmadi olaraq icra sənədində təyin olunan vaxtlarda uşaqları ilə görüşməsi üçün cavabdeh tərəfindən şərait yaradılmışdır. Tələbkar İddiaçı xx.xx.2019-cu il tarixdə şöbəyə müraciət edərək son vaxtlar uşaqları ilə görüşərkən cavabdeh Rəqsanə Kazımova ilə aralarında insident yaşadıqları barədə məlumat vermişdir. Bu səbəbdən iş üzrə cavabdeh Rəqsanə Kazımova xx.xx.2019-cu il tarixdə şöbəyə dəvət edilmiş, ona tələbkar tərəfindən aralarında yaranmış insident barədə verdiyi məlumat nəzərinə çatdırılmış və ondan müvafiq izahat tələb olunmuşdur. Borclu izahatında heç bir insident baş vermədiyini, İddiaçı məhkəmə qərarı ilə təyin olunmuş vaxtlarda uşaqlarla ünsiyyət qurması üçün şərait yaratdığını göstərmiş və sübut kimi bir neçə fotoşəkil təqdim etmişdir. Məsələnin obyektiv araşdırılması məqsədi ilə icra sənədi üzrə hər iki tərəf, uşaqlar və aidiyyəti dövlət orqanları xx.xx.2019-cu il tarixə təyin olunmuş icra tədbirinə rəsmi dəvət edilmişdir. İş üzrə tələbkar İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə şöbəyə müraciət edərək icra sənədinə izah verilməsi üçün ərizə ilə məhkəməyə müraciət olunmasını və izah ərizəsinə məhkəmə tərəfindən cavab verilənədək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Tələbkarın xahişini nəzərə alaraq, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-1417/2017 saylı icra sənədinin nəticə hissəsinə izah verilməsi üçün xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət olunmuş və iş üzrə icraat xx.xx.2019-cu il tarixli qərarla dayandırılmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarxli, 2(027)-1417/2017 saylı qətnamədə göstərilən uşaqlarla ünsiyyət zamanı borclu X8 iştirakı olmadan görüşmənin mümkün olması kimi izah edilmişdir. Həmin qərardaddan borclu R.Kazımova verdiyi şikayətə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(105)- 3634/2019 saylı qərardadı ilə ləğv olunmuşdur. Buna baxmayaraq tələbkar İddiaçı məhkəmə qərarı ilə təyin olunmuş vaxtlarda uşaqlarla görüşməsi təmin edilmiş və bu barədə tələbkar İddiaçı müxtəlif tarixlərdə ərizələr alınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin xx.xx.2020-ci il tarixli müvafiq göstərişinə əsasən məlum infeksiyanın yayılmasının qarşısını almaq məqsədi ilə ölkə ərazisində elan olunmuş karantinlə bağlı uşaqla ünsiyyət tələblərinin icrası virtual qaydada (videozəng) təşkil edilməsi tapşırılmışdır. Yaranmış zərurətlə bağlı tələbkar İddiaçı xx.xx.2020-ci il tarixdə şöbəyə dəvət edilmiş və ona uşaqlarla ünsiyyətin virtual qaydada (videozəng) həyata keçiriləcəyi barədə məlumat verilmişdir Lakin İddiaçı uşaqlarla ünsiyyətin virtual qaydada həyata keçirilməsindən imtina etmişdir. Məhkəmə qərarı ilə təyin olunmuş növbəti dəfə uşaqlarla ünsiyyətin müvəqqəti olaraq yalnız virtual qaydada həyata keçiriləcəyi barədə tələbkar İddiaçı şəxsən imza etdirilməklə xx.xx.2020-ci il tarixdə bildiriş verilmiş və bu işlə bağlı icra məmuru N.Əmrullayevlə əlaqə saxlanılması izah edilmişdir. Lakin, İddiaçı uşaqlarla virtual qaydada ünsiyyət qurmaq üçün əlaqə saxlamamış və xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək uşaqlarla videozəng vasitəsi ilə ünsiyyət qurmaqdan imtina etdiyini bildirmişdir. Bundan sonra iş üzrə tərəflər xx.xx.2021-ci il tarixdə şöbəyə dəvət edilmiş, tələbkar İddiaçı uşaqlarla ünsiyyət qurmaq üçün lazımi şərait yaradılmış və təxminən görüş 3 saatdan artıq davam etmişdir. Həmçinin tələbkar İddiaçı şöbəyə ərizə ilə müraciət edərək uşaqlarla kifayət qədər ünsiyyət qurması ilə bağlı ona yaradılmış şəraitə görə öz minnətdarlığını bildirmişdir. Eləcə də, tələbkar İddiaçı növbəti dəfə şöbəyə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində şöbənin icraatında onun tərəf olduğu uşaqla görüş tələbi ilə bağlı icra sənədinin icrası ilə əlaqədar Cavabdehndən şikayət və tələbinin olmadığını göstərmişdir. Daha sonra xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə müvafiq icra tədbirləri həyata keçirilmiş, tələbkar İddiaçılə adıçəkilən uşaqlarla ünsiyyətdə olmaları üçün şərait yaradılmışdır. Lakin, uşaqlar ataları İddiaçılə ünsiyyət qurmaqdan imtina etmişlər. Bu hal aktlaşdırılmış, icra prosesində iştirak edənlər və tərəflər akta imza etmişlər. Tərəflərin razılığı ilə növbəti uşaqla ünsiyyətin təmin edilməsi məqsədi ilə xx.xx.2021-ci il tarixə icra tədbiri təyin edilmiş və həmin gün tələbkar İddiaçılə adıçəkilən uşaqların ünsiyyətdə olmaları təmin edilmişdir. Növbəti uşaqla ünsiyyətin təmin edilməsi məqsədi ilə xx.xx.2021-ci il tarixə icra tədbiri təyin edilmişdir. Qeyd olunan icra tədbiri ilə bağlı, tərəflər xx.xx.2021-ci il tarixdə şöbəyə dəvət edilmiş, tərəflərə öncədən rəsmi məlumat verilməsinə baxmayaraq, borclu R.Kazımova icra tədbirinə gəlməmişdir. Borclu R.Kazımova xx.xx.2021-ci il tarixdə şöbəyə dəvət olunaraq izahatı alınmış və barəsində inzibati protokol tərtib olunaraq Quba Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Hazırda bu işlə bağlı tədbirlər davam etdirilməkdədir. Faktiki olaraq Azərbaycan Respublikası adından çıxarılmış icrası davam edən məhkəmə qərarları hərəkətsiz saxlanılmamış və mütamadi olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Beləliklə hesab edirlər ki, İddiaçı iddiası və müxtəlif instansiyalara etdiyi şikayətlər yalnız aliment ödəməkdən yayınmağa və cinayət məsuliyyətdən boyun qaçırtmağa xidmət edir. Həmçinin o, əsassız iddialarla müraciət etməklə məhkəmənin və icra qurumunun mühüm fəaliyyətini məşğul edir. Göstərilənləri nəzərə alaraq, Cavabdehnə qarşı verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş olunmuşdur. İddiaçı Cavabdeh etirazına cavab olaraq məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, etirazda qeyd edilir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2497/2017 saylı icra sənədinə əsasən qazancının 1/3 hissəsi və hər uşaq üçün 30 manat olmaqla, ümumilikdə 60 manat sabit pul məbləğində aliment tutulur və o, həmin tələbi qismən yerinə yetirmişdir. Lakin, iş materiallarına təqdim etdiyi rəsmi gəlir cədvəlindən aydın olur ki, vergilər çıxıldıqdan sonra, o aldığı 180 manat məvacibin 1/3 hissəsini və 60 manat sabit pul məbləğini - ümumilikdə 120 manat pulu stabil olaraq qeyd edilən tarixdən 2020-ci ilin aprel ayınadək ödəmişdir. Həmin müddət ərzində nə tələbkar, nə də icra məmurları tərəfindən öhdəliyi qismən yerinə yetirməyi barədə hər hansı bildiriş və ya etiraz ona, eləcə də hazırkı iş üzrə məhkəməyə təqdim edilməmişdir. O, da öz növbəsində məhkəmə qətnaməsinə uyğun qaydada ödəniş etmişdir. Etirazda onun 3480 manat məbləğində aliment ödəməyi barədə qeydə gəldikdə, həmin qeydin yalan olduğunu sübut edən iş materiallarına 3960 manatlıq ödəniş qəbzi təqdim etmişdir. Onda olan ehtimala əsasən icra məmurlarının onun aliment ödənişini azaltmaqda əsas məqsəd tələbkarla əlbir olub aliment yükünü qanunsuz artırmaqla birgə mənimsəmək niyyətində olduqlarına əsaslı şübhələri var. Belə ki, icra məmuru Quba Rayon Məhkəməsinə inzibati protokol tərtib edərkən, ilk növbədə "xxxx" ASC-yə tələbkarın aliment ödənişi üçün olan bank rekvizitlərinə sorğu göndərməklə, onun ödəniş qrafikini və ödəniş məbləği barədə dəqiq məlumat əldə etmək imkanına malikdir. İcra məmuru protokol tərtib edərkən, bank və kredit təşkilatlarına sorğu verdiyini etiraf edir, lakin icra məmurunun sorğuya uyğun hesablama aparmadığının səbəbi bəlli deyildir. Cavabdeh övladları ilə ünsiyyətlə bağlı problemin olmadığını qeyd etsə də, onun tərəfindən iş materiallarına təqdim edilən Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(027)-999/2021 saylı qərarı, Quba RPŞ-in HK-1Y2307 saylı qərarı, borclunun insident yaradaraq görüşə maneçilik etməsi barədə video görüntülü disk, icra tədbirinə gəlmədiyi barədə Cavabdeh tərtib etdiyi 3 ədəd akt, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli, xx/xx-4174 nömrəli, xx.xx.2019-cu il tarixli, 04/Ə-191 nömrəli, xx.xx.2019-cu il tarixli, 0217-5657 nömrəli məktublarından açıq-aydın icra sənədlərinin icra edilmədiyi təsdiqlənir. Lakin bu sübutlara baxmayaraq, icra məmurları israrla bu faktları təkzib edir, qarşı tərəfi xüsusi can-fəşanlıqla müdafiə edir. Bu səbəblərdən icra məmurlarının bu məsələdə müəyyən marağının olduğuna əsaslı şübhələri var. Ehtimal edir ki, Cavabdeh icra məmurları qarşı tərəf olan borclu Rəqsanə Kazımova ilə qeyri-prosessual əlaqəyə girməklə onun maraqlarına xidmət ediblər. Əks təqdirdə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)- 1719/2021 nömrəli, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)- 2574/2022 nömrəli və Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-456/2021 nömrəli icra sənədlərinin bu vaxtadək icra edilməməsinin səbəbləri icra məmurları tərəfindən izah edilərdi və ya icra edilərdi. İcra məmurunun övladlarının onunla ünsiyyətdən imtina etməsinə dair akta əlavə qeyd edərək görüşün baş tutduğunu, lakin borclunun müdaxilə etdiyinə etiraz edib və psixoluqun da borclu ilə qeyri-prosesual ələqədə olduğuna etiraz edərək, başqa psixoloqla əvəz olunmasını tələb etmişdir. Həmçinin, 2021-ci ilin avqust ayında bir dəfə uşaqla ünsiyyətdə olmağı, aylarla fasilədən sonra il ərzində 2-3 dəfə təşkil edilən icra tədbirlərində cəmi bir-iki saatlıq ünsiyyət, icra sənədinin icra edilməsi anlamına gəlməməlidir. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(027)-999/2021 nömrəli qərarı da bir daha təsdiq edir ki, icra sənədi icra edilmədiyi üçün borclu R.Kazımova Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 500 manat cərimə edilmişdir. İcra sənədi icra edilsəydi müvafiq qərarla cavabdeh cərimə edilməzdi. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)- 1719/2021 nömrəli icra sənədinin icraata başlanılması qeyd edilsə də, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə icra sənədlərinin icrası barədə hansı tədbirlərin görülməsinə dair şikayətləri cavablandırılmamış qalmışdır.Yuxarıda sadalanan faktlardan aydın olur ki, Cavabdeh icra məmurları Azərbaycan Respublikası İcra Haqqında Qanunun 5, 8, 9, 43, 51, 82, 84, 87-ci və sair maddələrin tələblərinə uyğun hərəkətlər etməmiş və fəaliyyətlərində bir sıra nöqsanlara yol vermişlər. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh xx.xx.2022 tarixli, 249642/xx-xx-5112 nömrəli etiraz ərizəsi əsassız və saxta məlumatlardan ibarət olduğu üçün, rədd edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, e-2(027)-1731/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “icra məmurlarının qanuni məhkəmə qərarlarını (icra sənədlərini) icra etmədikləri, qanunsuz əməlləri və sair hərəkətləri və ya hərəkətsizlikləri” barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim İlqar Məmmədov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, e-2(027)-1731/2022 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aliment ödənişləri etdiyi ilk gündən məhkəməyə müraciət edən vaxtadək, alimenti səhv ödəməymi və ya aliment borcunun olması barədə cavabdeh heç vaxt ona hər hansı bildiriş, xəbərdarlıq və digər məlumat təqdim etməmişdir. Məhkəmə prosesinin gedişatı zamanı və digər vaxtlarda cavabdehdən aliment borcunu hansı formada hesabladığına dair aylar üzrə cədvəl təqdim etmələrini tələb etsə də, cavabdeh bu tələbdən yayınmış və faktiki olaraq cavablandıra bilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizələrində bir-birinə ziddiyət təşkil edən məlumatlar təqdim etməklə, məhkəməni aldatmağa çalışmışdır. Belə ki, bir ərizədə aliment borcunun 10110.6 (on min yüz on tam onda altı) manat olduğunu qeyd etsə də, digər ərizədə aliment borcunun 12805 manat olduğunu qeyd etməklə on səkkiz gün ərzində borc məbləğinin 2694,6 manat artırmışdır. Məhkəmə prosesi zamanı bu barədə cavabdehə suallar ünvanlayaraq, rəsmi izah verməsini tələb etsə də, cavabdeh bu kimi əməllərinə cavab verməkdə çətinlik çəkərək izah verməmişdir. Həmçinin cavabdehdən digər icra sənədlərinin hansı səbəbdən icra edilmədiyinə dair rəsmi qaydada izahlı məlumat verilməsini tələb etsə də, cavabdeh həmişə olduğu kimi məsuliyyətdən boyun qaçıraraq, məhkəmədən vaxt istəmiş, daha sonra prosesə gəlməməklə aliment borcunun hesablanmasına dair aylar üzrə cədvəl təqdim etmək və icra sənədlərini nə səbəbdən icra etmədiyinə dair izah verməkdən boyun qaçırmışdır. Cavabdehin izahatında aliment ödənişlərinin 3460 manat olmasını qeyd etməsinin yalan olduğunu təsdiq edən iş materialına 4210 manatlıq rəsmi ödəniş qəbzi təqdim etməklə faktiki olaraq cavabdehin növbəti saxtakarlığını sübuta yetirmişdir. Belə ki, ortalıqda 730 (yeddi yüz otuz) manatlıq cavabdehin saxtakarlığı faktla sübuta yetirilmişdir. Lakin məhkəmə bu fakta hüquqi qiymət verməmiş və cavabdeh barədə tədbir görməmişdir. Həmçinin məhkəmə qətnaməsində buna dair hər-hansı qeyd yoxdur. İş materialına təqdim etdiyi tələbkar R.Kazımovanın 2(102)-6498/2021 nömrəli kassasiya şikayətinin surətində yığılmış aliment borcunun 4000 (dörd min) manat olması barədə etiraf etdiyi halda, cavabdehin həmin məbləği 9000 (doqquz min) manat göstərməsi və bunun hansı marağa xidmət etdiyi barədə rəsmi sorğuları cavabdeh tərəfindən cavablandırılmamışdır. Cavabdeh aliment borcunu aldığı maaşların vergisi ilə birgə hesablamışdır. Belə ki, xx.xx.2022-ci il tarixli iş materialına təqdim etdiyi əmək haqqları cədvəllərinə əsasən gəlirlər vergilər çıxıldıqdan sonra ələ gələn əmək haqqı ilə, cavabdehin təqdim etdiyi əmək haqqı cədvəlində uyğunsuzluq vardır. Misal üçün - cavabdehi istinad etdiyi cədvəldə əmək haqqı 878, 697 və 431 manat göstərildiyi halda, təqdim etdiyi ərizələrdə müvafiq olaraq, 800, 600 və 400 manat qeyd edilmişdir. Bununla da, cavabdeh Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 3-cü maddəsini kobud şəkildə pozmuşdur. Bir sözlə, cavabdeh yazılı ərizələrində və şifahi məlumatlarında fərziyyələrdən ibarət şablon söz yığınından istifadə etməklə, işin mahiyyətindən qaçıb və hər-hansı reallığa əsaslanan məlumat təqdim edə bilməmişdir. Ümumiyyətlə, cavabdeh məhkəmə qərarları çıxan ilk gündən, icra sənədlərinə əməl etməmişdir. Hər dəfə tərəflər arasında nifaq salmaqla vəziyyəti çətinləşdirməyə calışıb və bu yolla qarşı tərəflə sövdələşərək onun maraqlarına xidmət etməklə, həm də şəxsi marağına xidmət edərək, faydalanmağa çalışmışdır. Dəfələrlə rəsmi etiraz və şikayətlərini bildirsə də, icra məmurları buna məhəl qoymamışdır. CAVABDEHİN APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİ Vətəndaş İddiaçı Cavabdehnə qarşı qaldırdığı iddia tamamilə əsassız olduğuna görə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)-1731/2022 nömrəli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Belə ki, İddiaçı iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşaq üçün 30 manat olmaqla 60 manat sabit pul məbləğində aliment pulunu X10 verməsi barədə Quba Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qətnamə qəbul etmişdir. Həmin qətnaməyə əsasən verilən icra vərəqəsi xx.xx.2017-ci il tarixdə icraata qəbul edilmiş və İddiaçı qanuna müvafiq qaydada aliment ödəməsi barədə bildiriş verilmişdir. Sonradan aliment pulunun miqdarı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-629/2021 saylı qətnaməsinə əsasən dəyişdirilmiş, İddiaçı iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlanaraq hər uşağa 130 manat olmaqla, iki uşağa görə 260 manat sabit məbləğdə aliment müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay 60 manat sabit pul məbləğində aliment ödəməlidir. İddiaçı həmin tarixədək faktiki olaraq 3480 manat aliment pulu ödəmişdir. Halbuki o, 12605 manat aliment pulu ödəməli idi. Belə ki, İddiaçı 2017-ci ilin may ayından həmin ilin oktyabr ayınadək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X1 labaratoriyasında mütəxəssis vəzifəsində işləmiş və xx.xx.2017-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Daha sonra, İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-də Golf şöbəsinə Yaşıllaşdırma üzrə mütəxəssis vəzifəsinə işə düzəlmiş və xx.xx.2020-ci il tarixdə işdən azad olunmuşdur. İddiaçı işlədiyi yuxarıda adları qeyd olunan təşkilatlardan əldə etdikləri əmək haqqı cədvəllərinə və işləmədiyi dövrlərin ölkə ərazisində müəyyən edilmiş orta əmək haqqı miqdarı Quba Rayon Statistika idarəsindən alınan məlumatlar əsasında hesablanmışdır. Hesablamaların nəticəsi olaraq İddiaçı xx.xx.2021-ci il tarixinə 9125 manat ödənilməmiş aliment borcunun qalması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi İddiaçı uşaqların saxlanılması üçün təyin olunmuş aliment pulunu tələbkarın xeyrinə ödəməmiş və nəticədə aliment borcu 4680 manat təşkil edir. Ümumilikdə hər iki qətnamə üzrə bu günə, yəni xx.xx.2023-cü il tarixə İddiaçı 13805 manat aliment borcu mövcuddur. Əlavə olaraq bildirirlər ki, yaranmış aliment borcu ilə bağlı İddiaçı barəsində xx.xx.2021-ci il tarixdə inzibati protokol tərtib edilərək aidiyyəti sənədlərlə birlikdə baxılması üçün Quba Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati protokolun məhkəmə baxışı zamanı bütün əlavə edilmiş sənədlər təhlil edilmiş və İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs olunmuşdur. Bundan sonra borclu İddiaçı Quba Rayon Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(105)-29/2022 saylı qərarı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda bildirirlər ki, borclu İddiaçı yuxarıda adları göstərilən təşkilatlarda işləməsi barədə Cavabdehnə heç bir məlumat verməmişdir. Sonradan icra tədbirləri nəticəsində onun həmin təşkilatlarda işləməsi və işdən azad olunması məlum olmuşdur. Bu səbəbdən aliment tələbi üzrə icra sənədləri onun işlədiyi təşkilatlara yönəldilməmişdir. Eləcə də, icraat zamanı icra məmuru tərəfindən borclunun işləmiş olduğu təşkilatlardan əldə etdiyi əmək haqqı cədvəlinə əsasən onun hər ay kifayət qədər məvacib almasına baxmayaraq, aliment pulunu öz təşəbbüsü ilə qeyri-müntəzəm ödəməklə kifayətlənmişdir. Yuxarıda qeyd olunanlar hallar borclu İddiaçı aliment öhdəliyini bilərəkdən yerinə yetirməməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)-1731/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi və əlavə olaraq izahatında istər uşaqla ünsiyyət zamanı, istərsə də alimentin tutulması zamanı icra tədbirləri həyata keçirilərkən heç bir qanun pozuntularına yol verilmədiyini, məhkəmə qərarlarının hərəkətsiz saxlanılmadığını və mütamadi olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüldüyünü, eləcə də mübahisə predmeti olan aliment borcunun məbləği ilə bağlı İddiaçı tərəfindən müəyyən məbləğlərdə ödənişlərin edilməsinə dair rəsmi sənədlər və aliment borcuna aid digər sübutlar təqdim olunacağı təqdirdə aliment borcunun yenidən dəqiqləşdirilməsinin mümkün olduğunu, lakin hazırda onun 13805 manat məbləğində aliment borcunun olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs X11 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi və əlavə olaraq izahatında ali təhsilli həkim olduğunu, iddiaçı ilə birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanılması üçün 3 yerdə işlədiyini, İddiaçı isə ali təhsilli Azərbaycan dili və ədəbiyyat müəllimi olduğunu, ingilis dilini mükəmməl bildiyini, ona uşaqların saxlanılması ilə bağlı kömək etmədiyini, aliment borcunu ödəmədiyini bildirdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Cavabdehndə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktın surətindən məlum olur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-1417/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar tərəflərə şöbəyə dəvət olunmuş və iş üzrə tələbkar İddiaçı uşaqları ilə görüşməyə şərait yaradılmış, görüş təxminən 1 saat davam etmiş, Aktın doğruluğu icra məmurları N.Əmrullayev, R.Quliyev və iş üzrə tələbkar İddiaçı, iş üzrə borclu R.Kazımovanın imzalarıyla təsdiq olunmuş, tələbkar İddiaçı öz irad və narazılığını aktın qeyd hissəsində yazılı şəkildə bildirmişdir; - Cavabdehndə xx.xx.2020-ci il, xx.xx.2021-ci il vəxx.xx.2021-ci il tarixlərdə tərtib edilmiş aktların surətindən məlum olur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-1417/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar tərəflər şöbəyə dəvət olunmuş və iş üzrə tələbkar İddiaçı uşaqları ilə görüşməyə şərait yaradılmış, görüş təxminən 1 saat davam etmiş, İddiaçı uşaqlarla təklikdə görüşmək istəyi nəzərə alınsa da, uşaqlar ataları İddiaçılə təklikdə ünsiyyətdə olmaqdan imtina etmişlər, Aktın doğruluğu icra məmurları N.Əmrullayev və V.Məmmədov, MX-nın psixoloqu S.Vahabzadə, digər şəxs C.Mirzəliyev və iş üzrə tələbkar İddiaçı, iş üzrə borclu R.Kazımova tərəfindən imzalarıyla təsdiq olunmuş, tələbkar İddiaçı öz irad və narazılığını aktların qeyd hissəsində yazılı şəkildə bildirmişdir; - xx.xx.2021-ci il tarixli əlyazma ərizənin surətindən məlum olur ki, İddiaçı uşaqları ilə ünsiyyət qurmağı üçün yüksək səviyyədə lazımi şərait yaradıldığını, Cavabdehnə öz təşəkkürünü bildirmişdir; - xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, məlum infeksiyanın qarşısının alınması məqsədilə ölkə ərazisində elan olunmuş karantin rejimi ilə bağlı uşaqlarla növbəti görüşlərin virtual qaydada həyata keçirilməsi xahiş olunmuşdur; - xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli əlyazma ərizələrin surətlərindən görünür ki, iş üzrə tələbkar İddiaçı uşaqları ilə virtual ünsiyyət yaradılmasından imtina etmişdir; - Cavabdehndə xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərdə tərtib edilmiş aktların surətindən məlum olur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)- 1417/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar tərəflərə və dövlət orqanlarına məlumat verilməsinə baxmayaraq, iş üzrə borclu X11 heç bir üzrlü səbəb olmadan prossesin keçirildiyi yerə gəlməmiş, azyaşlı uşaqların gətirilməsini təmin etməmiş, proses qeyrimüəyyən tarixə təxirə salınmış, aktın doğruluğunu icra məmurları N.Əmrullayev, V.Məmmədov və iş üzrə tələbkar İddiaçı imzalarıyla təsdiq etmişlər; - İddiaçı Cavabdehnə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, R.Kazımovanın Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-1417/2017 saylı qətnaməsinə əməl etməməsi, törətdiyi əməllərə görə layiqli cəza alması üçün təxirəsalınmaz tədbirin görülməsini xahiş etmiş və ərizənin doğruluğunu öz imzasıyla təsdiq etmişdir; - Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(027)-999/2021 saylı qərarından görünür ki, İddiaçı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X17 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə və bazar günləri saat 14:00dan 16:00-a kimi görüş verilməsi ilə bağlı icra sənədini icra etməkdən boyun qaçırdığına görə X11 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğdə cərimə edilmişdir; - Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(105)-29/2022 saylı qərarından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(027)- 1000/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır; - Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Cavabdeh sorğusuna göndərilmiş xx.xx.2022-ci il tarixli, 32 saylı məktubundan məlum olur ki, Əliyev X5 və Çayçılıq Elmi- Tədqiqat İnstitutunun biotexnologiya laboratoriyasının mütəxəssisi vəzifəsində çalışmış, 11 oktyabr 2017-ci il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir; - "xxxx" MMC-nin Cavabdeh sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli, 043 saylı məktubundan məlum olur ki, "xxxx" MMC-nin Qolf şöbəsinin yaşıllaşdırma üzrə mütəxəssisi İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində xitam verilmişdir. - Cinayət işinin başlanılması rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, X11 barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nə göndərilmişdir; - Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-2648/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh X6 “VAZ 2109” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 270 manat, avtomobilə dəymiş ziyanın qiymətləndirilməsinə görə "xxxx" MMC-nin hesabına ödənilmiş 50 manat pul, 70 manat hüquqi yardım xərcinin və ödənilmiş 20 manat manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir; - Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(027)-387/2021 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)- 629/2021 saylı icra sənədi üzrə “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə İddiaçı şikayəti təmin edilməmişdir; - Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(027)-1000/2021 saylı qərarından görünür ki, alimentin ödənilməsi ilə bağlı Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2497/2017 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-629/2021 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs tətbiq edilmişdir; Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli, 2(027)-1417/2017 saylı qətnaməsi ilə İddiaçı uşaqları 30 oktyabr 2014-cü il təvəllüdlü X18 və 23 dekabr 2015-ci il təvəllüdlü X17 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə və bazar günləri saat 14:00-dan saat 16:00a kimi X8 iştirakı olmadan görüş vaxtının müəyyən edilməsi qət edilmiş, qeyd olunan qətnamə üzrə icra sənədi xx.xx.2017-ci il tarixdə Cavabdehnə daxil olmuş və iş üzrə icraata başlanılmışdır. Bundan sonra tələbkar İddiaçı mütəmadi olaraq icra sənədində təyin olunan vaxtlarda uşaqları ilə görüşməsi üçün şərait yaradılmış, xx.xx.2019-cu il tarixdə tələbkar İddiaçı şöbəyə müraciət edərək son vaxtlar uşaqları ilə görüşərkən Rəqsanə Kazımova ilə aralarında insident yaşadıqları barədə məlumat vermiş, bu səbəbdən Rəqsanə Kazımova xx.xx.2019-cu il tarixdə şöbəyə dəvət edilmiş, tələbkarla aralarında yaranmış insident onun nəzərinə çatdırılmış və ondan müvafiq izahat tələb olunmuşdur. Borclu izahatında heç bir insident baş vermədiyini, İddiaçı məhkəmə qərarı ilə təyin olunmuş vaxtlarda uşaqlarla ünsiyyət qurması üçün şərait yaratdığını göstərmiş və sübüt kimi bir neçə foto-şəkil təqdim etmişdir. Məsələnin obyektiv araşdırılması məqsədi ilə icra sənədi üzrə hər iki tərəf, uşaqlar və aidiyyəti dövlət orqanları xx.xx.2019-cu il tarixə təyin olunmuş icra tədbirinə rəsmi dəvət edilmişdir. İş üzrə tələbkar İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə şöbəyə müraciət edərək icra sənədinə izah verilməsi üçün ərizə ilə məhkəməyə müraciət olunmasını və izah ərizəsinə məhkəmə tərəfindən cavab verilənədək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Tələbkarın xahişini nəzərə alınaraq Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-1417/2016 saylı icra sənədinin nəticə hissəsinə izah verilməsi üçün xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət olunmuş və iş üzrə icraat xx.xx.2019-cu il tarixli qərarla dayandırılmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarxli, 2(027)-1417/2017 saylı qətnamədə göstərilən uşaqlarla ünsiyyət zamanı borclu X8 iştirakı olmadan görüşmənin mümkün olması kimi izah edilmiş, həmin qərardadan borclu R.Kazımovanın verdiyi şikayətə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(105)-3634/2019 saylı qərardadı ilə ləğv olunmuşdur. Buna baxmayaraq tələbkar İddiaçı məhkəmə qərarı ilə təyin olunmuş vaxtlarda uşaqlarla görüşməsi təmin edilmiş və bu barədə tələbkar İddiaçı müxtəlif tarixlərdə ərizələr alınmışdır. Daha sonra İcra şöbəsi tərəfindən tərəflərə xx.xx.2020-ci il tarixli bildiriş ünvanlanaraq məlum infeksiyanın (Covid-19) qarşısının alınması məqsədilə ölkə ərazisində elan olunmuş karantin rejimi ilə bağlı uşaqlarla növbəti görüşlərin virtual qaydada həyata keçirilməsi xahiş olunmuş, lakin iş üzrə tələbkar İddiaçı uşaqları ilə virtual ünsiyyət yaradılmasından imtina etmişdir. Bundan sonra iş üzrə tərəflər xx.xx.2021-ci il tarixdə şöbəyə dəvət edilmiş, tələbkar İddiaçı uşaqlarla ünsiyyət qurmaq üçün lazımi şərait yaradılmış və təxminən görüş 3 saatdan artıq davam etmişdir. Daha sonra xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə tərtib olunmuş Aktlardan müəyyən olunur ki, iş üzrə tələbkar İddiaçı uşaqları ilə görüşməyə şərait yaradılmış, görüş təxminən 1 saat davam etmişdir. Daha sonra xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə müvafiq icra tədbirləri həyata keçirilmiş, tələbkar İddiaçılə adıçəkilən uşaqların ünsiyyətdə olmaları üçün şərait yaradılmışdır. Lakin, uşaqlar ataları İddiaçılə ünsiyyət qurmaqdan imtina etmişlər. Bu hal aktlaşdırılmış, icra prosesində iştirak edənlər və tərəflər akta imza etmişdirlər. Tərəflərin razılığı ilə növbəti uşaqla ünsiyyətin təmin edilməsi məqsədi ilə xx.xx.2021-ci il tarixə icra tədbiri təyin edilmiş və həmin gün tələbkar İddiaçılə adıçəkilən uşaqların ünsiyyətdə olmaları təmin edilmişdir. Növbəti uşaqla ünsiyyətin təmin edilməsi məqsədi ilə xx.xx.2021-ci il tarixə icra tədbiri təyin edilmiş, qeyd olunan icra tədbiri ilə bağlı tərəflər xx.xx.2021-ci il tarixdə şöbəyə dəvət edilmiş, tərəflərə öncədən rəsmi məlumat verilməsinə baxmayaraq, borclu R.Kazımova icra tədbirinə gəlməmişdir. Borclu R.Kazımova xx.xx.2021-ci il tarixdə şöbəyə dəvət olunaraq izahatı alınmış və barəsində inzibati protokol tərtib olunaraq Quba Rayon Məhkəməsinə təqdim edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə R.Kazımova Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğdə cərimə edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, uşaqlarla ünsiyyətin təmin edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin məhz Cavabdeh hərəkətsizliyi nəticəsində icra edilməməsi, eləcə də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyanın dəyməsi öz hüquqi təsdiqini tapmır. Belə ki, iddiaçı iddia tələbində qeyd edilən icra vərəqəsinin cavabdeh tərəfindən illərlə icra edilməməsini qeyd etsə də, müvafiq sənədlərə əsasən icra sənədinin qeydiyyata alınaraq icraata başlama haqqında qərar qəbul edilməsi, müxtəlif vaxtlarda iddiaçının uşaqları ilə ünsiyyətinin təmin edilməsi, digər vaxtlarda isə ünsiyyətin təmin edilməməsinin R.Kazımovanın təqsirli hərəkətlərinin nəticəsi olması, bu hərəkətlərinə görə R.Kazımovanın Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğdə cərimə edilməsi öz hüquqi təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı həmçinin müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)2497/2017 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay, hər uşaq üçün 30 manat olmaqla 60 manat sabit pul məbləğində alimentin tutularaq X10 verilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən verilən icra vərəqəsi xx.xx.2017-ci il tarixdə Quba Rayon İcra şöbəsində icraata qəbul edilərək İddiaçı qanuna müvafiq qaydada aliment ödəməsi barədə bildiriş verilmişdir. Daha sonra Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2014-cü il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən İddiaçı hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, iki uşağa hər ay 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin alınaraq X10 verilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən verilən icra vərəqəsi xx.xx.2017-ci il tarixdə Quba Rayon İcra şöbəsində icraata qəbul edilərək İddiaçı qanuna müvafiq qaydada aliment ödəməsi barədə bildiriş verilmişdir. İddiaçı 2017-ci ilin may ayından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X1 labaratoriyasında mütəxəssis vəzifəsində işləmiş və xx.xx.2017ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuş, daha sonra İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-də Golf şöbəsinə Yaşıllaşdırma üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə işdən azad olunmuşdur. Quba Rayon İcra şöbəsi tərəfindən İddiaçı aliment borcu işlədiyi yuxarıda adları qeyd olunan təşkilatlardan əldə etdikləri əmək haqqı cədvəllərinə və işləmədiyi dövrlərdə isə Quba Rayon Statistika idarəsindən alınan ölkə üzrə orta aylıq əmək haqqına uyğun müəyyən edilmiş və aliment borcu hesablanmışdır. İddiaçı tərəfindən aliment borcu ödənilmədiyindən barəsində xx.xx.2021ci il tarixdə inzibati protokol tərtib edilərək Quba Rayon Məhkəməsinə təqdim edilmiş və Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə Quba Rayon İcra şöbəsi tərəfindən verilmiş arayışa əsasən İddiaçı hər iki icra sənədi üzrə xx.xx.2023-cü il tarixə ümumilikdə 13805 manat aliment borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında əsas mübahisə aliment borcunun hesablanması qaydası və onun dəqiq məbləğinin müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, icra məmuru tərəfindən məhkəmə qətnamələri ilə yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxs İddiaçı 2017-ci ilin may ayından həmin ilin oktyabr ayına kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X1 labaratoriyasında mütəxəssis vəzifəsində, daha sonra xx.xx.2018-ci il tarixdən xx.xx.2020ci il tarixə kimi "xxxx" MMC-də Golf şöbəsinə Yaşıllaşdırma üzrə mütəxəssis vəzifəsində işlədiyi dövrlərdə əməkhaqqı cədvəllərinə görə, işləmədiyi dövrlərdə isə aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edildiyindən icra məmurunun hərəkətlərində hər hansı bir qanunsuzluq müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Bununla əlaqədar məhkəmə kollegiyasının iclasında iddiaçı onun işləmədiyi dövrlərdə aliment borcunun orta əmək haqqına görə deyil, minimum əmək haqqına görə hesablanmalı olmasını israrla bildirmişdir. Məhkəmə kollegiyası onun bu dəlilini Ailə Məcəlləsinin yuxarıda qeyd olunan 106.4-cü maddəsinin tələbləri baxımından əsassız hesab etmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında mübahisə predmeti olan aliment borcunun məbləği ilə bağlı İddiaçı tərəfindən müəyyən məbləğlərdə ödənişlərin edilməsinə dair rəsmi sənədlər və aliment borcuna aid digər sübutlar təqdim olunacağı təqdirdə aliment borcunun yenidən dəqiqləşdirilməsinin mümkün olduğunu bildirmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə İddiaçı aliment borcunun onun xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onun iddiası üzrə onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində yuxarıda qeyd olunan dəlilləri öz təsdiqini tapmamış, eləcə də, iddiaçı apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Buna görə apellyasiya şikayətinin qeyd olunan dəlilləri əsassızdır. Bundan əlavə, İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək icra sənədlərinə əsasən övladları ilə ünsiyyətdə olmaq hüququnun icra məmurlarının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi səbəbindən icra edilməməklə, övladlarına ata nəvazişi, ata qayğısı göstərməkdən məhrum edildiyi üçün, ona dəymiş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat konpensasiyanın Cavabdehndən alınaraq ona ödənilməsi və icra sənədinin icra edilməsi, cavabdehin (icra məmurlarının) saxta aliment hesablamaları ləğv edilərək, faktiki aliment borcunun təqdim etdiyi cədvələ uyğun, 2023-cü il yanvar ayı üçün 3710 manat təsdiq edərək, həmin məbləğə uyğun məcburetmə qaydasında hesablanması, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-2574/2021 saylı icra sənədinə əsasən ünvan 4 ünvanda yerləşən mənzilin 1/2 hissəsini təşkil edən payına istifadə hüququnun təmin edilməsi və həmin mənzilin 09 dekabr 2022-ci il tarixli ərizəyə uyğun hərraca çıxarılması deyil, kirayə verilmiş həmin mənzilin qanunla ona çatmalı kirayə haqqının ½ hissəsinin aliment borcuna yönəldilməsi məqsədi ilə istifadə hüququnun təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 8(105)- 141/2022 saylı qərardadı ilə müvəqqəti olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldıraraq ləğv edilməsi, cavabdehin qanunsuz əməlləri nəticəsində pozulmuş hüquqlarının bərpası istiqamətində çəkdiyi məhkəmə xərclərinin hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Məhkəmə kollegiyası hesab edir ki, “Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-2574/2021 saylı icra sənədinə əsasən ünvan 4 ünvanda yerləşən mənzilin 1/2 hissəsini təşkil edən payına istifadə hüququnun təmin edilməsi və həmin mənzilin 09 dekabr 2022-ci il tarixli ərizəyə uyğun hərraca çıxarılması deyil, kirayə verilmiş həmin mənzilin qanunla ona çatmalı kirayə haqqının ½ hissəsinin aliment borcuna yönəldilməsi məqsədi ilə istifadə hüququnun təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 8(105)-141/2022 saylı qərardadı ilə müvəqqəti olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldıraraq ləğv edilməsi” barədə birinci instansiya məhkəməsində tələb irəli sürülmədiyindən həmin hissədə tələb apellyasiya baxışının predmeti ola bilməz. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, e-2(027)-1731/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-311/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-311/2023
26.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver