Məhkəmə qərarları › İş №2(105)-3163/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3163/2021

13.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3163/2021 13.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(012)-1095/2021 saylı qərardadından iddiaçı X3 şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(012)-1095/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Habil Əhmədov) iddiaçılar X8, X2, X3 və X4 Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(012)-1095/2021 saylı qətnaməsindən vermiş olduqları apellyasiya şikayəti geri qaytarılmış, iddiaçı X6 qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2(012)-1095/2021 saylı qətnaməsi ilə İddiaçı4 Cavabdeh şöbəsinə qarşı qanuni qüvvəyə minmiş hökmün icra edilməməsinin qanunsuz hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, iddiaçılar İddiaçı1, X5, X6 və İddiaçı4 qətnamədən apellyasiya şikayəti vermişlər. Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(012)-1095/2021 saylı qərardadı ilə iddiaçılar X8, X2, X3 və X4 Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(012)-1095/2021 saylı qətnaməsindən vermiş olduqları apellyasiya şikayəti geri qaytarılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı X6 şikayətini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən bu tip iddialara görə dövlət rüsumu ödənilmir. Onlar iddia verən zaman da dövlət rüsumu ödəməmişdilər. Məhkəmənin bu formada yanaşması və qərardad qəbul etməsi qanunsuzdur. Şikayətdə iş üzrə qərardadın ləğv olunması xahiş edilmişdir. İddiaçılar İddiaçı1, X5, X6, İddiaçı4 və Cavabdeh şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçılar məhkəmə iclasına gəlmədiklərindən, Cavabdeh şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçıların apellyasiya şikayətini geri qaytararkən iddiaçılar tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin apellyasiya şikayətinə əlavə edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 108.1.4-cü maddəsinə görə apellyasiya şikayətləri verildikdə, dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” qanunun 8.4.11-ci maddəsinin mənasına görə məhkəməyə verilən qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən 10 manat dövlət rüsumu tutulur. Həmin qanunun 8.4.1-ci maddəsində göstərilir ki, apellyasiya və kassasiya şikayətlərinə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu tutulur. İddiaçılar İddiaçı1, X5, X6, İddiaçı4 qətnamədən apellyasiya şikayəti versələr də, apellyasiya şikayətinə birinci instansiya məhkəməsinə müraciət edilərkən müəyyən edilmiş məbləğin 50 faizi miqdarında, yəni 5 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası yuxarıda sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının şikayətini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı X3 şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(012)-1095/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar