Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-320/2021 27.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X61, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X65, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər X78, X16, Musayeva Könül Məmmədağa qızı, X65 və X5 nümayəndəsi və vəkili X44 iştirakı ilə Şabran Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(031)-582/2017 saylı qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər X78, X16, Musayeva Könül Məmmədağa qızı, X65 və X17 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şabran Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(031)-582/2017 saylı qətnaməsi ilə (hakim T.Ə.Qurbanov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh12, X66, Cavabdeh4, Cavabdeh5 oğlu, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı əqdin etirbarlı hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilib, Cavabdeh1 və İddiaçı arasında Torpağın mülkiyət hüququna dair RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.08 ha, RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.26 ha, RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.34 ha, MH seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən əsasən Quba rayonu ərazisində yerləşən 0.89 ha, MH seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.34 ha, MH seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.68 ha pay torpaq sahəsinin, Cavabdeh2 və İddiaçı arasında Torpağın mülkiyət hüququna dair MH seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.68 ha və MH seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.42 ha pay torpaq sahəsinin, Cavabdeh3 və İddiaçı arasında Torpağın mülkiyət hüququna dair MH seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.26 ha pay torpaq sahəsinin, Cavabdeh12 və İddiaçı arasında RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.43 ha pay torpaq sahəsinin, X66 və İddiaçı arasında RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.26 ha pay torpaq sahəsininin, Cavabdeh4 və İddiaçı arasında Torpağın mülkiyət hüququna dair MA seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.93 ha pay torpaq sahəsinin, Cavabdeh5 və İddiaçı arasında Torpağın mülkiyyət hüququna dair RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.17 ha pay torpaq sahəsinin, Cavabdeh6 və İddiaçı arasında Torpağın mülkiyət hüququna dair JN: 12xx xxx 30319018 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 0.84 ha pay torpaq sahəsinin, Cavabdeh7 və İddiaçı arasında Torpağın mülkiyət hüququna dair JN: 14xx xxx 30319018 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 1.25 ha pay torpaq sahəsinin, X45 və İddiaçı arasında Torpağın mülkiyət hüququna dair JN: 9xx xxx 30319018 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 1.20 ha pay torpaq sahəsinin, Cavabdeh9 və İddiaçı arasında Torpağın mülkiyət hüququna dair JN: 11xx xxx 30319018 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 0.34 ha pay torpaq sahəsinin, Cavabdeh10 və İddiaçı arasında Torpağın mülkiyət hüququna dair JN: 10xx xxx 30319018 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 0.42 ha pay torpaq sahəsinin, Cavabdeh11v və İddiaçı arasında JN: 9xx xxx 30319018 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 0.51 ha pay torpaq sahəsinin alınmasına dair bağlanmış əqdlər etibarlı hesab edilmiş və həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər M.M.Musayev, M.M.Musayeva, K.M.Musayeva, R.M.Musayev və M.Ə.Musayev birgə qaydada apelyasiya şikayəti verib, Şabran Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(031)-582/2017 saylı qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə danışıb razılığa gəlməklə onun 0.08 ha, 0.26 ha, 0.89 ha, 0.34 ha, 0.34 ha, 0.68 ha pay torpaq sahələrini, Cavabdeh2 ilə danışıb razılığa gəlməklə 0.68 ha və 0.42 ha pay torpaq sahələrini, Cavabdeh3 və ailə üzvləri ilə danışıb razılığa gəlməklə onların 0.26 ha pay torpaq sahəsini, Cavabdeh12 və ailə üzvləri ilə danışıb razılığa gəlməklə onların 0.43 ha pay torpaq sahələrini, X66 ilə danışıb razılığa gəlməklə onun 0.26 ha pay torpaq sahələrini, Cavabdeh4 ilə danışıb razılığa gəlməklə onun 0.93 ha pay torpaq sahəsini, Cavabdeh5 və ailə üzvləri ilə danışıb razılığa gəlməklə onun və ailə üzvlərinin 0.17 ha pay torpaq sahəsini, Cavabdeh6 və ailə üzvləri ilə danışıb razılığa gəlməklə onların 0.84 ha pay torpaq sahəsini, Cavabdeh7 ilə danışıb razılığa gəlməklə onun 1.25 ha pay torpaq sahələrini, X45 ilə danışıb razılığa gəlməklə onun 1.20 ha pay torpaq sahəsini, Cavabdeh9 və ailə üzvləri ilə danışıb razılığa gəlməklə onların 0.34 ha pay torpaq sahəsini, Cavabdeh10 və ailə üzvləri ilə danışıb razılığa gəlməklə onun və ailə üzvlərinin 0.42 ha pay torpaq sahəsini, Cavabdeh11 ilə danışıb razılığa gəlməklə onun və ailə üzvlərinin 0.51 ha pay torpaq sahəsini pulunu ödəməklə almışdır. Bu barədə cavabdehlərlə aralarında şifahi müqavilə bağlanmışdır. Torpağın satılmasına digər ailə üzvlərinin razılığı olmuş və cavabdehlər gələcəkdə alqı-satqı müqavilələrinin rəsmiləşdiriləcəklərinə söz vermişlər. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdehlər və onların ailə üzvləri üzərilərinə götürdükləri öhdəliyi icra etməmiş və aralarında bağlanmış alqı-satqını notarial qaydada rəsmiləşdirməmişlər. Sonradan cavabdehlərin ailə üzvlərinin bir qismi ölmüş və alqı-satqının rəsmiləşdirilməsi qeyrimümkün vəziyyətə gəlmişdir. Həmin vaxtdan torpaq sahəsi onun faktiki mülkiyyətində və istifadəsindədir. Ona görə də, Cavabdeh1 ilə aralarında Torpağın mülkiyət hüququna dair RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.08 ha, RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.26 ha, RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.34 ha, MH seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən əsasən Quba rayonu ərazisində yerləşən 0.89 ha, MH seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.34 ha, MH seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.68 ha pay torpaq sahəsinin, Cavabdeh2 ilə aralarında Torpağın mülkiyət hüququna dair MH seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.68 ha və MH seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.42 ha pay torpaq sahəsinin, Cavabdeh3 ilə aralarında Torpağın mülkiyət hüququna dair MH seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.26 ha pay torpaq sahəsinin, Cavabdeh12 ilə aralarında RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.43 ha pay torpaq sahəsinin, X66 ilə aralarında RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.26 ha pay torpaq sahəsininin, Cavabdeh4 aralarında Torpağın mülkiyət hüququna dair MA seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.93 ha pay torpaq sahəsinin, Cavabdeh5 ilə aralarında Torpağın mülkiyyət hüququna dair RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.17 ha pay torpaq sahəsinin, Cavabdeh6 ilə aralarında Torpağın mülkiyət hüququna dair JN: 12xx xxx 30319018 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 0.84 ha pay torpaq sahəsinin, Cavabdeh7 ilə aralarında Torpağın mülkiyət hüququna dair JN: 14xx xxx 30319018 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 1.25 ha pay torpaq sahəsinin, X45 ilə aralarında Torpağın mülkiyət hüququna dair JN: 9xx xxx 30319018 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 1.20 ha pay torpaq sahəsinin, Cavabdeh9 ilə aralarında Torpağın mülkiyət hüququna dair JN: 11xx xxx 30319018 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 0.34 ha pay torpaq sahəsinin, Cavabdeh10 ilə aralarında Torpağın mülkiyət hüququna dair JN: 10xx xxx 30319018 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 0.42 ha pay torpaq sahəsinin, Cavabdeh11 ilə aralarında JN: 9xx xxx 30319018 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 0.51 ha pay torpaq sahəsinin alınmasına dair bağlanmış əqlərin etibarlı hesab edilməsi və həmin torpaq sahələrinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər X78, X16, Musayeva Könül Məmmədağa qızı, X65 və X17 birgə qaydada verdikləri apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Şabran Rayon Məhkəməsi 19 aprel 2017-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycn Respublikası Mülki Məcəlləsinin 144.1, 337.1, 337.1, 337.3-cü maddələrinin və Azərbaycan Respublikası MPM-nin 15.2, 82.3-ci maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2012-ci il tarixdə qanuni qüvvəyə minmiş 2(105)-588/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə cavabdehlər X17 və X6 apelyasiya şikayəti təmin edilib, Quba Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 3-323 saylı qətnaməsi qismən ləğv edilmiş, iddiaçı Cavabdeh2 Sultanəhməd oğlunun cavabdehlər X17, X18 və ailə üzvlərinin JN 1148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı Cavabdeh2 Sultanəhməd oğluna alqı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX-nin X121 həvalə edilməsi hissəsində ləğv edilmiş, iddiaçı Hüseynov Bəkir Sultanəhməd oğlunun cavabdehlər X17, X18 və ailə üzvlərinin JN 1148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı Cavabdeh2 Sultanəhməd oğluna alqı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX-nin X121 həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmiş və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra DƏDRX-nin 5 saylı X149 tərəfindən verilmiş Seriya RX № ******* saylı, xx.xx.2013-cü il tarixli, DƏDRX tərəfindən verilmiş çıxarışa və AA 028653 saylı, xx.xx.2013cü il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən Quba rayonu Birinci Nügədi kəndindəki sahəsi 0,4273 ha torpaq sahəsi X18, X17, X16, Musayeva Könül Məmmədağa qızı və X28 (X46) ümumi birgə xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin mülkiyyətçilərindən biri ailə üzvləri olan X18 xx xxx 2019-cu il tarixdə vəfat etmişdir. Ə.S.Musayevanın vərəsələri − övladları X78, X16, Musayeva Könül Məmmədağa qızı, X65 və əri X11r. Quba Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 3-323 saylı qətnaməsi qismən ləğv edilmiş hissəsinə istinad edilərək DƏDRX-nin 5 saylı X149 tərəfindən Quba rayonu, Birinci Nügədi kəndindəki sahəsi 0,4273 ha torpaq sahəsi üzrə Cavabdeh2 Sultanəhməd oğluna Seriya MH № ******* olan xx.xx.2006-cı il tarixli DƏDRXdən çıxarış verilmişdir. Cavabdeh2 həmin çıxarış əsasında Quba rayonu, Birinci Nügədi kəndindəki sahəsi 042 (0,4273) ha torpaq sahəsini qeyri-qanuni olaraq sadə yazılı əqd əsasında İddiaçı satmışdır. İddiaçı isə Quba rayonu, Birinci Nügədi kəndindəki sahəsi 0,4273 ha torpaq sahəsini qanunsuz olaraq öz adına rəsmiləşdirərək həmin torpaq sahəsi üzrə DƏDRX-nin 5 saylı X149 tərəfindən verilmiş Seriya RX № ******* saylı xx.xx.2017-ci il tarixli, DƏDRX-dən verilmiş çıxarış, həmçinin A№ 203322 saylı, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi əldə etmişdir. Sadalanan hallardan göründüyü kimi Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx xxxx 2012-ci il tarixli, 2(105)-588/2012 saylı qətnaməsi ilə Hüseynov Bəkir Sultanəhməd oğlunun Quba rayonu, Birinci Nügədi kəndindəki 1,06 ha, o cümlədən 0,42 (0,4273) ha torpaq sahəsi üzərində qanunsuz tanınmış mülkiyyət hüququna xitam verilmişdir. Buna baxmayaraq, Cavabdeh2 saxtakarlıq edərək sözügedən torpaq sahəsini İddiaçı şifahi əqd əsasında satmış, birinci instansiya məhkəməsi isə satın alınma barədə əqdi etibarlı əqd hesab etmiş və həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnu tanımışdır. Beləliklə, Cavabdeh2 sözügedən torpaq sahəsini İddiaçı şifahi əqd əsasında satması və DƏDRX-nin 5 saylı X107 isə həmin torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququnu rəsmiləşdirərək sonuncuya Seriya RX ******* saylı xx.xx.2017-ci il tarixli DƏDRX-dən çıxarış verməsi birinci instansiya məhkəməsi tərəfindən qanunauyğun hesab edilmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – «İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sultanəhməd oğlu və qeyrilərinə qarşı “əqdin etibarlı hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbi barədə iddiasının “MH seriyalı, ******* saylı saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0,42 (0,4273) ha torpaq sahəsinin alınmasına dair bağlanmış əqdin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması” hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X65, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər X78, X16, Musayeva Könül Məmmədağa qızı, X65 və X5 nümayəndəsi və vəkili X88 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh12, X66, Cavabdeh4, Cavabdeh5 oğlu, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh12, E.H.Ağarəhimov, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh12, E.H.Ağarəhimov, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11nın iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsi - “X29 və İddiaçı arasında Torpağın mülkiyyət hüququna dair MH seriyalı, ******* saylı saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0,42 (0,4273) ha torpaq sahəsinin alınmasına dair bağlanmış əqdin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması” hissəsində mübahisə doğurduğundan qətnamə ancaq həmin hissədə araşdırılmışdır. Qətnamənin digər hissələri mübahisə predmeti olmamışdır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx xxxxx 2016-cı il qeydiyyat tarixli, RX Seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.256445 ha torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx xxxxx 2016-cı il qeydiyyat tarixli, RX Seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.85393 ha torpaq sahəsi verilmişdir. İİ-JQ seriyalı 328240 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 Sultanəhməd oğlu ilə X19 xx xxxxxx 1979-cu ildə nikahlarını rəsmi qeyd etdirmişlər. Torpağa Mülkiyyət Hüququna dair JN-1258, kod 30319018 saylı Dövlət Aktından görünür ki, Quba rayonu X62 xx xxxx 1999-cu il tarixli 07 saylı qərarına əsasən X30 və ailə üzvlərinin mülkiyyətinə 0.64 ha torpaq sahəsi verilmişdir. V-JQ seriyalı 463107 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X67 ilə X68 xx xxx 1991-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. Torpağa Mülkiyyət Hüququna dair JN-1298, kod 30319018 saylı Dövlət Aktından görünür ki, Quba rayonu X62 xx xxxx 1999-cu il tarixli 07 saylı qərarına əsasən Cavabdeh6 və ailə üzvlərinin mülkiyyətinə 0.84 ha torpaq sahəsi verilmişdir. Torpağa Mülkiyyət Hüququna dair JN-1438, kod 30319018 saylı Dövlət Aktından görünür ki, Quba rayonu X62 xx xxxx 1999-cu il tarixli 07 saylı qərarına əsasən Cavabdeh7 mülkiyyətinə 0.21 ha torpaq sahəsi verilmişdir. Torpağa Mülkiyyət Hüququna dair JN-982, kod 30319018 saylı Dövlət Aktından görünür ki, Quba rayonu X62 xx xxxx 1999-cu il tarixli 07 saylı qərarına əsasən X31 mülkiyyətinə 0.20 ha torpaq sahəsi verilmişdir. Torpağa Mülkiyyət Hüququna dair JN-1187, kod 30319018 saylı Dövlət Aktından görünür ki, Quba rayonu X62 xx xxxx 1999-cu il tarixli 07 saylı qərarına əsasən Cavabdeh9 və ailə üzvlərinin mülkiyyətinə 0.85 ha torpaq sahəsi verilmişdir. Torpağa Mülkiyyət Hüququna dair JN-1008, kod 30319018 saylı Dövlət Aktından görünür ki, Quba rayonu X62 xx xxxx 1999-cu il tarixli 07 saylı qərarına əsasən X79 və ailə üzvlərinin mülkiyyətinə 1.06 ha torpaq sahəsi verilmişdir. Torpağa Mülkiyyət Hüququna dair JN-987, kod 30319018 saylı Dövlət Aktından görünür ki, Quba rayonu X62 xx xxxx 1999-cu il tarixli 07 saylı qərarına əsasən X89 və ailə üzvlərinin mülkiyyətinə 0.81 ha torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx xxxxxx 2006-cı il qeydiyyat tarixli, RX Seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.6886 ha torpaq sahəsi verilmişdir. X7 xx xxxxxxx 2016-cı ildə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, əri Cavabdeh2 məxsus olan Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.6886 ha torpaq sahəsinin satılmasına etiraz etmir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx xxxxxx 2006-cı il qeydiyyat tarixli, RX Seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.4273 ha torpaq sahəsi verilmişdir. X7 xx xxxxxxx 2016-cı ildə notariatda təsdiq edilmiş ərizəsindən görünür ki, əri Cavabdeh2 məxsus olan Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.4273 ha torpaq sahəsinin satılmasına etiraz etmir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx xxxxxx 2006-cı il qeydiyyat tarixli, RX Seriyalı ******* saylı çıxarışdan görünür ki, X30, Cavabdeh3, X47 mülkiyyətlərinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.2559 ha torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx xxxxxx 2006-cı il qeydiyyat tarixli, RX Seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh12 və X32 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.427413 ha torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx xxxxx 2016-cı il qeydiyyat tarixli, RX Seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.341882 ha torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx xxxxxx 2007-ci il qeydiyyat tarixli, RX Seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.89 ha torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx xxxxxx 2007-ci il qeydiyyat tarixli, RX Seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.341709 ha torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx xxxxxx 2007-ci il qeydiyyat tarixli, RX Seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.683967 ha torpaq sahəsi verilmişdir. AZ-İ seriyalı 464329 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X90 ilə X91 xx xxxxxx 2009-cu ildə nikahlarını rəsmi qeyd etdirmişlər. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx xxxxxx 2011-ci il qeydiyyat tarixli, RX Seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh4 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.9394 ha torpaq sahəsi verilmişdir. X48 xx xxxxx 2012-ci ildə notariatda təsdiq edilmiş ərizəsindən görünür ki, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.427413 ha torpaq sahəsindən əri Cavabdeh12 məxsus olan hissənin satılmasına etiraz etmir. X48 xx xxxxx 2012-ci ildə notariatda təsdiq edilmiş ərizəsindən görünür ki, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.427413 ha torpaq sahəsindən əri X49 məxsus olan hissənin satılmasına etiraz etmir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx xxxxxx 2014-cü il qeydiyyat tarixli, RX Seriyalı ******* saylı çıxarışdan görünür ki, X20 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.256305 ha torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx xxxx 2015-ci il qeydiyyat tarixli, RX Seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh5 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.17 ha torpaq sahəsi verilmişdir. X33 xx xxxxxxx 2016-cı ildə notariatda təsdiq edilmiş ərizəsindən görünür ki, əri X69 məxsus olan Quba rayonu, Birinci Nügədi kəndində yerləşən torpaq sahəsinin satılmasına etiraz etmir. X21 xx xxxxxxx 2016-cı ildə notariatda təsdiq edilmiş ərizəsindən görünür ki, əri Cavabdeh4 məxsus olan Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.9394 ha torpaq sahəsinin satılmasına etiraz etmir. Quba regional “ASAN xidmət” mərkəzi tərəfindən xx xxx 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 009419 saylı Ölüm haqqında şəhadətmənin surətindən görünür ki, X18 xx xxx 2019-cu il tarixdə “Beyin infarktı” səbəbindən ölmüşdür. Quba Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 2-233/2006 saylı qətnaməsi ilə cavabdehlər X50 və X10 30319018 olan JN 710 saylı Torpaqa mülkiyyət hüququna dair dovlət aktı ilə verilmiş 0.42 ha əkin və bağ sahəsini xx xxx 2002-ci il tarixdə, X12 və Cavabdeh10 Səfər qızının JN 788 saylı torpaqa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0.25 ha əkin sahəsini xx xxx 2003-cü il tarixdə, X52, X80, X70, X92 və onun oğlu X93 JN 699 saylı Torpaqa mülkiyyət hüququna dair dovlət aktı ilə verilmiş 1.06 ha əkin və bağ sahəsini, X22, X53 və X14 JN 1152 saylı torpaqa mülkiyyət hüququna dair dovlət aktı ilə verilmiş 0.64 ha əkin və bağ sahəsini xx xxx 2003-cü il tarixdə, X71, X99, Ağayeva Təranə Vahab qızının, X94 özlərinə və azyaşlı uşaqları X119 və X100 JN 793 saylı torpaqa mülkiyyət hüququna dair dovlət aktı ilə verilmiş 1.27 ha əkin və bağ sahəsini xx xxxxxx 2003-cü il tarixdə, X2, X34 JN 1153 saylı torpaqa mülkiyyət hüququna dair verilmiş 0.34 ha əkin və bağ sahəsini, X35, X13 özlərinə və azyaşlı uşaqları X81 və X54 JN 1154 torpaqa mülkiyyət hüququna dair dovlət aktı ilə verilmiş 0.85 ha əkin və bağ sahəsini xx xxxxxx 2004-cü il tarixdə, X23, X36, X55, X37 özlərinin və azyaşlı X73 JN 1451 saylı torpaqa mülkiyyət hüququna dair dovlət aktı ilə verilmiş 1.03 ha əkin və bağ sahəsini xx xxxx 2004-cü il tarixdə, X24, Cavabdeh3 və X38 JN 1258 saylı torpaqa mülkiyyət hüququna dair dovlət aktı ilə verilmiş 0.38 ha əkin sahəsini xx xxxx 2004-cü il tarixdə, X3, X8 azyaşlı uşaqları X1 JN 698 saylı torpaqa mülkiyyət hüququna dair dovlət aktı ilə verilmiş 0.64 ha əkin və bağ sahəsini xx xxxxxx 2004-cü il tarixdə, X5, X4, X9 özlərinə və azyaşlı uşaqları X56 və X57 JN 1148 saylı torpaqa mülkiyyət hüququna dair dovlət aktı ilə verilmiş 1.06 ha əkin və bağ sahəsini oktyabr 2004-cü il tarixdə, Qarayev Əlikram Mövsüm oğlunun, X25 və X58 JN 704 saylı torpaqa mülkiyyət hüququna dair dovlət aktı ilə verilmiş 0.64 ha əkin və bağ sahəsini, X59 və X74 JN 705 saylı torpaqa mülkiyyət hüququna dair dovlət aktı ilə verilmiş 0.42 ha əkin və bağ sahəsini, X26, X39, X60 özlərinə və azyaşlı uşaqları X75 və X40 JN 703 saylı torpaqa mülkiyyət hüququna dair dovlət aktı ilə verilmiş 1.06 ha əkin və bağ sahəsini, X41, X42 özlərinə və azyaşlı uşaqları X43 və Qarayeva Roza JN 702 saylı torpaqa mülkiyyət hüququna dair dovlət aktı ilə verilmiş 0.85 ha əkin və bağ sahəsini xx xxxxx 2003-cü il tarixdə iddiaçı Cavabdeh2 Sultanəhməd oğluna satmalarına dair alqı-satqı əqdləri etibarlı hesab edilmiş, həmin torpaq sahələrinə Cavabdeh2 Sultanəhməd oğlunun mülkiyyət hüququ tanınmışdır və adına dövlət qeydiyyatına alınması və reyestrdən çıxarış verilməsi DƏDRX-nin Xaçmaz rayon idarəsinə həvalə edilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 3-233 saylı iş üzrə xx xxxx 2006-cı il tarixli qətnaməsinə istinad edərək AR ƏMDK yanında DƏDRX-nin 5 saylı X149 tərəfindən Quba rayonu, Birinci Nügədi kəndindəki sahəsi 0,4273 ha torpaq sahəsi üzrə Cavabdeh2 Sultanəhməd oğluna Seriya MH № ******* olan xx.xx.2006-cı il tarixli HDQH DƏDR-dən çıxarış verilmişdir. Cavabdeh2 həmin çıxarış əsasında Quba rayonu, Birinci Nügədi kəndindəki sahəsi 042 (0,4273) ha torpaq sahəsini qeyriqanuni olaraq sadə yazılı əqd əsasında İddiaçı satmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2012-ci il tarixli, 2(105)- 588/2012 saylı qətnaməsi ilə cavabdehlər M.Ə.Musayev və Ə.S.Musayeva tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilib, Quba Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 2-233/2006 saylı qətnaməsi qismən ləğv edilərək iddiaçı Cavabdeh2 Sultanəhməd oğlunun cavabdehlər X17, X15 və ailə üzvlərinin JN 1148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı Cavabdeh2 Sultanəhməd oğluna alqı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX-nin X121 həvalə edilməsi hissəsində ləğv edilmiş, iddiaçı Cavabdeh2 Sultanəhməd oğlunun cavabdehlər X17, X15 və ailə üzvlərinin JN 1148 saylı dövlət akt ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı Cavabdeh2 Sultanəhməd oğluna alqı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX-nin X121 həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmiş və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Mübahisəli torpaq sahəsi DƏDRX-nin 5 saylı X149 tərəfindən verilmiş Seriya RX № ******* saylı, xx.xx.2013-cü il tarixli DƏDRX-dən verilmiş çıxarışa və AA 028653 saylı xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən Quba rayonu Birinci Nügədi kəndindəki sahəsi 0,4273 ha torpaq sahəsi X18, X17, X16, Musayeva Könül Məmmədağa qızı və X28 (X46) ümumi birgə xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin mülkiyyətçilərindən biri X18 14. May 2019cu il tarixdə vəfat etmişdir. Ə.S.Musayevanın vərəsələri onun övladları - X78, X16, Musayeva Könül Məmmədağa qızı, X65 və əri X11r. İş materialları ilə müəyyən olur ki, mübahisə predmeti olan torpaq sahəsi DƏDRX-nin 5 saylı X149 tərəfindən verilmiş Seriya RX № ******* saylı, xx.xx.2013-cü il tarixli DƏDRX-dən verilmiş çıxarışa və AA 028653 saylı xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən Quba rayonu Birinci Nügədi kəndindəki sahəsi 0,4273 ha torpaq sahəsi X18, X17, X16, Musayeva Könül Məmmədağa qızı və X28 (X46) ümumi birgə xüsusi mülkiyyətində olduğu halda məhkəmə heç bir əsas olmandan qanunsuz və əsassız olaraq - «Cavabdeh2 və İddiaçı arasında Torpağın mülkiyət hüququna dair MH seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.42 ha pay torpaq sahəsinin alınmasına dair bağlanmış əqd etibarlı hesab edilmiş və həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan Hüquqlarının və X77 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və höquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68.1-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.9-cu maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci madəsinə əsasən torpağın alqı-satqısı yazılı müqavilə tətib edilməklə notariatda təsdiq edilməli və həmin Məcəllənin 67-ci maddəsinin birinci bəndinə əsasən dövlət qeydiyyatından keçməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən iş üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə ilə bağlı gəldiyi nəticəsi işin hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin - «Cavabdeh2 və İddiaçı arasında Torpağın mülkiyət hüququna dair MH seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.42 ha pay torpaq sahəsinin alınmasına dair bağlanmış əqd etibarlı hesab edilsin və həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ tanınsın» hissəsində işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – «Cavabdeh2 və İddiaçı arasında Torpağın mülkiyət hüququna dair MH seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.42 ha pay torpaq sahəsinin alınmasına dair bağlanmış əqd etibarlı hesab edilsin və həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ tanınsın» hissəsində ləğv olunmalı və iddia həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər X78, X16, Musayeva Könül Məmmədağa qızı, X65 və X5 birgə qaydada verdikləri apelyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(031)-582/2017 saylı qətnaməsi qismən – «Cavabdeh2 və İddiaçı arasında Torpağın mülkiyət hüququna dair MH seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Quba rayonu ərazisində yerləşən 0.42 ha pay torpaq sahəsinin alınmasına dair bağlanmış əqd etibarlı hesab edilsin və həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ tanınsın» hissəsində ləğv olunsun və iddia həmin hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-320/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-320/2021
27.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver