Məhkəmə qərarları › İş №2(105)-3220/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3220/2021

06.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3220/2021 06.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3 Əzi oğlunun, Cavabdeh1, onun və cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2(012)-1595/2021 saylı qətnaməsindən Cavabdeh1 və üçüncü şəxs X7 apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2(012)-1595/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron rayon 1 saylı Dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, üçüncü şəxslər X10 və X21 qarşı əmlaka mülkiyyət hüququnun bərpası tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 Xəyyam oğlu ilə X27 arasında bağlanmış 03.04.2019-ci il tarixli, 4Ə-660 reyestr nömrəli və X15 ilə Cavabdeh1 arasında bağlanmış 01.06.2019-cu il tarixli, 4Ə-1197 reyestr nömrəli alqı-satqı müqavilələrinin, Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiq edilmiş İddiaçı 06.02.2019-cu il tarixli, **********720 saylı, 8i-720 reyestr nömrəli ərizəsi və Cavabdeh1 01.06.2019-cu il tarixli, **********307 saylı, 8İ-5307 reyestr nömrəli ərizəsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verdiyi İddiaçı və X18 adına olan qeydiyyatdan keçmiş RX seriyalı, ******* saylı, **********02-10301 reyestr nömrəli çıxarış, Cavabdeh1 və X18 adına qeydiyyatdan keçmiş seriya RX, ******* saylı, **********0210301 reyestr nömrəli çıxarış, Cavabdeh1 adına qeydiyyatdan keçmiş 03.04.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli çıxarış, Cavabdeh1 və X7 adına qeydiyyatdan keçmiş ********** qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli çıxarış, Cavabdeh1 adına 07.06.2019-cu il tarixdə qeydiyyatdan keçmiş ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli çıxarışların ləğv edilməsi, İddiaçı ünvan 3 (yeni qaydalarla Əbdülrəhim bəy Haqverdiyev küçəsi 2A) ünvanında yerləşən 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi qət edilmiş, Cavabdeh1 və üçüncü şəxs X15 qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı ddia ilə məhkəməyə müraciət edərək, ünvan 7, 0,06476 ha ümumi torpaq hissələrinin satıcı X27 ilə alıcı Cavabdeh1 arasında bağlanmış 03.04.2019-cu il tarixli, satıcı X15 ilə alıcı Cavabdeh1 arasında bağlanmış 01.06.2019-cu il tarixli, onunla alıcı Cavabdeh1 arasında heç bir alqı-satqı müqaviləsi olmadan Abşeron rayonu DƏDRX tərəfindən qanunsuz özgəninkiləşdirilərək ona təqdim edilmiş 1848 kv.m torpaq sahəsinə aid çıxarışın ləğv edilərək, 1848 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpasına dair qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Əbdül Mürsəlov küçəsində yerləşən 150,1 m2 sahəsi olan 2A saylı evi Cavabdeh1 satmış və alqı-satqı müqaviləsi Abşeron rayonu 1 saylı notariat ofisində AH-1N ******* saylı müqavilə ilə 28.12.2018-ci il tarixdə təsdiq edilmişdir. 28.09.2018-ci il tarixində DƏDRX tərəfindən ona verilmiş ******* saylı çıxarışda 150.1 m2 daşınmaz əmlak və 0,03696 ha torpaq sahəsi (ümumi birgə) qeyd olunmuşdur. O, torpaq sahəsini alqı-satqı etmədiyi halda, ona məxsus torpaq sahəsi Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Belə ki, təqdim edilmiş ərizə ilə ******* seriyalı, **********02-10301 reyestr nömrəli Cavabdeh1 məxsus çıxarışdan adının çıxarılmasını xahiş etmişdir. Həmin çıxarış ona təqdim olunmamışdır. Lakin iş materiallarında notarius tərəfindən ona təqdim olunmuş ərizədə etibarından istifadə edib ona qarşı saxtakarlıq edən notarius mülkiyyətində olan 1848 m2 torpaq sahəsini alqı-satqısını etməmişdir. Belə ki, alıcı Cavabdeh1 notarial qaydada tərtib edilmiş ərizədə 1848 m2 torpaq hissəsini heç bir alqı-satqı müqaviləsi olmadan özgəninkiləşdirməyə nail olmuşdur. Aralarında olan alqı-satqı sənədlərinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi çıxarışda 04.02.2019-cu ildə Cavabdeh1 adına 150.1 m2 ev sənədləşdirilmiş, müqavilədə də yalnız 150.1m2 daşınmaz əmlak göstərilmişdir. DƏDRX tərəfindən ******* nömrəli ona məxsus çıxarışda torpaq sahəsi naturada bölünmədiyinə görə torpaq sahəsini satmamışdır. Həmin saxta ərizədə onun mülkiyyətində olan 1848 m2 torpağın Cavabdeh1 adına satılması öz əksini tapmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş sənədlərdə və çıxarışda 150.1 m2 yaşayış sahəsinin satılmasına dair çıxarış vardır, müqavilədə ona məxsus 1848 m2 torpaq hissəsinin alqı-satqısı tərəflər arasında olmadığı halda, DƏDRX 0,06476 ha ümumi torpaq sahəsini qərəzli şəkildə 07.06.2019-cu il tarixli çıxarışla Cavabdeh1 xeyrinə özgəninkiləşdirmişdir. Cavabdeh1 ilə X27 arasında 03.04.2019-cu il tarixli müqavilədə 1848 m2 torpaq, 69,74 m2 ev alqı-satqısı, X15 ilə 01.06.2019-cu il tarixli müqavilədə 278 m2 torpaq sahəsinin alqı-satqısı olmasına baxmayaraq, ona məxsus 1848 m2 torpaq sahəsi heç bir sənədləşdirmə olmadan Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Belə ki, X27 və X15 həmin müştərək, ümumi mülkiyyətdə olan torpaq hissələrinin alqısatqısını alıcı Cavabdeh1 ilə 1 saylı notariat ofisində həyata keçirmişlər. Belə olduğu halda, notarius və Abşeron DƏDRX ona məxsus mülkiyyətində olan 1848 m2 torpaq sahəsini hansı sənəd və ya alqı-satqıya əsasən cavabdehin mülkiyyətinə verməsi barədə **********02-10301 reyestr nömrəli, ******* saylı çıxarış verməklə əmlakı 183 saylı reyestr kitabının 94 nömrəli vərəqində qeydiyyata alması məlum deyildir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 06.02.2019-cu il tarixli, **********720 saylı, 8i-720 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi, ümumi birgə mülkiyyət hüququ ilə 20.02.2019-cu il tarixli, RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 03.04.2019-cu il tarixli, 4Ə-660 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 03.04.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, X15 ilə Cavabdeh1 arasında bağlanmış 01.06.2019-cu il tarixli, 4Ə-1197 reyestr nömrəli alqısatqı müqaviləsinin, 8İ-5307 reyestr nömrəli, **********307 saylı, 01.06.2019-cu il tarixli ərizənin etibarsız hesab edilməsi, ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi və 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə aralarında 28 dekabr 2018-ci il tarixində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 261.94 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan 150.1 kv.m sahəsinin alqı-satqısı olmuş və həmin alqı-satqı müqaviləsi Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Bundan sonra, ünvan 2 ünvanda olan 0,06476 ha ümumi torpaq sahəsinin satıcıları X27 ilə aralarında 03.04.2019-cu il tarixində və X15 ilə aralarında 01.06.2019-cu il tarixində torpaq sahələrinin alqı-satqısı olmuş və hər iki alqı-satqı müqaviləsi Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. ünvan 2 ünvanda olan 0,06476 ha ümumi torpaq sahəsində tikililər olmuş və hər bir alqı-satqı müqaviləsi üzrə fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə qanuni formada almışdır. İddiaçı ərizə yazaraq bildirmişdir ki, RX seriyalı 1467817, **********02- 10301 reyestr nömrəli ona məxsus çıxarışdan özünün adı çıxarılsın. Həmin ərizə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən verilmiş ərizə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ona 07.06.2019-cu il tarixində ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli 0.06476 ha torpaq sahəsi üzrə çıxarış verilmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi qanuni şəkildə alqı-satqı və rəsmi razılıq əsasında onun mülkiyyətinə keçmişdir. Cavabdeh1 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən cavabdeh qismində cəlb edilmiş X15 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki iş materiallarında olan RX seriyalı, ******* nömrəli, **********53 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0278 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında onun mülkiyyətində olmaqla, bu barədə 21.01.2016-cı il tarixdə torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Həmçinin Abşeron rayon Xırdalan bələdiyyəsinin 23.07.2013-cü il tarixli, 03 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ona ayrılmış 278 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək, Dövlət Torpaq Kadastrı kitabında 26.11.2013-cü il tarixdə 22359 nömrə ilə uçotu alınmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Abşeron Rayon Məhkəməsinin 06.08.2015-ci il tarixli, 2(012)-3496/2015 saylı qətnaməsi ilə onun cavabdehlər X21 və İddiaçı qarşı iddiası təmin edilmiş, X27 və İddiaçı tərəfindən iddianın etiraf edilməsi təsdiq edilmiş, Abşeron rayon Xırdalan Bələdiyyəsinin 23.07.2013-cü il tarixli, 03 saylı qərarı və torpaqların alqı-satqısına dair akta əsasən ona məxsus olan, Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki 278 kv.m torpaq sahəsinin qonşuluğunda yerləşən, 24.02.2015-ci il tarixli **********54 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X21 və İddiaçı paylı mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin koordinatlarına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilərək torpaq sahələrinin naturada yerləşmə vəziyyətinə uyğun olaraq dəyişdirilməsi, Xırdalan bələdiyyəsi tərəfindən ona satılmış 278 kv.m torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququnun Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qət edilmişdir. Hazırki qətnamədə ona aid sənədlərin ləğvinin əsası kimi iddiaçının maraqlarına toxunması və təmin edilmiş iddia tələbləri ilə bağlı olması göstərilmiş, lakin iddiaçının hansı maraqlarına toxunması və təmin edilmiş iddia tələbləri ilə necə bağlı olması əsaslandırılmamışdır. Məhkəmə tərəfindən iddia tələbinin ona aid hissəsi, ümumiyyətlə, araşdırılmamış və qanunsuz və əsassız olaraq iddia tələbi həmin hissədə də təmin edilmişdir. O, mübahisə predmeti olan fərdi yaşayış evi və torpaq sahəsini tamamilə qanuni formada əldə etmiş və sonradan satmışdır. Həmin hərəkətlərin aparılması zamanı qanunvericiliyin tələbləri pozulmamış, məhkəmə tərəfindən isə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı konkret normalara istinad edilməmişdir. Nəticədə məhkəmə tərəfindən əsaslandırılmamış qətnamə çıxarılmışdır. Həmçinin iddia tələbi araşdırılarkən iddiaçı tərəfindən hazırki iddia tələbi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İddiaçı ilə X22 arasında alqısatqı müqaviləsi 28.12.2018-ci il tarixdə bağlanmış, daha sonra çıxarışlar verilmiş və müxtəlif əqdlər bağlanmışdır. İddiaçı həmin əqdlərin bağlanması və nəticəsindən məlumatı olmuşdur. Belə ki, İddiaçı 14.08.2020-ci il tarixdə Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin ərizənin məzmunundan tam təsdiq olunur ki, İddiaçı qeyd edilən əqdlərin bağlanması barədə məlumatlı olmuş, lakin qanunla nəzərdə tutulmuş müddətdə həmin əqdləri mübahisələndirməmiş, yalnız 22.01.2021-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı hazırki iddia tələbini məhkəmədə mübahisələndirmək üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddəti buraxmışdır. Belə olan halda, Abşeron Rayon Məhkəməsi tərəfindən hazırki işə baxılarkən iddia tələbinə həmin norma tətbiq olunmaqla iddia rədd edilməli idi. Lakin məhkəmə tərəfindən işin həmin halı da araşdırılmamışdır. Cavabdeh X15 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ünvan 3 saylı fərdi yaşayış evinin İddiaçı məxsus hissəsini torpaq sahəsi ilə birlikdə 100000 manata almışdır. Həmin məbləğin 20.000 manatını alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edilərkən İddiaçı vermiş, daha sonra “AAAF-Park” yaşayış kompleksində 30000 manat dəyəri olan özünə məxsus mənzili İddiaçı adına rəsmiləşdirmiş, həmçinin ayrı-ayrı vaxtlarda İddiaçı hissə-hissə 50000 manat ödəmişdir. Cavabdeh1 və məhkəmə kollegiyası tərəfindən cavabdeh qismində cəlb edilmiş X7 nümayəndəsi Vəkil2 apellyasiya şikayətlərində göstərilənlərə uyğun izahat verdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, ünvan 3 saylı fərdi yaşayış evinin özünə məxsus hissəsini 100000 manata Cavabdeh1 satmış, həmin məbləğin 20000 manatını alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edilərkən almış, daha sonra Cavabdeh1 “AAAF-Park” yaşayış kompleksində 30000 manat dəyəri olan özünə məxsus mənzili onun adına rəsmiləşdirmiş, həmçinin ayrı-ayrı vaxtlarda ona hissəhissə 50000 manat ödəmişdir. Lakin bu məbləğ ancaq fərdi yaşayış evinə görə ödənilmişdir. O, torpaq sahəsini satmamışdır, torpaq sahəsi Cavabdeh1 adına qanunsuz qeydə alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil3 Əzi oğlu apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər X15, X27, Abşeron rayon 1 saylı notariat ofisi və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, Abşeron rayon 1 saylı notariat ofisi və Cavabdeh3 nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində istifadədə olan 0,0321 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 140,34 kv.metr yaşayış, 121,6 kv.metr köməkçi sahədən ibarət 2A nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X16 (5 otaq, 207,74 kv.metr ümumi, 104,74 kv.metr yaşayış, 103.0 kv.metr köməkçi sahə), X5 (payı açıq saxlanılır) adlarına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 186 nömrəli vərəqində 03.04.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayon 2-ci dövlət notariat kontorunda 03.09.2009-cu il tarixdə təsdiq olunaraq 4Ə-04-667 nömrə ilə reyestrdə qeydə alınmış fərdi yaşayış evinin bağışlanmasına dair müqavilənin surətindən görünür ki, X25 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi idarəsinin 03.04.2009-cu il tarixli, **********54-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Abşeron rayon, Xırdalan şəhəri, R.Axundov küçəsində istifadəsində olan 0,0321 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 7 otaqlı, 140.34 kv.metr yaşayış, 121.6 kv.metr köməkçi sahəsindən ibarət olan 2A nömrəli fərdi yaşayış evinin özünə məxsus olan 5 yaşayış otağından, 207.74 kv.metr ümumi, 104.74 kv.metr yaşayış, 103.0 kv.metr köməkçi sahədən ibarət hissəsindən yaşayış sahəsi 67.56 kv.metr olan 4 otaqdan ibarət 8, 7, 9, 12-ci yaşayış hissələrini və 70.44 kv.metr köməkçi sahəsindən ibarət olan 5, 11, 10, 13, 14 və 15-ci köməkçi hissələrini qızı İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 261.94 kv.metr, yaşayış sahəsi 140.34 kv.metr, yardımçı sahə 121.6 kv.metr, 7 otaqdan ibarət fərdi yaşayış evinin 4 otaq, 138.0 kv.metr ümumi, 67.56 kv.metr yaşayış, 70.44 kv.metr köməkçi sahəsi İddiaçı adına 09.10.2009-cu il tarixdə, 1 otaq 69.74 kv.metr ümumi, 37.18 kv.metr yaşayış, 32.56 kv.metr köməkçi sahəsi X16 adına 22.10.2009-cu il tarixdə qeydə alınmış, X8 payı açıq saxlanılmış, 0,0321 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla istifadədə olduğu qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayon notariusu tərəfindən 16 oktyabr 2011-ci il tarixdə təsdiq olunaraq 4Ə/90 nömrə ilə reyestrdə qeydə alınmış evlə torpaq sahəsinin dəyişmə müqaviləsinin surətindən görünür ki, X2 rayon, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 1 otaqlı 2A nömrəli fərdi yaşayış evini İddiaçı məxsus Abşeron rayonu Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi ilə əvəzsiz olaraq dəyişmişdir. İş materiallarında olan Abşeron rayon notariusu tərəfindən 29.12.2013-cü il tarixdə təsdiq olunaraq 4Ə/5966 nömrə ilə reyestrdə qeydə alınmış ev bağışlanma müqaviləsinin surətindən görünür ki, X16 adından etibarnamə əsasında çıxış edən İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Abşeron rayon Ərazi İdarəsi tərəfindən 26.01.2013cü il tarixli, reyestr nömrəsi **********54-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasında Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi ünvanında yerləşən 2A nömrəli fərdi yaşayış evin yalnız X16 payına düşən yaşayış sahəsi 37.18 kv.metr, köməkçi sahəsi 32.56 kv.metr ümumi sahəsi 69.74 kv.metr olan 1 otaqdan olan hissəsini X21 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 261.94 kv.metr olan fərdi yaşayış evinin 5 otaq, 150.1 kv.metr ümumi, 79.66 kv.metr yaşayış, 70.44 kv.metr köməkçi sahəsi İddiaçı adına 19.11.2011-ci il tarixdə, 1 otaq, 69.74 kv.metr ümumi, 37.18 kv.metr yaşayış, 32.56 kv.metr köməkçi sahəsi X18 adına 22.10.2009-cu il tarixdə qeydə alınmış, 42.1 kv.metr pay açıq saxlanılmış, 0,0321 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla istifadədə olduğu qeyd edilmişdir. İş materiallarında olan X18 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı və imzası Abşeron rayon 1 saylı notariat ofisində təsdiq edilmiş 31.07.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus hissəsində yerləşən torpaq sahəsinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir. İş materiallarında olan İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış, imzası Abşeron rayon 1 saylı notariat ofisində təsdiq edilmiş 31.07.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin X21 məxsus hissəsində yerləşən torpaq sahəsinin X18 adına özəlləşdirilməsinə etiraz etməmişdir. İş materiallarında olan Cavabdeh3 tərəfindən verilmiş RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 261.94 kv.m fərdi yaşayış evinin 5 otaq, 150.1 kv.m ümumi, 79.66 kv.m yaşayış, 70.44 kv.m köməkçi sahəsi İddiaçı, 1 otaq, 69.74 kv.m ümumi, 37.18 kv.m yaşayış, 32.56 kv.m köməkçi sahəsi X18 adlarına mülkiyyət hüququ, 0,03696 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında qeydə alınmış, 42.1 kv.m pay isə açıq saxlanılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında Abşeron rayonu 1 saylı notariat ofisində 28.12.2018-ci il tarixdə bağlanaraq 4Ə-4273 sayla reyestrdə qeydə aınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 150.1 kv.m hissəsini 20.000 manata Cavabdeh1 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7 (yeni qaydalarla ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 261.94 kv.m fərdi yaşayış evinin 1 otaq, 69.74 kv.m ümumi, 37.18 kv.m yaşayış, 32.56 kv.m köməkçi sahəsi isə X18 adına 29.12.2013-cü il tarixdə, 5 otaq, 150.1 kv.m ümumi, 79.66 kv.m yaşayış, 70.44 kv.m köməkçi sahəsi Cavabdeh1 adına 20.02.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ əsasında, 0,03696 ha torpaq sahəsi isə Cavabdeh1 və X18 adlarına ümumi birgə mülkiyyət hüququ əsasında qeydə alınmış, 42.1 kv.m pay isə açıq saxlanılmışdır. İş materiallarında olan X27 ilə Cavabdeh1 arasında Abşeron rayonu 1 saylı notariat ofisində 03.04.2019-cu il tarixdə bağlanaraq 4Ə-660 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X9 rayonu, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsi ev 2A (yeni qaydalarla ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 69.74 kv.m hissəsini və torpaq sahəsinin 0.01848 ha hissəsini 20000 manata Cavabdeh1 satmışdır. İş materiallarında olan X15 ilə Cavabdeh1 arasında Abşeron rayonu 1 saylı notariat ofisində bağlanılmış 17.05.2019-cu il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvi barədə müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsi tərəfindən 27.04.2019-cu il tarixdə verilmiş, reyestr nömrəsi **********3, qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında Abşeron rayon Xırdalan şəhəri ərazisində yerləşən 0.0278 ha torpaq sahəsinə dair Abşeron 1 saylı notariat kontorunda 27.04.2019-cu il tarixdə 4Ə-868 reyestr nömrəli torpaq sahəsinin alqısatqı müqaviləsi bağlanmış, tərəflərin qarşılıqlı razılığını nəzərə alaraq Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən 0.0278 ha torpaq sahəsinə bağlanmış alqı-satqı müqaviləsi ləğv edilmiş, alqı-satqı zamanı satıcıya ödənilmiş 15000 manat nağd şəkildə alıcıya notariusun depozit hesabı vasitəsilə qaytarmağı satıcı öz öhdəsinə götürmüş, müqavilə 17.05.2019-cu il tarixində tərəflərin rəsmi müraciətləri əsasında ləğv olunmuş hesab edilmiş və rəsmi qeydiyyat aparmaq üçün AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə məlumat göndərilmişdir. İş materiallarında olan Abşeron rayon Xırdalan bələdiyyəsinin 23.07.2013-cü il tarixli 03 saylı qərarından çıxarışdan görünür ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək fərdi yaşayış evi tikmək üçün istifadə olunmuş bələdiyyənin mülkiyyətində olan (Çıxarış N0055155, Reyestr N**********16, qeydiyyat N**********, qeydiyyat tarixi 18.03.2010) 278 kv.m torpaq sahəsinin X6 geri alınmasının qeyri-mümkünlüyü qeyd edilmiş, bələdiyyə fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən X3 hissəsində yerləşən uzun illər istifadə etdiyi üzərində fərdi yaşayış evi tikilmiş 278 kv.m torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşutəsərrüfat planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə və ya icarəsinə verilmədiyindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair˝ Əsasnamənin 10-cu bəndinə uyğun olaraq bilavasitə ona satılması qərara alınmışdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, X4 rayon Xırdalan bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanın iclasında baxılmış, Xırdalan bələdiyyə ərazisində 278 kv.m torpaq sahəsinin satılması barədə 23.07.2013-cü il tarixli iclasının 03 saylı qərarından çıxarış verilmiş, bunun müqabilində X15 tərəfindən "xxxx" ASC-nin Abşeron filialının ******************** saylı hesabına 975 manat haqq ödənilmiş, akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində 03.10.2013-cü il tarixdə 1828/13 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, ünvan 10 ünvanında yaşayan X10 məxsus, Abşeron rayon Xırdalan bələdiyyəsinin 23.07.2013-cü il tarixli, 03 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış 278 kv.metr torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək, X29 kitabında 26.11.2013-cü il tarixdə 22359 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 06.08.2015-ci il tarixli, 2(012)- 3496/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 cavabdehlər X21 və İddiaçı qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsinə dair iddiası təmin edilmiş, X27 və İddiaçı tərəfindən iddianın etiraf edilməsinin təsdiq edilməsi, Abşeron rayon Xırdalan bələdiyyəsinin 23.07.2013-cü il tarixli, 03 saylı qərarı və Torpaqların alqı-satqısına dair akta əsasən iddiaçıya məxsus olan, Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki 278 kv.m torpaq sahəsinin qonşuluğunda yerləşən, 24.02.2015-ci il tarixli, **********54 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X21 və İddiaçı paylı mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin və onun həyətyanı torpaq sahəsinin koordinatlarına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilərək torpaq sahələrinin naturada yerləşmə vəziyyətinə uyğun olaraq dəyişdirilməsi, Xırdalan bələdiyyəsi tərəfindən X1 278 kv.m torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququnun hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində 0,06476 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına 07.06.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1028 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı səlahiyyətli orqanlara ünvanlanmış, imzası ünvan 12ilərək reyestrdə 8İ-720 nömrəsi ilə qeydiyyata alınmış **********720 saylı ərizəsinin surətindən görünür ki, İddiaçı RX seriyalı, 146817 saylı, **********02-10301 reyestr nömrəli, Cavabdeh1 məxsus çıxarışdan adının çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7 (yeni qaydalarla ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 261.9 kv.metr olan fərdi yaşayış evinin 219.84 kv.metri və 0.03696 ha torpaq sahəsi Cavabdeh1, fərdi yaşayış evinin 42.1 kv.metr və torpaq sahəsinin 0.0278 ha hissəsi isə X7 adlarına dövlət reyestrində ********** nömrəsi ilə 27.05.2019-cu il tarixdə qeydə alınmışdır. İş materiallarında olan X15 ilə Cavabdeh1 arasında Abşeron rayonu 1 saylı notariat ofisində 01.06.2019-cu il tarixdə bağlanaraq 4Ə-1197 sayla reyestrə qeydə aınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X4 rayonu, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsi ev 2A ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 42.1 kv.m hissəsini və torpaq sahəsinin 0.0278 ha hissəsini 15.000 manata Cavabdeh1 satmışdır. İş materiallarında olan Abşeron rayon 1 saylı notariat ofisində tərtib edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə yönəlmiş Cavabdeh1 01.06.2019-cu il tarixli **********307 saylı, 8İ-5307 reyestr nömrəli ərizəsinin surətindən görünür ki, ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 261.9 kv.m olan evin sökülməsi səbəbindən qeydiyyatının ləğv edilməsi xahiş edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli, 2(012)-3371/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı iddia tələbi RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiq edilmiş 06.02.2019-cu il tarixli, **********720 saylı, 8i-720 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi, ümumi birgə mülkiyyət hüququ ilə 20.02.2019-cu il tarixli, RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 03.04.2019-cu il tarixli, 4Ə-660 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 03.04.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, X15 ilə Cavabdeh1 arasında bağlanmış 01.06.2019-cu il tarixli, 4Ə-1197 reyestr nömrəli alqısatqı müqaviləsinin, 8İ-5307 reyestr nömrəli, **********307 saylı, 01.06.2019-cu il tarixli ərizənin etibarsız hesab edilməsi, ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi və 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası barədədir və iddia tələblərini ona təqdim olunmuş 06.02.2019-cu il tarixli ərizədə etibarından istifadə edib ona qarşı saxtakarlıq edilməsi, onun yalnız mülkiyyətində olan evi satması, torpaq sahəsini satmaması və torpaq sahəsini alqı-satqı etmədiyi halda, ona məxsus torpaq sahəsinin Cavabdeh1 adına qeydə alınması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 06.02.2019-cu il tarixli, **********720 saylı, 8i-720 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi, 20.02.2019-cu il tarixli, RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi və İddiaçı 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası hissəsinə münasibətdə Azərbaycan Respublikası MM-nin 139.1-1-ci və 139-1.1.3-cü maddələrinə istinad etmiş və qeyd etmişdir ki, Mülki Məcəllənin 139.1-1.3cü, 144.1-ci və 144.2-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində sərəncam hüququnun keçməsi üçün əsaslardan biri müqavilədir, 139.1-1.3-cü maddədə notarial ərizə əsasından şəxsin xüsusi mülkiyyətində olan daşınmaz əmlakın başqa şəxsin xüsusi mülkiyyətinə keçməsi imkanı və əsası nəzərdə tutulmamışdır, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında˝ Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sırasında da əsaslardan biri kimi müqavilələr nəzərdə tutulmuş, bu barədə notarial ərizənin verilməsi isə əsaslar sırasında göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququnun və onun ayrı-ayrı elementlərinin yaranması qaydası, eləcə də torpaq münasibətlərinin tənzimlənməsi Konstitusiya, mülki, torpaq və digər qanunvericilik aktları ilə müəyyən olunur. Azərbaycan Respublikası MM-nin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsi, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsi və torpaq sahəsi üzərində hüquqlarının müdafiəsi və s. Torpaq Məcəlləsinə uyğun olaraq həyata keçirilir. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Torpaq Məcəlləsinin 4-cü maddəsinə görə, torpaq sahəsi dedikdə, X29nda və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəlik qaydasında keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlər əsasında yaranır. Torpaq Məcəlləsində daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri də müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci hissəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Həmin maddənin 3-cü hissəsinə görə torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikası MM-nin 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, iddiaçı mülkiyyətində olan evi satarkən artıq torpaq sahəsinə mülkiyyət hüququ da əldə edənin-alıcı Cavabdeh1 mülkiyyətinə keçmişdir. Ona görə də məhkəmə kollegiyası həmin ərizənin və çıxarışların ləğv edilməsi barədə iddianı əsassız hesab edir. Digər tərəfdən, iddiaçının yalnız evin satılması və ona məxsus olan torpaq sahəsinin cavabdehə satılmaması barədə mövqeyini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iddiaçı evi satarkən torpaq sahəsi X27 ilə onun ümumi birgə mülkiyyətində idi və ev satıldıqdan sonra ümumi birgə mülkiyyət hüququ əldə edənə keçməli idi. Əks halda, bu, əldə edən üçün həmin evin mülkiyyətçisi kimi evə sahiblik və istifadə hüququnu mümkünsüz edərdi. Birinci instansiya məhkəməsi RX seriyalı, ******* saylı çıxarışla bağlı bildirmişdir ki, torpaq sahəsinin özəlləşdirilməsini İddiaçı aparmasına baxmayaraq, hər hansı hüquqi əsas olmadan torpaq sahəsi digər mülkiyyətçi Faiq Abbasov ilə ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 0,03696 ha torpaq sahəsinin Faiq Abbasovun ümumi mülkiyyətinə keçməsi və onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün hüququ əsas, yəni Mülki Məcəllənin 139.1- 1-ci maddəsində sadalanan hallardan hər hansı biri mövcud olmamışdır və buna görə də iddia tələbi RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə kollegiyası bu mövqe ilə bağlı bildirir ki, iş materiallarında olan X16 (hədiyyə verən) adından etibarnamə əsasında çıxış edən İddiaçı və X27 (hədiyyə alan) arasında bağlanılmış 29.12.2013-cü il tarixli ev bağışlama müqaviləsinə əsasən hədiyyə verən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Abşeron rayon Ərazi İdarəsi tərəfindən 26.01.2013-cü il tarixli, reyestr nömrəsi **********54-10301, qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi ünvanında yerləşən 2A nömrəli fərdi yaşayış evin yalnız onun payına düşən yaşayış sahəsi 37.18 kv.metr, köməkçi sahəsi 32.56 kv.metr ümumi sahəsi 69.74 kv.metr olan 1 otaqdan olan hissəsini hədiyyə alanın mülkiyyətinə vermiş, hədiyyə alan isə fərdi yaşayış evini xüsusi mülkiyyətinə qəbul etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi ünvanında yerləşən 2A nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi əvvəllər bələdiyyə mülkiyyətində olmaqla, İddiaçı və X18 qanuni istifadələrində olmuşdur. İddiaçı və X9 rayon 1 saylı notariat ofisində təsdiq edilmiş 31.07.2018-ci il tarixli ərizələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin hər biri digərinə məxsus hissəsində yerləşən torpaq sahəsinin özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Göründüyü kimi, bağışlama müqaviləsi bağlandıqdan sonra torpaq sahəsi İddiaçı və X18 qarşılıqlı razılıqları əsasında özəlləşdirilmiş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********02-10301 olan çıxarışla ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 261.94 kv.metr fərdi yaşayış evinin 5 otaq, 150.1 kv.metr ümumi, 79.66 kv.metr yaşayış, 70.44 kv.metr köməkçi sahəsi İddiaçı adına, 1 otaq, 69.74 kv.metr ümumi, 37.18 kv.metr yaşayış, 32.56 kv.metr köməkçi sahəsi isə X18 adına xüsusi mülkiyyət hüququ, 0,03696 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ kimi qeydiyyatdan keçmiş, 42.1 kv.metr pay açıq saxlanılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddia tələbinin həmin çıxarışın ləğv edilməsinə dair olan hissəsini əsassız hesab edir. İddia tələbinin İddiaçı X15 ilə Cavabdeh1 arasında bağlanmış 01.06.2019-cu il tarixli, 4Ə-1197 reyestr nömrəli, alqı-satqı müqaviləsinin və 8İ-5307 reyestr nömrəli, **********307 saylı, 01.06.2019-cu il tarixli ərizəsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə birinci instansiya məhkəməsi həmin alqı-satqı müqaviləsinin və 8İ-5307 reyestr nömrəli, **********307 saylı, 01.06.2019-cu il tarixli ərizənin iddiaçının maraqlarına toxunduğunu və təmin edilmiş iddia tələbləri ilə bağlı olduğunu qeyd etsə də, bunların konkret olaraq iddiaçının hansı hüquqlarını pozduğunu əsaslandırmamışdır. Belə ki, iş materiallarından görünür ki, X10 Abşeron rayon Xirdalan bələdiyyəsinin 23.07.2013-cü il tarixli, 03 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış 278 kv.metr torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək, X29 kitabında 26.11.2013-cü il tarixdə 22359 nömrə ilə uçota alınmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü verilmişdir. RX seriyalı, ******* nömrəli, **********53 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0278 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X7 adəna qeydə alınmış, 21.01.2016-cı il tarixdə torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 06.08.2015-ci il tarixli, 2(012)-3496/2015 saylı qətnaməsi ilə iddiaçı X7 cavabdehlər X21 və İddiaçı qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsinə dair iddiası təmin edilmiş və X27 və İddiaçı tərəfindən iddianın etiraf edilməsinin təsdiq edilməsi, Abşeron rayon Xırdalan bələdiyyəsinin 23.07.2013-cü il tarixli, 03 saylı qərarı və Torpaqların alqı-satqısına dair akta əsasən iddiaçıya məxsus olan, Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki 278 kv.m torpaq sahəsinin qonşuluğunda yerləşən, 24.02.2015-ci il tarixli, **********54 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X21 və İddiaçı paylı mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin və onun həyətyanı torpaq sahəsinin koordinatlarına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilərək torpaq sahələrinin naturada yerləşmə vəziyyətinə uyğun olaraq dəyişdirilməsi, Xırdalan bələdiyyəsi tərəfindən X1 278 kv.m torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququnun hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qət edilmişdir. X15 ilə Cavabdeh1 arasında Abşeron rayonu 1 saylı notariat ofisində bağlanılmış 01.06.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısına dair müqavilə ilə X4 rayonu, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsi ev 2A ünvanında yerləşən ümumi sahəsi 261,9 kv.metr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 42,1 kv.metr hissəsini və ona məxsus 0,0278 ha torpaq sahəsini Cavabdeh1 oğlunun mülkiyyətinə vermişdir. Bundan sonra Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə Abşeron rayon 1 saylı notariat ofisində təsdiq edilmiş, 01.06.2019-cu il tarixli ərizə ilə müraciət edərək ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 261,9 kv.m olan evin sökülməsi səbəbindən qeydiyyatının ləğv edilməsini xahiş etmiş və 04.06.2019-cu il tarixdə reyestr nömrəsi **********38-10301 olan Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən 0,06476 ha torpaq sahəsinə Cavabdeh1 adına A 373961 saylı torpaq sahəsinin plan və ölçüsü verilmiş, 07.06.2019-cu il tarixdə isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********38-10301 olan çıxarışla Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0.06476 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ********** saylı nömrə ilə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi, X15 mülkiyyətində olan torpaq sahəsini qanuni əsaslarla satmış və bununla iddiaçının hansısa hüququnun pozulduğu müəyyən edilmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Hazırki işdə alqı-satqı müqavilələrinin etibarsız hesab olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh1 və X7 apellyasiya şikayətləri təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2(012)-1595/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ərizənin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpasına dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar